Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə36/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

                                                     
 
  
                                                                            
                                                    
141 
-  İstərdim  ki,  növbəti  ildə  hamımız  burada  olaq  və  ən 
xoş günlərimizi Talış dağlarının ətəyində keçirək.   
Onlar  stəkanları  boşaldan  kimi  Ürfan  əlində  kamera 
gölün o biri tərəfində göründü və tərəddüd etmədən onları 
çəkməyə  başladı.  Bir  neçə  dəqiqəlik  çəkilişdən  sonra  o, 
istirahət  edənlərə  yaxınlaşıb,  toyuğun  bir  budunu  götürdü. 
Ondan sonra Ürfan Əliyusifi kənara çəkib yavaş səslə dedi: 
- Qardaş, mənə iki nəfər yaxınlaşıb, kompüterimdə Vasif 
Məhərrəmlinin  “Bakılı  qız”  mahnısının  olub-olmadığını 
soruşdular. Həmin mahnının məndə olduğunu biləndən son-
ra, onlardan biri həmin melodiyanın telefonuna yazılmasını 
xahiş  etdi.  Mən  onun  xahişini  yerinə  yetirəndən  sonra, 
həmin oğlan bu işin müqabilində mənə 10 manat pul verdi.   
- Nə olar ki. – deyə müxbir çiyinlərini çəkdi.  
-  Bir  mahnıya  görə  o  qədər  pul  vermirlər,  həm  də  mən 
həmin  sifarişi  təmənnasız  olaraq,  yazacaqdım.  Həmin 
oğlanlar müğənni Zemfira ilə bir yerdə gəliblər. İş ondadır 
ki, onlar həmin  mahnını yazdırandan sonra sevincək halda 
dedilər  ki,  “indi  bundan  sonra  mən  onun  başına  olmazın 
müsibət açacağam”.  
Ürfanın dediklərinə ciddi əhəmiyyət verməyən Əliyusif, 
bu  sifarişin  adi  hal  olduğunu  zənn  edərək,  dostlarının 
yanına qayıtdı.  


                                                     
 
  
                                                                            
                                                    
142 
Onlar  bir  qədər  yeyib-içəndən  sonra  Arifin  telefonuna 
zəng  çalındı.  Qəribə  olsa  da  o,  söhbət  edən  zaman 
hərdənbir  Əliyusifə  oğrun-oğrun  nəzər  salırdı.  Əliyusif 
həmin  an  anladı  ki,  kimsə  Ariflə,  onunla  bağlı  söhbət 
aparır.  O,  telefonu  söndürən  kimi  müxbirə  yaxınlaşaraq 
sakitcə dedi:  
-  Əli,  bildiyin  kimi  Ofeliya  sənin  ananın  yanında  çay 
içir. Onlar təkidlə bizi ora dəvət edirlər.   
Müxbir o dəqiqə başa düşdü ki, Qənirə qızları ilə orada 
olduğu  üçün,  anası  bilə-bilə  onları  çay  dəstgahına  dəvət 
edir.  Məhz  bu  səbəbdən  o,  ora  getmək  üçün  qəti  olaraq 
etirazını bildirdi. Ziyalı təkid edəndə o, məcburiyyət qarşı-
sında qalıb çay içməməyinin səbəbini izah etdi. Lakin buna 
baxmayaraq Arif qonşu oğlanın qolundan tutub inadla dedi:  
-  Əli,  Ofeliya  mənə  izah  etdi  ki,  Xədicə  xanımdan  və 
ananın  rəfiqəsindən  başqa  orada  heç  kim  yoxdur.  Açığını 
bilsən, onlar bizi samovarı qalamaq üçün ora çağırırlar. 
 
 
 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
143 
             
XIII fəsil. Gözəl kompaniya əhatəsində  
                  məstedici çay dəstgahından sonra  
                    diskotekada yaşanan biabırçılıq 
 
Məhz bundan sonra Əliyusif heç bir müqavimət göstər-
mədən, itaətkarcasına Ariflə birlikdə 112 saylı kottecə tərəf 
yollandı. Onlar nəzərdə tutulan  yerə çatanda,  həqiqətən də 
üç  qadından  başqa  orada  heç  kim  yox  idi.  Xanım-xatun 
kimi  görünən  Qənirə  ilk  dəfə  idi  ki,  Əliyusifi  görürdü. 
Ofeliyanın  gəlini  Günay  da  oradaydı.  Müxbir  salamlaşan 
kimi  vaxt  itirmədən  samovarın  yanındakı  odunları  doğra-
yıb, bacaya od vurdu. Bütün bu işdə balaca Aydan müxbirə 
köməklik göstərirdi. Ən xırda taxta parçalarını, çör-çöpləri 
samovara yaxın bir yerə yığırdı.  
Ofeliya Xədicənin işarəsi ilə Qənirəyə dedi ki, qızları da 
çaya  dəvət  etsin.  O  da  bir  qədər  tərəddüddən  sonra 
Gülnarənin  telefonuna  zəng  etdi.  Qızlar  göldə  Məkanə  ilə 
birlikdə  qayıq  sürdüklərinə  görə  gələ  bilməyəcəklərini  və 
şam  yeməyini  qəbul  etmək  üçün  oradan  birbaşa  böyük 
Küləfirəngiyə yollanacaqlarını bildirdilər.  
Qızlar  istirahətə  gəldikləri  üçün  Qənirə  belə  bir  cavabı 
təbii  qəbul  etdi.  O,  qonaqlara  tort  gətirmək  üçün  Günayla 
birlikdə  kottecə  girəndə  Ofeliya  üzünü  Əliyusifə  tutub 
tələsik halda dedi: 


                                                     
 
  
                                                                            
                                                    
144 
-  Sən,  niyə  ananın  sözünə  qulaq  asmaq  istəmirsən? 
Tərbiyəli oğlan kimi tanıdığımız üçün, biz sənin xətrini çox 
istəyirik.  
Əliyusif Ofeliyanın üzünə qəribə nəzər salaraq fəhmsiz-
liklə dedi: 
- Ofeliya xanım, mən heç vaxt anamın sözündən çıxma-
mışam. Nəinki mən, hətta qardaşım Elşən də pis tərbiyənin 
yiyəsi deyil.  
- Onda, nəyə görə inadkarlıq göstərirsən? – deyə Ofeliya 
narazı  halda  dilləndi.  –  Mən,  burada  gözəl  çöhrəli,  xoş-
xasiyyətli,  mədəni,  tərbiyəli  və  qabiliyyətli  bir  qız  görmü-
şəm. Xədicə onu sənin üçün gözaltı edibdir. Sən isə belə bir 
şansı əldən vermək istəyirsən.  
-  Ofeliya  xanım,  üzr  istəyirəm  sizdən,  elə  mən  də  ana-
mın təkidi ilə həmin qızı gördüm, amma nədənsə o, mənim 
ürəyimə yatmadı. 
Bu sözlərdən narazı olan Xədicə oğluna tərs nəzər sala-
raq, başını təəssüf hissi ilə tərpətdi. Lakin buna baxmayaraq 
o, hələlik təkzib verməyə tələsmədi.  
-  Nəyə  görə?  –  deyə  Ofeliya  cavan  oğlana  sualedici 
nəzər saldı. 
-  Onda  bir  qədər  müasirlik  var.  Gözümə  ərköyün  kimi 
dəydiyindən ondan uzaq olmağı məsləhət bildim.   


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə