Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

Allahın  dostları  kimdir?  Ayədə  övliya  adlandırılan  bu 
şəxslər, qəlblərindən dünya istəklərini çıxarmış, Allahı qəlb 
gözü ilə görən möminlərdir. Okean qarşısında dayanan şəxs 
üçün damlanın dəyəri heçdir. Günəşlə üz-üzə dayanan şəxs 
çırağa etinasızdır.
Qorxu nədən yaranır? İnsan, ixtiyarında olan nemətləri 
itirməkdən qorxur. İtirdikdən sonra isə qəm-qüssəyə batır. 
Dünya  nemətlərinin  əsarətindən  azad  olmuş  övliyalar  nə 
üçün qorxmalı və nə üçün də qəmlənməli imişlər?! Həzrət 
Əli  (ə)  övliyalar  haqqında  buyurur:   «
Əgər  Allah  onlar 
üçün  ölüm  vaxtını  təyin  etməsəydi,  bir  an  olsun  belə 
ruhları bədənlərində qalmazdı
»
1

Ruhi  sarsıntılardan  qurtarmaq  üçün  əyləncəyə,  eyş-
işrətə,  musiqiyə,  spirtli  içkilərə,  narkotikaya  üz  tutan  və 
daha  da  dərin  uçuruma  yuvarlanan  insanlar!   «Bilin  ki, 
qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar».
Sual 62:
 Vaxtında iman gətirmiş qövm hansıdır?
Cavab:
 «
Əzab gəlməkdə ikən, Yunisin qövmündən 
başqa  iman  gətirib  imandan  faydalanacaq  əhali 
kimdir?!  Yunisin  ümməti  iman  gətirən  zaman,  onları 
rüsvayedici əzabdan qurtardıq və müəyyən bir müddət 
gün-güzəran verdik
»
2

Doğrudanmı,
 Yunisdən 
başqa 
bütün 
qalan 
peyğəmbərlərin dəvətinə məhəl qoyulmamışdır? 
İslam  Peyğəmbərinin  (s)  həyatından  məlumdur  ki,  bu 
belə  deyildir.  Yunisin  qövmünü  başqa  qövmülərdən 
fərqləndirən budur ki, bu qövm parçalanmadan, tam halda 
iman gətirmişdir.
1
 «Nəhcül-bəlağə».
2
 «Yunis» surəsi, ayə 98.
55


Tarixi mənbələrdə nəql olunur ki, bu qövm, indiki İraq 
ərazisinin  qədim  Neynəva  məntəqəsində  yaşayırmış.  İlk 
əvvəl iman gətirməyən qövmündən məyus olmuş Yunis bir 
abidin təklifi ilə onlara nifrin edir. Həmin qövmdən olan bir 
alim  Yunisi  məyus  olmayıb,  dua  etməyə  çağırsa  da,  O, 
qulaq asmayıb, bu qövmü tərk edir.
Yunis  gedəndən  sonra  alim  öz  qövmünü  bir  yerə 
toplayıb,  qarşıdakı  əzabın  nişanələrini  onlara  anladır. 
Nəhayət,  həqiqəti  anlayan  qövm,  alimin  rəhbərliyi  altında 
şəhərdən  çıxıb,  tövbə  edərək  dua  edirlər.  Onların  səmimi 
qəlbdən etirafları əzabın qarşısını alır.
Sual 63:
 Doğrudanmı, İslam qılınc dinidir?
Cavab:
  «İslam  qılınc  dinidir»  atmacası  ilə,  yalnız 
Qurani-kərimdən  xəbərsiz  insanları  aldatmaq  olar.  Allah-
təala  öz  peyğəmbəri  Məhəmmədə  (s)  belə  buyurur: «
Əgər 
Rəbbin  istəsəydi,  yer  üzündə  olanların  hamısı  iman 
gətirərdi.  İnsanları  iman  gətirməyə  sənmi  məcbur 
edəcəksən?!
»
1

Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası 
yoxdur.  Bundan  əlavə,  insanlardan  bir  qrupunun  iman 
gətirib,  digər  qrupunun  iman  gətirməməsi,  onların  iradə 
azadlığının sübutudur.
Bu  gün  məzlum  kütlələrin  qanını  içib,  başına  mərmi 
yağdıran  dünya  zorluları,  İslamı  və  müsəlmanları  zorda 
ittiham  edirlər.  Müsəlman  torpaqlarını  işğal  edənlər 
sülhsevər,  vətənini  müdafiə  edənlər  isə,  terrorist 
adlandırılırlar.  Bədənini  satan  qadın  azad,  örtüklü  qadın 
isə,  kölə  kimi  təqdim  olunur.  Bununla  belə,  İslam  topsuz-
tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.
1
 «Yunis» surəsi, ayə 99.
56


Yuxarıda  deyilənlərdən  heç  də  bu  nəticəni  çıxarmaq 
olmaz  ki,  İslam  özbaşınalıq  tərəfdarıdır.  İslam,  əqidənin 
zorla  qəbul  edilməsinə  tərəfdar  olmadığı  kimi, 
cəmiyyətdəki intizamsızlıqlara da tərəfdar deyil. Bir insanın 
əqidə  seçməkdə  azad  olması  o  demək  deyildir  ki,  o  öz 
istədiyi  əqidəni  cəmiyyətə  qəbul  etdirə  bilər.  Bir  insan 
gizlində  şərab  içə  bilirsə,  bu  o demək  deyildir  ki,  o  sərxoş 
vəziyyətdə cəmiyyətə çıxıb, ictimai asayişi poza bilər.
Bəli,  İslam  azadlıq  tərəfdarıdır.  Amma  elə  bir  azadlıq 
ki, bəşəriyyəti əbədi səadətə qovuşdura bilsin. İslam kişinin 
kişi,  qadının  qadınla  evlənməsinə  «xeyr»  deyir  və  bunu 
azadlıq yox, cəhalət adlandırır.
Sual 64:
 Peyğəmbəri (s) qocaldan surə hansıdır?
Cavab:
  «Nurus-səqəleyn»də  həzrət  Peyğəmbərin  (s) 
belə  buyurduğu  nəql  olunur:   «
Hud»  surəsi  məni 
qocaltdı
»
1

Bu  surənin  ayələrindən  alınan  ümumi  nəticə  budur 
ki,  müsəlmanlar  heç  vaxt  düşmənin  çoxluğu  və 
hücumlarının 
şiddətinə 
görə 
meydandan 
qaçmamalıdırlar.
İbn  Abbas  nəql  edir: «Həzrət  Peyğəmbər  (s)  üçün  heç 
bir ayə «
S
ənə əmr edildiyi kimi istiqamətlən
»
2
 
ayəsi qədər 
çətin gəlməmişdi». 
Yaxınları  həzrət  Peyğəmbərdən  (s)  saçının  tez 
ağarmasının səbəbini soruşanda, Həzrət (s) «Hud» surəsini 
səbəb göstərdi
3

Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 
112-ci  ayəsi  nazil  olanda,  Həzrət  (s)  buyurdu: «
Ətəyinizi 
1
 2-ci cild, səh.334.
2
 «Hud» surəsi, ayə 112.
3
 «Məcməül-bəyan», 5-ci cild, səh.199.
57


kəmərinizə  keçirin
».  Bu  hadisədən  sonra  Həzrəti  (s)  bir 
daha gülən görən olmadı
1

Haqqında  bəhs  etdiyimiz  ayədə  dörd  göstəriş  vardır: 
«
Sənə əmr edildiyi kimi istiqamətlən. Səninlə birlikdə 
iman  gətirənlər  də  düz  olsunlar.  Tüğyan  etməyin  ki, 
Allah sizin nə etdiklərinizi görür
»
2
. Birincisi, Həzrətin (s) 
istiqamətlənməsi,  ikincisi,  bu  istiqamətin  ilahi  rəngdə 
olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları 
istiqamətləndirməsi  və  nəhayət  dördüncü  göstəriş,  bu 
mübarizədə  ədalətə  riayət  olunmasıdır.  Başqa  sözlə, 
istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.
Sual 65: 
Dünya xoşbəxtliyində dinin rolu varmı?
Cavab:
  Bəziləri  elə  düşünür  ki,  din  yalnız  axirət 
xoşbəxtliyi  üçündür  və  insanın  dindar  olub-olmamasının, 
dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur. 
Hansı  ki,  din,  axirət  evindən  əvvəl  dünya  evini 
qorumaq  üçündür.  Peyğəmbər  (ə)  öz  qövmünə  xitabən 
deyir: «
Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, 
çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər. O, 
sizə  mal-dövlət,  oğul-uşaq  əta  edər.  O,  sizin  üçün 
bağlar-bağçalar əmələ gətirər, çaylar axıdar
»
3

Yalanın,  saxtakarlığın,  oğurluğun,  rüşvətxorluğun 
cəmiyyəti  məhv  etməsini  kim  inkar  edə  bilər?!  Zülm  və 
sitəmin  bəşəriyyəti  qara  günə  qoyduğunu  kim  inkar  edə 
bilər?! Allaha etiqadlı, peyğəmbər göstərişlərinə əməl edən, 
insanpərvər bir cəmiyyətin xoşbəxtliyinə kimdə şübhə var?! 
«Hud» surəsinin 3-cü ayəsindəki «
Ona tövbə edin ki, 
müəyyən  bir  müddət  yaxşı  gün-güzəran  versin
» 
buyuruğu  bir  daha  təsdiq  edir  ki,  din  insanın  əvvəlcə 
1
 «Əl-mənsur».
2
 «Hud» surəsi, ayə 112.
3
 «Nuh» surəsi, ayə 10-12.
58


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə