Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   ...   9   10   11   12   13   14   15   16   17

30 

 

nizamlanan mübahisələrin dinc yollarla və güc tətbiq etmədən nizamlanmasına aid 



prinsiplərinə istinadları xatırlayırlar». 

 

Təhlükəsizlik Şurası sədrinin bəyanatı. 



26 avqust 1992-ci il 

 

Təhlükəsizlik Şurasının üzvləri arasında məsləhətləşmələrdən sonra Şuranın 



Sədri  adından  «Dağlıq  Qarabağda  vəziyyətə  dair»  sərlövhəli  bəndlə  əlaqədar 

aşağıdakıları  bəyan  etmişdir:  «Dağlıq  Qarabağda  vəziyyətin  pisləşməsi,  çoxlu 

insan tələfatına və geniş miqyasda maddi zərərə səbəb olması haqqında məlumatlar 

Təhlükəsizlik Şurasının üzvlərini dərindən narahat etmişdir. 

Təhlükəsizlik Şurasının üzləri bütün tərəfləri və digər əlaqədar tərəfləri atəşi 

dərhal  dayandırmağa  və  ATƏM  çərçivəsində  Dağlıq  Qarabağ  məsələsinə  dair 

Minsk  Konfransının  səylərinə,  habelə  Romada  keçirilən  hazırlıq  danışıqlarına 

yardım  göstərməyə  qətiyyətlə  çağırırlar.  Onlar  bütün  tərəfləri  və  digər  əlaqədar 

tərəfləri ATƏM ilə sıx əməkdaşlıq etməyə və öz mübahisələrinin dinc yolla aradan 

qaldırılmasına  mümkün  qədər  tez  nail  olmaq  məqsədilə  danışıqlarda  müsbət 

mövqedən  iştirak  etməyə  təkidlə  çağırırlar.  Onlar  qeyd  etmişlər  ki,  Baş  Katib 

faktları müəyyən etmək üçün həmin bölgəyə nümayəndələr göndərmiş və ATƏM-

in yuxarıda adı çəkilən danışıqlarına nümayəndələr göndərməyə hazırdır. Şuranın 

üzvləri Dağlıq Qarabağda vəziyyətin inkişafı ilə əlaqədar olaraq həmin rayonlarda 

Birləşmiş  Millətlər  Təşkilatının  rolunu  sonralar,  lazımı  vaxtda  müzakirə 

edəcəklər». 

 

Təhlükəsizlik Şurası sədrinin bəyanatı 

27 oktyabr 1992-ci il 

 

Təhlükəsizlik  Şurasının  üzvləri  arasında  məsləhətləşmədən  sonra  Şuranın 



sədri  Şuranın  adından  1992-ci  il  sentyabrın  27-də  keçirilmiş  3127-ci  iclasında 

«Dağlıq Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə 

əlaqədar aşağıdakıları bəyan etmişdir: «Təhlükəsizlik Şurası 1992-ci il sentyabrın 

21-də  Soçidə  atəşkəs  barədə sazişin  bağlanmasına  baxmayaraq  Dağlıq  Qarabağda 

və  onun  ətrafında  ciddi  vəziyyətin  qalmasından,  eləcə  də  bununla  əlaqədar  insan 

tələfatı və maddi itkilər olmasından dərin narahatdır. 

Təhlükəsizlik Şurası özünün 1992-ci il 26 avqust (S/24493) tarixli «Dağlıq 

Qarabağda  vəziyyətə  dair  bəyanat»ının  məzmunu,  xüsusilə  də,  ATƏM-in  Dağlıq 

Qarabağa  Minsk  konfransının  səylərinə  dəstəyini  təsdiq  edir.  O,  qətiyyətlə  bütün 

tərəfləri  və  bu  məsələyə  aid  olan  digərlərini  dərhal  atəşi  dayandırmağa  və 

blokadanın  bütün  növlərini  aradan  qaldırmağa  çağırır.  O,  Minsk  Konfransının 

işinin dərhal başlanılmasına və Sədrin təklif etdiyi qayda və proseduralar əsasında 

siyasi danışıqların açılmasına çağırır. O, təkidlə bu məsələyə aidiyyatı olan bütün 



31 

 

tərəfləri  və  digərlərini  onların  mübahisələrinin  tezliklə  hərtərəfli  nizamlanmasını 



əldə  etmək  üçün  ATƏM-lə  sıx  əməkdaşlığa  və  Konfransın  işində  əsaslı  iştirak 

etməyə çağırır. Təhlükəsizlik Şurasının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının 

ATƏM-in  səylərinin  dəstəklənməsi  planına,  eləcə  də  humanitar  yardım 

göstərilməsinə nə kimi töhfə verə biləcəyi məsələsinin öyrənilməsi üçün bu regiona 

öz nümayəndəsini göndərməyə dair niyyətindən məmnun olduğunu bildirir». 

 

Təhlükəsizlik Şurası sədrinin bəyanatı 



29 yanvar 1993-cü il 

 

Təhlükəsizlik  Şurasının  Sədri  1993-cü  ilin  29  yanvarında  keçirdiyi 

məsləhətləşmələrdən sonra, Şuranın üzvləri adından kütləvi informasiya vasitələrin 

nümayəndələrinə aşağıdakıları bəyan etmişlər: 

«Ermənistan və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına malların və 

metarialların  göndərilməsi,  xüsusilə,  elektrik  enerjisi  verilməsindəki  fasilələrin 

dağıdıcı  nəticələri  ilə  əlaqədar  Təhlükəsizlik  Şurasının  üzvləri  dərin  narahatlıq 

keçirdiklərini  bildirirlər.  Qeyri-adi  dərəcədə  sərt  qışın  genişləndirdiyi  bu  fasilələr 

həmin bölgələrin iqtisadiyyatını  və infrastrukturunu iflas həddinə gətirib çıxarmış 

və real aclıq təhlükəsi yaratmışdır. 

Şuranın  üzvləri  təkidlə  bütün  kömək  edə  biləcək  ölkələri,  yanacaq  və 

humanitar  yardımın  göndərilməsinə  kömək  etməyə  və  region  ölkələrinin 

hökumətlərini  humanitar  vəziyyətin  gələcəkdə  daha  da  pisləşməsinin  qarşısını 

almaq  məqsədilə  humanitar  yüklərin,  xüsusilə  də  yanacağın  Ermənistan  və 

Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz çatdırılmasını təmin etməyə çağırır. 

Şuranın üzvləri tərəfləri bir araya gətirmək və ATƏM-in bu regionda sülhün 

bərqərar  olmasına  yönələn  bütün  səylərini  tam  dəstəklədiklərini  bir  daha  bəyan 

edirlər. Onlar tərəfləri dərhal atəşkəsə və tezliklə ATƏM çərçivəsində danışıqların 

yenidən başlanılmasına razılaşmağa çağırırlar. 

Təhlükəsizlik Şurasının üzvləri bu məsələyə baxmağı davam etdirəcəklər». 

 

Təhlükəsizlik Şurası sədrinin bəyanatı. 

6 aprel 1993-cü il 

 

Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələrdən sonra Şuranın Sədri 



Şuranın  adından  1993-cü  il  aprelin  6-da  onun  3194-cü  iclasında  «Dağlıq 

Qarabağda vəziyyətə dair» sərlövhəli bəndin Şura tərəfindən baxılması ilə əlaqədar 

aşağıdakıları  bəyan  etmişdir:  «Təhlükəsizlik  Şurası  Ermənistan  Respublikası  ilə 

Azərbaycan  Respublikası  arasında  münasibətlərin  pisləşməsindən  və  Dağlıq 

Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli 

erməni 


qüvvələrinin 

Azərbaycan 

Respublikasının 

Kəlbəcər 

rayonuna 

müdaxiləsindən  ciddi  narahat  olduğunu  bildirir.  Şura  sülh  və  bölgənin 




Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə