R b a y c a n X z r d n z g m



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


28 oktyabr 2016-cы il   № 69-72 (9075)

BaŞ redaktor

rasif iman oğlu

tahirov

ünvanımız:

az1003, Bakı şəhəri,

xanlar küçəsi, 22

telefonlarıMız:

Baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“azərbaycan xəzər dəniz

gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

Şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 3027

8

güləşçilərimiz “qitələrarası kubok” beynəlxalq 

turnirində 1 gümüş medalla kifayətləniblər

Dağıstanın Xasavyurt 

şəhərində sərbəst güləş üzrə 

8-ci “Qitələrarası Kubok” 

beynəlxalq turniri keçirilib.

Azərbaycan  Güləş  Fede-

rasiyasından    verilən  xəbərə 

görə,  pəhləvanlarımız  turniri 

1 gümüş medalla başa vurub-

lar.


Turnirdə  65  kiloqram 

çəkidə  mübarizə  aparan 

Məhəmməd Müslümov finaladək bütün rəqiblərindən üstün olub. Həl-

ledici görüşdə yerli idmançı ilə qarşılaşan təmsilçimiz məğlub olub və 

gümüş medalla kifayətlənib.

Eyni çəki dərəcəsində mübarizə aparan digər güləşçimiz Mahal Nov-

ruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada 

tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər 

Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil ediblər.



stolüstü tennis yarışlarında  

130 idmançı iştirak edib 

“Şüa” İdman-Sağlamlıq 

Kompleksində Gənclər və İd-

man Nazirliyinin və Azərbay-

can Stolüstü Tennis Federasi-

yasının birgə təşkilatçılığı ilə 

oktyabrın 11-dən start verilən 

stolüstü tennis üzrə gənclər və 

yeniyetmə idmançılar (1999-

2001-ci il, 2002-ci il və daha 

kiçik təvəllüdlü) arasında 

Azərbaycan kuboku uğrunda 

yarışlar oktyabrın 15-də başa 

çatıb. Şəxsi-komanda xarakte-

ri daşıyan yarışda Bakı və Sumqayıt şəhərlərindən, eləcə də respublikanın 

digər bölgələrindən 130-a yaxın idmançı iştirak edib.

Azərbaycan  Stolüstü  Tennis  Federasiyasından    bildiriblər  ki,  yarışların 

bağlanış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Fazil Məm-

mədov Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illi-

yi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, ölkəmizdə idmana böyük 

diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağ-

lamlıq infrastrukturunun yaradıldığını vurğulayıb. “Bütün bunların nəticəsidir 

ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman 

yarışlarına da ev sahibliyi edir”, - deyən F.Məmmədov son illərdə stolüstü 

tennisin inkişafı istiqamətində görülən işlərdən danışıb, qalibləri təbrik edib. 

Qalib idmançılara diplom, kubok və mükafatlar təqdim olunub.

Tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasına yeni təyin olunmuş 

vitse-prezident Səbuhi Mehdizadə idman ictimaiyyətinə təqdim olunub.

cüdoçularımız yeni reytinqdə 

mövqelərini yaxşılaşdırıblar

Beynəlxalq Cüdo Fede-

rasiyası yeni reytinq cədvəlini 

açıqlayıb.

  Yeni  siyahını  Azərbaycan 

millisi  üçün  uğurlu  saymaq  olar. 

Belə ki, yığmamızın aparıcı cüdo-

çularından  ikisi  mövqeyini  yax-

şılaşdırıb.  Uşanqi  Kokauri  (100 

kq-dan yuxarı) 2 rəqibini arxada 

qoymaqla 20-ci yerə yüksəlibsə, Nicat Şıxəlizadə (66 kq) 8-ci 

pilləni 7-yə dəyişib.

Millimizdə  yenə  ən  yaxşı  göstərici  Olimpiya  mükafatçı-

larımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımova (100 kq) 

məxsusdur.  Onların  hər  ikisi  öz  çəki  dərəcələrində  birincidir. 

Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər 

ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov 

(100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar 

müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar 

tutublar.

Cüdoçumuz Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, 

hazırda 37-cidir.

 “qızıl buts” mükafatı təqdim olunub

Futbol üzrə Uruqvay millisinin və 

“Barselona” komandasının hücumçusu 

Luis Suarezə Barselonada təşkil olunan 

təntənəli mərasimdə “Qızıl buts” mükafatı 

təqdim edilib.

29  yaşlı  hücumçu  bu  mükafata  2015-

2016-cı il mövsümündə Avropa milli çem-

pionatlarında ən çox qol (40 top) vurduğuna görə layiq görülüb.

L.Suarez 2013-2014-cü il mövsümündə “Liverpul”da oyna-

yarkən “Qızıl buts”a “Real Madrid”in forvardı Kriştiano Ronal-

do ilə birgə sahib olmuşdu. Həmin vaxt futbolçular hərəyə 31 

dəfə fərqlənmişdilər.



Belarus 2019-cu ildə ikinci 

Avropa Oyunlarını qəbul etməyə 

hazırdır.

  BELTA  agentliyi  xəbər  verir 

ki,  bunu  Belarus  Prezidenti Alek-

sandr Lukaşenko Avropa Olimpiya 

Komitəsinin  prezidenti  vəzifəsini 

icra edən Janez Kosijancic ilə gö-

rüşdə deyib.

“Biz  sizinlə  tarixi  qərar  qəbul 

etdik və 2019-cu ildə bu Oyunlar-

da  Avropa  idmançılarını  bir  yerə 

yığacağıq”,  -  deyə Aleksandr  Lu-

kaşenko bildirib. O, həmçinin de-

yib ki, Belarusda neçə idman növü 

üzrə yarışların keçiriləcəyi ilə bağ-

lı qərar qəbul etmək üçün tələsmək 

lazım deyil: “Mən burada mümkün 

qədər  çox  idmançının  iştirak  et-

məsinin  tərəfdarıyam.  Bu,  onların 

bayramıdır”.

Belarusun dövlət başçısı Azər-

baycan  Milli  Olimpiya  Komitə-

sinin  vitse-prezidenti  Çingiz  Hü-

seynzadə ilə görüşündə ölkəmizin 

Avropa  Oyunlarının  yüksək  stan-

dartlarını müəyyənləşdirdiyini bil-

dirib.  Prezident  Aleksandr  Luka-

şenko deyib: “Oyunların təşkilində 

Azərbaycanın təcrübəsindən istifa-

də etmək bizim üçün çox vacibdir. 

Dostum,  Azərbaycan  Prezidenti 

İlham Əliyev elə bir yüksək səviy-

yə  müəyyən  edib  ki, Azərbaycanı 

ötüb  keçmək  heç  kəsə  müyəssər 

olmayacaq”.



“azərBaycanı ötüB keçMək heç 

kəsə Müyəssər olMayacaq”

Rusiyanın Azərbaycanlı Gənc-

lər Birliyinin (RAGB) komandası 

Ümumrusiya Millətlərarası Gənclər 

İttifaqı kubokunda mini futbol üzrə 

yarışların gümüş mükafatını əldə 

edib.

Ümumrusiya Millətlərarası Gənc-

lər  İttifaqının  Moskva  hökumətinin 

dəstəyi ilə təşkil etdiyi altıncı millət-

lərarası mini futbol turniri Rusiyanın 

paytaxtında keçirilib.

RAGB-nin  idarə  heyətinin  üzvü 

Emin Hacıyev  bildirib ki, yarışlarda 

müxtəlif etnik qrupları, habelə Fran-

sa,  Almaniya,  Avstriya  və  Finlandi-

yanı təmsil edən 16 komanda iştirak 

edib.


Bu yarışa ilk dəfə qatılan RAGB 

komandası parlaq və gözəl oyun nü-

mayiş etdirərək ardıcıl beş qələbə qa-

zanıb. Ən yaxşı qapıçı kuboku RAGB 

komandasının  qolkiperinə  təqdim 

edilib. Komandanın hər bir oyunçusu 

qələbəyə özünəməxsus töhfə verib.

Azərbaycanın tri-

atlon üzrə yığmasının 

üzvü Rostislav Pevstov 

Alaniyada keçirilən 

Avropa kuboku yarış-

larında gümüş medal 

qazanıb.

1500 metrlik su mə-

safəsini 

idmançımız 

18.49  dəqiqəyə  başa 

vurub.  Ardınca  isə  40  kilometrlik  ve-

lodistansiyanı  56.19  dəqiqəlik  nəticə 

ilə  qət  edib.  Nəhayət,  yarışların  son 

mərhələsi - 10 kilometrlik 

qaçış  zolağını  R.Pevstov 

31.37  dəqiqəyə  başa  vu-

rub.  Ümumi  hesablamada 

R.Pevstov 1 saat 47 dəqiqə 

45 saniyə göstərici ilə ikin-

ci yerə sahib olub.

Avropa Triatlon Şurası 

idmançımızın  çıxışını  xü-

susi ilə qeyd edib. Pevstov 

bu  mövsüm  Avropada  ən  yüksək  rey-

tinqə malik olan triatlonçu adına layiq 



görülüb.

ragB komandası mini futbol üzrə 

yarışların gümüş mükafatını qazanıb

triatlonçumuz avropa kuboku 

yarışlarında ikinci yerə sahib olub

Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə