Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   2   3   4   5   6   7   8   9   ...   38

ehtiyaclıdır.  Amma  bu  o  demək  deyil  ki,  bəstəkar  yaxşı 
yaşamalı,  fəhlə  isə,  kasıbçılıqla  ömür  sürməlidir.  İnsanın 
qəbul  etdiyi  qidanın  enerji  orqanizmin  bütün  üzvlərinə 
paylandığı  kimi,  cəmiyyətin  də  qazancı  bütün  təbəqələrin 
ehtiyaclırın  ödəməlidir.  Cəmiyyətdə  memarın  öz,  fəhlənin 
də  öz  iş  sahəsi  var.  Hər  bir  insan  Allahdan  aldığı  istedad 
payı qədərində də məsuliyyət daşıyır.
Sual 9:
 Hidayət nədir? 
Cavab:
  «Hidayət»  doğru  yola  yönəltmə,  doğru  yol 
göstərmə  mənasını  verir. «Ta-ha»  surəsinin  50-ci  ayəsində 
buyurulur: «
Allahımız hər şeyi yaratdı, sonra isə, onları 
hidayət etdi
».
«Hidayət»  kəlməsinə  Quranın  müxtəlif  yerlərində  tez-
tez təsadüf olunur. Bu söz əsasən, iki mənada işlənmişdir:
1. Təkvini hidayət 
Təkvini  hidayət  dedikdə,  bütün  varlıq  aləminin  tabe 
olunduğu  nizam  nəzərdə  tutulur.  Allah-təala  öz  xilqətini, 
canlı  və  cansız  aləmi  yaranış  qanunlarına  uyğun  olaraq 
hidayət edir. Canlı aləmin təbii artımı, ulduz və planetlərin 
nizamlı hərəkəti, təkvini hidayətin nümunələrindəndir.
2. Təşri´i hidayət 
Təşri´i  hidayət  peyğəmbərlər,  asimani  kitablar  vasitəsi 
ilə  həyata  keçir.  İnsanlar  peyğəmbərlər  və  kitablardan 
təlim-tərbiyə  almaqla,  təkamül  yolunda  irəliləyirlər. 
«Ənbiya» surəsinin 73-cü ayəsində oxuyuruq: «
Biz, onları 
əmrimizlə  insanları  doğru  yola  yönəldən  imamlar 
etdik.  Biz,  onlara  xeyirli  işlər  görməyi,  namaz  qılıb, 
oruc tutmağı vəhy etdik
».
Ayə və hədislərdən belə məlum olur ki, təşri´i hidayət, 
başqa sözlə peyğəmbərlər və asimani kitablar yalnız imanlı 
insanlara təsirli ola bilir.
9


Sual 10:
 Allah şeytanı nə üçün yaratdı?
Cavab:
  Tez-tez  belə  suallarla  qarşılaşırıq:  Şeytan  kimi 
alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?
İlk  əvvəl  onu  qeyd  edək  ki,  Allah-təala  şeytanı  alçaq 
yaratmamışdır.  Mötəbər  dini  mənbələrin  verdiyi 
məlumatlara  görə,  şeytan  uzun  illər  mələklərlə  yanaşı 
dayanmışdır.  Lakin  sonradan  verilmiş  azadlıqdan  sui-
istifadə  edərək,  tüğyan  qoparmışdır.  Demək,  şeytan  ilk 
əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar 
olmuşdur.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət 
olmayan  yerdə  tərəqqi  də  olmaz.  Şeytanın  varlığı  imanlı 
insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-
fəsadlar,  imanlı  insanların  təkamülü  üçün  mühüm 
şərtlərdəndir. 
İnsan  yalnız  güclü  düşmənlə  qarşılaşdığı  zaman  öz 
qüvvəsini səfərbər  edib,  işə sala bilər.  Tarixə baxın.  Yalnız 
güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət 
göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.
«Nəhl»  surəsinin  99  və  100-cü  ayələrində  buyurulur: 
«
Həqiqətən,  iman  gətirib,  yalnız  öz  Rəbbinə  təvəkkül 
edənlərin  üzərində  şeytanın  heç  bir  hökmü  yoxdur. 
Şeytanın  hökmü  yalnız  ona  itaət  edib,  Allaha  şərik 
qoşanlar üzərindədir
». 
Sual 11:
 İblis nə üçün Allaha itaət etmədi?
Cavab: 
«İblis» ilk dəfə Adəmə səcdədən boyun qaçıran 
şeytanın adıdır. «Kəhf» surəsinin 50-ci ayəsində buyurulur: 
«
Cin tayfasından olan İblisdən savayı, hamı səcdə etdi
». 
10


Ayədən  göründüyü  kimi,  Adəmə  səcdə  edilməsi  əmri 
gələn  zaman,  mələklərlə  bir  sırada  dayanmış  İblis  mələk 
yox, cin tayfasından imiş.
O,  elə  təsəvvür  edirdi  ki,  Adəmdən  üstündür  və  o, 
Adəmə  yox,  Adəm  ona  səcdə  etməlidir.  Onun  bu 
itaətsizliyi, sadəcə bir etiraz yox,  ciddi etiqad məsələsi idi. 
Bir  ömür  ibadət  etmiş,  öz  ibadəti  sayəsində  mələklər 
cərgəsinə  qoşulmuş  İblis,  öz  təkəbbürü  ucbatından 
anlamırdı  ki,  əslində  Adəmə  yox,  Allaha  səcdədən  boyun 
qaçırır. 
Şəksiz  ki,  Allahın  əmrinə  boyun  əyib,  Adəmə  səcdə 
edən  mələklər,  əslində  Allaha  səcdə  edirdilər.  İblis  isə 
səcdədən boyun qaçırmaqla, Allahın qəzəbinə düçar oldu.
İblisin insan övladı ilə düşmənçiliyi, bu gün də davam 
etməkdədir. Adəm və onun övladlarını qiyamət gününədək 
doğru  yoldan  azdıracağına  and  içmiş  İblis,  öz  rəngarəng 
vəsvəsələri  ilə  insanları  əbədi  behiştdən  məhrum  edir.  O 
heç zaman düşmən qiyafəsində gəlmir. Necə ki, Adəmi öz 
andları  ilə  xeyirxah  olduğuna  inandırıb  çaşdırmışdısa, 
Adəm övladlarını da eyni üsulla günaha sürükləyir.
Sual 12
Təqva nədir?
Cavab:  
Qurani-kərimdə  çox  təsadüf  olunan  sözlərdən 
biri  də,   «təqva»dır.  Allah-təala  öz  bəndələrini  təqvalı 
olmağa çağırır.
«Təqva»  sözü  lüğətdə  özünü  qorumaq,  çəkinmək  mə
´nasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən 
çəkindirə  biləcək  daxili  bir  qüvvədir.  Həzrəti  Əli  (ə) 
buyurur: «
Bilin  ey  Allah  bəndələri,  təqva  möhkəm  və 
keçilməz bir qaladır
».
 Bə´ziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, 
çox  ehtiyatla  addımlarını  atan  insanın  qorunmasına 
11


oxşadırlar.   «Təqva  kiçik  və  böyük  günahlardan 
uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol 
verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə, 
təqvaya  çağırışlar  olur.  Əli  (ə)  buyurmuşdur:   «Təqva 
bütün  bağlı  qapıların  açarı,  axirət  ehtiyatı,  şeytana 
nökərlik və bəlalardan qurtuluş yoludur
»
1

Onu da qeyd edək ki, təqva müxtəlif sahələri əhatə edir. 
İnsanın  iqtisadi,  cinsi,  ictimai,  siyasi  məsələlərdə  təqvalı 
olması, bütün sahələrdə Allahdan çəkinməsi, onun kamala 
yetişməsinin zəruri şərtidir. 
Sual 13:
 «Liqaullah» nədir? 
Cavab:
  Qurani-kərimdə  qarşılaşdığımız  kəlmələrdən 
biri  də, «liqaullahdır».  Liqaullah,  ərəb  dilindən  tərcümədə 
«Allahla  görüş»  mənasını  verir.  Allah-təala  cism 
olmadığımızdan  onun  adi  gözlə  görünməsi  də,  sözsüz  ki, 
mümkün  deyildir.  Liqaullah  dedikdə,  qiyamət  səhnəsində 
Allahın  qüdrətinin  müşahidəsi  nəzərdə  tutulur.  Allahın 
mükafat,  cəza,  nemət  və  əzabı  bu  qüdrətin 
təzahürlərindəndir.
Bu  sözün  başqa  bir  mənası  da  zahir  yox,  iç  gözü  ilə 
Allahın  varlığına  şahid  olmaqdır.  İnsan  elə  bir  kamillik 
mərtəbəsinə  çata  bilər  ki,  Allah-təalanı  sanki  qəlb  gözü  ilə 
görər  və  onun  varlığına  bir  zərrə  də  olsun  şəkki  qalmaz. 
Əlbəttə  ki,  bu  hala  yalnız  yüksək  paklıq,  təqva  yolu  ilə 
yetişmək olar. «Nəhcül-bəlağə»də oxuyuruq: «Dostlarından 
biri  Həzrəti  Əlidən  (ə)  soruşdu: «Allahını  görmüsənmi?». 
Həzrət  (ə)  bu  sualın  cavabında  buyurdu:   «Görmədiyim 
Allaha  necə  ibadət  edərdim?!  Zahirdəki  gözlər  heç  zaman 
onu görməz. Yalnız iman nuru vasitəsi ilə qəlblər onu dərk 
edər».
1
 «Nəhcül-bəlağə».
12


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə