Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

abstrakt mühakiməsidir; tarixi kitabları özündə hər hansı bir xronoloji zamanı
göstərməyən və çox güman ki, heç bir dəqiq hadisəyə söykənməyən əfsanələrdən
ibarətdir. Aydın olur ki, bu xalqın sivilizasiyadakı səviyyəsini müəyyən etmək üçün
yalnız incəsənəti öyrənmək, kifayət
etməz.
Söylənilənləri təsdiq etmək üçün digər çoxsaylı nümunələr də gətirmək olar.
İrqlər də var ki, heç vaxt yüksək mövqedə olmayıblar, amma özlərinə əvvəlki
nümunələrlə heç bir əlaqəsi olmayan, tamamilə fərdi incəsənət yaratmağa nail ola
biliblər. Məsələn, ərəblər. Köhnə yunan-Roma dünyasına axınından yüz il keçməmiş,
onlar ilk növbədə, Bizans memarlığından iqtibas etdiklərini o dərəcədə dəyişdirə
biliblər ki, əgər, gözlərimiz önündə qarışıq üslubdan ibarət abidələr görməsəydik, bu
yaradıcılığın hansı nümunələrdən ilham aldığını təyin etmək belə, mümkün olmazdı.
Bununla belə, hətta hansısa xalq heç bir bədii və ədəbi qabiliyyətlərə malik
olmadığı zamanda da çox yüksək mədəniyyət yarada bilər. Ticarət qabiliyyətindən
başqa digər üstünlüyə malik olmayan finikiyalılar məhz belə olublar. Yalnız öz
vasitəçilik qabiliyyətləri sayəsində dünyanın bir hissəsini digər hissələri ilə
əlaqələndirmək yolu ilə qədim dünyanı sivilizasiyalaşdırmışdılar. Lakin özləri bu
sahədə heç nə yarada bilməmişdilər, onların mədəniyyəti yalnız tarixdən və
ticarətdən ibarət olmuşdur.
Nəhayət, xalqlar da var ki, incəsənət istisna olmaqla, sivilizasiyanın digər bütün
elementləri olmasına baxmayaraq, çox aşağı səviyyədə qalmışlar. Moğolları buna
misal çəkmək olar. Məsələn, onlar tərəfindən Hindistanda ucaldılan abidələr, üslub
baxımından özlərində hindlilərdən heç nə əks etdirmir, lakin o dərəcədə gözəldilər ki,
onlardan bəziləri səlahiyyətli rəssamlar tərəfindən insan əlləri tərəfindən yaradılmış
ən şahanə əsərlər hesab olunurlar. Amma moğolları ali irqlər sırasında yerləşdirmək
heç kimin ağlına belə gələ bilməz.
Amma hətta ən sivilizasiyalı xalqlarda belə, incəsənət ən ali pilləyə, inkişafının
heç də həmişə kulminasiya mərhələsinə çatmayıb. Misirlilər və hindlilərin ən
mükəmməl, eyni zamanda, ən qədim abidələri var; Avropada möcüzəvi qotik
incəsənət özünün çiçəklənmə dövrünü keçirib – yaradılan bu heyrətamiz əsərlərin,
orta əsrlərdə tayı-bərabəri olmayıb – yarımbarbar mərhələ dövrünə təsadüf edir.
Beləliklə, hansısa xalqın inkişaf səviyyəsini yalnız onun incəsənətinin inkişafı ilə
müəyyən etmək ümumiyyətlə mümkün deyil. Təkrar edirəm, bu, onun
mədəniyyətinin yalnız bir elementini təşkil edir; o da sübut olunmayıb ki, həmin
element, lap ədəbiyyat kimi ən yüksəyidir. Əksinə, sivilizasiyanın lap zirvəsində yer
alan xalqlarda (qədimdə romalılar, müasir dövrdə amerikalılar) bu bədii əsərlər çox
vaxt ən zəifləri hesab olunurlar. Çox vaxt xalqlar öz ədəbi və bədii sahədə incilərini
yarımbarbar əsrlərdə yaradıblar.
Belə hesab etmək olar ki, incəsənətdə fərdiyyətçilik mərhələsi, onun uşaqlıq və
ya gənclik zamanının çiçəklənməsi dövrüdür, heç də kamillik dövrü deyil və əgər,
diqqətə alsaq ki, yeni dünyanın mənfəət güdən qayğılarında – şəfəqlərini yalnız
çətinliklə fərqləndirə bilirik – incəsənətin rolu zəif nəzərə çarpır, yəqin, elə bir gün
gələcək ki, o, aşağı yerdə qoyulmasa da, ən azı
sivilizasiyanın tamamilə ikinci dərəcəli göstəriciləri arasında yer alacaq.
downloaded from KitabYurdu.org


Yenə də, incəsənətin sivilizasiyanın başqa elementləri ilə birlikdə eyni zamanda
inkişaf edir fikrinə qarşı bir çox əsaslar gətirmək olar: o, özü sərbəst və xüsusi
təkamülə malik olur. İstər Misiri, Yunanıstanı, yaxud Avropanın müxtəlif xalqlarını
götürək, biz həmişə eyni qanunu, yəni təkcə incəsənətin məlum səviyyəyə
yüksəldiyini qeyd edirik, məşhur inciləri yaratdıqdan sonra, ardınca dərhal təqlid
mərhələsi gəlir, daha sonra isə istər-istəməz tənəzzül dövrü başlayır ki, bütün bunlar
sivilizasiyanın digər elementlərinin hərəkətindən ümumiyyətlə, asılı olmur. Həmin
tənəzzül dövrü incəsənətə yeni elementlər gətirə bilən hansısa siyasi inqilablar,
işğallar, yeni dinin qəbulu və digər amillər ortaya çıxana qədər davam edir. Bu
minvalla orta əsrlərdəki xaç yürüşləri özü ilə incəsənətin inkişafına təkan verən
biliklər və yeni ideyalar gətirdi, bunların nəticəsində roman stil, qotik stil kimi
dəyişildi. Eyni təsir üzündən, bir neçə əsr sonra yunan-roma həyatının öyrənilməsinin
bərpası, öz ardınca qotik incəsənətin İntibah dövrünün incəsənəti kimi kökündən
dəyişilməsinə gətirib çıxardı. Müsəlmanların Hindistana hücumu da eyni ilə hind
incəsənətinin kökündən dəyişilməsi ilə nəticələndi.
Qeyd etmək çox mühümdür ki, incəsənət ümumi cizgilərdə sivilizasiyaların
məlum tələbatlarını ifadə edir və məlum hislərinə uyğun gəlir, belədə o, həmin
tələbatların dəyişilməsi, hətta tamamilə yoxa çıxması ilə barışmağa məhkumdur, əgər
bu tələbatları yaradanların özləri və hisləri təsadüfən dəyişilirlər və ya ümumiyyətlə,
yoxa çıxırlarsa. Bundan hələ belə nəticə çıxmır ki, sivilizasiya tənəzzüldədir və biz
burada yenə də incəsənətin təkamülü və sivilizasiyaların digər elementlərinin tədrici
inkişafı ilə paralellik görmürük. Heç bir tarixi mərhələdə sivilizasiya indiki zamanda
olduğu kimi belə yüksək olmayıb və heç bir dövrdə, ola bilsin ki, belə bayağı və fərd
cəhətdən bu qədər zəif sivilizasiya da olmayıb. Belə ki, müxtəlif mərhələlərdə
incəsənətdən sivilizasiyaların əhəmiyyətli elementlərini yaradan dini inanclar, ideya
və tələbatlar yoxa çıxıb, onda məbədlər və saraylar müqəddəs hesab olunurdu, elə
incəsənətin özü də ikinci dərəcəli bir şeyə, əyləncə predmetinə çevrilib, ona ayırmaq
üçün çoxlu zaman və pul da yoxdur. Bundan sonra tələbat duyulan bir şey
olmadığından, o, yalnız sənətkarlıq və təqlidçilik xüsusiyyəti ola bilər. İndiki zamanda
milli incəsənətə malik bir xalq da tapa bilməzsən və hər bir xalq memarlıq,
heykəltəraşlıqda uzaq dövrlərin az və ya çox uğurlu alınan surətləri ilə yaşayır.
İncəsənət – məlum mərhələnin tələbatlarının, ideya və hislərinin təzahürü
rolunu oynamaqdan qalanda, yalnız sənayenin aşağı bir növü kimi çıxış etməyə
başlayır. Mən indi o vaxt üçün böyük əhəmiyyət daşıyan və həyatın əsas mərkəzini
təşkil edən – müqəddəsləri, cənnət və cəhənnəmi rəsmə alan orta əsr rəssamlarının
bu qədər səmimi olmalarına çox təəccüblənirəm. Lakin əsl etiqadları olmayan
rəssamlar indi, başqa əsrin texnikasının gücü ilə həmin süjetlərlə bizim divarları
örtəndə, müasir dövr üçün heç bir maraq doğurmayan və gələcəkdə nifrət oyada
biləcək zavallı təqlidçilik edirlər. Uşağa məxsus zərif sadəlövhlüklər, qocalar
tərəfindən təqlid edildikdə, çox eybəcər görünür.
Rəssamlıq haqqında indi söylənilənləri, bizim memarlığa da aid etmək olar, bizdə
artıq olmayan, uyğun gələn tələbatlara və inamlara əl atmaqla, hazırkı zamanda
təqlidçilik formaları ilə keçinməyə çalışır. Bizim günlərin yeganə, səmimi memarlığı –
çünki təkcə o, bizim sivilizasiyanın tələbatlarına və ideyalarına uyğun gəlir – bu,
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə