Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
608
33. Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda);
34. O gün insan qaçacaq öz qardaşından;
35. Anasından, atasından;
36. Zövcəsindən və oğullarından!
37. O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq,
heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).
38. O gün bir çox üzlər parlayacaq,
39. Güləcək, sevinəcəkdir.
40. O gün bir çox üzlərə isə toz-torpaq qonacaq,
41. Onları zülmət (yaxud his) bürüyəcəkdir.
42. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
609
.
81
.
ət-Təkvir
(Sarınma) surəsi
(Məkkədə nazil olmuşdur, 29 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;
2. Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
4. (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
5. Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
6. Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
7. Ruhlar (bədənlərə) qovuşacağı zaman;
8. Diri-diri torpağa gömülən körpə qızdan:
9. "Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman;
10. Əməl dəftərləri açılacağı zaman;
11. Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
12. Cəhənnəm alovlandırılacağı zaman;
13. Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;
14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
610
15. And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;
16. (Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ,
Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);
17. Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)
18. Və sökülməkdə olan dan yerinə ki,
19. Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi
kəlamdır.
20. (Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir
(izzətlidir).
21. (Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə)
e’tibarlı müvəkkildir.
22. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə
deyildir!
23. And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.
24. O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.
25. O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.
26. Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?
27. O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.
28. Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.
29. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!
(Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və
iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona
görə də hər işdə Allaha təvəkkül edin!)
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
611
.
82
.
əl-İnfitar
(Parçalanma) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Göy parçalanacağı zaman;
2. Ulduzlar dağılıb səpələnəcəyi zaman;
3. Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
4. Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
5. Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi
edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
6. Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
7. O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
8. Sənə Özü istədiyi surətdə biçim verdi.
9. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
10. Sizin üstünüzdə gözətçi mələklər -
11. (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
12. Onlar sizin nə etdiklərinizi bilirlər.
13. Həqiqətən, yaxşı əməl və itaət sahibləri (mö’minlər) Cənnətdə qərar tutacaqlar.
Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
612
14. Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
15. Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
16. Onlar əsla oradan çıxan deyillər!
17. (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
18. Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini
təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir
təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır - Allaha səmimi-
qəlbdən ibadət və itaət!)
19. O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!
.
83
.
əl-Mutəffifin
(Çəkidə və ölçüdə aldadanlar) surəsi
(Məkkədə nazil olmuşdur, 36 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Vay halına çəkidə və ölçüdə aldadanların!
2. O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,
3. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.
4. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!
5. Özü də dəhşətli bir gündə?!
Dostları ilə paylaş: |