Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

edilib. Amma bu müraciətləri daha dərindən öyrənməyə başladıqda, dərhal sezirsən
ki, xalqların dəyişdirdiyi yeganə şey köhnə dinlərinin adıdır, dinin özü yox; əsl
həqiqətdə, qəbul edilmiş inanc köhnə dinə qoşulmaq üçün, onu əvəz etməyə gəlib və
xeyli dəyişikliklərə məruz qalıb, ona münasibət yalnız sadə təklifdən ibarətdir. İnancın
bir xalqdan digərinə keçidi zamanı dəyişikliklər çox vaxt o qədər əhəmiyyətli olur ki,
yeni qəbul edilən dinin adını qoruyub saxladığı ilə heç bir nəzərə çarpan yaxınlıq
əlaqəsi belə olmur. Bu sahədə ən yaxşı nümunə buddizmdir, Çinə gələnə qədər o
qədər tanınmaz hala salınmış, qəbul edən irq tərəfindən onun şəkli o dərəcədə
dəyişdirilmişdi ki, elm adamları onu başlanğıcda müstəqil din olaraq qəbul etmişdilər
və bunun sadəcə buddizm olduğunu öyrənmək üçün alimlərə xeyli zaman lazım
gəlmişdi. Çin buddizmi heç də Hindistan buddizmi deyil, Nepal buddizmindən də
kəskin fərqlənir, sonuncu isə öz növbəsində Seylon buddizmindən xeyli uzaqdır.
Buddizm Hindistanda yalnız brəhmənizmdən (mahiyyətcə elə də çox fərqlənmir)
əvvəl mövcud olmuş təfriqəçilikdir. Eyni ilə Çində olduğu kimi – öncəki inancların
təfriqəçiliyidir, onunla sıx bağlıdır.
Buddizm üçün qəti olaraq sübut olunanlar, brəhmənizm üçün də düz gəlir. Belə
ki, Hindistan irqləri bir-birindən heyrətamiz dərəcədə fərqləndiklərindən, eyni ad
altında onlarda fövqəladə dərəcədə müxtəlif dini inancların olmasını, asanlıqla qəbul
etmək olar. Şübhəsiz ki, brəhmən qəbilələrinin hamısı Vişnanı və Şivanı baş ilahələri,
Vedanı isə öz müqəddəs kitabları hesab edirlər. Lakin həmin baş ilahələr dində yalnız
öz adlarını, müqəddəs kitablar isə təkcə öz mətnlərini saxlamışlar. Onların yanında
saysız-hesabsız pərəstiş obyektləri yaranıb, burada irqlərdən asılı olaraq ən
rəngarəng inanclar tapmaq mümkündür: təktanrılıq, politeizm, fetişizm, panteizm,
əcdadlara, iblislərə, heyvanlara sitayiş və s. Yalnız Vedada yazılanlara söykənib,
Hindistandakı pərəstişlər haqqında mühakimə aparsaq, onda bu nəhəng yarımadada
hökmran olan ilahə və inanclar haqqında xırda bir təsəvvür belə formalaşdırmaq
mümkün olmaz. Müqəddəs kitabların adları bütün brəhmənlər tərəfindən ehtiramla
anılır, lakin bu kitabların öyrətdiyi dinlərdən, ümumiyyətlə heç nə qalmayıb.
Hətta İslamın özü təktanrılığın sadəliyinə baxmayaraq, bu qanundan yayına
bilməyib: Fars, Ərəbistan və Hindistan İslamı arasında nəhəng məsafə mövcuddur.
Hindistanda mahiyyətcə çoxtanrılıq hökm sürür və o, təktanrılığa söykənən bir dini
çoxtanrılığa yönəltmək üçün üsullar tapa bilib. 50 milyonluq hindli-müsəlman üçün
Məhəmməd və İslamın müqəddəsləri yalnız minlərlə digər tanrılara əlavə olunmuş
tanrılardır.
Hətta İslam belə orada bütün adamların bərabərliyini hələ təmin edə bilməyib,
digər yerlərdə onun uğurunun əsas səbəblərindən biri budur: Hindistan müsəlmanları
da digər hindlilər kimi kasta sistemini tətbiq edirlər. Dekanda, dravid xalqları (Cənubi
Hindistanda dil və mədəniyyətcə bir-birinə yaxın olan xalqlar qrupu) arasında İslam o
dərəcədə tanınmaz olub ki, onu daha brəhmənizmdən fərqləndirmək mümkün deyil;
Məhəmmədin adı və ilahiləşdirilmiş peyğəmbərə ibadət etmək üçün tikilən məscidlər
olmasaydı, onu yəqin ki, ümumiyyətlə, ayıra bilməzdilər.
İslamın bir irqdən digərinə keçməsi ilə hansı dərin dəyişikliklərə məruz qaldığını
görmək üçün Hindistana getmək lazım deyil. Əlcəzairə baxmaq kifayətdir. Bu ölkədə
iki tamamilə müxtəlif irq var: ərəblər və bərbərlər, hər ikisi müsəlmandılar. Lakin
downloaded from KitabYurdu.org


birincilərin İslamı sonuncuların islamçılığından çox uzaqdır; Qurandakı poliqamiya
bərbərlərdə monoqamiyaya çevrilib, din yalnız İslamla köhnə bütpərəstliyin
birləşməsidir, hansı ki, onların arasında əsrlər boyu mövcud olmuşdur, o vaxt ki, hələ
Karfagen hökmranlıq edirdi.
Avropanın dinləri də ümumi qanunlardan – onları qəbul edən irqlərin ruhuna
uyğun olaraq şəklini dəyişdirməkdən yan keçə bilməmişdir. Hindistanda olduğu kimi,
mətnlərlə təsbit edilmiş ehkamların sözləri kimi dəyişilməz qalmışdır. Lakin bunlar
sadə formullardır, hansı ki, mənasını hərə özünə uyğun izah edir. Ümumi xristian adı
altında biz Avropada əsl bütpərəstləri görürük, məsələn, bütə dua edən aşağı
bretanları; həmayilə pərəstiş edən ispanları; polietistləri, məsələn, italyanları,
onlarda hər bir kəndin dua etdiyi öz müxtəlif ilahələri, madonnaları var. Tədqiqatları
davam etdirməklə, çox asanlıqla göstərmək olur ki, böyük dini parçalanmalara gətirib
çıxarmış islahatlar, eyni dini kitabın müxtəlif irqlər tərəfindən fərqli şəkildə izahının
nəticəsi olaraq ortaya çıxıb: şimal irqləri dinlərini özləri tədqiq etməyi və həyatlarını
da özləri tənzimləməyi xoşlayırlar; cənub xalqları isə müstəqillik nöqteyi-nəzərindən
və fəlsəfi inkişafdan çox geridə qalıblar. Bu nümunələrdən heç biri daha inandırıcı ola
bilməz.
Lakin bu faktlar, onların inkişafı bizi özünə daha çox cəlb edib, uzaqlara apara
bilər. Belədə biz sivilizasiyanın digər iki, başlıca elementinə, təsisatlar və dilə az vaxt
həsr etməli olacağıq, çünki texniki təfərrüatlara da yer vermək lazımdır. Bu isə əsərin
hüdudlarından xeyli kənara çıxır. İnanc üçün doğru olanlar, eyni dərəcədə təsisatlar
üçün də doğrudur; bu, sonuncular dəyişikliklərə məruz qalmadan, bir xalqdan
digərinə verilə bilməz. Oxucuları çoxsaylı nümunələrlə yormaq fikrində deyiləm,
onlardan sadəcə bir məsələyə eyni, oxşar təsisatların, baxmayaraq ki, onlar eyni cür
adlanır, güc və ya inandırmaq yolu ilə müxtəlif irqlərdə, yeni dövrdə hansı
dərəcəyədək dəyişikliklərə gətirib çıxardığına, diqqət yetirməyi xahiş edirəm. Əvvəlki
fəsildə, Amerikanın müxtəlif ölkələrinin nümunəsində bu haqda söhbət açmışam.
Əslində, təsisatlar yalnız zərurətlərin nəticəsi olaraq meydana çıxır, bir nəslin
iradəsi ona heç bir təsir göstərmir. Hər bir irq və hər bir mərhələ üçün bu irqin
inkişafı, mövcudluğunun şərtləri kimi ortaya çıxır, bəzi qurumların ehtimal etdiklərini,
digərləri qəbul etməyə bilər, məsələn, hislər, düşüncələr, fikirlər, irsi təsirlər.
Hökumət yarlıqları elə də böyük əhəmiyyət daşımır. Heç bir vaxt hər hansı bir xalqa
ən yaxşı hesab etdiyi təsisatı seçmək imkanı verilməyib. Əgər nadir hallarda bu seçim
imkanı düşürsə də, onu qoruyub saxlamaq nəsib olmur. Çoxsaylı inqilablar,
konstitusiyaya edilən fasiləsiz dəyişikliklər, əsrlər boyunca davamlı olaraq fransızlarda
baş verir, bu bir təcrübə təşkil edir ki, artıq çoxdan dövlət adamlarında bununla bağlı
müəyyən baxış formalaşmalıydı. Bununla belə, düşünürəm ki, mühüm ictimai
dəyişikliklərin ancaq dekretlər yolu ilə həyata keçməsi ilə bağlı ideyalar, hələ də yalnız
qaranlıq kütlənin başında və bəzi fanatiklərin dar düşüncələrində qala bilər.
Təsisatların yeganə faydalı rolu adətlər və ictimai rəy tərəfindən artıq qəbul edilən
dəyişikliklərə qanuni sanksiya verməkdən ibarətdir. Onlar həmin dəyişikliklərin
ardınca gedəcəklər, amma önündə olmayacaqlar. İnsanların xarakter və düşüncələri
təsisatlar dəyişilmir. Bu vasitələrlə xalqları inanclı və ya skeptik etmək mümkün deyil,
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə