Ramazan hüseynov



Yüklə 409,55 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix01.02.2018
ölçüsü409,55 Kb.
#22967
1   2   3   4   5   6   7   8   9   ...   17

 

edilən  İbrahim  bəy  İrəvan  və  digər  bölgələrdən  olan  qaçqınları  ətraf  kəndlərə 



yerləşdirmiş,  onlara  hər  cür  qayğı  göstərmişdi.  Araz-Türk  Respublikası 

hökumətinin  hərbi  naziri  seçilən  İbrahim  bəy  20  tabur  (batalyon)  təşkil  etmişdir. 

Bu  taburlardan  4-ü  Naxçıvanda,  3-ü  Şərur-Dərələyəzdə,  qalanları  isə  Vedibasar, 

Qəmərli  və  Zəngibasarda  yerləşdirilərək,  həmin  bölgələrin  əhalisini  ermənilərin 

törətdikləri soyqırımlarından müdafiə etmişdir. Həmin il noyabrın 30-da keçirilən 

Böyük  Qars  konqresində  Araz-Türk  Respublikası  hökuməti  ilə  Qars,  Ahisqa, 

Artvin və Batum sancaqlarını əhatə edən Milli İslam Şurası birləşərək, Batumdan 

Ordubada qədər ərazidə Milli Şura hökuməti quruldu və İbrahim bəy onun başçısı 

seçildi.  1919-cu  il  yanvarın  18-də  keçirilən  konqresdə  mərkəzi  Qars  olmaqla 

qurulan  Cənub-Qərbi  Qafqaz  Cümhuriyyəti  hökumətinin  də  başçısı  İbrahim  bəy 

idi.  40  min  kv.km  sahəsi  və  1,7  milyondan  çox  əhalisi  (1,5  milyonu  türk-

müsəlman)  olan  bu  dövlət  6  ay  öz  ərazisini  erməni  və  gürcü  basqınlarından 

qorumuşdur.  

Müstəqil daxili və xarici siyasət yeridən bu hökuməti 1919-cu ildə ingilislər 

yıxdı, başda  İbrahim  bəy olmaqla, hökumət üzvləri evləri və əmlakları müsadirə 

edilməklə, Malta adasına sürgün olundular. 

1921-ci  ildə  Nəriman  Nərimanovun  köməyilə  sürgündən  azad  edilən 

qarslılar əski rus təbəəsi bəhanəsiylə  Tiflisə  göndərildilər. Tiflisdən Bakıya  gələn 

İbrahim  bəy  arvadı  Mələk  xanımı  və  oğlunu  Gəncədə  Xudadat  bəy  Rəfibəylinin 

himayəsində tapdı və onun köməyi ilə Qarsa qayıtdı. İbrahim bəy Kazım Qarabəkir 

paşanın  tövsiyəsilə  avqustda  Qarsda  keçirilən  seçkilərdə  iştirak  edib,  şəhər  valisi 

seçilmiş,  1921-27-ci  illərdə  Qars  bələdiyyə  rəisi  işləmiş,  sonra  ticarət  məmuru 

olmuşdur. 

 

 



 


 

II hissə  



 

Tarix nə deyir 

 

Ermənistanın  paytaxtı  İrəvanın,  qədim  Çuxur  Səd  torpağının  altında-



üstündə qalan və qalmayan maddi-mədəniyyət abidələri, əlvan sənət inciləri təsvirli 

daş  sənduqələri,  qayalara  həkk  olunmuş  yazılar  və  rəsmlər,  ümumiyyətlə  bütün 

memarlıq  nümunələri  yalnız  və  yalnız  Azərbaycanlılara  məxsusdur.  1655-ci  ildə 

İrəvana  gəlmiş  Jan  Babtist  Taverniyenin  əsərlərində  (birinci  cild)  qeyd  edilir  ki, 

şəhər qalasında yalnız müsəlmanlar yaşayır. On səkkiz il sonra burada olmuş başqa 

bir  fransız  səyyahı  Jan  Şardenin  oncildliyinin  yenə  birinci  cildində  göstərilir  ki, 

İrəvan  qalasını  özlüyündə  kiçik  bir  şəhər  hesab  etmək  olar.  Qalada  800  ev  var. 

Müəllif  yazırdı:  "Şəhər  torpaqlarını  cənub-qərbdən  axan  Qırxbulaq  və  şimal-

qərbdən  axan  Zəngi  çayları  suvarır.  Sərdarın  sarayı  çox  gözəl,  möhtəşəm  bir 

imarətdir.  Min  addım  o  yanda  bir  qala  bürcü  ucalır,  ona  burada  «Keçi  qalası» 

deyirlər...»  

Taverniyen  və  Şardendən  sonra  Avropa  Səyyahlarından  Cemelli,  Kerr-

Porter,  Ceyms  Moriyen,  Monpero,  Kameron,  Linç,  Dübüa,  və  b.  da  yüksək 

sənətkarlıqla inşa edilmiş, diqqətəlayiq, zövqoxşayan memarlıq abidələri ilə zəngin 

olan  İrəvan  qalasını,  Xan  sarayını,  onun  «Şüşəbənd»  adı  ilə  tanınmış  güzgülü 

salonunu,  qaladakı  min  bir  bəzəkli  məscidləri,  hovuz  və  hamamları,  Zəngi 

çayınadək  enib  gedən  mərmər  pilləkənli  yeraltı  yolu,  qala  ətrafında-şəhər 

imarətləri, karvansara və meydanları müstəsna heyranlıqla təsvir etmişlər. 

İrəvan  XV  əsrdən  inzibati  mərkəz  kimi  tanınıb.  Qaraqoyunlular  (1410-

1467)  və  Ağqoyunluların  (1467-1500)  hökmranlığı  dövründə  coğrafi  mövqeyinə 

və  yerli  şəraitinə  görə  adı  geniş  yayılıb,  Çuxur  Səd  vilayətinin  inzibati  mərkəzi 

olub. Şəhərə söykənmiş Cəfərabad (Arqaval) kəndində indi də ucalmaqda olan bir 

türbə  həmin  dövrün  yadigarıdır.  Türbə  bişmiş  kərpicdən  və  daşdan  tikilib. 

Kitabəsində  Əmir  Sədin  və  onun  oğlu  Pir  Hüseynin  adları  çəkilir.  Pir  Hüseyn 

Yaqub  bəydən  əvvəl  Çuxur  Səd  vilayətinin  əmiri  olub.  Kitabədə  həmçinin 

Qaraqoyunlular  sülaləsinin  başçısı  Qara  Yusif  (1410-1420)  sərkərdəliyindən  bəhs 

olunur, onun oğlu Pir Budağın böyük hökmdar olması qeyd edilir. Şəksiz ki, türbə 

Qara  Yusifin  Teymuriləri  məğlub  edib  Kürün  cənubundakı  Azərbaycan 

torpaqlarını, Gürcüstan, Ermənistan, Ərəb İraqını ələ keçirdikdən sonra öz oğlu Pir 

Budağı  Təbrizdə  padşahlıq  taxtına  oturtmaq  haqqında  verdiyi  fərmanla  əlaqədar 

ucaldılmışdır. 

İrəvanda  qala,  yeni  binalar  tikmək,  abadlıq  işləri  aparıb  şəhəri 

möhkəmləndirmək  haqqında  Şah  İsmayılın  (1502-1524)  vəziri  Rəvanqulu  xana 

ciddi  tapşırıqlar  verməsindən  söhbət  açan  Yervand  Şahəziz  bu  qənaətə  gəlmişdir 

ki,  İrəvan  və  Rəvanqulu  adları  arasında  heç  bir  əlaqə  yoxdur,  çünki  İrəvanın  adı 

VII  əsrdə  bəlli  olmuşdur.  Əvvəldə  dediyimiz  kimi,  bu  kökündən  yanlış 




 

fikirdir.  ...Məhəmməd  Xudabəndə  (1578-1587)  dövründə  şəhər  torpaqlarını 



suvarmaq  üçün  iri  bir  göl  (uzunluğu  400,  eni  250  sajin)  tikilmiş,  yeni  arxlar 

çəkilmişdir.  1678-ci  ildə  tikilən,  Sovet  hakimiyyəti  illərində  bərpa  olunan,  indi 

S.Şaumyanın  adını  daşıyan  bu  gölə  yerli  əhali  yenə  də  «Toxmaq»  gölü  deyir. 

Toxmaq  o  zaman  İrəvan  hökmdarı  olmuş  Mahmud  xanın  ləqəbidir.  1605-ci  ildə 

Şah  Abbas  İrəvanı  osmanlılardan  aldıqdan  sonra  Əmirquna  xan  Yerevana  sahib 

olan kimi quruculuq işlərinə başladı, şənlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-

bağça, bostan saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı.. 

1679-cu  il  iyunun  4-də  zəlzələ  İrəvanı  yerlə-yeksan  etmişdi.  İrəvanın  yeni 

hökmdarı  təyin  olunmuş  Zal  xanı  təbrik  etmək  üçün  zəlzələdən  bir  qədər  əvvəl 

buraya  gəlmiş  Əylisli  Zəkəriyyə  həmin  hadisəni  belə  qələmə  almışdır:  «Daş  daş 

üstə qalmadı. Məscidlər, karvansaraylar, kilsələr də dağıldı, qala yerlə-yeksan oldu. 

Körpülər  yatdı,  sular  batdı,  ölən  qalandan  çox  oldu.  Ətrafda  it-pişik  də  gözə 

dəymirdi.  Abbasqulu  xanın  kürəkəni  Zal  xan  çapar  göndərib  bu  sitəm  haqqında 

dörd yana  xəbər  yaydı.  Gəncədən 800 adam  gəldi.  Məhəmməd xan Naxçıvandan 

böyük  bir  dəstə  gətirdi.  Bərdədən,  Zəyəmdən,  Makudan,  Təbrizdən,  qonşu 

xanlıqlar  və  sultanlıqlardan  o  qədər  adam  gəlmişdi  ki,  qala  ətrafında  tərpənməyə 

yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda 

əyləşdi.  Qala  yenidən  ucaldı,  daha  möhkəm  oldu, arxlar çəkildi,  körpülər salındı. 

Məscidləri,  karvansaraları,  kilsələri  yenidən  tikdilər.  Şəhər  dirçəldi,  əhali  bərpa 

olunmuş evlərə qayıtmağa başladı. İrəvanın məhəllələri, bulaqları, çayları, bağları, 

dağ  və  təpələri  indi  də  el  arasında  (bir  qismi  isə  rəsmi  sənədlərlə)  öz  adlarını 

qoruyub  saxlamışdır.  Məsələn,  İ.Şopenin  verdiyi  məlumata  görə  XVIII  əsrdə 

İrəvanın üç iri məhəlləsi olmuşdur: Şəhər, Təpəbaşı, Dəmirbulaq. Eyni adı yaşadan 

həmin  məhəllələr  indi  də  şəhərin  iri  məhəllələri  sayılmaqdadır.  XVIII  əsr 

səyyahlarının təsvir etdikləri şilə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy 

rəngli  parça  boyayanların  məhəllələri  yenə  əvvəlki  kimi  «Şiləçi»,  «Sabunçu», 

«Boyaqçı» adlarını daşıyır. İrəvanda, həm də xanlığın bütün ərazisində fars, ərəb, 

erməni dili deyil, məhz Azərbaycan dilinin üstün təsir gücünə malik olduğunu və 

geniş  yayıldığını  aşağıdakı  faktlar  bir  daha  sübut  edir.  Matenadaranın  arxiv 

fondunda  (Kilsə  divanı,  səh.290,  391)  saxlanılan  məktubu  1784-cü  ildə  kahin 

Qukas  yazmışdır.  Məktubda  Gürcüstana  II  İrakliyə,  Bayazidə  İsaak  Paşaya 

göndərilmiş toxumların siyahısı verilmiş, miqdarı və qiyməti göstərilmişdir. Qəribə 

görünsə  də  faktdır  ki,  kilsə  xadimi  erməni  dilinin  mahir  bilicisi  bu  kahin, 

toxumların,  demək  olar  hamısının  adını  azərbaycanca  yazmışdır:  buğda,  qarpız, 

qara  qarpız,  yonca,  xiyar,  ispanaq,  reyhan,  badımcan,  gül...  Xanlığın  ərazisi, 

sərhədləri haqqında  söhbət açılan bütün əsərlərdə, hətta dərsliklərdə  yer adları bu 

qaydada  verilmişdir:  Arpa  çayından  Qızıl  kilsə  kəndinədək...  Hacı  Bayraməli 

kəndində  Qəbir  dağadak...  Koroğlu  dağından  Arazboyu  Naxçıvanadək, 

Şəruradək... yaxud, xanlığa daxil olan mahalların (nahiyələrin) adlarına fikir verək: 



Yüklə 409,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə