Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


ancaq  Allahdır  və  öz  qeybini  kimsəyə  əyan  etməz



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

ancaq  Allahdır  və  öz  qeybini  kimsəyə  əyan  etməz; 
bəyənib seçdiyi peyğəmbərdən başqa!». 
Peyğəmbərlər  həm  maddi,  həm  də  mənəvi  cəhətdən 
cəmiyyətə rəhbərlik etməyə vəzifəli olduqlarından, onların 
bir  sıra  biliklərə  ehtiyacı  labüddür.  Bu  sahədə  qeyb 
aləmindən  biliyə  nə  qədər  ehtiyacları  vardırsa,  o  qədər  də 
bilirlər.  Qeyb  aləmindən  məlumatı  olmayan  şəxs,  öz 
dövrünün rəngini alır və onun bilikləri başqa bir zaman və 
şərait  üçün  yetərsiz  olur.  Buyuruqları  dünya  həyatının 
sonunadək  eyni  təsirdə  qalan  həzrət  Məhəmməd  (s),  heç 
şübhəsiz, qeyb aləmindən xəbərdar idi. Dünyəvi rəhbərlərin 
isə,  yalnız  öz  dövrü  və  öz  şəraitində  təsirli  olduğu  göz 
qabağındadır. 
Sual  42:
  Quran  oxunan  zaman  susub,  onu  dinləmək 
vacibdirmi?
Cavab:
  Bu  barədə  Quranda  buyurulur:   «
Quran 
oxunan  zaman,  onu  dinləyin  və  susun  ki,  bəlkə  rəhm 
olunasınız
»
1

İbn Əbbas nəql edir ki, ilk əvvəllər müsəlmanlar namaz 
zamanı söhbət edər, bir-birlərinə sual verərdilər. Yuxarıdakı 
ayə  nazil  olduqdan  sonra  namaz  zamanı  əlavə  danışıqlar 
qadağan edildi.
Bəs  başqa  vaxtlar  necə,  Quran  oxunarkən  danışmaq 
olarmı?  Rəvayət  olunur  ki,  imam  Sadiq  (ə)  buyurmuşdur: 
«İstər  namaz  vaxtı,  istərsə  də  başqa  vaxtlar  Quran 
oxunduğunu  eşidərkən  susub,  onu  dinləmək  lazımdır». 
Hətta,  bəzi  hədislərə  əsasən,  Quran  oxunduğunu  eşidən 
pişnamaz  yaxşı  olar  ki,  ayə  qurtaranadək  susub,  onu 
dinləsin. 
1
 «Əraf» surəsi, ayə 204.
36


Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  Quran 
oxunduğunu  eşidən  zaman,  susmaq  çox  bəyənilmiş  bir 
işdir.  Bununla  belə  susmaq,  vacib  deyildir.  İslami 
mənbələrdə  belə  bir  mülahizə  də  vardır  ki,  cəmiyyət 
namazında  iqtida  edənlərin  namazın  birinci  və  ikinci 
rəkətlərində qiraət zamanı sakit dayanması uyğun ayədəki 
göstərişə  əsaslanır.  Amma  bu  halda  da,  susmaq  vacib 
deyildir (İqtida edən şəxs astadan zikr edə bilər).
Sual 43:
 İmanlı insanda hansı xüsusiyyətlər olmalıdır?
Cavab:  
Quran  ayələri  və  Əhli-beyt  hədislərində 
möminlərə  məxsus  bir  çox  sifətlər  sadalanır.  Biz  yalnız 
«Ənfal»  surəsində  qeyd  edilmiş  sifətlərdən  danışacağıq: 
«
Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə 
ürəkləri qorxudan titrəyər
».
Həqiqi  möminlərdə  üç  mənəvi  və  iki  əməli  keyfiyyət 
olur.  Üç  mənəvi  xüsusiyyət  məsuliyyət  hissi,  imanın 
təkamülü  və  təvəkkülüdür.  Demək,  mömin  insan  Allah 
qarşısında  məsuliyyət  hiss  edir  və  onun  buyurduğu 
vəzifələrdə səhlənkarlıq göstərmir.
Möminlərin ikinci mənəvi xüsusiyyəti odur ki, Allahın 
ayələri oxunduğu zaman imanları artar. 
Təkamül  bütün  dirilərə  məxsus  olan  xüsusiyyətdir. 
Əgər insanın qəlbində iman ölməmişsə, o inkişaf etməlidir. 
Diri iman isə, yalnız həqiqi möminlərin qəlbində olur.
Möminlərə  məxsus  üçüncü  sifət,  onların  yalnız  Allaha 
təvəkkül  etməsidir.  Onların  düşüncələri  o  qədər  uca  və 
genişdir ki, zəif təbiətli insan nəslinə güvənməzlər.
Möminlərin  əməli  xüsusiyyətləri  haqqında  belə 
buyurulur:   «Namaz  qılar  və  verdiyimiz  ruzidən  sərf 
edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm 
37


də  cəmiyyət  qarşısında  əməli  vəzifələri  vardır:  ibadət  və 
xalqa yardım!
Sual 44:
 Kafirlərlə ilk silahlı vuruş hansıdır?
Cavab:
 Müsəlmanların kafirlərlə ilk silahlı vuruşu Bədr 
döyüşüdür.  Əbu  Süfyan  qırx  nəfərlik  heyət  və  əlli  min 
dinarlıq  mal  ilə  Şamdan  qayıdırdı.  Həzrət  Peyğəmbər  (s) 
düşmənin  iqtisadi  qüdrətini  sındırmaq  üçün  onun  əsas 
sərmayəsinin  toplandığı  bu  karvanı  müsadirə  etmək 
qərarına  gəldi.  Bu  qərarın  ikinci  əsas  səbəbi,  məhz  bu 
düşmənin  işgəncələrindən  Mədinəyə  hicrət  edən 
müsəlmanların  Məkkədəki  itirdikləri  var-dövlətlərinin  geri 
qaytarılması idi.
Üç  yüz  on  üç  nəfərdən  ibarət  müsəlman  mübarizlər, 
başda həzrət Peyğəmbər (s) olmaqla, karvanı izlədikləri bir 
vaxt  Qüreyş  qoşununun  hərəkəti  barədə  məlumat  aldılar. 
Peyğəmbərin  (s)  planları,  Mədinədəki  casuslar  tərəfindən 
Əbu  Süfyana  çatdırılmışdı.  O  da  öz  növbəsində  Məkkəyə 
atlı  göndərib,  karvana  kömək  istəmişdi.  Əsas  var-dövləti 
karvanda  olan  məkkəlilər,  doqquz  yüz  əlli  döyüşçünü, 
yeddi  yüz  dəvə  və  yüz  atlı  köməyə  göndərmişdi.  Qoşuna 
Əbu Cəhl başçılıq edirdi. Məkkə ilə Mədinə arasındakı Bədr 
məntəqəsində  qoşunlar  üzbə-üz  gəldi.  Fürsətdən  istifadə 
edən Əbu Süfyan, karvanla birlikdə aradan çıxdı.
Döyüşdən  əvvəl,  həzrət  Peyğəmbər  (s)  düşmənə  sülh 
təklif  etdi.  Qüreyş  başçılarından  sülh  istəyənlər  olsa  da, 
Əbu Cəhl mane oldu.
Beləcə,  hicrətin  ikinci  ilində  Bədr  məntəqəsində 
müsəlmanların  kafirlərlə  ilk  silahlı  döyüşü  baş  verdi. 
Peyğəmbərin  (s)  əmisi  Həmzə  və  qoşunun  ən  gənc 
döyüşçüsü  Əli  (ə)  düşmənə  sarsıdıcı  zərbələr  endirdilər. 
Döyüş  meydanında  Qüreyş  qoşununa  sarı  hücum  çəkən 
38


qum  tufanı,  Qüreyşin  döyüş  ruhiyyəsini  tamam 
sındırmışdı. Həzrət Peyğəmbər (s) əllərini göyə qaldırıb ərz 
etdi:
 «Ya Rəbb, əgər bu dəstə qətlə yetirilsə, kimsə sənə 
sitayiş etməyəcək
».
Nəhayət,  döyüş  başa  çatdı.  Müsəlmanlar  üç  dəfə  az 
qüvvə  ilə  düşmənin  güclü  qoşunu  üzərində  gözlənilməz 
qələbə çaldılar.
Sual  45:
  Düşmən  güclüdürsə,  döyüşdən  qaçmaq 
olarmı?
Cavab:
  Yuxarıdakı  suala  Quran  ayələri  belə  cavab 
verir: 
«
Ey  iman  gətirənlər,  döyüş  meydanında  kafirlərlə 
rastlaşdığınız zaman dönüb qaçmayın
»
1

«
İçərinizdə iyirmi səbirli kişi olsa, min kafirə qalib 
gələr
»
2

«
Allahın  düşmənini  və  öz  düşməninizi  qorxutmaq 
üçün  kafirələrə  qarşı  bacardığınız  qədər  qüvvə  və 
döyüş  atları  tədarük  edin
»
3
.   «
Allahın  izni  olmayınca, 
heç kəsə ölüm yoxdur
»
4

«
Sizin içərinizdən iki dəstə qorxaraq, geri çəkilmək 
fikirinə  düşmüşdü.  Hansı  ki,  Allah  onların  yardımçısı 
idi. Möminlər gərək Allaha təvəkkül etsinlər
»
5

«
...Kim  belə  bir  gündə  düşmənə  arxa  çevirib 
qaçarsa,  sözsüz  ki,  Allahın  qəzəbinə  uğramış  olar. 
Onun məskəni cəhənnəmdir
»
6

1
 «Ənfal» surəsi, ayə 15.
2
 «Ənfal» surəsi, ayə 65.
3
 «Ənfal» surəsi, ayə 60.
4
 «Ali-imran» surəsi, ayə 145.
5
 «Ali-imran» surəsi, ayə 122.
6
 «Ənfal» surəsi, ayə 16.
39


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə