kapitalizmin əleyhinə idi. U Tan ABŞ-ı irqi ayrı-
seçkilikdə, SSRİ-ni qapalılıqda tənqid edirdi. İnformasiya
Nazirliyinin katibi kimi o, xarici jurnalistlərlə ünsiyyət
yaradırdı.
1949-
cu ildə Birmada vətəndaş müharibəsi başladı.
Əsas toqquşma birma ordusu və karen qiyamçıları
arasında gedirdi. Döyüşlər vaxtı U Tanın Pantanodakı evi,
o cümlədən kitabları, arxivi, sənədləri. əlyazmaları, ailə
şəkilləri yandı. U Nu karen separatistləri ilə danışıqları U
Tana həvalə etdi, qantökülmənin qarşısı alındı.
1951-
ci ildə U Tan Demokratik ideyaların yayıl-
ması üzrə ictimai birliyin əsasını qoydu. O, hesab edirdi
ki, demokra
tiya şəraitində yaşamaları üçün insanlar buna
yax
şı hazır olmalıdırlar. Bu işdə isə təhsil, maarif, tərbiyə
mühüm rol oynayır. İnformasiya Nazirliyinin katibi
vəzifəsi ilə yanaşı, U Tan başqa işlər də görürdü. O, bir
neçə il ərzində radioda həftəlik proqramı apardı. Onun
xoş, melodiyalı səsini bütün ölkə tanıyırdı. U Tan Birma
kino təşkilinin sədri idi, yerli filmlərə baxırdı, mükafat
üçün daha yaxşı filmi o, seçirdi. U Tan beynəlxalq
münasibətlər sahəsində fəal işləyirdi. U Tan 42 yaşına
qədər Birmadan heç bir xarici ölkəyə getməmişdi. O,
1952-
ci ildə Birma nümayəndəliyinin tərkibində ilk dəfə
olaraq BMT Baş Məclisinin sessiyasında iştirak etdi, onda
U Tan
ilk dəfə olaraq qərb kostyumu geydi. O vaxta qədər
isə milli geyimdə gəzirdi: varatniksiz köynək, kətan
gödəkçə, yalın ayaqlarında şap-şap və s.
1954-cü il
in yanvarında U Tan baş nazirin
dəftərxanasında xüsusi səlahiyyətli katib oldu. O, xarici
hökumət və dövlət başçıları ilə yazışmaları həyata
34
keçirirdi, baş nazirə gələn görüşlərə nəzarət edirdi, baş
naz
iri xarici səfərlərdə müşayiət edirdi. U Tan hökumətin
xarici siyasət üzrə yeganə məsləhətçisi idi. 1955-ci ildə U
Tan U Nunu SSRİ və ABŞ-a rəsmi səfərləri zamanı
müşayiət etdi.
U Ta
n Asiya və Afrika ölkələrinin Bandunq
konfransının hazırlanmasında və keçirilməsində fəal
iştirak etdi. U Tanı Birmanın neytral və qoşulmama
siyasətinin müəlliflərindən biri hesab etmək olar (40).
U Tan 1955-
ci ildə, əlavə olaraq, Birma iqtisadi və
sosial şuranın icraçı katibi funksiyasını həyata keçirdi.
BMT-nin B
aş katibi vəzifəsinə təyin edilərkən Y Tan
Birmanın BMT yanındakı daimi nümayəndəsi (1957-
1961-
ci illər) vəzifəsində çalışırdı. Bu dövr ərzində o, Baş
Məclisin sessiyalarında Birmanı təmsil etmiş, 1959-cu
ildə Baş Məclisin 14-cü sessiyasının sədr müavini
seçil
mişdi. U Tan 1961-ci ildə Konqo üzrə BMT-nin
razılaşma komissiyasının, BMT-nin kapital inkişafı fondu
barədə komitənin sədri olmuşdu. Diplomatik karyerası
çərçivəsində U Tan dəfələrlə Birmanın baş naziri
funksiyasını yerinə yetirmişdir.
Daq Hammarşeld həlak olduqdan sonra U Tan
1961-
ci il noyabrın 3-də Təhlükəsizlik Şurasının tövsiyəsi
ilə Baş Məclis tərəfindən Daq Hammarşeldin səlahiyyət
müddətinin qalanını həyata keçirdi. 1962-ci il Karib
böhranının qarşısının alınmasında vasitəçilik edən U Tan
SSRİ-nin də etimadını qazandı və o, 1962-ci il noyabrın
30-da
növbəti seçkidə Baş Məclis tərəfindən yekdilliklə
1966-
cı il noyabrın 3-dək Baş katib seçildi (66). U Tan
əsas qüvvəni Konqoya yönəltdi. O, 1963-cü ildə İrian-
35
Canın(Qərbi Yeni Qvineya) Hollandiyadan İndoneziyaya
keçməsinə nəzarət edən BMT-nin müvəqqəti icraçı
hakimiyyətinin yaradılmasında mühüm rol oynadı. 1964-
cü ildə U Tan BMT-nin silahlı qüvvələrini Kiprə yönəltdi.
ABŞ başda olmaqla, NATO-nun Misir-İsrail
sərhəddində (1956-1967-ci illər), Konqoda (1960-1964-cü
illər) əməliyyatlar keçirməsi 1964-1965-ci illərdə də
BMT-
də böhrana səbəb olmuşdu (26, s.74).
1966-
cı il dekabrın 2-də Təhlükəsizlik Şurasının
tövsiyəsi ilə Baş Məclisin 229 saylı qətnaməsinə əsasən U
Ta
n ikinci dəfə Baş katib seçildi və onun səlahiyyətləri
1971-
ci il dekabrın 31-dək davam etdi. U Tan yenidən
Baş katib seçilmək istəmirdi, BMT-nin üzvü olan əksər
dövlətin təzyiqi ilə buna razı oldu (66). O, 1962-ci il Karib
böhranı və 1965-ci il Hindistan-Pakistan münaqişəsi
zamanı beynəlxalq gərginliyi azaltmaq üçün çox çalışdı
(72
). Misir prezidenti Ə.Nasirin tələbi ilə 1967-ci ildə U
Tan
10 ildən çox bir müddət ərzində Misirdə yerləşən
BMT-
nin fövqəladə qüvvələrini oradan çıxartdı.
Vyetnamda m
üharibə gərginləşirdi, U Tan tərəfləri
danışıqlara razılaşdıra bilmirdi, həm də BMT-nin maliyyə
vəziyyətini yaxşılaşdıra bilmirdi. 1971-ci ildə SSRİ U
Tanın üçüncü dəfə Baş katib seçilməsini təklif etdi, o isə
buna
razı olmadı. SSRİ-nin xarici işlər naziri
A.A.
Qromıko bu barədə demişdi ki, “birmalı hiyləgərlik
edir
, öz qiymətini qaldırır”. U Tan onunla görüşən sovet
nümayəndəsinə bildirdi ki, “buna onun fiziki gücü çatmır,
o, tək qalıb dincəlmək istəyir”. Bundan sonra SSRİ Kurt
Valdh
aymın namizədliyini dəstəklədi (46).
36
U Tan
ın hüquq üzrə fəxri doktor adına layiq
görüldü
yü universitetlər aşağıdakılardır: Kanadada
Karlton Universiteti, Massaçusetsdə Uilyams Kolleci,
Nyu-
Cersidə Priston Universiteti, Massaçusetsdə Maunt-
Xoliok Kolleci, Massaçusetsdə Harvard Universiteti, Nyu-
Hempşirdə Dartmut Kolleci, Kaliforniyada Kaliforniya
Universiteti, Koloradoda Denver Universiteti,
Pensilvaniyada Suortmor Kolleci, Nyu-Yorkda Nyu-York
Universiteti, SSRİ-də Moskva Universiteti, Ontarioda
Koroleva Universiteti, Mendə Kolbi Kolleci, Konnek-
tukutda Uels Universiteti, Kanadada Uinsor Universiteti,
Nyu-Yorkda Hamilton Kolleci, Nyu-Yorkda Fordem
Universiteti, Nyu-Yorkda Manhetten Kolleci, Miçiqanda
Miçiqan Universiteti, Hindistanda Dehli Universiteti,
İngiltərədə Lid Universiteti, Belçikada Lyoven
Universiteti, Edmontonda Albert Əyalət Universiteti,
Massaçusetsdə Boston Universiteti, Nyu-Cersidə Ratcers
Universiteti, İrlandiyada Dublin Universiteti, Kanadada
Laval Universiteti, Nyu-Yorkda Kolumbiya Universiteti,
Filippin Universiteti, Sirak Universiteti.
Bundan başqa U Tana Birinci ümumdünya kilsəsi
tərəfindən ilahiyyat elmlər doktoru, Florida Beynəlxalq
Universiteti tərəfindən beynəlxalq hüquq elmləri doktoru,
Hartford Universiteti tərəfindən hüquq elmləri doktoru,
Kolheyt Universiteti tərəfindən mülki hüquq elmləri
doktoru, Dyuk Universit
eti tərəfindən humanitar elmlər
doktoru fəxri adları verilmişdir.
U Tan 1971-
ci ildə təqaüdə çıxdı və 1974-cü il
noyabrın 25-də uzun sürən xəstəlikdən sonra 65 yaşında
vəfat etdi.
37
Dostları ilə paylaş: |