Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

20 

 

Nuru paşanın hərbi xidmətinin  ən  mühüm  dövrü Qafqaz İslam Ordusunun 



fəaliyyəti  ilə  bağlıdır.  Bu  ordunun  yaradılması  1918-ci  ilin  əvvəllərində 

reallaşmağa  başladı.  Azərbaycanda  bolşevik-daşnak  rejiminin  türk-müsəlman 

əhaliyə qarşı törətdiyi soyqırımları dayandırmaq  məqsədilə  milli  azadlıq  hərəkatı   

fəallarının  kömək  üçün  Osmanlı  dövlətinə  müraciətindən  sonra  Qafqaz    İslam  

Ordusu  yaradılması   qərara  alınmışdı. Türkiyənin   hərbi   naziri   Ənvər   paşa   

Azərbaycana  yardım  göstərilməsinin  əsas  təşkilatçısı  idi.  İlk  qərara  əsasən, 

Azərbaycana  göndəriləcək  türk  zabitlərinin  rəhbərliyi  və  iştirakı  ilə  yerli  milli 

qüvvələrdən  ordu  formalaşdırılmalı  idi.  Azərbaycana  göstəriləcək  hərbi  yardıma 

rəhbərlik  Nuru  paşaya  tapşırıldı.  Vəzifəsinin  icrasına  başlamazdan  əvvəl  Nuru 

paşaya  fəriq  (general-leytenant)  hərbi  rütbəsi,  bütün  Qafqaz  İslam  Ordusu 

hissələrinə  komandanlıq  vəkaləti,  Qafqazda  Türkiyə  sultanının  siyasətini  təmsil 

etmək hüququ verildi.  

Nuru  paşa  1918-ci  il  martın  2-ci  yarısında  20  nəfərlik  bir  heyətlə 

Azərbaycana  doğru  hərəkətə  başladı.  Martın  25-də  onun  heyəti  Mosul  şəhərinə 

çatdı.  Aprelin  əvvəllərində  Nuru  paşa  öz  heyəti  ilə  birlikdə  Mosul-Təbriz-

Naxçıvan-Qarabağ-Yevlax-Gəncə  yolu  ilə  Azərbaycana  doğru  istiqamət  götürdü. 

1918-ci  il  mayın  24-də  Yevlaxda,  mayın  25-də  isə  Gəncədə  Nuru  paşanın 

qarşılanması  mərasimi  keçirildi.  O,  Azərbaycandakı  hərbi-siyasi  vəziyyətlə  tanış 

olduqdan  sonra  bolşevik-daşnak  qüvvələrinin  müqavimətini  qırmaq  üçün,  qısa 

müddət  ərzində,  milli  hərbi  struktur  formalaşdırılmasının  qeyri-mümkün  olması 

qənaətinə  gəldi.  Bu  barədə  o,  3-cü  ordu  komandanı  Vehib  paşaya  təcili  məlumat 

göndərdi  və  dövlət  orqanları  qarşısında  Azərbaycana  türk  hərbi  qüvvələrinin   

göndərilməsi  barədə  məsələ  qaldırmasını  xahiş  etdi.  1918-ci  il  iyunun  4-də    

Batumda  iki dövlət arasında imzalanan müqavilədən sonra Nuru paşanın vəsadəti 

əsasında  5-ci  Qafqaz  firqəsi  Azərbaycana  göndərildi.  Nuru  paşa  türk  və 

Azərbaycan hərbi hissələrindən təşkil edilmiş Qafqaz İslam Ordusunun komandanı 

olmaqla  bərabər,  Azərbaycan  hökumətinin  qərarı  əsasında  milli  hərbi  hissələrin 

formalaşdırılmasına  rəhbərliyi  də  öz  üzərinə  götürdü.  Onun  qarşısında  Bakı  

Sovetinə    tabe    olan  bolşevik-daşnak  hərbi  qüvvələrinə,  erməni  silahlı  dəstələrinə 

qarşı  mübarizəni  təşkil  etmək,  Azərbaycanın  milli  hərbi  hissələrinin 

formalaşdırılmasına  nail  olmaq,  Qafqaz  İslam  Ordusunun  komandanlığı  altında 

olan  qüvvələrin  təchizat  və  təminat  məsələlərini  həll  etmək  kimi  mürəkkəb 

vəzifələr  dururdu.  İncə  və  çevik  hərbi  duyuma  malik  olan  Nuru  paşa  ona  həvalə 

olunmuş hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldi, Azərbaycan hökumətinin və 

xalqın dəstəyi ilə onun komandanlığı altında olan hərbi qüvvələr qısa vaxt ərzində 

Gəncədən Bakıya qədər uğurlu döyüş yolu keçdilər. 

Döyüşlərin getdiyi müddətdə  Nuru paşa Əlahiddə  Azərbaycan korpusunun 

komandiri  Əlağa  Şıxlinski  ilə  birlikdə  üç  dəfə  birbaşa  cəbhə  xəttində  olmuşdu  – 

1918-ci  il  iyunun  18-də  Qaraməryəm  cəbhəsində,  iyulun  5-də  Ağsu  cəbhəsində, 

sentyabrın  10-da  isə  Bakı  cəbhəsində  olan  Nuru  paşanın  qüvvələrin  yenidən 




21 

 

səfərbərliyə alınmasında, döyüş planlarının taktiki baxımdan təkmilləşdirilməsində 



böyük rolu oldu. 

Bakının azad olunması (1918) üçün keçirilən həlledici hücumun planı Nuru 

paşa  tərəfindən  hazırlanmışdı.  Şəhərin  azad  edilməsindən  sonra  Cümhuriyyət 

Hökumətinin başçısı Fətəli xan Xoyski öz minnətdarlığını və təbrikini Nuru paşaya 

bu  sözlərlə  bildirmişdi:  «...Komandanız  altında  bulunan  cəsur  türk  əsgərlərimiz 

tərəfindən  Azərbaycanın  baş  kəndi  olan  Bakının  düşməndən  təmizlənməsi 

münasibətilə  millətim,  zati-həmiyyəti-pərvəranələrizə  və  dünyanın  ən  cəsur  və 

soylu  əsgəri  olan  türkün  oğullarına  minnətdar  olduğumu  ərz  etməklə  iftixar 

edərim». 

Qarabağın erməni silahlı dəstələrindən təmizlənməsinə başlanmazdan əvvəl 

də, 1918-ci il oktyabrın 1-də Nuru paşa  Ağdama  gəldi, döyüşlərə hazırlaşan türk-

Azərbaycan hərbi qüvvələrinin vəziyyəti ilə yaxından tanış oldu. 

Mudros  barışığının  (1918)  şərtlərinə  əsasən  türk  hərbi  qüvvələri  bölgəni 

tərk  etməyə  məcbur  olduqda  Nuru  paşa  Azərbaycanda  qalıb  fəaliyyətini  davam 

etdirmək  istəyirdi.  Ancaq  ingilis  hərbi  komandanlığı  buna  imkan  vermədi. 

Azərbaycanı  tərk  etməli  olan  Nuru  paşa  1918-ci  il  noyabrın  sonlarında  Gəncəyə 

gəldi.  Noyabrın  29-da  Gəncə  bələdiyyəsində  Nuru  paşa  və  xidmət  yoldaşlarının 

yola  salınması  ilə  bağlı  ziyafət  verildi.  Nuru  paşa  türkçülük  və  turançılıqla  bağlı 

geniş nitq söylədi. 

Nuru  paşa  Batum-Artvin-Ərdəhan-Qars-Ərzurum-Trabzon  yolu  ilə 

İstanbula  qayıtdı.  İngilislər  tərəfindən  təqibə  məruz  qalan  Nuru  paşa  Hərbi 

Nazirliyin  polisləri  tərəfindən  həbs  edilib  ingilislərə  təhvil  verildi.  O,  Batum 

həbsxanasına  gətirildi.  İngilislər  onlara  qarşı  vuruşduğuna  və  Azərbaycanda 

göstərdiyi  hərbi  şücaətlərinə  görə  Nuru  paşanın  edamına  qərar  verdilər. 

Azərbaycan milli azadlıq hərəkatının fəalları Nurunun rəsmi yolla azad edilməsinin 

mümkün  olmadığını  biləndə  Batum  həbsxanasına  silahlı  basqın  təşkil  edilməsini 

qərarlaşdırdılar. Bunun üçün Batuma xüsusi dəstə göndərildi. 1919-cu ilin yayında 

həmin  dəstə  Batum  həbsxanasına  basqın  etdi.  Əməliyyat  zamanı  itki  verilsə  də, 

Nuru  paşanı  azad  etmək  mümkün  oldu.  O,  Artvin-Sarıqamış  yolu  ilə  Ərzuruma 

gəlsə  də,  bir  müddət  sonra  Bakıya  qayıtdı.  1920-ci  ilin  aprelində  Sovet 

qüvvələrinin  Azərbaycana  təcavüzü  ərəfəsində  Nuru  paşa  Dağıstan  ərazisində 

fəaliyyət  göstərir,  yerli  milli  müqavimət  qüvvələrinin  yaradılmasına  çalışırdı. 

Sonra  yenidən  Azərbaycana  dönən  Nuru  paşa  1920-ci  ilin  iyununda  Qarabağda 

bolşevik  rejiminə  qarşı  alovlanan  xalq  üsyanının  rəhbərlərindən  biri  oldu.  Üsyan 

yatırıldıqdan sonra isə Nuru paşa Türkiyəyə döndü. 

Hərbi  xidmətdən  ayrılandan  sonra  Nuru  paşa  İstanbulda  dəmir-tökmə 

fabriki  açdı.  Bir  sıra  digər  məhsullarla  bərabər  bu  fabrikdə  hərbi  təyinatlı 

məhsulların  da  istehsalı  mənimsənildi.  1949-cu  il  martın  2-də  fabrikdə  naməlum 

səbəblər üzündən baş vermiş partlayış nəticəsində həlak olmuşdur. 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə