Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   2   3   4   5   6   7   8   9   ...   17

14 

 

qəzalarımızla  barışıq  əldə  etmək  məcburiyyətində  qalmışdılar.  Ağbaba  və  Çıldır 



Milli Şuraları ilə 8  maddəlik  müqaviləni Hacı  Abbas oğlu  Kərbəlayı Məhəmməd 

bəy və Qocaoğlu Məhəmməd bəy imzalamışdılar. Müqavilənin şərtləri belə idi: 

1. Arpaçay, Çıldır və Ağbaba qəzalarına ermənilər məmur göndərməyəcək. 

2. Bu qəzaların xalqından əsgər istəməyəcəklər. 

3. Tacirlər türk parası ilə sərbəstcə alış-veriş yapacaqlar. 

4. Bu qəzaların xalqı Gümrüdən istədikləri üç nəfəri girov alacaqlar. 

5. Ermənilər bu müqaviləyə əməl edilməsi üçün üç nəfəri girov alacaqlar. 

6. Bu girovlar Hacı Abbas oğlu Mahmud, Əhməd oğlu Murtaza və İsgəndər 

ağalar olacaqlar. 

7. Bunun müqabilində 3 erməni taciri Bağdasarov, Arslanov və Ağasi girov 

olaraq türklərə veriləcək. 

8. Bu müqaviləyə hər iki tərəf riayət edəcək. 

F. Ərdoğanın yazdığına görə bu müqaviləyə 1920-ci ilin oktyabr ayının 30-

dək  əməl  edilmişdir.  Qarsın  türk  qoşunları  tərəfindən  azad  edilməsini  eşidən 

Gümrü  valisi  Qaroyan  Çıldır  və  Ağbaba  Milli  Şuraları  ilə  bağlanan  müqaviləyə 

əsasən  Gümrüdə  girov  saxlanan  üç  nəfəri  yanına  çağıraraq:  «Artıq  türk  ordusu 

gəlir,  sizinlə  bizim  aramızda  düşmənçilik  ediləcək  bir  məsələ  qalmadı,  qüvvət 

türklərin  əlindədir»  -  demiş  və  8  atlı  ilə  onları  Ağbabaya  göndərmiş,  bunun 

müqabilində üç erməni girovunu Gümrüyə gətirmişdilər. 

Lakin  digər  mənbələr  göstərir  ki,  ermənilər  heç  də  bu  sazişə  əməl 

etməmişdilər.  Xüsusən,  1919-cu  ilin  axırı,  1920-ci  ilin  yanvar-fevral  aylarında 

ermənilər  dəfələrlə  Ağbaba  və  Çıldıra  hücuma  keçmişdilər.  1921-ci  ildə  Kazım 

Qarabəkir paşanın dərc etdiyi «1919 və 1920-də Kafkazda İslamlara karşı yapılan 

Erməni Mezalimi» kitabında göstərilir: «Ermənilər Ağbaba bucağına 1919-cu ilin 

sonlarından  başlayır,  1920-ci  il  içində  lap  çox  zərər  və  ziyan  verərək:  bir  çox 

köyləri  yandıraraq,  əhalisini  Gürcüstana  qaçıb  sığınmaya  və  Türkiyəyə  köçməyə 

zorlamışdılar». Daha sonra Kazım Qarabəkir paşa yazır: «1920-ci il yanvarın 26-da 

erməni komandalarından Baratov və Marzmanovun top və tüfənglərlə silahlanmış 

əsgərləri Şörəyelin əksər  kəndlərini viran qoyduğu  kimi,  Ağbabanın da  Gümrüyə 

yaxın  aran  kəndlərindən  -  Orçoğluda  150,  Qaraməmməddə  20,  kiçik  Qızıldaşda 

100,  Qaraçantada  150,  Güllübulaqda  300  İslam  evini  yandırıb  mallarını  və 

əşyalarını  qarət  edib,  əhalisindən  çoxunu  qırıb,  öldürmüşdülər».  Ağbaba 

nahiyəsinin dağlıq hissəsi Qars vilayətində yeganə bölgə idi ki, ermənilər axıradək 

ora girə bilməmişdilər. Ona görə də İrəvan quberniyasından 25 mindən artıq qaçqın 

Ağbaba  və  qonşu  Zərdaş nahiyələrinə  sığınmışdılar. Lakin ərzaq və  dava-dərman 

çatışmadığından  və  tif  xəstəliyindən  hər  gün  azı  40-50  nəfər  ölmüşdü.  Beləliklə, 

Ağbaba Milli Şurasının gecəli-gündüzlü gərgin əməyi nəticəsində  Ağbabanın dağ 

kəndləri  erməni  qırğınlarından  xilas  ola  bilmişdi.  Türk  qoşunları  1920-ci  ilin 

oktyabrında  Qarsı  azad  etdikdən  sonra  Hacı  Abbas  oğlu  Kərbəlayi  Məhəmməd 

ağanın  700  nəfərlik  süvari  alayı  9-cu  türk  diviziyasının  tərkibinə  qatılaraq 




15 

 

Gümrünün  azad  edilməsində  iştirak  etmiş  və  hərbin  sonunda  ön  cəbhədə 



vuruşmuşdu. 

1921-ci  il  Moskva  və  Qars  müqavilələrinə  əsasən  Türkiyə  tərəfi  Arpaçay 

rayonunda  blokhauzlar  (çöldə  tikilən  hərbi  istehkamlar)  Gümrü-İrəvan  dəmir  yol 

xəttindən  8  verst  (1  verst=l,7  km)  məsafədən  geri  çəkildiyindən  və  sərhəd  xətti 

Ağbaba  dağlarından  müəyyən  edildiyindən  Ağbabanın  Köhnə  İbiş,  Bəzigan, 

Dələver,  Köhnə  Qızıldaş,  Cəbəci  kəndləri  Türkiyə  tərəfdə  qalmış,  qalan  ərazilər 

Ermənistana  qatılmışdı.  Ağbaba  nahiyəsinin 594,75  kv. verst ərazisindən 450 kv. 

verst  ərazisi  Ermənistana  birləşdirilmişdir.  Qars  müqaviləsinin  13-cü  maddəsinə 

əsasən Ermənistanın təbəəliyini qəbul etməyən əhaliyə 6 ay müddətində köçməyə 

icazə  verilmişdi.  Bundan  sonra  Ağbabanın  Sınız,  Mumuxan,  Təzə  Qızıldaş, 

Mustuqlu,  Baxçalı,  Söyüdlü,  Seldağılan,  Ördəkli,  Baxçalı  kəndlərinin  türkləri 

elliklə Türkiyəyə köçmüşdülər. 

Erməni  mətbuatı  CQQR-in  və  milli  şuraların  fəaliyyətini  olduqca  səthi  və 

yanlış işıqlandırmışdır. Onlar qeyd edirlər ki, guya  «bir neçə həftə  mövcud olan» 

Qars Müsəlman Respublikasını ingilislər qurmuşdular. 

Türkiyə  mətbuatında  da  Ağbaba  Şurasının  fəaliyyəti  ilə  bağlı  bəzi 

yanlışlıqlara  yol  verilmişdir.  Esin  Dayı  «Elviye-Selasede  Milli  Təşkilatlanma» 

doktorluq  işində 

 

Y.Haşımoğlunun  xatirələrinə  əsaslanaraq  göstərir  ki,  Ağbaba 



Milli  Şurası  Cənubi-Qərbi  Qafqaz  hökuməti  dağıldıqdan  sonra  Ağbabaya  gedən 

Hacı  Abbas  oğlu  Kərbəlayı  Məhəmməd  bəy  tərəfindən  qurulmuşdur.  Lakin 

həqiqətdə isə Kərbəlayı Məhəmməd ağa ömrü boyu Ağbabada yaşamış, Ağbabanın 

Rusiyanın  tərkibində  olduğu  dövrdə  Təpəköy  dairəsinin  rəisi  olmuşdu.  1921-ci  il 

sərhəd  kəsimindən  sonra  o,  doğulduğu  Köhnə  İbiş  kəndindən  köçüb  Türkiyə 

tərəfində  qalan  Bəzigah  kəndinə  getmiş  və  ömrünün  sonunadək  orada  yaşamışdı. 

Ümumiyyətlə,  XX  əsrin  əvvəllərində  tariximizə  parlaq  qəhrəmanlıq  səhifələri 

yazmış milli şuraların fəaliyyəti araşdırılmamışdır». 

Nazim Mustafanın bu  qeydlərindən həmin dövrün nə dərəcə  mürəkkəb bir 

zaman  kəsiyi  olduğu  aydın  görünür.  Bir  çoxları  Azərbaycan  Demokratik 

Cümhuriyyətinin  banisi  Məhəmməd  Əmin  Rəsulzadəni  və  onun  silahdaşlarını 

qınayaraq  deyir  ki,  onlar  o  zaman  gərək  indiki  Ermənistan  adlanan  türk 

torpaqlarını,  xüsusən  də  qədim  şəhərimiz  İrəvanı  ermənilərə  verməyəydi.  Bəs 

əslində o zaman vəziyyət necə idi? 

Bolşeviklərlə Almaniya arasında bağlamış Brest-Litovsk sülhü /1918-ci 27 

avqust/  Azərbaycanın  varlığının  üstündən  qara  bir  xətt  çəkmişdi.  Bakı  neftinin 

dörddə birini Almaniyaya verməklə Lenin həm almanlardan canını qurtarırdı, həm 

də  Azərbaycanın  müstəqilliyini  tanımırdı.  Qonşu  Gürcüstanın  müstəqilliyini 

tanıyan  Almaniya  Leninlə əlbir olub  Azərbaycanı  yenidən  bölüşdürmək  istəyirdi. 

Hamısı da neftin ucbatından!  

Özü də ən pisi o idi ki, həmin bədnam müqavilə üçüncü dövlətin - /əslində 

Osmanlı  dövlətinin/  qoşununun  Qafqazda,  daha  çox  isə  Azərbaycanda  olmasına 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə