RamiLƏ dadaşova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42954
1   2   3   4   5   6   7   8   9   ...   27

əməliyyatları    mandatının  həyata  keçirilməsi  barədə 
məruzə  etdikdən  və  bunu  müzakirə  etdikdən  sonra  
Təhlükəsizlik Şurası müvafiq qətnamə qəbul etməlidir. 
Baş  katibin  sanksiyalara  nəzarət  etməsi  beynəlxalq 
mübahisələrin nizama salınmasında vacib amildir. 
 
Çoxtərəfli əməkdaşlıqda, sülhquruculuğunda Baş 
katibin  böyük  rol  oynadığı  nəzərə  alınaraq,  bu  əsərdə 
BMT-
nin Baş katibi olmuş  Truqve Li (Norveç, 1945-
1953),  Daq  Hammerşeld  (İsveç,  1953-1961),  U.Tan 
(Birma, 1961-1971), Kurt Valdhaym (Avstriya, 1971-
1981), Xavyer Peres de Kuelyar (Peru, 1982-1991), 
Butros Butros Qali (Misir, 1991-1997), Kofi Annan 
(Qana, 1997-
2006)  və  Pan  Qi  Munun  (KXDR,  2007) 
həyatı və diplomatik fəaliyyəti araşdırılmışdır. 
Əsərdə, 
həmçinin 
Azərbaycan 
xalqının 
Ümummilli  Lideri  Heydər  Əliyevin  B.B.Qali  və 
K.Annanla  görüşərək  Ermənistan-Azərbaycan  müna-
qişəsini  müzakirə  etməsi,  B.B.Qalinin  Azərbaycana 
səfəri,  eləcə  də  Prezident  İlham  Əliyevin  hələ  Azər-
baycan  Respublikasının  Baş  naziri  olarkən  BMT  Baş 
Məclisinin 58-ci  sessiyasında və    Azərbaycan  Respub-
likasının  Prezidenti  seçildikdən  sonra  adı  çəkilən 
qurumun 59-
cu sessiyasında Ermənistanın Azərbaycana 
qarşı birbaşa təcavüzü barədə məruzələri, Azərbaycanın 
2012-2013-
cü  illərdə  BMT  Təhlükəsizlik  Şurasının 
müvəqqəti  üzvü  olması  və  2012-ci  ilin  mayında  və 
2013-cü ilin ok
tyabrında  Təhlükəsizlik  Şurasının 
iclaslarına  sədrliyi dövründə  müzakirə  edilən  prob-
lemlər barədə araşdırma da əksini tapmışdır.  
 

 


                TRUQVE XALVDAN LI (Norveç)                                        
            BMT-
nın Baş katibi (1945-1953-cü illər) 
Truqve  Xalvdan Li 1946-
cı 
il fevralın 1-dən 1953-cü il aprelin 
10-
dək  BMT-nin  Baş  katibi  ol-
muşdur.  
Truqve  Xalvdan Li 1896-c
ı 
il 16 iyul tarixd
ə  Norveçin Oslo 
şəhərində, Martina və  Xulda 
Arnesen ail
əsində  anadan  olmuş-
dur  (63).  O,  Oslo Universitetind
ə 
t
əhsil alaraq 1919-ci ildə  hüquq-
şünas ixtisası üzrə  diplom almışdır. 1921-ci il noyabrın 
8-d
ə  Yordis Yorqensen ilə  ailə  qurmuşdur.  Üç  övladı 
var: Sissel, Quri v
ə Mette.  
Truqve Xalvdan Li 1911-ci ild
ə  Norveç  Fəhlə 
Partiyas
ının gənclər təşkilatına daxil olmuş, 1919-1922-
ci ill
ərdə  partiya katibinin köməkçisi, 1922-1935-ci 
ill
ərdə  Norveç  Həmkarlar Federasiyasının  hüquq 
m
əsləhətçisi, 1926-cı  ildə  partiyanın milli icraçı  katibi 
v
əzifələrində  çalışmışdır.  O,  1935-1939-cu illərdə 
ədliyyə  naziri vəzifəsini,  1939-cu ilin iyul ayından 
sentyabr ay
ınadək sənaye və ticarət naziri vəzifəsini, II 
Dünya müharib
əsi başlayanda  təchizat və  gəmiçilik 
üzrə  nazir vəzifələrini  yerinə  yetirmişdir.  Təchizat  və 
gəmiçilik  üzrə  nazir  vəzifəsində  olarkən,  1940-cı  ilin 
aprelind
ə  Norveç  gəmilərinin alman müttəfiqlərinin 
hücumlar
ından xilas olması  üçün müvəqqəti tədbirlər 
gör
müşdü. 

 


 
Hələ  1936-cı  ildə  Norveç  parlamentinin  üzvü 
seçilən  T.Li 1945-ci  ildə  yenidən  parlamentə  seçildi. 
T.Li 1940-
cı  ilin  dekabrında  xarici  işlər  nazirinin 
icraçısı  vəzifəsinə,  1941-ci  ilin  fevralında  Norveçin 
xarici işlər naziri vəzifəsinə təyin olundu (77). O, 1945-
ci 
ilin  aprelində  keçirilən  beynəlxalq  təşkilatın 
yaradılması barədə San-Fransisko konfransında Norveç 
nümayəndəliyinə rəhbərlik etdi. Həmin il iyunun 12-də 
onun tərkibində olduğu hökumət istefa verdi.   
Müharibə  illərində  Norveçin  xarici  işlər  naziri 
olan Tr
uqve Li Norveç ictimai dairəsində BMT barədə 
ideal  fikir  yaratmışdı.  O,  Norveçin  xarici  siyasətində 
digər  qonşu  Avropa  dövlətləri  ilə  birlikdə  müstəmləkə 
sisteminin 
ləğv  edilməsini  dəstəkləmişdi  (39).  T.Li 
xarici  işlər  naziri  vəzifəsindən  BMT-nin  Baş  katibi 
vəzifəsinə getmişdi. 
T.Li 1945-
ci  ilin  aprelində  BMT  Nizamnamə-
sinin,  Təhlükəsizlik  Şurasına  dair  təkliflərin  hazırlan-
ması  barədə  III  komissiyanın  sədri  oldu.  Qeyd  etmək 
lazımdır  ki,  BMT-nin  Nizamnaməsi  hazırlanarkən 
Təhlükəsizlik  Şurasının  hansı  hüquq  və  səlahiyyətləri 
olması  mübahisələrə  səbəb  olmuşdu.  Buna  görə  də 
b
öyük dövlətlərin Təhlükəsizlik Şurasında veto qoymaq 
məsələsi kəskin müzakirəyə səbəb oldu. ABŞ prezidenti 
Ruzvelt veto hüququnu dəstəkləsə də, Senat bu məsələni 
dəstəkləmədi.  Stalin  və  Çerçil  isə  vahidlik prinsipini 
dəstəklədilər.  Əgər  bu  prinsip  qəbul  edilməzsə,  Stalin 
Birləşmiş Millətlərin yaradılması barədə layihədə iştirak 
etməyəcəyini  bildirdi.  Stalinin  fikrincə,  bu  prinsipin 
tətbiq  edilməməsi  böyük  dövlətlərin  qarşıdurmasına, 

 


ümum
təhlükəsizliyin  pozulmasına,  kiçik  dövlətlərin  də 
təhlükə altında qalmasına gətirib çıxara bilərdi (5, s.17-
19). 
1946-
cı il yanvarın 10-da Londonda Vestminster 
sarayının  əsas  salonunda  51  dövlətin  iştirakı  ilə  təşkil 
edilən  Baş  Məclisin  birinci  sessiyasında Norveç 
nümayəndəliyinə  rəhbərlik  edən  T.Li  həmin  il  fevralın 
1-
də  BMT-nin  ilk  Baş  katibi  seçildi,  fevralın  2-də 
rəsmən bu vəzifəyə təyin edildi.  
BMT-
nin  Baş  katibi  olduğu  birinci  ildə  Sovet-
İran münasibətlərinin nizama salınmasında T.Linin rolu 
oldu. 
Belə  ki,  İranın  səyləri  nəticəsində  Azərbaycan 
məsələsi  1946-cı  ildə  BMT-də  müzakirə  edildi.  İran 
Cənubi Azərbaycanda azərbaycanlıların milli muxtariy-
yat uğrunda mübarizəsini SSRİ-nin İranın daxili işlərinə 
müdaxilə  etməsinin  nəticəsi  olduğunu  bildirdi.  BMT 
Baş Məclisinin 1946-cı il yanvarın 10-da keçirilən 1-ci 
sessiyasında  İranın  nümayəndə  heyətinin  başçısı  Seyid 
Həsən  Tağızadə  BMT-nin  Baş  katibi  Truqve  Liyə 
“SSRİ-nin  İranın  daxili  işlərinə  qarışması  barədə 
məktub”u təqdim etdi. SSRİ-nin BMT Baş Məclisindəki 
nümayəndə  heyətinin  başçısı  A.Y.Vışinski  isə  İran 
hökumətinə  baş  verən  hadisələrin  İranın  daxili  işləri 
olduğunu  bildirdi  və  bu  məktubu  əsassız  saydı  (14,  
s.26)
. T.Li Təhlükəsizlik Şurasının sədri Qo Tay-Tsiyə 
məktubunda  bildirdi  ki,  Sovet-İran  məsələsinin  müza-
kirəsini  davam  etdirmək  üçün  Təhlükəsizlik  Şurasının 
vasitəçiliyi  mümkün  deyildir  (14,  s.87-89). T.Linin 
məsləhətinə uyğun olaraq ikitərəfli danışıqlardan sonra 

 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə