Mifologiya
- 5 -
sinə almaqla alimin “Azərbaycan türklərinin mifologiyası”
adı altında uzun illər ərzində apardığı araşdırmaların əsas
kütləsini əhatə edir. Bu araşdırmalar “mif(ologiya)” konseptinə
münasibətdə bütün hallarda özünəməxsusluğu ilə seçilib.
R.Qafarlının mifə yanaşması iki səviyyəni eyni zamanda
nəzərdə tutur:
Birincisi, mifə ümumnəzəri modellər çərçivəsində yanaş-
ma: bu, hər bir tədqiqatçının əsaslanmalı olduğu mövcud baxış
təcrübəsidir.
İkincisi, mifə subyektiv intellektual paradiqmada yanaş-
ma: bu, Ramazan Qafarlıya məxsus, ona “bəxş olunmuş”, onun
alim taleyinə “yazılmış” baxış təcrübəsi, elmi düşüncə dövriy-
yəsinə onun səsində və nəfəsində daxil edilməsi “qabaqcadan
proqramlaşdırılmış” kreativ düşüncə formullarıdır.
Və Ramazan Qafarlının alim personasının bütün özünə-
məxsusluğu bu səviyyələrin özünəməxsus xəlitəsində ifadə olu-
nur. Bu cəhətdən, alimin əsərləri onun uzun illər ərzindəki intel-
lektual axtarışlarının nəticəsidir. Mifologiya ilə bağlı bir tədqi-
qatçı kimi qeyd etmək istəyirəm ki, R.Qafarlının tədqiqatlarında
«Azərbaycan (türklərinin) mifologiyası» adlı özünəməxsus ba-
xışlar sistemi gerçəkləşdirilmişdir.
Açıq etiraf edim ki, alimin «mifologiya» konsepsiyasını
təsvir edib, ümumi mahiyyətini açıqlamaq mənim üçün çətindir.
Çünki R.Qafarlının baxış konsepti yeni nəsil mifoloqları arasın-
da yayğın deyil. Və bunun əsas səbəblərindən biri, sözün gerçək
anlamında, həlli mümkünsüz görünən çətinliklərdir. R.Qafarlı
üçün sanki bu çətinliklər ümumiyyətlə yoxdur və o, bu mənada
öz baxış sistemini əks etdirən «mifologiya» konsepsiyasını mo-
delləşdirməyə, sözün gerçək mənasında, nail olmuşdur. Həmin
modelləşdirmənin mahiyyətini açıqlamaq üçün öncə alimin
problemi hansı yönlərdən öyrəndiyinə diqqət edək.
Müəllif «Azərbaycan (türklərinin) mifologiyası» proble-
minə aşağıdakı istiqamətlərdən yanaşmışdır:
Ramazan Qafarlı
- 6 -
1. Qaynaqlar:
Tədqiqatda ilk növbədə «Azərbaycan (türklərinin) mifolo-
giyası»nın qaynaqları məsələsi önə çəkilmişdir. Bu həm də zəru-
ri metodoloji yanaşmadır. Maddi və qeyri-maddi qaynaqların ol-
ması, yaxud real olaraq olmadığı halda onun bərpa olunması
R.Qafarlının yanaşmasında başlıca metodoloji məqamdır. Alimə
görə, qaynaqların rekonstruksiyası mifin bərpasına bərabərdir:
mifin varlığı qaynaqların varlığına müncər olunur.
2. Təsnifat:
Tədqiqatçı əsərdə Azərbaycan miflərini folklorşünaslığı-
mızdakı ənənəvi yanaşmadan fərqli modelləşdirmişdir. Aşağıda
toxunacağımız kimi, bu, R.Qafarlıya bərpa etdiyi mifologiyanın
daha fərqli təqdiminə imkan vermişdir.
3. Obrazlar:
Mifoloji dünya modelinin bərpasına yeni təsnifat struktu-
runda yanaşma müəllifə folklor mətnlərindəki bir sıra mühüm ob-
razların mifoloji semantikasını bərpa etməyə imkan yaratmışdır.
4. Genezis:
Mif özü hər bir mədəniyyətin genetik əsasıdır. Mədəniy-
yətin milli özünəməxsusluğu mifin bərpası ilə mənalanır və izah
olunur. R.Qafarlının yanaşmasında mifin bərpası onun genezisi-
nin öyrənilməsinə müncər olunmuşdur.
5. Evolyusiya:
Diqqətəlayiqdir ki, R.Qafarlı Azərbaycan mifoloji dünya
modelini təkcə donuq kosmoloji fakturada yox, həm də hərəkət-
də tədqiq etmişdir. Problemə yanaşmada mifoloji təsəvvürlər
modelinin təkamülünün yanaşma üsullarından birini təşkil etmə-
si müəllifə Azərbaycan mifoloji düşüncə tarixini milli düşüncə-
nin inkişaf kontekstində öyrənməyə şərait yaratmışdır.
6. Poetika:
«Mifin poetikası» mifşünaslığın ən mürəkkəb məsələlərin-
dəndir və həmin «poetikanın» özündən çıxış etsək, bu, daha çox
«mətn» anlayışının strukturu ilə bağlıdır. Mif mətni gerçəkliyi mi-
foloji dünya modelinin qavrama və obrazlaşdırma üsulları ilə mə-
Mifologiya
- 7 -
nimsəyən işarələr sistemidir. Burada gerçəkliyin mifoloji işarələ-
rinin özünəməxsus düzüm qanunları var. Həmin qanunlar sistem
halında mifin poetikasını təşkil edir. Mifologiya elminin inkişaf
tarixi mifin poetikasına dair müxtəlif yanaşma və baxış sistemləri,
fərqli yozum və izahlarla zəngindir. Bu cəhətdən R.Qafarlı «Azər-
baycan mifinin» poetikasını yaratmağa çalışmışdır.
R.Qafarlının «Azərbaycan türklərinin mifologiyası» adlı
tədqiqatının aktuallığına gəldikdə, bu araşdırma gərəkli elmi
problemə həsr olunmuşdur. Türk mifologiyasını Azərbaycan mi-
foloji mətnləri əsasında araşdıran tədqiqat Azərbaycan-türk mi-
foloji-epik təfəkkürünün arxetiplərinin öyrənilməsi, miflərin
genezisinin aydınlaşdırılması, türk mifoloji dünya modeli üçün
aktual olan sxemlərin bərpası, mifoloji strukturlar daşıyan
mətnlərin təsnifat prinsiplərinin hazırlanması və bu əsasda
klassifikasiyasının aparılması və s. baxımından ciddi elmi aktu-
allığa malikdir. Mifologiyanın milli mədəniyyətin əsasında
durmasını nəzərə alsaq, onun öyrənilməsi təkcə Azərbaycan
folklorşünaslığı problemləri baxımından deyil, bütövlükdə milli-
humanitar düşüncənin araşdırılması və üzə çıxarılması baxı-
mından vacib və zəruridir. Azərbaycan türklərinin mifoloji dü-
şüncə tarixini aydın nəzəri-metodoloji yanaşma kontekstində re-
konstruksiya edən mövcud araşdırma öz tədqiqat modeli, yanaş-
ma üsulları, epik-mifoloji qaynaqların orijinal elmi mənimsəmə
metodlarına görə ciddi elmi araşdırma olub, humanitar-filoloji
düşüncəmizin uyğun kontekstində zəruri aktuallıq və funksi-
onallığa malikdir.
Müəllif «Azərbaycan türklərinin mifologiyası» problemini
dörd istiqamət üzrə öyrənmişdir:
1. Mifoloji düşüncə sisteminin poetik strukturu və Azər-
baycan-türk mifoloji dünya modelinin rekonstruksiya problem-
ləri.
2. Mifoloji düşüncənin genetik strukturu.
3. Mifoloji dünya modelinin təkamülünün struktur mərhə-
lələri.
Dostları ilə paylaş: |