edən polimerlər kimyasından; avtomobil şinləri, polietilen
plyonkalarının hazırlanmasını yaradan polimer materiallarının emalı
kimyasından ibarətdir.
Yuxarıda
göstərilən
kimya
sahələrinin
hər
birinin
özünəməxsus yerləşdirilməsi prinsipləri mövcuddur. Belə ki, mədən
kimyası müəssisələri xammal rayonlarında, əsas kimya müəssisələri
istehlak rayonlarında yerləşdirilirlər. Deyilənlərlə yanaşı kalium
kübrəsi istehsal edən zavodlar xammal mənbələrinə meyl edir. Təbii
qaz və neft istehsalı prosesində əldə edilən qazlardan azot kübrəsi
almaq üçün çox geniş istifadə olunur. Bu əsasdan da belə zavodlar
neft emalı rayonlarında, habelə magistral qaz kəmərləri boyu uzunu
və metallurgiya kombinatlarının yaxınlığında yerləşdirilirlər.
Polimer kimyası çoxlu miqdarda isti, elektrik enerjisi və xüsusi
xammal tələb etdiyindən onun müəssisələri göstərilən mənbələrə
yaxın yerləşdirilir.
Əsas kimyanın ən aparıcı məhsulları mineral kübrələr və
müxtəlif turşular istehsalıdır, Kükürd turşusunu daşımaq çətin
olduğundan onun müəssisələri istehlak rayonlarında yerləşdirilir.
Kükürd turşusunu bəzən metallurgiya kombinaflarmda da əldə
edirlər. Burada xammal əlvan metalların əridilməsi zamanı ayrılan
kükürdlü qazlar sayılır.
Kükürd turşusu istehsalı XX əsrin son illərində 120 mln. tonu
keçmişdir. Bu sahədə ABŞ, Kanada, Meksika, Yaponiya, Fransa,
Polşa, Türkmənistan, AFR, Đspaniya, RF, Ukrayna, Çin, Braziliya
tanınırlar.
Mineral kübrələri dünyanın müxtəlif ölkə və regionlarında
istehsal edirlər. Fosfat kübrələri zavodları başlıca olaraq, bu
kübrələrin istehlak edildiyi yerlərdə-kənd təsərrüfatının inkişaf
etdiyi rayonlarda yerləşdirilir. Yeni superfosfat zavodlarını isə əsas
etibarı ilə xammal mənbələri yaxınlığında tikirlər, çünki tərkibində
daha çox fosfor olan kübrələr istehsal etmək daha sərfəlidir. Đldə
dünyada - 150 mln. ton mineral kübrə istehsal olunur, onun da -
40%-ni Xarıci Asiya, -25%-ni Şimali Amerika, 15%-ni MDB, 12%-
ni Qərbi Avropa regionu verməkdədir. Ölkələrdən Çin, ABŞ,
Kanada, Hindistan, RF, AFR, Belorusiya, Đndoneziya, Fransa və
Ukrayna birinci onluğa daxildirlər.
Polimer materiallar istehsahnda ABŞ, Qərbi Avropa, Çin,
Đndoneziya, Venesuela, Meksika, Hindistan, Malayziya, Koreya
Respublikası, Tailand, Tayvan, Đran körfəzi sahili ölkələri iri
zavodlara malik olmaları ilə tanınırlar.
Dünyada hər il 130 mln. tondan çox plastik kütlə, 40 mln.
tondan artıq kimyəvi lif, 10 mln. t sintetik kauçuk istehsal olunur.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olur ki, kimya
sənayesinin 5 başlıca regionu vardır. Bunlar illik dünya kimya
sənayesi məhsullarının 1/3-ni verən Xarici Avropa, 30% xüsusi
çəkiyə malik olan Şimali Amerika, eləcə də Şərqi və Cənub-Şərqi
Asiya regionudur. Burada da Yaponiya - 18% xüsusi çəki ilə özünə
yer etmişdir.
Son vaxtlar Đran körfəzi ölkələri və MDB bölgəsi də
ixtisaslaşmış kimya sənayesi regionu kimi tanınmaqdadır.
Kimya sənayesinin dünyada nəhəng firmalarından Transmilli
Korporasiyanı göstərə bilərik. Bunlardan amerikanların "Dyupon",
almanların - "Bayer", "BASF", "Xyoxst", ingilislərin "ĐKĐ"
korporasiyalarını göstərə bilərik.
V.5. Meşə təsərrüfatı
Yer kürəsində kolluqlarla və yeni salınmış meşələrlə birlikdə
ümumi meşə sahəsi - 75 mlrd. ha-a çatır. Onun oduncaq ehtiyatı -
385 mlrd. kubmetrdən artıqdır. Yer kürəsində hər birisinin ayrı-
ayrılıqda sahəsi 2,0 mlrd. ha olan 2 meşə qurşağı ayrılır. Bunlar
Şimal və Cənub meşə qurşaqlarıdır.
Regionlardan - Latın Amerikasında - 1260 mln. ha, Afrikada -
1140 mln. ha, MDB-də 940 mln. ha, Şimali Amerikada - 750 mln.
ha, Xarici Asiyada - 660 mln. ha, Xarici Avropada - 195 mln. ha,
Avstraliya və Okeaniyada - 180 mln. ha meşə sahəsi vardır.
Ölkələrdən - RF-də meşənin sahəsi 886 mln. ha, oduncaq
ehtiyatı - 82 mlrd. kubmetr, Braziliyada sahəsi 572 mln. ha, ehtiyatı
- 60 mlrd. kubmetr, Kanadada sahəsi - 453 mln. ha, ehtiyatı - 22
mlrd. kubmetr təşkil edir.
Meşə sənayesi dünya təsərrüfatının ən qədim və məhsuldar
sahələrindən hesab edilir. Meşələrin insan həyatında əhəmiyyəti çox
böyükdür. O, nəhəng oksigen mənbəyi sayılır. Meşə təkcə sənaye
xammalı deyildir. O, torpağı su və külək erroziyasından qoruyur,
torpaqda rütubətliliyi qoruyub saxlayır, çayların daşmasının qarşısını
alır, əkin sahələrini, tarlaları məhvedici quru küləklərdən qoruyur.
Meşələr hər hansı bir ölkənin milli sərvəti kimi qiymətləndirilir.
Meşələr sənayeyə xidmət edərək tikinti materialları, kağız, süni lif,
eyni zamanda spirt verir.
Elmi-texniki tərəqqi oduncağı onun tətbiq olunduğu ənənəvi
sahələrdən - yanacaq sənayesindən və qismən tikintidən sıxışdırıb
çıxararaq, onu neftlə, qazla, betonla, habelə
şüşə ilə əvəz edir.
Maşınqayırma, yüngül sənaye, nəqliyyat, rabitə, tikinti, meşə
sənayesi məhsulunun aparıcı istehlakçıları hesab olunurlar. Meşə
sənayesinin inkişafı da digər təsərrüfat sahələrindən çox asılıdır. O,
öz növbəsində başqa sahələrdən laklar, boyalar, soda, natrium,
ağardıcı kimyəvi maddələr, avtomobillər, traktorlar, ağac tədarükü
və emalı üçün müxtəlif növ dəzgahlar istehlak edir. Daha doğrusu,
meşə sənayesinin daha geniş sahələrarası əlaqələri mövcuddur.
Meşə sənayesi biri-biri ilə qarşılıqlı surətdə əlaqədə olan ağac
tədarükü, oduncağın mexaniki emalı və kağız, karton, skipidar,
kanifol, yem mayaları alınması üçün oduncağın kimyəvi emalı
istehsallarından ibarətdir. Maraqlıdır ki, bir istehsalın məhsulu digəri
üçün xammal rolunu oynayır. Belə ki, ağac tədarükü müəssisələri
taxta zavodlarına oduncaq verir, əldə olunan taxta mebel fabrikləri
üçün əsas xammal sayılır. Ağac tədarükü tullantıları hesab edilən
budaq, iynəyarpaqlar, eləcə də ağac emalı tullantıları olan taxta
kəpəyi, ağac qabığı və yonqar spirt və yağlı boyalar istehsal etmək
üçün meşə-kimya sənayesinə ötürülür. Ona görə də hal-hazırda
meşə-kimya kombinatları yaratmağa üstünlük verilir. Çünki burada
oduncağın ardıcıl emalı ilə yanaşı onların tullantılarından da tam
istifadə etmək mümkünlüyü mövcudlaşır. Bir-birinin yaxınlığında
yerləşən, xammal, enerji və nəqliyyatdan birgə istifadə edilməsinə
və tullantıların tam emalına əsaslanan, sıx istehsal əlaqələrinə malik
olan meşə sənayesi müəssisələri meşə sənayesi kompleksləri
adlanırlar.
Ümumiyyətlə, meşə təsərrüfatı üçün meşələrin müxtəlif
əhəmiyyəti vardır. Bu sahədə onlar sanitariya meşələri, torpaq, tarla,
su qoruyucu və qoruq meşələrinə ayrılırlar.
Meşə sənayesinin yerləşdirilməsinə dair ən mühüm
prinsiplərdən biri - meşə sənaye komplekslərini dəniz, su və
dəmiryolu nəqliyyatı ilə daha yaxşı təmin olunmuş yerlərdə
Dostları ilə paylaş: |