Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə44/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

                                                     
 
  
                                                                            
                                                    
173 
müğənninin  oynaşı  yox,  məhz  prodüsseridir.  Çünki  bu 
dialoq zamanı emosional oğlan prodüsser kimi çıxış edirdi. 
-  Əliyusif,  belə  bir  güzəştlər  nəinki  müxbirlərə,  hətta 
cangüdənlərə  də  təklif  olunmur.  –  Natiq  badənin  birini  də 
konyakla doldurub müxbirə uzatdı. – Sadəcə olaraq, səndən 
Zemfiranın istedadından yazmaq tələb olunacaq.  
-  İçkiyə  görə  çox  sağ  ol.  Pis  təsir  göstərdiyi  üçün  mən 
səhər  tezdən  spirtli  içki  qəbul  etmirəm.  O  ki  qaldı  yazı 
məsələsinə, gör nə deyirəm, ədalət və həqiqət mənim üçün 
hər  şeydən  önəmlidir,  onlardan  da  ən  önəmlisi  xalqımın 
adət-ənənəsi,  mədəniyyəti  və  mənəviyyatıdır.  Mən  yalana 
əl  ataraq,  uydurma  və  səviyyəsiz  təriflər  yaza  bilmərəm. 
Belə şeylər mənim xislətimə uyğun deyil. 
- Nəyə görə? – deyə kefli müğənni maraqlandı. 
-  Ona  görə  ki,  -  deyə  Əliyusif,  özünü  qabiliyyətli  apar-
maq  iqtidarında  olmayan  müğənniyə  ikrah  hissi  ilə  nəzər 
sala-sala qətiyyətlə dilləndi. - sənətini izləyəcəyim müğənni 
ən  azı  Azərin  kimi  geyinməli,  Azərin  kimi  sadə  olmalı, 
Azərin kimi ismətini qorumağı bacaran, Azərin kimi vətən-
pərvər  ruhda  yaşamalı,  Azərin  kimi  abırlı,  həyalı,  mədəni 
və əxlaqlı olmalıdır.  
-  Məgər,  Azərin  müğənni  etalonudur?  Sən  elə  danışdın 
ki,  guya  mən  ismətimi,  həyamı,  abırımı  itirmişəm.  Mən 
ondan da həyalı, abırlı və ismətliyəm. Sadəcə olaraq Azərin 


                                                     
 
  
                                                                            
                                                    
174 
keçmişdəki  qadınlar  kimi  geyindiyindən,  mənim  kimi 
müasir  qadınlarda  gülünc  hissi  doğurur.  Təsəvvür  edirsən, 
o,  qadın  olsa  belə,  yaşlı  qadınlar  kimi  heç  bir  makiyajdan 
istifadə etmir.  
Sən  deyəsən,  unutmusan  ki,  biz  hər  bir  şeyin  sürətlə 
dəyişdiyi  bir  zamanda,  XXI  əsrdə  yaşayırıq.  Bütün  köhnə 
dəbdə olan paltarlar, paslanmış adətlər XX əsrin zibilliklə-
rində qalıb yox oldu. Biz iyirmi ilə yaxındır ki, ifrat islam-
dan ayrılaraq, Avropaya inteqeasiya edirik. Biz brend mar-
kalı  geyimlərdən  istifadə  etməsək  və  Avropasayağı  saç 
düzümlərinə  üstünlük  verməsək,  onda  heç  bir  xarici  qas-
trollarda iştirak edə bilmərik. Müasir fransız, italyan, alman 
geyimləri  hazırda  dəbdə  olan  paltarlardır.  Artıq  Bakıda 
yaşayan  müasir  gəncləri  avropalılardan  ayırmaq  çox 
çətindir.  
- Azərin makiyajdan istifadə etməsə də, o, kilolarla sifə-
tinə  kosmetika  sürtərək,  bənizini  iyrənc  hala  salan  bir  çox 
qadınlardan  qat-qat  gözəldir.  Çünki  Tanrı  ona  necə  çöhrə 
veribdirsə, o, həmin təbii çöhrədə qalmağı özünə borc bilir. 
Birincisi,  yadda  saxla  ki,  bizim  köhnə  dəbdə  saydığın 
paltarlar, müəyyən mənada milli adətə uyğun abırlı geyim-
lər sayılıır. İkincisi, bizim adətlər heç vaxt paslanmayıbdır, 
əksinə həmin adətlər ürəkləri vətən eşqi ilə döyünən, hər an 
Azərbaycan  uğrunda  ölümə  getməyə  hazır  olan,  tariximiz 


                                                     
 
  
                                                                            
                                                    
175 
və  mədəniyyətimiz  ilə  öyünən  əsl  azərbaycanlı  ailələrdə 
təbliğ olunaraq yaşadılır. Üçüncüsü, əhalimiz müsəlman ol-
sa da, bizim ölkə heç vaxt ifrat islamın ağuşunda olmayıb-
dır. O ki qaldı Avropaya inteqrasiya məsələsinə, biz tərəqqi 
ilə  yanaşı  uçuruma  da  gedirik.  Ən  azı  bu  mənəviyyat 
pozğuntuluğu ilə bağlıdır. Artıq bir çox ailələrdə uşaq vali-
deynin sözünə baxmır, qız atanın evdə olmasına əhəmiyyət 
verməyərək,  istədiyi  oğlanla  telefonda  danışır,  qızlar  açıq-
saçıq  geyinir,  bədənlərinə  döymə  vurdurur,  sir-sifətlərini, 
bədənlərinin  müəyyən  hissələrini  selikonla  doldurur,  bir 
çox  oğlanlar  qaşlarını  aldırır,  qulaqlarına  sırqa  taxdırır, 
dodaqlarını  şişirdir,  kişiyə  yaraşmayan  geyimlərə  üstünlük 
verir,  bacı  qardaşı,  arvad  ərini  tutdurur,  oğul  ananı,  atanı 
öldürür,  əhali  banklardan  aldığı  kreditlərdən  boğulur,  ən 
faciəsi  isə  odur  ki,  arada  yaranan  cüzi  narazılıqlara  görə 
arvad ərindən, ər arvadından boşanır, ailələr dağılır. 
Müxbirin  təbliğatından  təngə  gələn  müğənni  üzünü 
Natiqə tutaraq bezikmiş halda dedi: 
- Bu ki, məsciddə əyləşən mollalar kimi danışır. Mən isə 
elə  bilirdim  ki,  o,  peşəkar  bir  müxbirdir  və  hər  an  mənim 
istedadımı  öz  qəzetində  işıqlandıracaq.  Mən  inanmazdım 
ki, o, bu dərəcə köhnə fikirli adamdır.  
-  Mən  köhnə  fikirli  adam  deyiləm,  -  Əliyusif  həmsöh-
bətinin  ifadəsindən  hiddətlənərək,  qəzəbli  halda  dilləndi.  - 


                                                     
 
  
                                                                            
                                                    
176 
sadəcə  olaraq,  həqiqəti  yazmaqla  mən  yolunu  azmış  bəzi 
adamları düzgün yola çəkmək istəyirəm. 
-  Sən  bu  sözləri  kimə  atırsan?  –  Zemfira  gözlərini 
bərəldərək, bir qədər səsini qaldırdı.  
-  Tam  əmin  ola  bilərsən,  mənim  sözlərim  bir  anda  öz 
ünvanına çatır.  
-  Sən  deyəsən,  ünvanı  səhv  salmısan.  –  deyə  müğənni 
həmsöhbətinin  üstünə  qışqırdı  və  dərhal  ayağa  qalxaraq, 
əsəbi  halda  Natiqə  müraciət  etdi.  –  Başa  düşmürəm,  bu 
“çuşka”  haradan  gəlibdir?  Tez  ol,  onu  buradan  uzaqlaşdır, 
yoxsa əlimdən bir xata çıxacaq.  
Səviyyəsiz müğənnilərə baş qoşmaq istəməyən jurnalist, 
özü  ayağa  qalxıb,  qapıya  tərəf  yollandı.  İçdiyi  konyakdan 
bir qədər keflənən Natiq əvvəlcə başa düşmədi hansı sözün 
üstündə mübahisə yarandı. Əliyusifə nisbətən Zemfira bərk 
coşduğundan  o,  elə  anladı  ki,  məhz  müxbir  müğənnini 
tənqid  edərək,  onu  əsəbiləşdirmişdi.  Məhz  bu  səbəbdən 
Natiq Əliyusifə tərs nəzər salıb “rədd ol buradan” deyərək, 
qışqırdı və dərhal Zemfiranı sakitləşdirməyə başladı.  
Əliyusif qapıdan çıxan zaman həyasız müğənni “səni diz 
çökdürməyə mənə borc olsun” ifadəsini söyləyərək, müxbi-
ri hədələdi.  
Əsəbləri  səngiməyən  Zemfira  Natiqə  qətiyyətlə  bildirdi 
ki,  müxbiri  sərt  şəkildə  cəzalandırmaq  lazımdır.  Ambisioz 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə