R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə27/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   23   24   25   26   27   28   29   30   ...   153

Rusiya Federasiyası, Kanada,  Đsveç və sair dünya ölkələri seçilsələr 

də Albaniyada, Qvatemalada, Qondurasda, Nepalda, Efıopiyada, Şri-

Lankada,  Paraqvayda,  Qabonda,  Avstriyada,  Kolumbiyada,  Peruda, 

Tanzaniyada,  Keniyada,  Madaqaskarda,  Yeni  Zelandiyada  mineral 

təbii  sərvətlərin  az  olması  hidroenerji  ehtiyatlarından  daha  çox 

istifadə etməyə səbəb olur. Göstərilən ölkələrin hamısında SES-lərin 

verdikləri  elektrik  enerjisininin  xüsusi  çəkisi  yüksəkdir.  Bildirmək 

lazımdır ki, hər birinin gücü 1 mln.kvt-dan artıq olan SES-lərin 50%-

dən  çoxu  inkişaf  etmiş  ölkələr  ərazisindədir.  Đllik  elektrik  enerjisi 

istehsalında SES-lərin xüsusi çəkisi Kanadada, ABŞ-da, Braziliyada, 

Rusiyada,  Çində,  Norveçdə,  eləcə  də  Tacikistanda,  Qırğızıstanda, 

Đsveçdə,  Đsveçrədə  (1200-ə  qədər  SES  fəaliyyət  göstərir), 

Qondurasda,  Albaniyada,  Nepalda,  Şri-Lankada,  Paraqvayda, 

Efıopiyada,  Qabonda,  Avstriyada,  Kolumbiyada,  Peruda,  Keniyada, 

Madaqaskarda,  Yeni  Zelandiyada  və  sair  ölkələrdə  SES-lərdən 

alınan  illik  elektrik  enerjisinin  xüsusi  çəkisi  70-99,5%  arasında 

dəyişir.  Əgər,  Braziliyada  bu  çəki  93%  təşkil  edirsə,  Norveçdə 

bunun kəmiyyət göstəricisi 99,5%-dən çoxdur. 

Çox  maraqlıdır  ki,  Norveçdə  mövcud  SES-lərin  (400)  hamısı 

iqtisadi və mühəndis-texniki baxımdan yerin altında quraşdırılmışlar. 

Onu  da  göstərməliyik  ki,  Kanada,  ABŞ,  Rusiya  Federasiyası, 

Braziliya  SES-lərdən  ən  çox  elektrik  enerjisi  əldə  edən  ölkələrdir. 

Elə bu ölkələrdə də ən böyük gücə malik olan SES-lər yaradılmışdır. 

Bunlardan,  gücü  12,6  mln.kvt,  Parana  çayı  üzərində  Braziliya  və 

Paraqvay  ölkələrinin  birlikdə  1983-cü  ildə  tikmiş  olduqları 

«Đtaypu»nu,  Venesuelanın  Karoni  çayı  üzərində  1968-ci  ildə  tikmiş 

olduğu,  gücü  10,3  mln.kvt  olan  Qurini,  ABŞ-da  -Kolumbiya  çayı 

üzərində,  1942-ci  ildə  tikilmiş,  gücü  9,8  mln.kvt-a  çatan  Qrand-

Kulini, Rusiya Federasiyasında, Yenisey çayı üzərində 1964-1988-ci 

illərdə  tikilmiş,  gücü  6,4  mln.kvt  olan  Sayano-Şuşenskini, 

Braziliyada  Takantis  çayı  üzərində  1984-cü  ildə  tikilmiş,  gücü  8,0 

mln.kvt olan Tukuruini göstərə bilərik. 

Çində  2003-cü  ildə  1-ci  bloku  istıfadəyə  verilmiş,  26-cı  bloku 

2009-cu  ildə  istifadə  verilməsi  nəzərdə  tutulan,  gücü  20  mln.  kvt.-a 

çata  bilən,  Yansızı  çayının  yuxarı  axınlarında  tikilən  SES-i  qeyd 

etmək  mütləqdir.  O,  hündürlüyü  180  m,  uzunluğu  2,5  km  bəndə  və 

700 km uzunluğunda su anbarına malikdir. Qeyd etmək lazımdır ki, 

Çin  hidroenerji  potensialına  görə  dünyada    1-ci  yeri  tutur.  Onun 

ehtiyatı  680  mln.kvt-dan  çox  olmaqla  illik  hasil  olunası  məhsulun 



miqdarı  5,9  trln.kvt  saat  təşkil  edir.  Hələlik  bu  ehtiyatın  9-10 

faizindən  istifadə  olunur.  Onu  da  göstərmək  yerinə  düşər  ki,  Çinin 

təkcə  Yansızı  çayı  üzərində  ümumi  gücü  200  mln.  kvt-a  çata  bilən 

SES-lər  tikmək  mümkündür  ki,  onlardan  da  hər  il  1,0  trilyon  kvt 

saatdan çox elektrik enerjisi əldə edilməlidir. 

Qeyd etmək lazımdır ki, Şimal yarımkürəsi çaylarının hidroener-

jisinin  iqtisadi  potensialı  demək  olar  ki,  istifadə  olunmuşdur.  Odur 

ki,  gələcəkdə,  əsas  məqsəd  Cənub  yarımkürəsi  çaylarının  iqtisadi 

hidroenerji potensiallarından istifadə etməyə üstünlük verilməlidir. 

Hidroenergetikanın başlıca xüsusiyyətlərindən biri də eyni hövzə 

boyunda  yerləşən  SES  kaskadlarının  yaradılmasıdır.  Yəni  eyni  çay 

boyu  mövcud  SES-lərin  biri-biri  ilə  birləşdirilməsi  prosesi  həyata 

keçirilir.  Kaskadların  yaradılması  çox  böyük  əhəmiyyət  kəsb  edir. 

Belə ki, nəticədə mövcud su resurslarından kompleks istifadə olunur, 

energetikanın  inkişafı  məsələləri  həll  olunur,  bir  sıra  əhəmiyyətli 

istehsal sahələrinin, kənd təsərrüfatının inkişafı təmin olunur, dəmir 

yolu 

nəqliyyatının 



elektrikləşdirilməsi 

sürətləndirilir, 

su 

təsərrüfatında  iş  şəraiti  kökündən  yaxşılaşdırılır,  ayrı-ayrı  sənaye 



mərkəzlərinin, şəhərlərin su ilə təchizatı təmin olunur və sairə. Belə 

kaskadlardan  ən  böyüklərindən  Volqa-Kama,  Dnepr,  Anqara-

Yenisey  və  habelə  Kolumbiya  çayı  üzərində  ümumi  gücü  20 

mln.kvt-dan  artıq  olan  SES  kaskadını  qeyd  edə  bilərik.  Eyni 

zamanda da gələcəkdə Qrenlandiyanın buzlarının əriməsi nəticəsində 

yaranan axarlar üzərində ümumi gücü 120 mln.kvt-a çata bilən SES 

yaratmaq proyektinin olması da çox maraq doğurur. 

Göstərmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrdə  hidroenerji 

ehtiyatları  demək  olar  ki,  tükənmişdir.  Ona  görə  də  inkişaf  etmiş 

ölkələrdə  əsasən  pik  saatlarının  istehlakını  ödəmək  məqsədinə 

xidmət  etmək  üçün  kiçik  hidro-akkumulyativ  elektrik  stansiyalarını 

inkişaf etdirmək məqsədəuyğundur. 

Elektroenergetikanın  inkişafında  əsas  mənbələrdən  biri  də  17% 

xüsusi çəkiyə, 50 ölkədə, 340-dan çox saya, 450 reaktora, gücü 450 

mln.  kvt-dan  artıq  olan  atom  elektrik  stansiyalarıdır  (AES). 

Tikilməkdə olan AES bloklarının sayı isə 150 olmaqla ümumi gücü 

70 mln.kvt-dan az olmaycaqdır. 

Cədvəl 11 

AES-lərdən ən çox elektrik enerjisi hasil edən ölkələr 

 

№ 



Ölkələr 

1980 


1990 

1995 


2002 


Mlrd.kvt/s 

ABŞ 



264 

571 


673 

900 


Yaponiya 

83 

196 


205 

280 


SSRI 


73 

290 




Fransa 

62 


316 

359 


359 

AFR 



44 

155 


160 

160 


Kanada 


38,4 

85 


100 

125 


Böyük Britaniya 

37 

63,5 


100 

120 


Isveç 


27 

65 


97 

110 


Isveçrə 


14 

24,2 


44 

80 


10 

Belçika 


13 

42,0 


85 

99 


11 

Đspaniya 

5,2 

54 


90 

100 


12 

Koreya Respublikası  -3,2 

45,0 

90,7 


110 

13 


Rusiya Federasiyası 

60 


80 

100 


110 

14 


Ukrayna 

50 



53 

80 


15 

Finlandiya 

7,2       |    19,0 

26,5 


35,0 

16 


Bolqarıstan 

6,2 


15,0 

22 


30,0 

17 


Macarıstan 

4,8 



10 


18 

Tayvan 


3,5 

30,0 


80,0 

75,0 


19 

Hindistan 

2,8 

3,5 


5,4 

10,0 


20 

CAR 


12,0 



25,0 

21 


Argentina 

2,2 


8,2 

15,5 


27,0 

22 


Çexoslovakiya 

4,5 


25,0 

35,0 


35,0 

23 


Niderland 

4,2 


4,0 

4,0 


6,0 

 

Dünya ölkələrinin birlikdə bir ildə hasil etdikləri elektrik enerjisinin 



miqdarına görə AES-lər 3-cü yeri tutur. Onlar başlıca olaraq ən çox 

yanacaqla  kasıb  və  ya  yanacağı  heç  olmayan  rayonlarda,  habelə 

istehlakın  çox  olduğu  bölgələrdə  yaradılırlar.  AES-lərin  üstün 

cəhətləri  çoxdur.  Daha  doğrusu,  onların  xammalları  çox  saxlanılma 

xüsusiyyətinə  malikdir,  çox  qaldıqda  belə  keyfıyyətlərini  itirmirlər, 

kəmiyyət  göstəricisinə  görə  çox  enerji  vermə  xüsusiyyəti  ilə 

seçilirlər.  Yer  kürəsində  müəyyən  edilmiş  xammallarının  enerji 

ekvivalenti  aşkar  edilmiş  bütün  enerji  mənbələrinin  (neft,  kömür, 

hidroenerji) enerji potensialından artıqdır, onlar istənilən relyefdə və 

istənilən  yerdə  tikilə  bilir,  nəqliyyat  faktorundan  çox  da  asılı 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə