R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə19/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   15   16   17   18   19   20   21   22   ...   153

Fransa  ilk  ölkə  idi  ki,  orada  doğum  XVIII  əsrdə  təhlükəli 

dərəcədə  aşağı  düşmüşdü.  Ona  görə  də  artıq  XIX  əsrdə  doğumun 

stimullaşdırılması istiqamətində cəhdlər göstərilməyə başlanılmışdır. 

Baxmayaraq  ki,  əhalisinin  sayı  azalan  ölkələr  çox  azdır, 

ancaq  dünyanın  61  ölkəsində  orta  hesabla  hər  ailədə  uşaqların  sayı 

2,1-dən azdır. Bəzi mənbələrdə bu göstərici hər sağlam qadına düşən 

uşağın sayı kimi göstərilir. 

Əhali artımı zəif olan ölkələrdə demoqrafik siyasət doğumun 

artmasına,  artım  yüksək  olan  ölkələrdə  isə  doğumun  azalmasına 

yönəlmişdir. 

Avropa  Birliyi  ölkələrində  demoqrafik  siyasətin  tədbirlər 

sistemi  oxşar  olsa  da,  bəzi  müavinət  və  güzəştlərin  miqyasında 

fərqlər  mövcuddur.  Məsələn,  hər  anadan  olan  uşağa  görə  birdəfəlik 

dövlət  yardımı  AFR-də  100  marka,  böyük  Britaniyada  25  funt- 

sterlinq,  Fransada  2600  frank,  Đspaniyada  300  peset  təşkil  edir. 

Müavinətlər birinci anadan olan uşağa görə AFR-də ayda 50 marka, 

ikinci uşağa ayda 100 marka, üçüncü və hər sonrakı uşağa ayda 200 

marka,  Fransada  ikinci  uşağa  ayda  500  frank,  altıncı  uşağa  ayda 

3000 frank təşkil edir. Bu ödənişlər uşaq 16 yaşına çatanadək verilir. 

Şərqi,  Cənubi  və  Cənubi-Şərqi  Asiya  ölkələri  içərisində  ən 

radikal  demoqrafik  siyasət  Yaponiyaya  və  Çinə  məxsusdur. 

Hindistan  və  digər  Asiya  ölkələri  də  ikiuşaqlı  ailələrə  istiqamət 

götürsələr  də,  belə  demoqrafik  siyasətin  həyata  keçirilməsi  yolunda 

problemlər və cətinliklər çoxdur. 

Dünya  fonunda  ərəb-müsəlman  regionunun  xüsusi  yeri  var. 

Milli  və  dini  ənənələr  demoqrafik  siyasətin  fəallığını  heçə  endirir. 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və digərləri 

doğumun istənilən cür məhdudlaşdırmasının əleyhinə çıxırlar. 

Qeyd  etmək  lazımdır  ki,  bu  və  ya  digər  müsəlman 

ölkələrindəki  demoqrafik  vəziyyət  həmin  regiondakı  ümumi 

vəziyyətlə 

təxminən  eynidir.  Yəni  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi  və 

regional amillər əhali artımına dini amillərə nisbətən daha  cox təsir 

göstərir. 

Ən gərgin demoqrafik vəziyyət Saxaradan cənubdakı Afrika 

ölkələrindədir.  Bu  ölkələrin  çoxunda  demək  olar  ki,  heç  bir 

demoqrafik siyasət həyata keçirilmir. Əgər Asiya ölkələrində doğum 



son  50  ildə  hər  qadına  5,9-dan  2,6  -ya  enibsə,  Afrikanm  bu 

hissəsində 6,5-dən 5,5-ə qədərdir. 

Demoqrafik siyasətin vacib tədbirlərindən biri -ailəqurma yaş 

həddinin tənzimlənməsidir. Qədim Roma qanunçuluğuna görə nigah 

yaşının  minimum  həddi  qızlar  üçün  12,  oğlanlar  üçün  isə  14 

olmuşdur.  Đndi  də  bu  hədd  bəzi  katolik  ölkələrində  öz  qüvvəsində 

qalır,  xüsusilə  də  Cənubi  Avropa  və  Latın  Amerikası  ölkələrində. 

Ümumiyyətlə, ölkələrin çoxunda qanun nigaha 16-18 yaşından icazə 

verir. 

Son  onilliklərdə  ailəqurmanın  minimum  yaş  həddi  artmağa 



doğru meyl edir. Bu da demoqrafik siyasətlə bağlıdır. Məsələn, Çin 

Xalq  Respublikasında  kişilər  üçün  bu  yaş  həddi  22,  qadınlar  üçün 

20, Hindistanda uyğun olaraq 21 və 18 yaş qanunla müəyyən edilir. 

Ancaq son bir neçə ildə nigah yenidən «cavanlaşmağa» başlamışdır. 

Dolayı  olaraq  əhali  artımına  boşanma  siyasəti  də  təsir  edir. 

Bu  cəhətdən  ən  liberal  qanunlar  ABŞ,  Böyük  Britaniya,  Niderland, 

Skandinaviya  ölkələrindədir.  Ər  və  arvadın  nigah  münasibətlərini 

saxlamamaq  istəyi  kifayət  qədər  əsaslanmış  hesab  olunur.  AFR, 

Belçika, Finlandiya qanunları da bu cəhətdən çox ciddi deyildir. Bu 

sahədə Đtaliya, Fransa, Yunanıstan qanunları daha ciddidir. Đrlandiya, 

Đspaniya  və  Portuqaliyada  isə  boşanma  bu  günə  qədər,  demək  olar 

ki, mümkün deyildir. 

1994-cü  ildə  Qahirədə  keçirilən  əhali  məskunlaşması  və 

inkişafı  üzrə  Beynəlxalq  Konfransda  179  ölkə  əhali  ilə  inkişaf 

arasındakı  qarşılıqlı  əlaqə  məsələsində  konsensusa  gəldilər. 

Konfransda  həm  də  2015-ci  il  üçün  məqsəd  və  vəzifələr  müəyyən 

edilmişdir. 

Konfransdan  sonrakı  beşillik  təcrübə  göstərdi  ki,  qoyulmuş 

məqsəd və vəzifələrin yerinə yetirilməsi nəinki real və mümkündür, 

həm  də  insanların  vəziyyəti  ilə  balanslaşdırılmış  inkişaf  labüddür. 

Konfransda müəyyən oldu ki, ölkələr demoqrafik siyasəti və inkişaf 

sahəsindəki  istiqamətləri  qəbul  edirlər.  Đnkişaf  sahəsindəki  siyasətə 

aşağıdakı  amillər-yaşayışın  keyfıyyəti,  şəxsi  seçim,  insan  hüquqları 

və s. amillər daxil edilmişdir. Aparılan iqtisadi siyasətdə  yoxsulluq, 

ərzaq  təhlükəsizliyi,  təbii  ehtiyatların  istifadəsi  və  ətraf  mühitin 

mühafizəsi,  əhalinin  sayı  və  artım  templəri  kimi  aspektlər  nəzərə 

alınır. Konfrans qadın və kişilərin huquqlarının bərabərliyinin bütün 

sahələrdə  təmin  olunmasını  tövsiyə  etmişdir.  Məqsəd  qoyulmuşdur 




ki, kiçik yaşlı uşaqlar arasında ölüm göstəriciləri azaldılsın, çünki 5 

yaşına  çatmamış uşaqlar arasında bu  göstərici o dövrdə çox  yüksək 

idi. 

Konfransdan  keçən  5  il  ərzində  əksər  ölkələr  öz  demoqrafık 



siyasətlərini konfransın məqsədləri ilə uyğunlaşdırmışlar. 

Dünyada  kişilərin  sayı  qadınların  sayından  30  mln.  nəfər 

artıqdır.  Ancaq  bu  ümumi  faktın  arxasında  çox  böyük  fərqlər 

gizlənir. 

Birincisi,  müxtəlif  yaş  qruplarında  əhalinin  cins  tərkibi 

müxtəlifdir (hər 1000 nəfər qadına düşən-kişilərin sayı): 

Qeyd  etmək  lazımdır  ki,  bütün  dünya  və  regionlarda  uşaq 

yaşında  oğlanların  sayı  qızlardan  çoxdur.  Çünki  hər  il  doğulan 

uşaqların  içərisində  oğlanlar  qızlardan  4  mln.  çox  olur.  Yuxarı  yaş 

qruplarında isə qadınların sayı kişilərə nisbətən üstünlük təşkil edir. 

Đkincisi, fərqlər müxtəlif regionlarda da özünü göstərir. Ikinci 

Dünya  müharibəsinin  təsiri  hələ  də  bütün  Avropa  (Đrlandiya  və 

Đslandiyadan  başqa)  ölkələrində  hiss  olunur.  Asiya  ölkələrində 

kişilər qadınlardan çoxdur (Yaponiya, Đsrail, Yəmən, Đndoneziyadan 

başqa). 

Afrika  ölkələri  üçün  əhalinin  cins  tərkibində  kəskin  fərqlər 

yoxdur.  Bu  ölkələrin  əksərində  qadın  və  kişilərin  sayı  təxminən 

eynidir. Materikin şimal  hissəsində kişilərin sayı  qadınlardan bir az 

artıqdır, şərqdə isə qadınlar üstünlük təşkil edirlər. 

Şimali  Amerikada  əhalinin  əksəriyyətini  immiqrantlar  təşkil 

etdiyi  üçün  uzun  müddət  kişilər  əhalinin  tərkibində  üstünlük  təşkil 

etmişlər. 

Əhalinin yaş tərkibi «artdıqca» əvvəlcə ABŞ-da, 70-ci illərdə 

isə  Kanadada  qadınların  sayı  kişilərin  sayını  keçmişdir.  Bu,  əsasən 

yuxarı  yaş  həddinə  aiddir.  Bu  proseslər  Avstraliya  üçün  də 

xarakterikdir. 

Latın  Amerikası  ölkələrində  Afrikadakı  kimi  qadın  və 

kişilərin sayı təxminən eynidir. Ayrı-ayrı region və ölkələr arasında 

da  əhalinin  cins  tərkibindəki  fərqlər  bir  o  qədər  də  böyük  deyildir. 

Demək olar ki, bu ölkələrin hamısında qadınlar cüzi üstünlük təşkil 

edirlər. 

Son  dövrlər  BMT  və  digər  beynəlxalq  təşkilatlar  əhalinin 

təhsil  səviyyəsinə,  tibbi  təminatına,  ekoloji  təhlükəsizliyinə  xüsusi 

diqqət  yetirirlər.  Təsadüfi  deyil  ki,  həm  insan  potensialının  inkişaf 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə