4
Sayano-Şuşenski
6,4
Yenisey
RF
5
Krasnoyarski
6,0
Yenisey
RF
6
La-Qrand-2
5,3
La-Qrand
Kanada
7
Çerçil-Fors
5,2
Çerçil
Kanada
8
Bratski
4,5
Anqara
RF
9
Ust-Đlim
4,3
Anqara
RF
10 Tukurui
4,0
Tokant
Braziliya
Cədvəl 10
Dünya regionlarının və ölkələrinin iqtisadi hidropotensialı və onun
istifadəsi
Cəmi
№
Regionlar və ölkələr
mlrd.kvt/s
%-lə
Istifadə
olunmuş %
1
MDB ölkələri
1100
11,2
20
2
Xarici Avropa
710
7,3
70
3
Xarici Asiya
2670
27,3
14
4
Afrika
1600
16,4
3
5
Şimali Amerika
1600
16,4
38
6
Latın Amerikası
1900
19,4
16
7
Avstraliya və
Okeaniya
200
2,0
18
8
Çin
10
9
Yaponiya
70
10
Hindistan
14
11
ABŞ
70
12
Kanada
61
Lakin hidroenerji potensialı resurslarının mənimsənilməsi
ayrı-ayrı
regionlarda
eyni
deyildir.
Belə
ki,
hidroenerji
potensialından Avropada 70%, Şimali Amerikada 38%, MDB-də
20%, Afrikada 32%, Latın Amerikası ölkələrində 16%, ABŞ və
Kanadada 3/5 hissəsi, Yaponiyada 2/3-si, Avstraliya və
Okeaniyada 18% mənimsənilmişdir. Ümumiyyətlə, dünya
hidroenerji
ehtiyatının
(10
trln.kvt/s)
hələlik
21%-zi
mənimsənilmişdir.
Çay sularının iti axması meyililliyin çoxluğu ilə bağlıdır.
Belə hal təbii olaraq şəlalələrlə, süni halda isə SES-lərin yaradılması
ilə özünü büruzə verir. Məlumdur ki, SES-lərdə suların düşmə
bucağının böyüklüyü elektrik maşınının rotorunu hərəkətə gətirərək
elektrik enerjisinin alınmasına səbəb olur. Buna oxşar hal bizim
tamdığımız
dəyirmanlarda
da
mövcuddur.
Daha
doğrusu,
dəyirmanlarda meyilliliyə malik məsafədən tökülən su rotorun
pərlərini, o isə öz növbəsində dəyirman daşını hərəkətə gətirərək
çanağa tökülən taxılın əzilərək un halına keçməsinə səbəb olur.
Adətən SES-lər dağ çayları hövzələrində yaradılsa da, bəzən
düzənlik çayları üzərində daha çox kapital xərcləməklə də tikilirlər.
Məsələn, MDB-də Volqa, Kama, Dnepr çaylarında olduğu kimi.
SES-lər yaradılarkən böyük bir ərazidə süni su anbarı yaradılır və o
xeyli vaxt müddətində su ilə doldurulur. Bunu nəzərə alaraq süni su
anbarlarının yaradılacağı yer çay dərəsinin ən ensiz və kanyon
hissələrinə uyğun gəlir. SES-lərin yaradılmasında digər şərtlərin də
olmasına üstünlük verilir. Bu, axının illik və dövri xarakter daşıması
halına fikir verilməsidir. Ola bilir bənd tikilir, atmosfer yağıntıları il
boyu az düşür və nəticədə, su anbarında su çatışmamazlığı müşahidə
edilir və ya SES istehlak rayonundan çox aralı tikilir. Çünki
hidroenerji potensialı, bəzən məskunlaşmanın az olduğu bölgələrdə
yerləşirlər. Göstərilən hallara daha çox təsadüf olunur.
Qeyd etmək lazımdır ki, hidropotensial məfhumuna nəzəri,
texniki və iqtisadi aspektlərdən yanaşmalar mövcuddur. Əgər, nəzəri
hidropotensial çay sularının orta illik axını hesab edilirsə, bu Yer
kürəsində 47 min kv. km təşkil edir. Onun da elektrik enerji istehsalı
37,6
trln.kvt.saatdan
çoxdur.
Texniki
aspekt
isə
nəzəri
hidropotensialın - 20 trln.kvt.saat istifadə oluna bilən hissəsidir.
Nəhayət, iqtisadi hidropotensial ehtiyatın iqtisadi cəhətdən istifadə
oluna bilən hissəsidir. Bu, dünya üzrə 10 trln.kvt.saatdan artıqdır.
Ayrı-ayrı regionlarda hidropotensialın qeyri-bərabər istifadə
olunmasının bir çox səbəbləri mövcuddur. Bunların hamısını 2
qrupda: iqtisadi və ekoloji təsir qruplarında birləşdirmək
mümkündür. Məlumdur ki, böyük gücə malik olan SES-in tikilməsi
10-25 il vaxt tələb edir. Belə ki, Cənubi Sibirdə ümumi gücü 6,4
mln.kvt. olan Sayano-Şuşenski SES-i də 1964-1988-ci illərdə
tikilərək tam gücü ilə istifadəyə verilməsi 25 il vaxtın olmasını tələb
etmişdir.
SES-lərin qurulması bir çox ziyanların baş verməsinə də səbəb
olur. Daha doğrusu, bunlar aşağıdakılardan ibarətdir:
• böyük torpaq sahələrinin, otlaqların, əkin sahələrinin, meşə
örtüyünün, mədəniyyət abidələrinin, su anbarlarının altında
qalması, arxeoloqlar üçün çox gərək olan qədim insan
qalıqlarının həmişəlik itirilməsi, əhalinin su altında
qalmaması xatirinə yaşayış məntəqələrindən köçürmək üçün
xərclərin çəkilməsi, meşələrin vaxtından əvvəl qırılması;
• gəmiçilik işlərinin pozulması. Ancaq şlyüzlardan keçməklə
bəndlərdən yan keçməyin mümkünlüyü, su anbarlarının əyri-
üyrü, girintili-çıxıntılı sahillərə malik olması, onların da
yaşayış məntəqələri ilə əlaqə yaradılmasını çətinləşdirməsi;
• məlumdur ki, bəzi balıq növləri kürü qoyma prosesini ancaq
çayların yuxarı axınlarında başa çatdırdıqlarından yaradılmış
bəndlər onların yubanmasına - ləngiməsinə səbəb olur.
Yaradılmış xüsusi balıq yetişdirmə sahələrinə isə onların
getmək istəməməsi;
• hidrotexniklər suyu ancaq turbinlərdən buraxdıqlarından
aşağı axınlarda su əvvəlki kimi çox olmur. Ona görə də aşağı
axınlarda balıq, plankton, quşlar, ondatra və s. yaşamaqda
çətinlik çəkirlər. Digər tərəfdən, böyük günəş istiliyində su
azlığı və dayaz sahələrdə kürü quruyur;
• su hovuzları balıqçılığın inkişaf etdirilməsi üçün bir o qədər
də əlverişli imkanlara malik olmur;
• süni
su
dəryaçalarının
yaradılması
qrunt
sularının
səviyyəsinin qalxmasına, bu isə ətraflarda bataqlaşmanın
əmələ gəlməsinə səbəb olur;
• həmin ərazinin iqlimində dəyişikliklər əmələ gəlir;
• əgər, su anbarının bəndi cavan dağlıq ərazilərdə
yaradılmışdırsa, bu zəlzələlərə bir o qədər də davamlı
olmurlar və sairə.
SES-lərin tikilməsi və onların istifadəsi xüsusi zövq yaradır.
Onlar çox baha və gec başa gəldiyindən inkişaf etməkdə olan ölkələr
elektrik enerjisi alınmasında onlara üstünlük vermirlər. Ona görə də
bu ölkələrdə SES-lər azdır, olanları da güc etibarı ilə çox kiçikdirlər.
Qeyd etdik ki, hidropotensial yer kürəsində qeyri-bərabərdir. Bu
sahədə Norveç, Đsveçrə, Braziliya, Qırğızıstan, ABŞ, Tacikistan,