Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

Cavab:
  Qurani-kərimdə  buyurulur:   «
Yəhudilər 
«Üzeyir Allahın oğludur ... dedilər
»
3

Rəvayətlərdən  məlum  olur  ki,  Üzeyir  yəhudi 
cəmiyyətinə 
böyük 
xidmətlər 
göstərmiş 
din 
başçılarındandır.  Babil  padşahının  yəhudilərə  divan 
tutduğu  bir  zamanda  onlara  böyük  xidmətlər  göstərən, 
vətənlərinə  qayıtmasına  nail  olan,  yandırılmış  Tövratı 
yenidən, qismən bərpa edən, məhz Üzeyirdir.
Yəhudilər  Üzeyiri  bu  xidmətləri  müqabilində  «Allahın 
oğlu»  adlandırmağa  başladılar.  Onlar  Üzeyirə  bu  adı 
hörmət  mənasında  verdiklərini  iddia  etsələr  də,  əslində, 
Allaha şərik qoşmuşdular.
İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa 
Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda ona 
nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular
2

İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu» 
adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə 
Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə 
yəhudilər  arasında  belə  bir  əqidə  nəzərə  çarpmasa  da, 
Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması, 
tarixi gerçəklikdir.
Sual 51:
 İsa (ə) Allahın oğludurmu?
Cavab:
  Müasir  dövrümüzdə  xristian  dünyasının 
əksəriyyəti İsanı (ə), həqiqətdə, Allahın oğlu kimi tanıyır və 
onu  «Allahın  oğlu»  adlandırırlar.  İlkin  İncildən  köklü 
şəkildə  fərqlənən  bu  günkü  İncillərdə,  İsanın  (ə)  Allahın 
həqiqi oğlu olduğu açıq-aşkar iddia edilir. Qurani-kərimdə 
İsanın (ə) özünün belə bir iddiada olmadığı bildirilir. İsa (ə) 
özünü yalnız Allahın peyğəmbəri kimi təqdim etmişdir. 
3
 «Tövbə» surəsi, ayə 30.
2
 «Nurus-səqəleyn», 2-ci cild, səh.205.
44


Ümumiyyətlə,   «ata  Allah»,   «oğul  Allah»,  hətta  «ana 
Allah»  kimi  puç  və  əsassız  inamlar,  qədim  hind  və  çin 
bütpərəstliyinə xasdır. «Tövbə» surəsinin 31-ci ayəsində bu 
barədə  deyilir:   «
Onlar  Allahı  qoyub,  alimlərini  və 
rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. 
Halbuki, onlara ancaq bir olan Allaha ibadət etmək əmr 
olunmuşdu.  Ondan  başqa  heç  bir  Tanrı  yoxdur.  Allah 
müşriklərin ona şərik qoşduğu bütlərdən uzaqdır
».
Maraqlıdır  ki,  bir  zaman  Üzeyiri  Allahın  oğlu 
adlandıran  yəhudilər,  bu  gün  uyğun  fikirin  gülünclüyünü 
anlayıb,  əvvəlki  iddialarından  əl  çəkdikləri  halda, 
xristianlar  hələ  də  ruh  yüksəkliyi  ilə  əvvəlki  fikirlərində 
qalırlar.  Hansı  ki,  müasir  dövrdə  şüurlu  insanın  Allahdan 
insan  doğulması  kimi  cəfəngiyyata  inanması  qeyri-
mümkündür.  Bu,  yalnız  Allaha  və  onun  göstərişlərinə 
imansızlıq və itaətsizlikdən doğa bilər.
Sual  52:
  Əsrin  imamı  Mehdi  (ə)  nə  zaman  zühur 
edəcək?
Cavab:
  Dünyada  zülmün  ərşə  dirənəcəyi  bir  zaman, 
ədalət  müjdəli  xilaskarın  zühuru  əksər  təkallahlı  dinlərin 
inancıdır. İslam dinində bu xilaskarın on ikinci imam həzrət 
Mehdi (ə) olduğu bildirilir: «
O, bir kəsdir ki, öz rəsulunu 
hidayət  və  doğru  dinlə  göndərdi.  Müşriklərin  xoşuna 
gəlməsə də, onu bütün dinlərə qalib edər
»
1

Bu ayəni təfsir edən alimlər, nəhayətdə, İslamın bütün 
dinlərə  qalib  gələcəyini  və  bütün  yer  üzünə  yayılacağını 
xəbər verirlər. Hər il Avropa, Amerika, Afrika və dünyanın 
müxtəlif  nöqtələrində  minlərlə  insanın  İslam  dinini  qəbul 
etməsi,  deyilənlərə  əyani  sübutdur.  Amma  mötəbər 
hədislərə  əsasən,  İslam  yalnız  imam  Mehdinin  (ə) 
1
 «Tövbə» surəsi, ayə 33.
45


zühurundan  sonra  bütün  dünyanı  tam  əhatə  edəcəkdir. 
İmam  Baqir  (ə)  yuxarıdakı  ayənin  təfsirində  belə  buyurur: 
«
Bu  ayədə  verilən  vəd  Məhəmməd  (s)  ailəsindən  olan 
Mehdinin (ə) zühuru zamanı həyata keçəcəkdir. Həmin 
gün  yer  üzündə  Məhəmməd  (s)  həqiqətini  təsdiq 
etməyən bir nəfər də qalmayacaq
»
1

Eyni  ayənin  təfsirində  imam  Sadiq  (ə)  buyurur: 
«Hələ  ki,  bu  ayənin  mahiyyəti  gerçəkləşməyib.  O 
zaman  gerçəkləşəcək  ki,  Mehdi  (ə)  zühur  edəcək  və 
dünyada bir nəfər də olsun kafir qalmayacaq»
2
.
Hədislərdə həzrəti Mehdinin (ə) zühur əlamətləri geniş 
şərh  olunmuşdur.  Qısaca,  bunu  demək  olar  ki,  zühur 
ərəfəsində  dünyada  küfr,  sitəm,  günah  öz  son  həddinə 
çatacaqdır.  Amma  bu  zühurun  dəqiq  vaxtı  haqqında 
məlumat, yalnız Allah-təalanın ixtiyarındadır.
Sual 53:
 Var-dövlətin haram buyurulmuş «kənz həddi» 
necə müəyyən olunur?
Cavab:
  Tövbə  surəsinin  34-cü  ayəsində  var-dövlət 
toplayanlar  haqqında  ümumi  bir  qanun  zikr  edilir: «
Qızıl 
və  gümüşü  toplayıb  gizləyənlər,  onu  Allah  yolunda 
xərcləməyənləri  şiddətli  bir  əzabla  müjdələ
».  Ayədəki 
yığılıb xərclənməyən sərvət «kənz»dir. 
Gümüş və qızılın meydana çıxması, ehtiyacından artıq 
məhsulu,  mal-qarası  və  s.  əmlakı  olanlara  qızıl  və  gümüş 
toplamaq şəraiti yaratdı. Əslində, pulun yaranma fəlsəfəsi, 
iqtisadi  əməliyyatların  sürətləndirilməsindən  ibarət  idi. 
Qızıl-gümüş  pulun  xəzinələrdə  hərəkətsiz  dayanması, 
həmin fəlsəfə ilə daban-dabana zidd idi. 
1
 «Məcməül-bəyan».
2
 «İkmalid-din».
46


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə