əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni
xatırladır.
Sual 82:
Haqqı nahaqdan necə fərqləndirmək olar?
Cavab:
Haqq və nahaqı tanımaq bəzən o qədər çətin
olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır.
Ayədə oxuyuruq: «
...Sel, üstünə çıxan bir köpüyü alıb
apardı. Bəzək şeyləri və ya qab-qacaq düzəltmək
məqsədi ilə insanların od üzərində qızdırıb
əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır.
Allah haqq ilə batili ayırd etmək üçün belə misallar
çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər.
İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar
»
1
.
Həqiqət həmişə saf su kimi həyatvericidir. Batildə isə
heç bir fayda yoxdur. Batil zahirdə təkəbbürlü,
məqmpərəst, səs-küylü, daxildə isə puçdur.
Həqiqət özünə güvəndiyi halda, batil həqiqətin
hörmətindən istifadə edir. Batil həmişə həqiqət libası geyir.
Əgər dünyada doğru söz olmasaydı, yalana kim inanardı?!
Əgər qızıl olmasaydı, qızıl suyuna salınmış dəmirə kim
aldanardı?!
Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «
Əgər batil
həqiqət qatqısından ayrılsa, həqiqət sevərlər üçün
aşkarlanacaq. Əgər həqiqət batil qatqısından qurtulsa,
sözbazların ağzı yumulacaq
».
Batil qatışıqlığa, özbaşınalığa tərəfdardır. Çöl-biyabanı
ağuşuna alan sel nə qədər ki, hərəkətdədir, ona qatışmış zir-
zibil gözə dəymir. Elə ki, suda sakitlik yaranır, zir-zibil
suyun dibinə çöküb, saf sudan ayrılır.
1
«Rəd» surəsi, ayə 17.
74
Həqiqət səhnədə görünən kimi, batil səhnəni tərk
etməyə məcburdur. Ona görə də, həqiqət həmişə hərəkətdə
olub, yerini batilə verməməlidir.
Sual 83:
Alın yazısını pozmaq olarmı?
Cavab:
Qurani-kərimdə buyurulur: «
Hər dövrün bir
kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də
sabit saxlayar. Kitabın əsli Onun yanındadır
»
1
.
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-
kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin
22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki
mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər
hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci
mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ
isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər.
Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda
qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin
mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər
içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən
qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan
hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin
nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə
xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur:
«Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq,
hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü
uzadar, bəlaların qarşısını alar»
2
.
1
«Rəd» surəsi, ayə 38-39.
2
«Əl-mizan» 11-ci cild, səh.419.
75
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar
barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və
isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz,
ikincidə yazılanlar isə, dəyişgəndir.
Sual 84:
«Allahın günləri» hansı günlərdir?
Cavab:
Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə
ilə rastlaşırıq: «
Biz Musaya «tayfanı zülmətdən nura
çıxar və Allahın günlərini xatırlad, bunda səbir və şükr
edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə
göndərdik
»
1
.
«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın
günləri» hansı günlərdir?
İmam Baqir (ə) buyurur: «
Allahın günləri imam
Mehdinin (ə) qiyam günü, rəcət günü və qiyamət
günüdür
»
2
. Bəzi hədislərdə rəcət günü əvəzinə, ölüm günü
göstərilmişdir.
Böyük günlərin xatırlanması, millətlərin əhval-
ruhiyyəsində dərin iz salır. Dünyadakı əksər millətlər
diktator rejimindən qurtulub, hürriyyət qazandıqları günü
əzəmətlə qeyd edirlər.
Allah günləri xatırlanması isə, insanı rəzil hisslərdən
uzaqlaşdırır, onu Allah, vətən və xalq qarşısında öz
vəzifələrini yerinə yetirməyə vadar edir. Ölümü, qiyamət
sorğusunu yaddan çıxarmayan insanın, şeytanın təhriki ilə
günaha batması qeyri-mümkündür.
Sual 85:
«Təvəkkül» nədir?
Cavab:
«İbrahim» surəsinin 11 və 12-ci ayələrində
buyurulur: «
Möminlər yalnız Allaha təvəkkül etsinlər.
1
«İbrahim» surəsi, ayə 5.
2
«Nurus-səqəleyn», 2-ci cild, səh.526.
76
Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün
Ona təvəkkül etməməliyik?!
».
«Təvəkkül» «vəkalət» kəlməsindəndir və vəkil seçmək
mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir:
agahlıq, düzlük, qüdrət, mərhəmət.
Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə
etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa
birinin köməyi ilə aradan qaldırmaq istəyir.
Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə
duran Allah-təala, istənilən hadisə və çətinlik zamanı
yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin
fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsl
səbəbkar Allahı bilir.
Allaha
təvəkkül,
çətinliklər
zamanı
insanın
müqavimətini artırır. Qurani-kərimin müxtəlif ayələrində
belə müqavimətin nümunələri ilə rastlaşırıq:
«
Allaha təvəkkül, cihad meydanında iki vuruşqan
tayfanın süstlüyünün qarşısını aldı
»
1
.
«...
İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə,
Allaha təvəkkül et
»
2
.
«O şəxslər şeytana müqavimət göstərib, onun
təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik
olsunlar
»
3
.
Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu
düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən
ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd
edilmiş günahlardandır.
Sual 86:
Kəşf və ixtira üçün ilahi mükafat varmı?
1
«Ali-imran» surəsi, ayə 173.
2
«Ali-imran» surəsi, ayə 159.
3
«Nəhl» surəsi, ayə 99.
77
Dostları ilə paylaş: |