Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

dünya,  daha  sonra  isə  axirət  həyatının  tənzimlənməsini 
nəzərdə tutur.
Sual 66: 
Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail 
olmaq mümkündürmü?
Cavab:
  Quran  ayələrindən  məlum  olur  ki,  ruzi  təkcə 
maddim  nemətlərdən  ibarət  deyildir.  Bu  sözün  lüğəti 
mənası  «davamlı  hədiyyə»  deməkdir.  Ruzi  anlamı  qida 
maddələri  ilə  yanaşı  məskən,  geyim,  elm,  düşüncə,  iman 
kimi nemətləri də əhatə edir. «Ali-imran»  surəsinin 169-cu 
ayəsində  buyurulur:   «
Allah  yolunda  öldürülənləri  ölü 
zənn  etmə.  Onlar  öz  Rəbbinin  yanında  ruzi 
içindədirlər
».  Ayədən  göründüyü  kimi  ruzi  təkcə  maddi 
yox,  həm  də  mənəvi  nemətləri  ifadə  edir.  Bərzəx 
dünyasında  maddi  nemətlərin  olmaması,  buna  bir 
sübutdur.
«Hud» surəsinin 6-cı ayəsində oxuyuruq: «
Yer üzündə 
yaşayan  elə  bir  canlı  yoxdur  ki,  Allah  onun  ruzisini 
verməsin
».
Keçmiş  zamanlarda  insanlar  okean  dərinliklərində 
canlıların olmasına inanmırdılar. Çünki 700 metr dərinlikdə 
canlı orqanizmləri qidalandıracaq bitkilər yaşaya bilməzdi. 
Əsli  yaşıl  təbiətdən  götürülən  əksər  qidalar,  okean 
dərinliklərinə hansı yolla çata bilərdi?! Günəş işığı olmadan 
həmin  dərinlikdə  otların  cücərməsinin  qeyr-mümkün 
olduğu şübhə doğurmur. Zaman ötdükcə okeanın dərinliyi 
tədqiq  edildi  və  məlum  oldu  ki,  uyğun  dərinlikdə  canlılar 
yaşayırmış.  Sübuta  yetirildi  ki,  günəş  işığı  okean  səthində 
mikrobitkilər  cücərdir.  İlkin  təkamül  mərhələsini  su 
səthində keçirən bu qidalar, sanki okean dibindəki süfrəyə 
ələnir.  Demək,  hansı  şərait  olmasından  asılı  olmayaraq, 
bütün canlılar təyin olunmuş ruzisinə çatır. 
59


Bəs  insan  necə?  İnsan  çalışmadan,  heç  bir  zəhmət 
çəkmədən təyin olunmuş ruzisini əldə edə bilərmi? Həzrət 
Əli  (ə)  buyurur:   «
Ruzi  iki  növdür.  Birini  sən 
axtarmalısan, o biri isə sənin axtarışındadır
»
1

Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün 
ayırdığı  ruziyə  çatmaq  üçün  çalışmaq  zəruridir.  Bu  işdə 
özünü  həlak  edib,  haram  yola  əl  atmağa  ehtiyac  yoxdur. 
Hər  bir  insan  qüvvəsi  qədərində  çalışarsa,  təyin  olunmuş 
ruzisini  əldə  edə  bilər.  Bəs  həzrət  Əlinin  (ə)  buyurduğu 
ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi 
əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma 
insan oturub, təsadüflərin intizarında olmamalıdır.
Sual  67:
  Allah-təala  Nuhun  (ə)  hansı  duasını  qəbul 
etmədi?
Cavab:
  İlk  ülul-əzm  peyğəmbər  olan  Nuhun  (ə),  öz 
tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh 
olunmuşdur.   «Biz  səni  ancaq  özümüz  kimi  bir  insan 
sayırıq»  deyən  bu  tayfa  o  qədər  azğınlaşımışdı  ki,  hətta 
«qorxutduğun  əzabı  gətir  görək»-deyə  meydan  oxuyurdu. 
Nəhayət,  Allahın  əzabı  nazil  olur  və  Allah-təala  «zülm 
edənlər  barədə  mənə  müraciət  etmə,  çünki  onlar  suda 
boğulacaqlar»,-deyə  Nuha  (ə)  qarşıdakı  əzab  barədə 
məlumat verir.
Nuhun  gəmi  düzəltdiyini  görən  tayfa  onu  məsxərəyə 
qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın 
əmri  ilə  hər  heyvandan  bir  cüt  və  ailə  üzvlərini  gəmiyə 
götürən  Nuh  (ə)  oğlunu  dəvət  etdikdə,  belə  cavab  alır: 
«
Mən bir dağa sığınaram, o da məni qoruyar
»
2

1
 «Nəhcül-bəlağə».
2
 «Hud» surəsi, ayə 43.
60


Su  yer  üzünü  bürüyüb,  gəmini  öz  ağuşuna  aldıqca, 
əzaba  düçar  olan  tayfa  dalğalar  altında  görünməz  olur. 
Oğlunu  əzaba  düçar  olanlar  içində  görən  Nuhun 
qəlbində  atalıq  hissi  baş  qaldırır.  Allah  dərgahına  üz 
tutub  deyir: «Pərvərdigara,  oğlum  mənim  ailəmdəndir. 
Sən  mənim  ailəmi  bu  tufandan  xilas  edəcəyini  vəd 
vermişdin».  İstəyinə  müsbət  cavab  alacağını  ümid  edən 
Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. 
O  qeyri-saleh  bir  əməldir.  Elə  isə  bilmədiyin  bir  şeyi 
məndən  istəmə.  Sənə  cahillərdən  olmamağı  nəsihət 
edirəm
»
1

Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu 
və  Allahdan  bağışlanmaq  dilədi.  Əslində,  Allahdan 
istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. 
Nuh  da  bir  insanın  bağışlanmasını  dua  etmişdi.  Onun 
duasının  qəbul  olunmaması,  Allah-təalanın  bütün  işlərdə 
ədalətə  istinad  etməsindəndir.  Günah  uçurumuna 
yuvarlanmış,  hətta qeyri-saleh  əməl adlandırılmış bir şəxs, 
olduqca həssas bir məqamda bağışlana bilməzdi.
Sual 68:
 Səadət nədir?
Cavab:
  Səadət  və  xoşbəxtlik  dedikdə,  yalnız  dünya 
həyatını  nəzərdə  tutan  insanların  dini  etiqadları,  heç 
şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və 
xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi 
verildikdə  ikincini  seçirsə,  onun  axirət  inancı  həqiqi 
deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul 
edə bilər?!
1
 «Hud» surəsi, ayə 46.
61


Bu  barədə  Qurani-kərimdə  buyurulur:   «
Bədbəxt 
olanlar  od  içərisində  qalacaq...  Xoşbəxt  olanlar  isə, 
cənnətdə əbədi sakin olacaqlar
»
2

Səhərdən  axşama  mənən  və  cismən  axtarışda  olan 
insanın  itgisi  səadətdir.  Amma  insan  çox  vaxt  anlamır  ki, 
əlində  doğru  ünvan  olmayan  yolçu  çarıqlarını  yırtsa  belə, 
mənzilə  çatası  deyildir.  Səadət  bir  mənzildir  ki,  onun 
ünvanını  hər  yoldan  ötəndən  soruşan  kəs,  bədbəxtliyə 
düçar  olar.  Bu  mənzilin  həqiqi  ünvanı  yalnız  və  yalnız 
Allah  elçilərində  tapılmasıdır.  Peyğəmbərlərsə,  səadəti 
təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.
İmam Sadiq (ə) cəddi həzrət Əlidən (ə)  belə nəql edir: 
«
Həqiqi səadət, insan həyatının ən son mərhələsindəki 
səadətdir.  Həqiqi  bədbəxtlik  isə,  ömrün  günah  içində 
başa çatmasıdır
»
2

Sual  69:
  Qurani-kərimdə  nə  üçün  dastanlara  yer 
verilib?
Cavab:
  Quran-Kərimin  əhəmiyyətli  bir  hissəsi 
keçmişdə baş vermiş əhvalatları bəyan edir. Bu ilahi kitabla 
yaxından  tanış  olmayanlar,  onu  vərəqləyərkən  tez-tez 
rastlaşdıqları  dastanlardan  təəccüblənir,  bəziləri  isə  irad 
tutmağa  da  cəsarət  edirlər.  Amma  məsələyə  diqqətlə 
yanaşdıqda,  hər  şeyin  məntiqəuyğun  olmasına  şübhə 
qalmır.
Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ 
laboratoriyasıdır.  Həyat  həqiqətlərinin  dərk  olunmasında 
tarixin  müstəsna  əhəmiyyəti  vardır.  Tarixdə  müxtəlif 
qövmlərin  başına  gəlmiş  hadisələr,  bu  hadisələri  doğuran 
səbəblər,  əyani  dərs  vəsaitinə  bərabərdir.  Həzrət  Əli  (ə) 
2
 «Hud» surəsi, ayə 106, 108.
2
 «Nurus-səqəleyn», 2-ci cild, səh. 398.
62


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə