biri olmuşdur. Đkinci Dünya müharibəsi qabağı dünyada ildə - 4,0
mln. avtomobil buraxılırdısa, hal-hazırda bu rəqəm 60 mln-a
çatmaqdadır. Bunun 4/5-ü yüngül-minik maşınları, qalanları isə yük
və avtobuslardır. Bu sahədə hələ 1950-ci ildə ABŞ-ın xüsusi çəkisi -
83%, Qərbi Avropanınkı isə - 14%-dən çox deyildir. Son vaxtlar
məhsul istehsalında ölkələr arasında yerdəyişmələr əmələ gəlmişdir.
Avtomobil düzəldilməsində ABŞ, Yaponiya, Almaniya, Fransa,
Koreya Respublikası, Đspaniya, Böyük Britaniya, Kanada, Đtaliya,
Braziliya birinci onluğu təşkil edirlər.
Dünyada Amerikanın tanınmış "Ceneral Motors", "Ford
Motor", Yaponiyanın "Toyota", "Nissan", "Xonda"; Almaniyanm
"Folksvaqen", alman-amerikan "Daymler Kraysler"; Đtaliyanın
"FtAT"; Fransanın "Reno", "Pejo-Sitroen"; "Cənubi Koreyanın
"Deu" avtomobil korporasiyaları fəaliyyət göstərirlər. ABŞ xarici
ölkələrdəki müəssisələrinin verdiyi məhsul da daxil olmaqla ildə
19,0 mln. ədəd avtomobil buraxır. Ölkədə 26 ştatın 150-dən artıq
şəhərində avtomobil zavodları fəaliyyət göstərir. Miçiqan "avtomobil
ştatı", habelə Detroyt "avtomobil paytaxtı" - fəaliyyətdədir.
Avtomobil dünya ticarətində aparıcı yer tutur. Onun ixracat
kvotası - 40%-dən artıqdır. ixracatda Yaponiya - 4,6 mln. ədəd,
Almaniya - 3,5 mln. ədəd və Fransa seçilirlər. Almaniyada,
Fransada, Koreya Respublikasmda ayrı-ayrılıqda adambaşına - 50
avtomobil istehsal olunursa, bu Yaponiyada daha çoxdur.
Elektron sənayesini haqlı olaraq ETĐ-nin pioneri hesab
edirlər. Onun məhsul istehsalını dörd qrupa ayırmaq mümkündür: 1)
informasiya işləmələri üçün gərək olan vəsaitlər; 2) rabitə vasitələri;
3) məişət aparatları istehsalı; 4) elektron komponentləri istehsalı.
Đnformasiyanın işlənməsində elektron vəsaitlərinə xüsusi
kompüterlərin və ya EHM-nin böyük rolu vardır. Bunlara mikro-
EHM, mini -EHM, eləcə də super EHM-ri daxildir. Dünyada
mövcud olan yüzlərlə kompüter fırmaları içərisində ABŞ-in ĐBM
fırması dünyada qabaqcıl yer tutaraq istehsal olunan kompüterlərin
yarıdan çoxunu verir. ABŞ-da buraxılmış kompüterlərin ümumi
qiyməti - 100 mlrd. dollardan artıqdır. Əsas EHM-i verən Yaponiya
bu sahədə dünyada ABŞ-dan sonra 2-ci yeri tutaraq ildə -60 mlrd.
dollarlıq məhsul istehsal edə bilir.
Rabitə texnikasında telefon aparatları sahəsi başlıca yer
tutmaqla dünyada onların sayı 1,0 mlrd. ədədə yaxmdır. Burada
ABŞ, Yaponiya, ARF fərqlənir.
Məişətdə işlədilən elektron aparatlarına isə rəngli televizorlar,
çəkiliş
aparatları,
videomaqnitofonlar,
videokameralar,
audioaparatlar və s. daxildir. XX əsrin sonlarında dünyada istehsal
olunan 150 mln. ədəd televizorun - 40 mln. ədədə qədərini Çin, 30
mln. ədədini Koreya Respublikası, 10 mln. ədədini Malayziya, 8,0
mln-dan çoxunu Yaponiya istehsal etmişdir.
Elektron sənayesinin inkişafında 4 başlıca rayon ayrılır.
Bunlar ABŞ, Yaponiya, Qərbi Avropa və Şərqi və Cənubi-Şərqi
Asiya rayonlarıdır.
Dünya ticarətində elektron sənayesinin məhsulları daha
qabaqcıl yer tutur. Belə ki, bu sahədə Yaponiyanın ixracat kvotası
50%-ə qədər, Qərbi Avropanın ixracat kvotası - 40%, ABŞ-ınkı
1/10-dən çox deyildir.
Lokomotivlər ən çox Hindistanda, Braziliyada, Argentinada,
Türkiyədə, RF-də, ABŞ-da, Ukraynada istehsal olunmaqdadır.
Meksika, Misir, Đran, Tailand, Çili, Kolumbiya vaqonqayırmada
qabaqcıl yer tuturlar.
Aviasiya maşınqayırmasında ABŞ liderlik edir. Dünya
bazarına bu sahədə istehsal olunmuş məhsulun 2/3-ni göndərir. XX
əsrin sonlarında "Boinq" kompaniyasında - 400 hava layneri
istifadəyə verilmişdir.
Kənd təsərrüfatı maşınqayırması müəssisələri başlıca olaraq
istehlak rayonlarında yerləşdirilməklə ABŞ-da, Kanadada, RF-də,
Ukraynada, Avstraliyada, Moldovada, Gürcüstanda, Özbəkistanda
və digər yerlərdə fəaliyyətdədir. Traktor parklarında bağ-bostan
becərilməsində işlədilən maşınlar nəzərə alınmadan - 30 mln. ədədə
qədər traktor vardır. Bunun - 4,8 mln. ədədi ABŞ-da, 2,2 mln. ədədi
Yaponiyada, - 1,5 mln. ədədi isə Đtaliyadadır.
V.4. Kimya sənayesi
Kimya dünya sənayesinin ən cavan sahələrindən hesab edilsə
də, hal-hazırda onun 3 avanqard sahəsindən birinə çevrilmişdir.
Kimya
sənayesi
hər
bir
ölkənin
iqtisadiyyatının
müasirləşdirilməsini, ETT-nin nailiyyətlərindən istifadə etmə
səviyyəsinin dərəcəsini göstərən etibarlı indikatordur. Onun
məhsullarından - plastik kütlələrdən, şüşədən maşmqayırma;
kübrələrdən, kimyəvi zəhərləyici maddələrdən kənd təsərrüfatı;
motor yanacağından, sürtgü yağlarından, sintetik yanacaqdan,
nəqliyyat, habelə tikinti sənayesi istifadə edir.
Təsərrüfatı xammallarla, digər materiallarla təchiz edən,
başqa istehsalların tullantılarını emal edən kimya sənayesinin özü
elektrik enerjisinə, ayrı-ayrı növ avadanhqlara, nəqliyyata
möhtacdır.
Energetika və maşınqayırma kimi, o da xalq təsərrüfatının demək
olar ki, bütün sahələri ilə bilavasitə əlaqədə olub, onların inkişafına
və daha düzgün yerləşdirilməsinə güclü təsir göstərir. Onun bir sıra
xüsusiyyətləri vardır. Belə ki, o, bir çox keyfıyyətlərə görə natural
məhsullardan keyfıyyətli olan yeni növ məhsullar yaradır. Belə
məhsulların ayrı-ayrı sahələrə tətbiqi insanların əməyinə, eləcə də
kənd təsərrüfatı xammallarına qənaət etmiş olur. Belə ki, natural
ipəyə nisbətən kapron istehsalına insanların əmək məsrəfləri xeyli
miqdarda azalır. Digər tərəfdən, kimya sənayesinin kombinələşmə
baxımından böyük imkanları mövcuddur. Daha doğrusu, kömür,
neft, qaz, şist, torf və başqa yanacaq növlərindən həm elektrik enerji,
həm də çox qiymətli kimyəvi məhsullar sayılan benzin, parafin əldə
etmək məqsədi ilə istifadə olunması enerji-kimya kombinatlarının
yaradılmasına imkan yaradır. Kimyanı başqa təsərrüfat sahələri ilə
kombinələşdirdikdə koks-kimya, neft-kimya, meşə-kimya, şist-
kimya kimi istehsal sahələri yaranır. Deyilənlərlə yanaşı kimya
sənayesinin çox böyük xammal və yanacaq bazaları mövcuddur.
Belə ki, kimya müxtəlif mineral sərvətlərdən, oduncaqdan, sudan,
havadan, çox böyük istehsal tullantılarından geniş surətdə istifadə
edir. Lakin kimya sənayesi üçün neftin emalından alman yeni-yeni
məhsullar, kokslaşdırılmış kömür əsas və başlıca xammal sayılır.
Kimya sənayesində müxtəlif xammallardan istifadə edilməsi,
kombinələşdirmə imkanlarının hədsiz ölçüdə olması kimya
müəssisələrini hər yerdə yaratmağa imkan verir. Lakin kimya
istehsalları çox elektrik enerjisi və su işlətdiyindən, başlıcası isə
ərazinin
sanitariya-gigiyena
şəraitinə
hədsiz
mənfi
təsir
göstərdiyindən müəssisələrin hər yerdə tikilməsi məqsədəuyğun
sayılmır.
Kimya sənayesi mineral xammal hasil edən mədən kimya-
sından; duzların, turşuların, mineral kübrələrin əldə edilməsinə
yardımçı olan əsas kimyadan; karbohidrogen xammallarını,
yarımfabrikatlar istehsalın zəruriləşdirən üzvi sintez kimyasından;
plastik kütlələr, kauçuk, müxtəlif lifiərin əldə edilməsinə kömək
Dostları ilə paylaş: |