Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

Ayələrdən  açıq-aşkar  görünür  ki,  döyüşdən  qaçmaq 
İslamda böyük günahlardan hesab olunur. 
İmam  Əli  ibn  Musa  ər-Riza  (ə)  belə  buyurur: «
Allah-
təala  cihaddan  qaçmağı  ona  görə  haram  buyurub  ki, 
dində 
süstlüyə,
 Peyğəmbər 
və 
imamların 
proqramlarının  təhqirinə  səbəb  olur.  Müsəlmanların 
döyüşdən qaçması səbəbindən düşmən cəsarətə gəlir
». 
Həzrət  Əli  (ə)  cihaddan  qaçmağa  münasibətini  belə 
bildirir:   «
Heç  zaman  düşmən  qoşununun  qarşısından 
qaçmadım  və  kimsə  meydanda  mənimlə  üz-üzə 
gəlmədi. Kim gəldisə, torpağı qanıyla sirab etdim
»
1

Sual  46:
  Özünü  peyğəmbər  məscidinin  sütununa 
bağlayan kim idi?
Cavab:
 Təfsirçilərin fikirincə, «
Bilə-bilə Allaha, onun 
peyğəmbərinə  və  aranızdakı  əmanətlərə  xəyanət 
etməyin
»
2
 ayəsi Əbu Ləbabə haqqında nazil olmuşdu. Əbu 
Ləbabə kimdir?
İmam  Sadiq  (ə)  buyurur  ki,  həzrət  Peyğəmbərin  (s) 
göstərişi  ilə  Mədinə  yəhudilərindən  bir  hissəsi 
itaətsizliklərinə görə, iyirmi bir gün mühasirədə saxlandılar. 
Nəhayət,  sülh  təklif  etməyə  məcbur  oldular.  Həzrət  (s) 
onların  xəyanətkarlığından  şübhələnərək,  Səd  ibn  Məaza 
tabe  olmalarını  istədi.  Lakin  yəhudilər,  Əbu  Ləbabənin 
hakim olmasını arzuladılar.
Peyğəmbər  (s)  bu  təklifi  qəbul  edib,  Əbu  Ləbabəni 
onların  yanına  göndərdi.  Söhbət  zamanı  yəhudilər  Əbu 
Ləbabədən Səd ibn Məaz haqqında soruşdular. Əbu Ləbabə 
boğazına  işarə  edərək,  Səd  ibn  Məazı  qəbul  etməyin  onlar 
üçün  ölümə  bərabər  olduğunu  anlatdı.  Əbu  Ləbabənin 
1
 «Nurus-Səqəleyn», 2-ci cild səh.139.
2
 «Ənfal» surəsi, ayə 27.
40


xəyanətindən Peyğəmbəri (s) agah edən ayə nazil oldu. Əbu 
Ləbabə  hələ  adı  çəkilən  məclisdən  durmamış,  şeytana 
uyaraq,  xəyanət  etdiyini  anladı.  Öz  xəyanətindən  peşman 
olmuş Əbu Ləbabə, özünü peyğəmbər məscidində kəndirlə 
sütuna  bağlayıb,   «Allah-təala  tövbəmi  qəbul  etməsə, 
ölənədək  ac  və  susuz  qalacağam»,  dedi.  Yeddi  gün,  yeddi 
gecə  bağlı vəziyyətdə  qalan Əbu Ləbabə  huşunu  itirəndən 
sonra  tövbəsi  qəbul  oldu.  Həzrət  Peyğəmbər  (s)  özü  Əbu 
Ləbabəni sütundan açdı. Bütün var-yoxunu sədəqə vermək 
istəyən  tövbəkara,   «üçdə  birini  versən  yetər»   -deyə 
buyurdu.
Sual 47:
 Xümsün yarısının Bəni-Haşimə məxsus olması 
ayrı-seçkilik deyilmi?
Cavab:
  İslamda  illik  gəlirin  ehtiyacdan  artıq  qalan 
xərclənmiş  hissəsindən  tutulan  beşdə  bir  vergi  xüms 
adlanır. İkinci bir vergi də vardır ki, konkret sahələri əhatə 
edir və zəkat adlanır. 
Xüms  hara  xərclənə  bilər?  İslam  hökmlərinə  əsasən, 
xüms iki yerə bölünür: İslamın tədrisi ilə məşğul olanların 
və  Bəni-Haşim  nəslindən  olan  fəqirlərin  ehtiyaclarının 
ödənilməsinə.  Birinci  hissə  «beytül-mal»,  ikinci  hissə  isə 
«səhmi sadat» adlanır. 
Bəziləri  bu  fikirdədirlər  ki,  xümsün  yarısının  Bəni-
Haşimə,  başqa  sözlə,  seyidlərə  verilməsi  ayrı-seçkilikdir. 
Mütləq  ədalətə  əsaslanan  bir  dində,  doğrudanmı, 
ayrıseçkilik mümkündür? Sözsüz ki, xüms barədə şübhələr 
məlumatsızlıqdan doğur.
Əvvəla,  xümsün  seyidlərə  məxsus  olan  hissəsi,  yalnız 
imanlı  və  fəqir  seyidlərə  verilə  bilər.  Bəzi  avamların 
«novçası  qızıldan  olsa  da,  seyid  xüms  ala  bilər»  fikri 
kökündən  yanlışdır.  İkincisi,  seyid  olmayanlar  həm  xüms, 
41


həm də zəkatdan istifadə edə bilərlərsə, seyidlərin zəkatdan 
istifadə etmək hüquqları yoxdur. 
Üçüncüsü,  seyidlərin  ehtiyacı  xümsün  ikidə  birindən 
azla  ödənərsə,  onların  payının  qalan  hissəsini  beytül-mala 
əlavə etmək olar.
Sual  48:
  Müqaviləni,  peymanı  birtərəfli  qaydada 
pozmaq olarmı?
Cavab:
  İslamda  əhdi-peymana,  müqaviləyə  vəfalı 
qalmağa fövqəladə əhəmiyyət verilmişdir. Hətta kafirlər və 
düşmənlərlə  müqaviləyə  vəfasızlıq  təkidlə  pislənilmişdir. 
Bəs  «Tövbə»  surəsində  müşriklərlə  müqavilələrin  birtərəfli 
qaydada  ləğv  olunması  üçün  verilmiş  göstərişi  necə 
qiymətləndirmək  olar?  Uyğun  surənin  7-ci  və  8-ci 
ayələrindən  aydın  olur  ki,  bu  müqavilələrə  müşriklər  elə 
əvvəlcədən etinasızlıq göstərirdilər.
Bir  insana  və  ya  bir  millətə  zorla  qəbul  etdirilmiş 
müqaviləni  və  bir  tərəfli  qaydada  pozmaq  heç  də 
ədalətsizlik  deyildir.  Çünki  zəifin  məcbur  edildiyi  bir 
müqavilə, özü ədalətsizlik üzərində qurulmuşdur. 
Müsəlmanların  uyğun  müqaviləni  ləğv  etməsi,  qəfil 
zərbə  məqsədi  daşımamışdır.  Müşriklərə  dörd  ay 
müddətində  möhlət  verilmiş,  götür-qoy  üçün  imkan 
yaradılmışdır.  Əgər  həzrət  Peyğəmbərin  (s)  bu  işi  insani 
üsullara əsaslanmasaydı, Rəsuləllah bu dörd aylıq möhlətlə 
düşməni yuxudan oyatmazdı.
Demək,  müşrüklərlə  müqavilənin  birtərəfli  qaydada 
pozulması,  bu  müqavilənin  ədalətsiz  əsaslar  üzərində 
qurulması  idi.  Bu  ədalətsiz  müqavilə  istisna  olmaqla, 
Peyğəmbər  (s)  kitab  əhli və  sair tayfalarla  bağladığı bütün 
müqavilələrə ömürünün sonunadək hörmətlə yanaşmışdır.
42


Sual 49:
 Haram pulla məscid tikmək olarmı?
Cavab:
 Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram 
yolla  qazandığı  pulu  xərcləmək  hüququ  yoxdur. «Tövbə» 
surəsinin 18-ci ayəsində oxuyuruq: «
Allahın məscidlərini 
yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz 
qılıb  zəkat  verən  və  Allahdan  başqa  heç  kəsdən 
qorxmayanlar təmir edə bilərlər
».
Məscid  tikməyin  əhəmiyyəti  barədə  hədislər  çoxdur. 
Həzrət Peyğəmbər (s) buyurur: «
Hər kəs hətta quş yuvası 
ölçüsündə  olsa  da  məscid  tikərsə,  Allah-təala  behiştdə 
onun üçün bina ucaldar
». 
Başqa  bir  hədisdə  Həzrət  (s)  buyurur:   «
Hər  kəs 
məsciddə  bir  çıraq  yandırsa,  nə  qədər  ki,  bu  çıraq 
məscidi  işıqlandırır,  mələklər  onun  bağışlanmasını 
diləyər
»
1

Məscidin  abadlaşdırılması  müqabilində  vəd  edilən 
mükafatlar  əslində  iki  dəstəyə  aiddir:  Bunlardan  biri  halal 
pulla  məscid  binasını  tikənlər,  ikincisi  məscidi  mənəvi 
cəhətdən  düzgün  istiqamətdə  abadlaşdıranlardır.  Haram 
pulla  məscid  tikmək  günah  olduğu  kimi,  məsciddə  dinlə 
uyuşmayan  söhbətlərə  yol  vermək  də  günahdır.  Bir  sözlə, 
«
İlk  gündən  binası  təqva  üzərində  qurulmuş  məscid, 
namaz qılınmağa daha layiqdir
»
2

Sual 50:
 Üzeyir kimdir?
1
 «Mühasin», səh. 57.
2
 «Tövbə» surəsi, ayə 108.
43


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə