Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Tarixin  təcrübəsindən  öyrənməklə,  sanki  o



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

buyurur:   «
Tarixin  təcrübəsindən  öyrənməklə,  sanki  o 
qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam
»
1

Tarix  və  dastan  xüsusi  bir  cazibəyə  malikdir.  İnsan 
körpəlikdən  qocalanadək,  bu  cazibənin  təsiri  altında  olur. 
Tarix  və  dastan  hamı  tərəfindən  dərk  olunur,  hansı  ki,  bir 
məsələnin  sübutu  üçün  gətirilən  dəlilləri  hamı  eyni 
səviyyədə dərk etmir.
Yuxarıda deyilənlər bir daha sübut edir ki, Quran tarix 
və  dastana  geniş  yer  ayırmaqla,  ən  üstün  təlim-tərbiyə 
yolunu seçmişdir.
Sual 70:
 Yuxuya inanmaq olarmı?
Cavab:
  Yuxu  istər  adi  insanlar,  istərsə  də  alimlərin 
daim diqqət mərkəzində olan məsələlərdəndir. Axı yuxuda 
gördüyümüz çirkin və gözəl, qorxulu və ürək açan səhnələr 
nədir? Bunlar keçmişəmi aiddir, yoxsa gələcəyə?
Müxtəlif  ayə  və  hədislərdən  məlum  olur  ki,  yuxuların 
əksəriyyəti  gələcəyə  aid  olub,  qaranlıq  məsələlərin 
üstündən pərdəni qaldırır. «Yusuf» surəsinin 36-cı ayəsində 
oxuyuruq: «
(İki gənc, Yusif peyğəmbərə dedi:) «Gəl bu 
yuxunu bizə yoz». Yusif belə cavab verdi: «Yeyəcəyiniz 
təam  gəlməmişdən  əvvəl,  mən  onun  mənasını  sizə 
xəbər  verərəm.  Bu,  Rəbbimin  mənə  öyrətdiyi 
elmlərdəndir
».  Ayədən  göründüyü  kimi  həqiqi,  əsaslı  və 
yozulası  yuxular  vardır.  Həzrət  Peyğəmbər  (s)  buyurur: 
«
Yuxu  üç  qismdir:  bir  qismi  Allah  tərəfindən  verilən 
müjdə, bir qismi şeytandan gələn qəm-qüssə, digər bir 
qismi  isə,  insanın  bir  iş  barədə  çox  fikirləşməsinin 
nəticəsidir
»
2

1
 «Nəhcül-bəlağə».
2
 «Biharul-ənvar», 14-cü cild, səh. 411.
63


İslam  dinində  təbiri  caiz  bilinən  yuxu,  yalnız  ilahi 
yuxulardır.  O  biri  yuxuların  təbiri  batildir  və  həmin 
yuxulara inanmaq olmaz.
Sual 71:
 Övladlardan birinə daha çox sevginin nəticəsi 
nədir?
Cavab:
  İslam  dinində  günah  hesab  edilən  çirkin 
sifətlərdən  biri  həsəd,  paxıllıqdır.  Qəlbində  həsəd  tüğyan 
edən  insanın  ən  yaxın  adamını  qətlə  yetirməsi  belə 
mümkündür.  Paxıl  insan  bir  nemətdən  məhrum  olduqda, 
başqalarının  da  o  nemətdən  məhrum  olması  üçün  çalışır. 
Paxıl insanlardan qurulmuş cəmiyyət, hər an cinayətkarlıqla 
qarşı-qarşıyadır.
İnsanda  hələ  erkən  yaşlarından  baş  qaldıran  bu  hissin 
əsas  səbəbkarlarından  biri,  valideynlərdir.  Yəqub 
peyğəmbərin  on  iki  oğlu  var  idi.  Yəqub  anaları  dünyasını 
dəyişmiş  kiçik  övladları  Yusif  və  Bin  Yamini  daha  çox 
sevirdi. Bu məhəbbət onun o biri oğlanlarında həsəd hissini 
gücləndirmişdi.   «Yusif»  surəsinin  8-ci  ayəsində  Yusifin 
qardaşlarının  dili  ilə  belə  buyurulur:   «
...Biz  bir  dəstə 
olduğumuz halda, Yusif və onun qardaşı atamıza daha 
əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir
».
Şübhəsiz  ki,  kiçik  övladlarına  daha  çox  məhəbbət 
göstərən  Yəqub,  heç  bir  xətaya  yol  verməmişdi.  Onun 
məhəbbəti bu iki övladın fövqəladə ağıl və düşüncəsinə 
əsaslanırdı. Bununla belə, Quran bu hadisəni ətraflı nəql 
etməklə, valideynləri uyğun məsələdə daha artıq diqqətli 
olmağa çağırır. Çünki bir övlada məhəbbətin izharı o biri 
övladı o qədər sarsıda bilər ki, qəlbində doğan həsəd onu 
cinayətə  sürükləyər.  Bəzən  valideynlər  övladın 
pərişanlığını  aradan  qaldırmaq  üçün  həkimə  müraciət 
edir,  övladın  məhəbbətə  ehtiyacı  olduğunu  anlamırlar. 
64


İmam Baqir (ə) buyurur: «Mən bəzən bir övladımı dizim 
üstə  oturdub,  ona  şirniyyat  verirəm.  Hansı  ki,  o  biri 
övladım  buna  daha  çox  layiqdir.  Belə  etməyimin 
səbəbi,  onun  o  biri  övladlarıma  qarşı  çıxmasının 
qarşısını almaqdır
»
1
.
 
Sual 72:
 Həqiqi mömin əyləncəyə vaxt sərf edə bilərmi?
Cavab:
  İnsan  dəmir  maşın  deyildir  ki,  durmadan 
işləsin.  Əslində,  maşının  da  hissələri  işlədikcə  qızır, 
soyuması  və  yağlanması  lazım  gəlir.  İnsan  isə  maşından 
fərqli olaraq cismlə yanaşı, ruha da malikdir. İnsanın gözü, 
əl-ayağı  yorulub,  istirahətə  ehtiyaclı  olduğu  kimi,  ruhu  da 
yorulur  və  dincini  almaq  istəyir.  İnsanı  psixoloji 
yorğunluqdan  çıxaran  ən  gözəl  vasitə,  sağlam  əyləncədir. 
Təcrübədə  sübut  olunmuşdur  ki,  ruh  yorulduqca,  onun 
işinin keyfiyyəti aşağı enir. Qısa müddət əyləncə ilə məşğul 
olduqdan  sonra  ruh  dirçəlir,  yenidən  işləməyə  həvəs 
yaranır.
Həzrət  Əli  (ə)  buyurur:   «
İmanlı  insanın  günü  üç 
hissədən  ibarətdir.  Günün  bir  hissəsini  mənəviyyatla 
məşğul olub ibadət edən insan, günün ikinci hissəsini 
maddi ehtiyaclarının təminatına sərf etməlidir. Günün 
üçüncü hissəsi halal ləzzətlərə sərf olunmalıdır
»
2

Başqa  bir  hədisdə  isə,  günün  əyləncəyə  sərf  olunan 
hissəsinin digər iki hissəyə kömək etdiyi bildirilir. 
İmam  Sadiq  (ə)  buyurur:   «
Təbukdan  qayıdan 
peyğəmbər,  öz  yaxınları  arasında  cıdır  müsabiqəsi 
1
 «Biharul-ənvar», 74-cü cild, səh.78.
2
 «Nəhcül-bəlağə».
65


keçirdi. Həzrətin dəvəsinə minmiş Üsamə, cıdırda qalib 
gəldi
»
1

İslamda  sağlam  əyləncəyə  o  qədər  əhəmiyyət 
verilmişdir  ki,  hətta  bəzi  müsabiqələrdə  şərt  də  bağlamaq 
halaldır. Bu müsabiqələr peyğəmbər dövründə bəzən onun 
hakimliyi ilə keçirilərdi. At çapmaq, ox atmaq uyğun halal 
müsabiqələrdəndir.
Lakin  unutmaq  olmaz  ki,  İslam  dini  yalnız  sağlam 
müsabiqəni  qəbul  edir.  İnsanın  cisminə  və  ruhuna  zərərli 
əyləncələr  cəmiyyətdə  inkar  olunur.  İkinci  bir  tərəfdən, 
əyləncə insanın həyat idealına çevrilib, onu ruzi qazanmaq 
və ibadətdən saxlamamalıdır. Əgər əyləncəyə aludə olmuş 
insan  namazın  vaxtını  ötürürsə,  bu  sayaq  əyləncəni  heç 
vəchlə məqbul hesab etmək olmaz.
Sual 73:
 Ən gözəl səbir hansıdır?
Cavab:
 Ayə və hədislərdə möminlər üçün zəruri hesab 
edilən  sifətlərdən  biri  də,  səbirdir.  Üzücü  hadisələr 
qarşısında  dözüm  göstərib,  bədbinliyə  qapılmamaq,  insan 
şəxsiyyətinin  ucalığına  bir  dəlildir.  Oğlu  Yusifin  qanlı 
köynəyini  görən  Yəqub,   «
Mənə,  yalnız  tükənməz, 
dözümlü səbir gərəkdir
»
2
 deyir. 
Kiçik gölməçənin suyunu zəif bir külək dalğalandırdığı 
bir  halda,  əzəmətli  Sakit  okean  tufanlar  qarşısında  öz 
müvazinətini  itirmir.  Bəzən  insan  zahirən  dözümlülük 
göstərsə  də,  danışdığı  sözlərdən  naşükrlük  və  səbirsizlik 
duyulur.  Lakin  həqiqi  imana  malik  insanlar,  heç  zaman 
sarsılıb,  bədbin  sözlər  danışmırlar.  Ən  gözəl  səbir  də  elə 
budur.
1
 «Səfinətül-bihar», 1-ci cild, səh.596.
2
 «Yusif» surəsi, ayə 18.
66


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə