Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

Bəzi  rəvayətlərdə  «ərzəlil-umur»  yüz  yaşdan  yuxarıya 
aid edilir
1

Bu  deyilənlər  bütün  qocalaramı  aiddir?  Ətrafımıza 
diqqətlə  nəzər  salsaq  görərik  ki,  bu  hala  ömrünü  elmi 
mübahisələrdə  keçirmiş  alimlər  arasında  çox  az  təsadüf 
olunur.  Amma  belə  bir  halın  Quranda  xatırladılması 
düşünən  insanlar  üçün  ciddi  bir  xəbərdarlıqdır. 
Ömrümüzün  belə  bir  dövrünün  çətinliklərindən  Allaha 
pənah aparaq.
Sual 118:
 Allahın qurbanlığa ehtiyacı varmı?
Cavab:
  Bəşər  tarixində  qurbanlıq  haqqında  ilkin 
məlumatla  Adəm  peyğəmbərin  iki  oğlunun  əhvalatında 
rastlaşırıq.   «
Onlar  qurban  gətirdikləri  zaman  birinin 
qurbanı  qəbul  edilmiş,  digərinin  isə  qəbul 
olunmamışdır
»
2
.  Bütün  səmavi  kitablarda,  eləcə  də, 
Qurani-kərimdə  ilahi  hədlər  gözlənilməklə,  Allah  yolunda 
qurban kəsilməsi alqışlanılır. Lakin cəhalət üzündən bütün 
işlərdə  ifrata  varan  insanlar,  bu  işdə  də  günaha  yol 
vermişlər.  Onlar  ibadət  üçün  xəlq  olunmuş  insan  övladını 
qurbanlıq  etməkdən  belə  çəkinmişlər.  Belələri,  təbii  ki, 
Allahın  qəzəbinə  düçar  olmuşlar.  Allah-təala  İbrahim 
peyğəmbərə  (ə)  oğlu  İsmayıli  qurbanlıq  etməsi  üçün 
göstəriş verdiyi halda, İbrahimin əlində bıçağın kütləşməsi, 
Allahın qurbanlıq üçün qoyun göndərməsi,  bir daha  vəhşi 
adətlərin süqutudur.
Allahın  qurbanlığa  ehtiyacı  varmı?  Cism  olmayan 
ehtiyacsız Allah belə buyurur: «
Onların nə əti, nə də qanı, 
1
 «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 472.
2
 «Maidə» surəsi, ayə 27.
109


əlbətdə, Allaha çatmaz. Allaha çatacaq olan, yalnız sizin 
təqvanızdır
»
1
.
Qurban  kəsmək  ibadətdir.  Bütün  ibadətlərin  əsas 
hədəfi,  kamil  insan  tərbiyəsidir.  Qurban  kəsən  insan 
fədakarlıq məktəbi keçərək, şəhadət üçün hazırlıq görür.
Qurbanlığın  digər  bir  əhəmiyyəti  də,  fəqir  və 
miskinlərin yada salınmasıdır.
Sual 119:
 Qəlbdə həqiqətə şübhə doğuran kimdir?
Cavab:
  Batilə  arxa  çevirib,  həqiqətə  üz  tutan  insan 
şeytanın  hədəfinə  çevrilir.   «
O  şeytan  ki,  insanların 
ürəklərinə vəsvəsə salır
»
2
. Quran ayələrindən məlum olur 
ki,  bu  vəsvəsələrdən  kimsə  suğortalanmamışdır:   «
(Ya 
Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi 
göndərmədik  ki,  şeytan  onun  arzu-diləyinə  bir  xələl 
qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər
»
3

Lakin  şeytanın  insana  təlqini  cavabsız  da  qala  bilər. 
Agah  və  imanlı  insanların  həqiqəti  batildən  seçməkdə  heç 
bir çətinliyi yoxdur. Quran oxuyan insanın qəlbində nüfuz 
edib  ayələrə  şübhə  doğuran  şeytan,  daim  iki  münasibətlə 
üz-üzədir: o, agah və imanlı insandan rədd cavabı alır, cahil 
insanları tovlamağa nail olur.
İslam  düşmənləri  şeytanın  nüfuzunu  təsdiq  edən 
ayələrdən sui-istifadə edərək, hətta həzrət Peyğəmbərin (s) 
də  tovlandığını  iddia  edirlər.  Bu  müddəaya  da  yalnız 
avamlar inana bilər. Əgər şeytan agah və imanlı adi insanı 
aldada  bilmirsə,  daim  ilahi  göstərişlərdən  faydalanan 
Peyğəmbəri  necə  aldada  bilər?!   (Xatırladaq  ki,  Adəmlə 
şeytanın  əhvalatında  Adəm  günaha  yol  verməmişdi. 
Sadəcə, yaxşı bir iş tərk olunmuşdu).
1
 «Həcc» surəsi, ayə 37.
2
 «Nas» surəsi, ayə 5.
3
 «Həcc» surəsi, ayə 52.
110


Sual 120:
 «Xuşu» nədir?
Cavab:
  İnsanın  hər  hansı  bir  sahədə  çalışması,  hələ 
müvəffəqiyyət  deyildir.  Hədəfə  doğru  aparan  yolda 
maneələr  mövcuddur  və  bu  maneələri  dəf  etmədən  hansı 
müvəffəqiyyətdən danışmaq olar?!
İnsanın nəfs istəkləri ilə mübarizəsi, ömrün sonunadək 
davam  edən  müharibəni  xatırladır.  Müharibə  meydanına 
girmək,  hələ  qələbə  çalmaq  deyildir.  Namaza  başlamış 
insan döyüşə girmiş cəngavəri xatırladır. O, yalnız özünün 
və  düşməninin  qüvvəsini  düzgün  qiymətləndirib,  Allahın 
yardımı  və  öhdəsindəki  imkanlardan  tam  istifadə  etməklə 
qalib  gələ  bilər.  Namaza  başlamasına  baxmayaraq,  pis 
vərdişlərdən  əl  çəkməyən,  dini  cəmiyyətlərin  adına  ləkə 
gətirən insanlara az təsadüf olunmur. «Möminun» surəsinin 
1 və 2-ci ayələrində buyurulur: «
Möminlər nicat tapdılar. 
O möminlər ki, namazlarında xuşu vardır
». 
Xuşu  nədir?  Xuşu  insanın  hər  hansı  əzəmət  və  ya 
həqiqət  qarşısında  təvazökarlığı,  özünü  kiçik  tutmasıdır. 
Qurani-kərimdə namaza başlamaq yox, xuşu halında namaz 
qılmaq möminlik əlaməti hesab olunur.
«Məcməul-bəyan»ın  təfsirində  belə  bir  hədis  nəql 
olunur: «İslam  Peyğəmbəri  (s)  namaz  zamanı  bəzən  göyə 
nəzər salardı. Yuxarıdakı ayə nazil olandan sonra bir daha 
başını qaldırmadı. Daim yerə baxdı». 
Doğrudan  da,  zorlu  bir  zalım  qarşısında  məzlum 
görkəm alan insan, necə ola bilər ki, Allah qarşısında özünü 
kiçik  tutmasın?!  Xuşu  kimi  vacib  bir  hal  necə  əldə  oluna 
bilər? Ayə və hədislərin köməyi ilə, bu işdə müvəffəq olmaq 
istəyənlərə yeddi məsləhət verilir:
1. Mütaliə və düşüncə vasitəsi ilə Allahın böyüklüyünü, 
dünyanın kiçikliyini anlamağa çalışmaq;
111


2.  İnsanın  fikirini  daim  özünə  cəlb  edən  səmərsiz 
məşğələlər, əyləncələrdən kənarlaşmaq;
3. Bəzək-düzəksiz, sadə yerdə namaz qılmaq;
4. Günahdan uzaq olmaq;
5. Namazın mətninin mənası və fəlsəfəsini öyrənmək;
6. Namazda müstəhəbb əməlləri yerinə yetirmək;
7. Namazda xuşunun şərt olunduğunu unutmamaq.
Sual 121:
 Bər-bəzəkli yaşayışın imana təsiri varmı?
Cavab:
 Allah-təala Qurani-kərimin müxtəlif ayələrində 
insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, 
qəlbdə  Allah  sevgisi  olmadan  əyilib-düzəlməyin  heç  bir 
faydası  yoxdur.  Qur´anda  bu  barədə  buyurulur:   «
Vay 
halına  o  namaz  qılanların  ki,  onlar  öz  namazlarından 
qafildirlər
»
1
.
Bir  anlıq  özünüzü  cərrahiyyə  otağında  hiss  edin.  Bu 
otaqda  telefon,  televizor,  divarda  şəkil,  yerdə  rəngarəng 
xalı-xalça  gözə  dəymir.  Burada  insanın  diqqətini 
əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda 
insanın  ilahi  talehi  həll  olunur.  Bir  əməliyyatçının  fikir 
dağınıqlığı, insan həyatına son qoya bilər.
Əgər  Allah-təala  ibadət  üçün  xəlq  etmiş  və  fikir 
dağınıqlığı  ibadəti  puça  çıxarırsa,  demək,  insan  eynən 
cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
Bəs  qalan  vaxtlar  necə,  Allahı  unutmaq  olarmı?  Bər-
bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa 
uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum 
olur  ki,  kübar  həyat  tərzi  iman  yolunda  ciddi 
maneələrdəndir:   «
Tayfasının  kafir  olan,  axirətə 
qovuşacaqlarını  yalan  hesab  edən  və  dünyada  nemət 
1
 «Maun» surəsi, ayə 4, 5.
112


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə