Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
617
.
85
.
əl-Buruc
(Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun bürclər sahibi olan göyə;
2. And olsun və’d olunmuş günə (qiyamət gününə);
3. And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və
onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
4. (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri
(lə’nətə düçar olub) qətl edildilər.
5. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
6. O zaman onlar (xəndəklərin) kənarında oturub,
7. (Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
8. Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə)
layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9. O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
10. Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar
edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı
gözləyir.
11. İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan
cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
12. Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
618
13. Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
14. (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
15. Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
16. O, istədiyini edəndir.
17. (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?-
18. Fir’on və Səmud (ordularının)?
19. Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər.
20. Onların bütün ixtiyarı Allahın əlindədir!
21. Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!
22. O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə
bilməz, o heç zaman təhrif olunmaz!)
.
86
.
ət-Tariq
(Gecə gələn) surəsi
(Məkkədə nazil olmuşdur, 17 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
619
3. (O, zülməti yaran) parlaq ulduzdur!
4. Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
5. Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
6. O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.
7. (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
8. Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -
9. Bütün sirlərin aşkar olacağı o qiyamət günü;
10. (O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!
11. And olsun yağış sahibi olan göyə;
12. And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,
13. Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!
14. O, oyun-oyuncaq (əyləncə) deyildir!
15. Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.
16. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.
17. Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
620
.
87
.
əl-Ə’la
(Ən uca) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər
de!
2. O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.
3. O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən
müəyyən etdi və (hamıya) yol göstərdi.
4. O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.
5. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.
6. (Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;
7. Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa!
Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!
8. Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.
9. (Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət
ver!
10. (Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!
11. Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
12. (O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.
13. Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri
olacaqdır!)
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
621
14. (Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.
15. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!
16. Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!
17. Halbuki axirət daha xeyirli və daha baqidir.
18. Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -
19. İbrahimin və Musanın kitablarında!
.
88
.
əl-Ğaşiyə
(Bürüyən) surəsi
(Məkkədə nazil olmuşdur, 26 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
2. (O gün) bir çox üzlər zəlil görkəm alacaq;
3. (Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
4. Yanar oda girəcəkdir;
5. Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
6. Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.
7. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
Dostları ilə paylaş: |