Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

Heyvanlar  da  gördüyünü  hiss  edir,  duyur.  İman  isə, 
zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə 
inanmaqdır.  Növbəti  ayədə  oxuyuruq:   «Əgər  biz  onu 
mələk etsəydik, yenə də insan qiyafəsində göndərər və 
onları bir daha şübhəyə salardıq
». 
Sual 32İlk müsəlman kimdir?
Cavab:
  Qurani-kərimin  «Ənam»  surəsinin  163-cü 
ayəsində  buyurulur: «
(Ya  Məhəmməd,  de  ki)  onun  heç 
bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk 
müsəlmanam
».
Ayədən açıq-aşkar məlum olur ki, ilk müsəlman həzrət 
Məhəmməddir (s). Amma «Yunis» surəsinin 72-ci ayəsində 
Nuh  peyğəmbərin,   «Bəqərə»  surəsinin  128-ci  ayəsində 
İbrahim peyğəmbərin, «Yusif» surəsinin 101-ci ayəsində isə, 
Yusif peyğəmbərin müsəlmanlığı haqqında məlumat verilir.
Bəzi  təfsirçilərin  fikirincə,  hələ  ruhlar  aləmində  Allah-
təalanın  dəvətinə  ilk  müsbət  cavab  verən  insan,  həzrət 
Məhəmməd  (s)  olduğu  üçün  ilk  müsəlman  da  o  hesab 
edilməlidir.
Amma  başqa  bir  fikir  də  mövcuddur.   «Müsəlman» 
sözünün  lüğəti  mənası  «təslim  olan»  deməkdir.  Bu 
baxımdan  Adəm  peyğəmbərdən  başlayaraq,  Allah  əmrinə 
bütün təslim olanlar müsəlmandırlar.
«Müsəlman» sözünün ikinci mənası, İslam dinini qəbul 
edən  şəxslərə  şamil  olunur  və  bu  baxımdan  ilk  müsəlman 
həzrət Məhəmməd (s) olmuşdur.
Sual 33:
 Adəm (ə) günahkardırmı?
Cavab:
  Yəhudilərin  və  məsihilərin  müqəddəs 
kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir. 
28


Lakin  İslam  mənbələrində  Adəmin  günaha  yol  verdiyi 
qətiyyətlə inkar olunur. 
Bilirik  ki,  Adəm  ilahi  peyğəmbərlərdəndir.  Quran 
ayələrinə  əsasən,  ilahi  peyğəmbərlər  günah  edə  bilməz. 
Bəzilərinin  günah  adlandırdığı  müəyyən  əməllər  isə, 
mütləq  günah  deyil,   «tərki-əvla»dır.   «Əvlanın»  lüğəti 
mənası,  «ən  üstün»  deməkdir.   «Tərki-əvla»  ən  üstün,  ən 
yaxşı  əməlin  tərk  edilməsidir.  Məsələn,  çox  varlı  bir  adam 
kasıb  qonşusuna  böyük  köməklər  göstərə  biləcəyi  halda, 
cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar 
irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində 
isə,  heç  bir  günah  baş  verməyib.  Sadəcə,  yaxşı  bir  işi  tərk 
edib.
İlahi  dərgaha  yaxın  insanların  əməlləri,  onların 
məqamına  görə  ölçülür.  Adi  bir  insan  üçün  günaha  hesab 
olunmayan  əməl,  övliyalar  üçün  qüsur  sayıla  bilər.  Ona 
görə  də,  tərki-əvlaya  yol  vermiş  peyğəmbərlər,  dərhal 
cəzalandırılırlar.
Adəmin qadağan olunmuş ağaca toxunması günah yox, 
tərki-əvladır.  Bu  əmələ  görə,  adi  bir  adam  heç  vaxt 
cəzalandırılmazdı. Adəm  peyğəmbərin cəzalandırılmasının 
səbəbi,  onun  yüksək  məqamı  idi.  Allah-təala  «bu  ağaca 
yaxınlaşmayın,  yoxsa  özünüzə  zülm  edənlərdən  olarsınız» 
buyuraraq, sadəcə, Adəmə xəbərdarlıq etmişdir. 
Sual 34:
 Musa (ə) nə üçün tövbə etdi?
Cavab:
  Musa  peyğəmbər  Bəni-İsrail  tayfasının 
inadkarlığı  qarşısında  bir  çox  çətinliklərlə  üz-üzə  gəlirdi. 
«Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «
(Ya 
Məhəmməd)  kitab  əhli  sənin  onlara  göydən  bir  kitab 
endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan 
29


daha  böyüyünü  istəmiş  və  «bizə  Allahı  aşkar  göstər» 
demişdilər
». 
Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-
təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, 
Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü 
mənə  göstər»,  dedi.  Musanın  istəyi  qarşısında,  Allah-təala 
buyurdu: «
Sən  məni  əsla  görə  bilməzsən.  Lakin  dağa 
bax.  Əgər  o  yerində  dura  bilsə,  sən  də  məni  görə 
bilərsən
».
Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi 
və  dağ  parça-parça  oldu.  Musa  huşunu  itirdi.  Ayılandan 
sonra isə bu yersiz istəyə görə tövbə etdi. 
Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə 
üçün  özü  tövbə  etməli  idi?  Təfsirçilərin  fikirincə,  Musa 
Bəni-İsrailin  nümayəndəsi  olaraq  onların  tərəfindən  tövbə 
edirdi.
Sual 35:
 Nə üçün dünya bir anda yaradılmadı?
Cavab:
  «Əraf»  surəsinin  54-cü  ayəsində  buyurulur: 
«
Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq 
etdi
».  Maraqlıdır  ki,  görəsən,  misilsiz  əzəmət  sahibi  olan 
Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı? 
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda 
həyata  keçməməsi,  həmin  işin  hikməti  haqqında 
düşünməyə  imkan  verir.  Məsələn,  insanın  ana  bətnində 
doqquz  ay  müddətində  mərhələ-mərhələ  formalaşması, 
yaradanın əzəmətini daha da aşkar göstərir. 
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə 
milyon  il  davam  etmiş  altı  dövürdə  yaratmışdır.  Quranda 
buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən 
tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, 
ilahi elmin əzəmətindən danışır.
30


Bəs bu altı gündə hansı hadisələr baş verdi? 
İlk  gün,  toplu  qaz  formasında  olan  dünya  öz  oxu 
ətrafında  fırlanaraq  parçalandı  və  planetlər  yarandı;  İkinci 
gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda 
dayanıqlı  vəziyyətə  keçdi.  Üçüncü  gün,  günəş  sistemi 
yaranmaqla,  yer  günəşdən  ayrıldı.  Dördüncü  gün,  yer 
soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və 
ağaclar  yaradıldı.  Altıncı  gün  heyvanlar  və  insan  yer 
üzündə zahir oldu.
Sual 36:
 Əsa əjdahaya çevrilə bilərmi?
Cavab:  
«Əraf»  surəsinin  107-ci  ayəsində  oxuyuruq: 
«
Musa əsasını atdı və o, dərhal aşkar görünən əjdahaya 
çevrildi
». 
Musanın  əsasının  əjdahaya  çevrilməsi  hadisəsini  iki 
baxımdan  izah  etmək  olar:  Əvvəla,  qeyd  edək  ki,  bütün 
peyğəmbərlər  möcüzə  ilə  gəldikləri  kimi,  Musa  (ə)  da 
möcüzə ilə gəlmişdi və bu möcüzələrdən biri də, əsa idi. Bu 
hadisənin  adi  insanlara  təəccüblü  görünməsi,  möcüzənin 
mahiyyətini  təşkil  edir.  Əgər  bir  hadisə  təəccüb 
doğurmursa,  onu  möcüzə  hesab  etmək  olmaz.  Musa  öz 
peyğəmbərliyini  möcüzə  ilə  sübuta  yetirməli  idi.  Bütün 
materiya  qanunlarının  tabe  olduğu  Allahın  iradəsi  ilə  bu 
möcüzə baş tutdu.
İkincisi,  unutmaq  olmaz  ki,  təbiət  aləmindəki  bütün 
heyvanlar  da,  digər  canlılar  kimi  torpaqdan  yaranmışdır. 
Əgər  həm  əjdaha,  həm  də  əsanın  düzəldildiyi  ağac 
torpaqdan  yaranmışdırsa,  onların  bir-birinə  çevrilməsində 
elmlə uzlaşmayan heç bir şey yoxdur. Təəccüb doğuran isə, 
31


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə