R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə38/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   34   35   36   37   38   39   40   41   ...   153

istehsalının 

sürətli 


inkişafı 

toxuculuğun 

strukturunu 

və 


texnologiyasını tamamilə dəyişdirmişdir. Natural - ipək, yun, pambıq 

parçalara qarşı kimyəvi liflərdən hazırlanan parçalar rəqabət rolunda 

çıxış  etməyə  başlamışlar.  Hal-hazırda  qiyməti  çox  yüksək  olan 

natural parçalar az miqdarda buraxılır. 

Qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  sonlarında  XXI  əsrin 

əvvəllərində  natural  xammal  və  kimyəvi  liflərdən  dünyada  ümumi 

parça istehsalı - 130 mlrd. kv. metri ötüb keçmişdir. 

Onu  da  göstərmək  yerinə  düşər  ki,  yüngül  sənayedə 

toxuculuq,  tikiş,  ayaqqabı  sahələri  liderlik  edərək  ümumi  məhsulun 

1/3-ni  verirlər.  Yüngül  sənaye  məhsullarının  -  45%-i  ĐOÖ-lər 

hesabına əldə olunur. 

Kimyəvi  liflərdən  toxunan  parçalara  görə  ABŞ,  Hindistan, 

Yaponiya,  Koreya  Respublikası,  Tayvan,  Çin,  AFR  qabaqcıl  yerləri 

tuturlar.  Bu  parçaların  ixracatında  isə  tanınan  dövlətlər  Koreya 

Respublikası, Tayvan və Yaponiyadır. 

Kimyəvi  liflərdən  toxunan  parçalardan  fərqli  olaraq  pambıq 

parça  buraxılışında  ĐOÖ  irəlidədirlər.  Son  illər  pambıq  parça 

toxunuşu 75 mlrd. kv. metrdən çox olmuşdur. Çində - 24,0 mlrd. kv. 

metr, Hindistanda - 21,0 mlrd. kv metr, ABŞ-da 4,0 mlrd.kv metrdən 

artıq, Braziliyada - 1,1 mlrd. kv. metr, Rusiyada - 1,1 mlrd.kv metr, 

Đtaliyada  -1,0  mlrd.  kv.  metr,  Yaponiyada  -  0,8  mlrd.  kv  metr, 

Tayvanda  -  0,8  mlrd.  kv.metr,  AFR-də  0,5  mlrd.  kv  metr,  Fransada 

isə - 0,5 mlrd.kv metr pambıq parça toxunmuşdur. 

Çin  əldə  olunan  pambıq  parça  ipliyinin  -  1/3-ni  də  verərək 

dünyada liderlik edir. 

Çində  adambaşına  -19,0  kv.m,  Hindistanda  18  kv.m,  ABŞ-da  -14,5 

kv.m pambıq parça toxunur. Pakistan, Hindistan, Misir, Tayvan, Çin, 

AFR, Yaponiya, Đtaliya pambıq parça ixracatında hamı üçün tanınır. 

Pambıq  parçaya  nisbətən  yun  parça  daha  mürəkkəb  tərkiblə 

tanınır.  Buraya  kamvol,  yarıyun,  zərif  mahud,  qaba  mahud  parça 

növləri  daxildir.  Toxuculuqda  yun  parçalar  ən  bahalı  növ  hesab 

olunurlar.  Onların  hazırlanması  ənənəvi  olaraq  Qərbi  və  Şərqi 

Avropa, Şimali Amerika, Asiya ölkələri üçün məqbuldur. Bu sahədə 

Çin  qabaqcıl  yerə  malikdir.  Dünyada  ən  böyük  yun  istehsalçıları  və 

ixracatçıları - Avstraliya, Yeni Zelandiya, Argentina, Uruqvay, CAR, 



Böyük  Britaniya  və  Đspaniya  sayılır.  Dünyada  yun  parça 

toxunmasının 2/3-ni ĐEÖ-lər verirlər. 

Dünyada  kətan  parça  toxunmasını  fabrikləri  Rusiya,  Fransada, 

Belçikada, Niderlandda, Böyük Britaniyada cəmlənmişdir. 

Təbii  ipək  parça  toxunması  yenidən  sürətlənsə  də  onun 

müəssisələri hələ qədimdən Çində, Yaponiyada, Hindistanda mövcud 

olmuşdur.  Bu  sahədə  «Qədim  Đpək  Yolu»  böyük  əhəmiyyət  kəsb 

etmişdir. 

Toxuculuq  sənayesinin  xüsusi  növündə  xalçaçılıq  durur.  Onun 

hazırlanmasında  kimyəvi  liflərdən,  yundan,  pambıqdan  istifadə 

edilir. Bu sahədə ĐEÖ-dən ABŞ, Böyük Britaniya, Belçika tanınsalar 

da, Hindistan həm istehsalçı, həm də ixracatçı rolunda çıxış edir. 

 

V.7. Yeyinti sənayesi 

 

Qədim  təsərrüfat  sahələrindən  sayılan  yeyinti  sənayesi 



çoxsahəliliyi ilə tanınır. O, əhalini başlıca ərzaq məhsulları ilə təmin 

edir.  Đstər  ĐEÖ-də,  istərsə  də  ĐOÖ-də  yeyinti  məhsulları  istehsalı 

gündən-günə  artır,  öz  çeşidini  dəyişir.  Belə  ki,  istehlaka,  müvafıq 

olan növlər artırılır və əksinə, tələbatı olmayanları aradan götürülür. 

Xüsusilə,  ĐEÖ-də  sağlamlığın  daha  da  yaxşılaşdırılmasına  xidmət 

edən yeni-yeni növlər istehsala cəlb edilir. 

Yeyinti  sənayesinin  unüyütmə,  şəkər,  ət,  ət  məhsulları,  süd, 

süd məhsulları, qənnadı, konserv, yağ, vitamin və s. istehsal edən 30-

dan artıq sahəsi vardır. 

Başqa sənaye sahələrinə nisbətən, yeyinti sənayesi məhsulları 

kənd  təsərrüfatı  ilə  daha  çox  əlaqəlidir.  O,  kənd  təsərrüfatından 

xammal  kimi  taxıl,  süd,  şəkər  çuğunduru,  şəkər  qamışı,  kartof, 

müxtəlif  əkinçilik  təsərrüfatı  məhsulları  alaraq  bitkiçilik  və 

heyvandarlığa  da  öz  təsirini  göstərir.  Onun  inkişafı  isə 

maşınqayırmadan,  elektroenergetikadan,  yanacaqdan,  nəqliyyatdan 

çox  asılıdır.  Buna  görə  də  maşınqayırma,  energetika,  meşə  sənaye 

sahələri ilə yeyinti sənayesinin sahələrarası istehsal əlaqələri daha da 

genişlənir. 

Yeyinti  sənayesi  sahələrinin  bir  qrupu  -  şəkər,  yağ,  şərab 

sahələri xammal mənbələrinə yaxın yerləşdirilirlər. Ət kombinatları 

istehlakın və heyvandarlığın inkişaf etmiş olduğu yerlərdə yaradılır, 



çünki  diri  mal-qaraya  nisbətən,  əti  daşımaq  daha  sərfəlidir.  Kənd 

təsərrüfatı  xammallarından  süd,  meyvə  və  s.  daşınma  zamanı  tez 

xarab olur. Buna görə də bəzi sahələr istehlaka meyl etməli olurlar. 

Çörək,  makaron,  qənnadı  istehsalı  istehlak  yerlərində  iri  yaşayış 

məntəqələrində 

yerləşdirilir. 

Beləliklə, 

yeyinti 


sənayesi 

məhsullarının  inkişafı,  yerləşdirilməsi  əhalinin  miqdarı  və 

yerləşməsi  ilə,  kənd  təsərrüfatı  sahəsinin  ixtisaslaşması  ilə,  hazır 

məhsulun  nəql  edilməsi  şəraiti  ilə  müəyyən  olunur.  Deyilənlərlə 

yanaşı,  xammalın  müxtəlifliyi  və  yeyinti  məhsulları  istehlakının 

geniş  hüdudları  yeyinti  sənayesi  məhsullarının  hər  yerdə 

yaradılmasına imkan verir ki, bu da həmin sahəni başqa sahələrdən 

fərqləndirir. Lakin bəzi yerlərdə bu sahə yalnız yerli əhaliyə xidmət 

edir,  digərlərində  isə  regionun,  ölkənin  bir  çox  rayonları  üçün 

məhsul verir. 

Qeyd  etmək  lazımdır  ki,  bu  sahə  eyni  zamanda  Aqrar 

Sənaye Kompleksinin bir hissəsidir. 

Yeyinti  sənayesinin  tərkibində  ət  istehsalı  sahəsi  çox  böyük 

əhəmiyyət  kəsb  edir.  Son  illərdə  onun  illik  istehsalının  kəmiyyət 

göstəricisi 21 i mln. tondan çox olmuşdur. Adambaşına ət istehsalı -

40  kq-a  yaxındır.  Adambaşına  düşən  ət  istehsalıın  kəmiyyət 

göstəricisi  ayrı-ayrı  ölkələrdə  müxtəlifdir.  Bu,  Danimarkada  -  400 

kq-a yaxm, Hindistanda isə - 5,0 kq-dan azdır. istehsal olunmuş ətin 

strukturasında  da  fərqlər  mövcuddur.  ABŞ-da  adambaşına  düşən 

donuz əti istehsalı - 31 kq, toyuq əti - 53 kq olduğu halda, dünyada 

bu  müvafiq  olaraq  -  15  kq  və  -  9,0  kq  təşkil  edir.  Dünyada  ətin 

ixracat  kvotası  5-7,4%  arasında  dəyişir.  Qərbi  Avropa  -  47%  əti 

ixrac  edərək  burada  Niderland,  Fransa,  Danimarka  dövlətləri 

fərqlənirlər. Bu sahədə ABŞ-ın xüsusi çəkisi 20% olmaqla dünyada 

2-ci,  12%  xüsusi  çəkiyə  malik  olan  Okeaniya  isə  dünyada  3-cü 

yerdədir. AFR, Yaponiya və Đtaliya ət idxal edən ölkələrdir. 

Maraqlıdır ki, Sakit okeana çıxışı olan ölkələr 70%, Asiya və 

Cənubi Amerika dəniz məhsullarının 3/4-nü tədarük edirlər. Balıq və 

müxtəlif dəniz məhsulları verən dünyanın qabaqcıl 10 ölkəsindən 9-

u  Sakit  okean  hövzəsində  yerləşir.  Bu  sahədə  mübaliğəsiz  demək 

olar ki, Çin dünyada 1-ci yeri tutmaqla ildə 26 mln. ton məhsul verə 

bilir.  


700-dən  artıq  növü  ilə  pendir  tədarükündə  Qərbi  Avropa 

ölkələri  həmişə  qabaqcıl  yer  tutmuşlar.  Pendir  tədarükündə  Qərbi 

Avropadan sonrakı yer Şimali Amerikaya məxsusdur. Hər iki region 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə