Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   2   3   4   5   6   7   8   9   ...   38

Bir  gün  Salmanı  qəmli  görən  müəllim  onun 
pərişanlığının  səbəbini  soruşanda,  o,  belə  dedi:   «Bütün 
yaxşılıqlar  keçmiş  nəsillərə  qismət  olub,  peyğəmbərlərlə 
birgə  yaşayıblar».  Müəllimi  ona  təsəlli  verib,  son 
peyğəmbərin zühurunun hələ qarşıda olduğunu bildirdi. 
Beytül-müqəddəsdən  Mosula  qayıdarkən,  gözlənilməz 
hadisələr səbəbindən müəllimini itirən Salman bir ərəbə əsir 
düşdü. Ərəb Salmanı Mədinəyə gətirib, qul kimi satdı.
Bir  gün  Salman  Mədinəyə  gəlmiş  bir  şəxsin,  özünü 
peyğəmbər  kimi  təqdim  etdiyini  eşitdi.  Yubanmadan  bu 
şəxsin  olduğu  yeri  soraqlayan  Salman,  nəhayət,  onu  bir 
məclisdə  tapdı.  Salmanın  son  peyğəmbərin  nişanələri 
haqqında kifayət qədər məlumatlı idi. Ətrafında xeyli insan 
toplanmış şəxsə yaxınlaşıb, bu əlamətləri yoxlamağa fürsət 
axtardı.  Həmin  şəxs  qəlbi  imanla  dolu  Salman  ürəyini 
oxuyurmuş  kimi,  onu  yaxına  çağırdı  və  libasını  çiynindən 
qaldırıb,  ona  nə  isə  göstərdi.  Peyğəmbərlik  möhrünü  öz 
gözləri  ilə  görən  Salmanda  bir  zərrə  də  şəkk  qalmadı  ki, 
qarşısındakı şəxs son peyğəmbərdir.
Sual 19:
 Zina etməyə icazə varmı?
Cavab:
 Ayə və hədislərdə zinanın böyük günahlardan 
olduğuna  kifayət  qədər  dəlil  vardır.  Ümumiyyətlə,  bəşər 
tarixi  boyu  bu  əməl  ən  çirkin  əməllərdən  hesab 
olunmuşdur.
«Əl-minar»  təfsirində  belə  bir  rəvayət  nəql  olunur: 
«Böyük  bir  məclisdə  cavan  bir  oğlan  ayağa  qalxıb,  həzrət 
Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi 
zina  edim?».  Məclisdən  onun  bu  sualına  etiraz  səsləri 
ucaldı.  Amma  həzrət  Peyğəmbər  (s)  mülayimliklə  onu 
yaxına  çağırıb,  qarşısında  əyləşdirdi  və  məhəbbətlə 
soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək 
17


istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət 
sözünü  belə  sona  yetirdi: «Bil  ki,  xalq  da  onun  qızları  ilə 
zina edilməsinə razı deyildir».
Sual 20:
 Yalançı peyğəmbəri necə tanımalı?
Cavab:
 Peyğəmbərlik bir qrup pak insana əta olunmuş 
böyük  ilahi  məqamdır.  Peyğəmbərlər  bəşəriyyətin  doğru 
yola hidayəti üçün göndərilmiş elçilərdir.
Əgər  bir  şəxs  tibb  elmindən  anlayışı  olmadığı  halda 
həkimlik  iddiasına  düşüb  bir  neçə  insanın  həyatına  son 
qoyursa,  yalançı  peyğəmbər  bütün  bəşəriyyəti  dünya  və 
axirət  əzabına  sürükləyir.  On  dörd  əsr  əvvəl  həzrət 
Məhəmmədin  (s)  risaləti  ilə  peyğəmbərlik  missiyası  başa 
çatsa  da,  yalançı  peyğəmbərlər  bu  gün  də  yağışdan  sonra 
göbələk  kimi  baş  qaldırmaqdadırlar.  Bəs  onları  necə 
tanımalı və necə ifşa etməli?
Unutmayaq  ki,  nə  zamansa  öz  peyğəmbərliyini  elan 
etmiş  Musa,  İsa,  Məhəmməd  (s)  və  sair  peyğəmbərləri 
cəmiyyət 
sualla 
qarşılamışdır.
 Onlardan 
peyğəmbərliklərinin  sübutuna  dəlillər  istənilmişdir.  Musa 
öz möcüzəli əsası, İsa ölüləri diriltməsi, Həzrəti Məhəmməd 
(s)  Quranın  ecazı  və  şəqqül-qəmər  kimi  hadisələrlə  bütün 
şübhələri  aradan  qaldırmışlar.   «İsra»  surəsinin  88-ci 
ayəsində buyurulur: «
De ki, bütün insanlar və cinlər cəm 
olaraq  bütün  qüvvələrini  işə  salsalar  belə,  Quran 
mislində bir kitab gətirə bilməzlər
». Gəlin, peyğəmbərlik 
fikirinə düşənlərdən möcüzə istəyək!
Sual 21:
 İnsan nə üçün ölümdən qorxur?
Cavab:
  Əksər  insanların  ölümdən  qorxduğu  sirr 
deyildir.  Ayə  və  hədislərdən  məlum  olur  ki,  bu  qorxunun 
iki əsas səbəbi vardır:
18


1.  İnsanların  böyük  bir  hissəsi  ölümü  yoxluq  və  son 
kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini 
təlatümə  gətirir.  Bir  gün  yaşadığı  həyata  son  qoyulacağını 
düşünən insan, ölüm adı gələndə müdhiş bir qorxuya qərq 
olur.
2.  İkinci  qrup  insanlar,  ölümdən  sonrakı  həyatın 
varlığına  inansalar  da,  yol  verdikləri  cinayət  və  günahlar 
ucbatından  ölümdən,  əməllərin  hesab  anından  qorxuya 
düşürlər.  Bu  qəbil  insanlar,  məhz  cəza  gününün 
sıxıntısından  xoflanaraq,  ölümdən  qaçmağa  çalışırlar. 
«Bəqərə»  surəsinin  95-ci  ayəsində  oxuyuruq:   «
Onlar  öz 
əməllərini bildiklərinə görə, ölümü əsla istəməzlər
».
Amma  peyğəmbərlərə  və  ilahi  kitablara  iman  gətirib, 
ölümdən sonrakı həyata inananlar, ibadət edib xeyir işlərə 
çalışanlar,  ölümü  dünya  çətinliklərindən  qurtuluş  kimi 
qəbul edərlər.
Din  və  vətən  uğrunda  canından  keçən  insanlar,  əbədi 
həyatın varlığına inanmış, böyük amallar yolunda canlarını 
əsirgəməmişlər.
 
Sual 22:
 Harut və Marut kimdir?
Cavab:  
Babil  məmləkətində  olmuş  bu  iki  mələk 
haqqında  saysız-hesabsız  əfsanələr  uydurulmuşdur.  Hətta 
təfsirçilərdən  də  bəziləri,  uyğun  gəlməyən  fikirlər 
söyləmişlər.  Onlar  Harut  və  Marutun  yerə  enməsi  səbəbi 
barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki, 
onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər. 
Onlar da yerə endikdən sonra böyük günahlara başladılar».
Qurani-kərimdə  buyurulur:   «
Şeytanlar  sehri  və 
Babildə  Harut  və  Marut  adlı  iki  mələyə  nazil  olanları 
xalqa  öyrədərək,  kafir  oldular.  Halbuki,  o  iki  mələk 
19


«biz imtahanıq, sən gəl kafir olma» deməmiş, kimsəni 
öyrətmirdi
»
1

«Məcməül-bəyan»da  bu  ayənin  təfsirində  oxuyuruq: 
«Babil  ölkəsində  sehr  və  cadu  öz  zirvəsinə  çatmışdı.  Bu, 
xalqı  çox  narahat  edirdi.  Allah-təala  insan  surətində  iki 
mələk 
göndərdi 
ki,
 xalqa 
sehr 
və 
cadunun 
təsirsizləşdirilməsi yollarını öyrətsinlər. 
Mələklər  məcbur  oldular  ki,  sehr-caduya  qarşı 
mübarizə aparacaq insanlara onun yollarını da öyrətsinlər. 
Həmin adamlardan bir dəstəsi öyrəndiklərindən sui-istifadə 
edərək,  sehrbazlara  qoşuldular.  Hansı  ki,  mələklər  onlara 
xəbərdarlıq  etmişdilər  ki,  bu  biliklərdən  pis  məqsədlə 
istifadə etmək küfrdür».
Sual  23:
  Nübüvvət,  risalət  və  imamət  bir-birindən  nə 
ilə fərqlənir?
Cavab:  
Allah  tərəfindən  əmr  almış  üç  təbəqə 
mövcuddur: nəbilər, rəsullar və imamlar.
Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy 
qəbul  edir  və  vəhy  göstərişlərinə  ehtiyacı  olanları 
məlumatlandırır.
Risalət məqamındakı şəxs isə təbliğ edir, ilahi hökmləri 
cəmiyyətdə  yayır  və  düşüncələrdə  inqilab  etmək  üçün 
çalışır.
İmamət  məqamına  seçilən  şəxs  isə  ilahi  hökmlər 
əsasında hökumət təşkil edərək, xalqa rəhbərlik edir. Əgər 
hökumət  təşkil  etməyə  qüvvəsi  çatmasa,  imkan  daxilində 
ilahi buyruqların yerinə yetirilməsinə səy göstərir.
İslam  Peyğəmbəri  (s)  də  daxil  olmaqla,  əksər 
peyğəmbərlər  hər  üç  məqama  malik  olmuşlar:  həm  vəhy 
almış,  həm  bu  vəhyi  təbliğ  etmiş,  həm  də  ilahi  hökmlərin 
1
 «Bəqərə» surəsi, ayə 102.
20


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə