Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   5   6   7   8   9   10   11   12   ...   38

keçid prosesidir. Əgər bir damla nütfə doqquz ay deyil, bir 
anda  insana  çevrilsəydi,  bu  da  təəccüblü  olardı.  Əslində, 
əsadan  əjdaha  yaranmasına  nisbətən  nütfədən  insanın 
yaranması,  daha  da  dərin  bir  prosesdir.  Birinci  hadisəni 
daha  ecazkar  göstərən  prosesin  mərhələ-mərhələ  yox,  bir 
anda həyata keçməsidir.
Sual 37: 
«Mənzələt» hədisində nə deyilir?
Cavab:
  Həzrət  Peyğəmbərin  (ə)  buyuruqları  arasında 
adıyla  tanınan  məşhur  hədislərdən  biri  də,   «Mənzələt» 
hədisidir.  Bu  hədis  həm  şiə,  həm  də  sünnət  əhli  alimləri 
tərəfindən  nəql  olunmuşdur.  Ən  məşhur  sünni  mənbələri 
«Səhihi-Buxari»,   «Səhihi-Müslim»də  adı  çəkilən  hədislə 
rastlaşırıq.
Hədisdə  buyurulur:   «
Peyğəmbər  (s)  Təbuka  yola 
düşərkən,  Əlini  (ə)  öz  yerində  qoydu.  Əli  (ə)  ərz  etdi: 
«Məni uşaqlar və qadınlar arasında qoyursan?». Həzrət 
peyğəmbər buyurdu: «Razı deyilsənmi ki, Harun Musa 
üçün necə idisə, sən də mənim üçün elə olasan?!
»
1

Hədislərdə qeyd olunur ki, bir gün Müaviyə Sədə dedi: 
«Nə  üçün  Əliyə  lənət  oxumursan?».  Səd  dedi:   «Həzrət 
peyğəmbərin  Əli  (ə)  haqqında  buyurduğu  üç  şey  yadıma 
düşür və lənət deyə bilmirəm». Sonra Səd uyğun mənzələt 
hədisində  həzrət  Peyğəmbərin  (s)  buyurduğu  cümləni  və 
daha başqa iki kəlamı zikr edir.
Başqa  bir  rəvayətdə  nəql  olunur  ki,  Ömər  ibni  Xəttab 
bir  kişinin  Əliyə  (ə)  lənət  oxuduğunu  görür.  Kişiyə  deyir: 
«Zənnimcə,  sən  münafiqsən.  Çünki  həzrət  Peyğəmbər  (s) 
Əlinin  haqqında  belə  buyurub: «Harun  Musa  üçün  hansı 
məqamdaydısa, Əli də mənim üçün həmin məqamdadır»
2

1
 «Səhihi-Buxari», 6-cı cild, səh.3.
2
 «Tarixe-Bağdad», 7-ci cild, səh. 452.
32


Sual 38: 
İnsan heyvana çevrilə bilərmi?
Cavab:  
«Əraf»  surəsinin  166-cı  ayəsində  buyurulur: 
«
Qadağan  olunmuş  işə  saymazyana  münasibət 
bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara 
dönün!
».
Müxtəlif  ayələrdən  məlum  olur  ki,  yolunu  azmış 
tüğyançı  tayfaları  Allah-təala  müxtəlif  cür  cəzalandırır. 
Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana 
döndərildiyini  xəbər  verir.  Burada  insanın  ruhən,  yoxsa 
cismən  heyvanlaşmasından  söhbət  gedir.  Elmi  nöqteyi-
nəzərdən  insanın  cismən  heyvana  dönməsi  qeyri-
mümkündür.  Həyat  şəraitinin  dəyişməsi  təsiri  altında, 
orqanizmdə  yeni  bioloji  əlamətlər  yarana  bilər.  Mutasiya 
adlanan  bu  dəyişmə,  orqanizmi  qismən  dəyişə  bilər. 
Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə 
mümkündür.
Amma  təfsirçilərin  kiçik  bir  hissəsi  bu  fikirdədirlər  ki, 
uyğun ayədə söhbət ruhən heyvanlaşmadan gedir. Onlarla 
razılaşmayan  əksər  təfsirçilər,  belə  bir  hadisənin  təkamül 
qanununa zidd olduğunu aşkar edirlər. Onlar bildirirlər ki, 
təkamül  qanunu,  təkamül  prosesini  keçən  orqanizmə 
aiddir.  Hansı  ki,  həyatda  istisnalar  vardır.  Məsələn, 
yaşıdları  inkişafda  olan  bir  yeniyetmə,  hansısa  bir  xəstəlik 
ucbatından cılızlaşa bilər.
Rəvayətlərdən  aydın  olur  ki,  həmin  heyvana 
döndərilmiş  insanlar,  yalnız  bir  neçə  gün  yaşaya  bildilər. 
Əgər  nəzərə  alsaq  ki,  təkamül  prosesinə  uyğun  gəlməyən 
bütün hadisələr davamsız olur (məsələn, iki başlı insan və 
heyvanlar  çox  az  yaşayır),  demək  qəzəbə  düçar  olmuş 
həmin insanlar cismən meymuna döndərilmişlər.
33


Sual 39:
 Zərr aləmi nədir?
Cavab:  
Müxtəlif  İslam  mənbələrində  zərr  aləmi 
haqqında  məlumat  verən  kifayət  qədər  rəvayət  vardır. 
Lakin  biz  yalnız  bir  Quran  ayəsi  ətrafında  danışacağıq. 
«Əraf» surəsinin 172-ci ayəsində buyurulur: «
Xatırla ki, bir 
zaman  Rəbbin  Adəm  oğullarının  bellərindən 
övladlarını  çıxarıb,  onları  özlərinə  şahid  tutaraq, 
soruşmuşdu: «Mən sizin Rəbbiniz deyilməmmi?
».
«Övladlar»  kimi  tərcümə  olunmuş  «zürriyyət» 
kəlməsinin  «zərr»  kökündən  alındığı  bildirilir.  Ayədə 
haqqında  danışılan  hadisə  harada  baş  verir?  Mötəbər 
hədislərə  əsaslanan  əksər  İslam  təfsirçiləri,  bu  hadisənin 
zərr aləmində baş verdiyini yazırlar.
Rəvayətə  görə,  Adəm  xəlq  edilən  zaman  onun  son 
nəfərədək bütün övladları belindən zərrələr şəklində xarici 
oldu.  Əql  və  şüura  malik  olan  bu  zərrələrin  eşitmə  və 
danışma  gücü  var  idi.  Onlar  «mən  sizin  Rəbbiniz 
deyiləmmi»  sualına  «bəli,  Rəbbimizsən»,-deyə  cavab 
verdilər. Bu sorğu-sualda məqsəd nə idi? Ayələrdən aydın 
olur  ki,  bu  sorğu-sualla  Allah-təala  öz  xəbərdarlığını  sona 
yetirirdi. Başqa sözlə, belə bir xəbərdarlıqdan sonra qiyamət 
günü kimsə «biz bundan xəbərsiz idik» deyə bilməyəcəkdi.
Uyğun  ayə  insanda  Allaha  etiqadın  fitri  olduğunu  bir 
daha təsdiq edir.
Sual 40:
 Qiyamət nə zaman baş verəcək?
Cavab:
  Rəvayətə  görə,  Qüreyş  tayfasından  bir  neçə 
nəfər  qonşu  əyalətdəki  yəhudi  alimlərlə  görüşüb,  həzrət 
Məhəmmədi  (s)  susdurası  suallar  hazırlayırdılar.  Bu 
suallardan  biri  də,  qiyamətin  nə  zaman  bərpa  olacağı  idi. 
Onlar  həzrətin  hüzuruna  gəlib  bu  sualı  verəndə,  ayə  nazil 
34


oldu: «
Səndən qiyamət haqqında soruşurlar ki, nə vaxt 
qopacaq? De ki, o ancaq Rəbbimə məlumdur
»
1

Belə  bir  sual  ortaya  çıxır  ki,  bu  hadisədən  hətta 
peyğəmbərlərin xəbərsiz qalmasının səbəbi nədir? 
Təfsirçilər  belə  qeyd  edirlər  ki,  əgər  qiyamət  saatı 
məlum olsaydı, kimi uzaq görüb arxayınlaşar, kimi də yaxın 
görüb təsirlənərdi. Bu hadisənin bütün insanlara hər zaman 
təsirli  qalması  üçün  onun  vaxtının  qeyri-müəyyən  qalması 
zəruri idi. 
Bütün  planetlərin  orbitindən  çıxıb  parçalanacağı, 
günəşin  və  ulduzların  sönəcəyi,  o  ağır  intizarı  insanı, 
heyvani hisslərdən uzaqlaşdırır, onu böyük sorğu haqqında 
düşünməyə  sövq  edir.   «Qiyamət»  surəsində  buyurulur: 
«
Gözlərin  heyrətdən  bərələcəyi,  ay  tutulacağı,  günəşlə 
ay  birləşəcəyi  zaman  ‒  məhz  o  gün  insan  «qaçıb 
qurtarmağa  yer  haradadır»,  soruşacaq.  Xeyir,  heç  bir 
sığınacaq olmayacaq. O gün duracaq yer, ancaq Allahın 
huzurudur!
». 
Sual  41:
  Peyğəmbər  (s)  qeyb  aləmindən  xəbərdar 
idimi?
Cavab:
  Məhdud  mütaliəli  bir  qism  insan  bəzən  bir 
ayəni oxumaqla nəticə çıxarır. Belə ayələrdən biri də, «Əraf» 
surəsinin  188-ci  ayəsidir.  Ayədə  deyilir:   «Əgər  qeybi 
bilsəydin,  sözsüz  ki,  daha  çox  xeyir  tədarük  edərdin  və 
mənə pislik də toxunmazdı». Bu ayə həzrət Məhəmmədin 
(s)  dilindən  buyurulur. Amma ayədən  bu nəticə  çıxmır  ki, 
peyğəmbər  qeyb  aləmindən  tamamilə  xəbərsiz  idi.  Sadəcə 
olaraq, peyğəmbərin bu sahədəki biliyi məhdud idi. O, bu 
barədə  Allah-təalanın  öyrətdiyi  qədər  bilirdi.   «Cin» 
surəsinin  26,   27-ci  ayələrində  oxuyuruq:   «Qeybi  bilən 
1
 «Əraf» surəsi, ayə 187.
35


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə