Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə52/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

                                                     
 
  
                                                                            
                                                    
205 
Əliyusif Bakıya gələndə zədələrinin müalicəsi ilə məşğul 
olaraq,  başına  gəldiyi  müsibəti  aydınlaşdırmağa  çalışırdı. 
Şübhə  yox  idi  ki,  bu  Natiq  tərəfindən  ona  qarşı  qurulan 
böhtan  xarakterli  kompaniyanın  bir  hissəsiydi.  Müxbiri  ən 
çox  sarsıdan  nadanlıq  idi.  İş  onda  idi  ki,  Gülnarə  həmin 
şərdə  yaxşı  tanıdığı  saf  qəlbli  Əliyusifdən  çox,  naqis 
hərəkətləri  ilə  məşhur  olan  Natiqin  iftiralarına  uymuşdu. 
Jurnalist  mütləq  bütün  bu  məsələni  araşdırıb  müqəssirləri 
üzə çıxarmalı idi. Məsələnin mürəkkəbliyi müxbirə, bu işdə 
hansı tərəfdən yanaşılmasını çətinləşdirirdi.  
Boş  oturmağı  xoşlamayan  Əliyusif  zədələrini  müalicə 
edə-edə  istirahət  etdiyi  məkanın  möhtəşəmliyi  barəsində 
məqalə  hazırlayırdı.  Məqalə  hazır  olan  zaman  Xədicə  də 
istirahətdən  qayıtmışdı.  Təxminən  elə  o  vaxt  müxbirin 
tanıdığı bütün dost-tanışlar şəhərə gəlmişdilər.  
Xədicə evinə qayıdandan sonra oğlunu qanı qara vəziy-
yətdə görür. Daim dinib-danışan Əliyusif bu dəfə susmağa 
üstünlük verirdi. Lakin müxbirin də istirahət kompleksində 
göstərdiyi  inadkarlığı  kövrək  qəlbli  ananı  hiddətləndirmiş-
di.  Çünki  ananın  oğluna  təklif  etdiyi  qız  xasiyyətinə  görə 
bir  çox  müasir  qızlardan  fərqlənir  və  ondakı  mədəniyyət, 
ədəb-ərkan hər bir azırbaycanlı qız üçün örnək sayıla bilər. 
Xədicənin fikri ilə Əliyusif Gülnarə ilə olan izdivaca razılıq 
vermədiyi üçün onun arzusunu ürəyində qoymuşdu. O, elə 


                                                     
 
  
                                                                            
                                                    
206 
evinə qayıdan kimi oğlunun bikef olmasına əhəmiyyət ver-
mədən “sən Gülya kimi qızdan imtina etməklə öz xoşbəxt-
liyinin  üstündən  xətt  çəkdin.  Buna  görə  sən  çox  peşman 
olacaqsan”, deyərək öz kabinetinə yollandı. 
Müxbir  hələ  də  ona  atılan  şərdən  ayılmamışdı  və  ona 
təsir edən o idi ki, həmin böhtana kamil səviyyəli bir xanım 
inanmışdı.  Həmin  qızın  yanında  bəraət  qazanmaq  üçün 
müxbirin heç bir şansı yox idi. O, daim özünə belə bir sual 
verirdi:  “Necə  olur  ki,  mənəviyyatı  saf  olan,  polad  iradəli 
bir  qız  heç  bir  şeyi  araşdırmadan,  məni  günahkar  kimi 
qəbul  etsin?”  Məhz  bu  səbəbdən  Əliyusif  xüsusi  maraq 
göstərdiyi  Gülnarədən  yavaş-yavaş  soyumağa  başladı. Son 
olaraq o, anlamağa çalışırdı ki, nəyə görə belə  bir müsibət 
onun başına gəldi?  
Bu  məqamda  o,  bir  çox  şeyləri  daxilində  saf-çürük 
etmək  üçün  öz  otağına  çəkildi  və  bir  neçə  dəqiqə  ərzində 
ağır  xəyallara  daldı:  mən  nə  qəbahət  iş  görmüşəm  ki, 
durduğum yerdə şərə düşürəm? Bəlkə, mən anamın sözünə 
qulaq asmadığım üçün qəzəblərə düçar oluram? Hədislərdə 
də  göstərilir  ki,  valideynin  sözündən  çıxan  övlad  heç  vaxt 
xeyir tapmaz. Artıq bir neçə ildir ki, anam atamı itiribdir və 
o, bütün həyatını mənimlə qardaşımın və bacımın böyüyüb 
başa çatmasına, təlim-tərbiyəmizə həsr edibdir və çalışır ki, 
bundan  sonra  da  hər  üçümüz  xoşbəxt  gələcəyə  doğru 


                                                     
 
  
                                                                            
                                                    
207 
addımlayaq. Mən isə addımbaşı bizə böyüklük edən adamın 
sözündən çıxıram. Anam mənə öz zövqünə uyğun olan bir 
xanım  almağa  səy  göstərir,  mən  isə  qəti  olaraq  həmin 
izdivaca etiraz bildirirəm.  
Fikrimdə  kamil  düşüncəli  bir  qız  tutmuşdum,  o,  isə 
məkrli  insanların  fitvasına  uyaraq,  etmədiyim  bir  cinayəti 
mənim  boynuma  qoydu.  Əlbəttə  ki,  bu  müsibət,  anamın 
sözünə  qulaq  asmadığım  üçün  mənim  başıma  gəldi.  Mən, 
öz  inadkarlığım  ilə  günaha  batmışam.  Mütləq  şəkildə  öz 
səhvimi  düzəltməliyəm.  Qoy  anam  məsləhət  bildiyi  qızın 
qapısına  elçi  getsin.  Necə  olsa  da  o,  mənə  pis  qız  təklif 
etməz.  Başqa  qızlara  nisbətən,  anam  Qənirə  xanımla  olan 
yaxın  dostluğun  sayəsində  Gülyanın  xasiyyətinə  və  xarak-
terinə müəyyən qədər bələddir.  
Son  məqamda  Əliyusif  elə  başa  düşdü  ki,  anasının 
qəlbini  sındırmaqla  Allahın  qəzəbinə  düçar  olmuşdu. 
Kompromiss  variant  əldə  etmək  üçün  o,  bir  daha  anası  ilə 
səmimi söhbət aparmalıydı.  
Əliyusifin  bədəni  ağrılar  içərisində  olsa  da,  o,  bütün 
ağrıları daxildə dəf edə-edə söhbət etmək üçün münasib bir 
vaxtın  yetişməsini  gözlədi.  Əsas  istəyi  o  idi  ki,  müəyyən 
müddət  ərzində  anasının  hirsi  soyusun  və  o,  da  rahat 
şəkildə  onu  böyüdüb  başa  çatdırdığı  bir  adamla  dialoq 
apara bilsin.  


                                                     
 
  
                                                                            
                                                    
208 
Bir gün Xədicənin elmi məqaləsi Türkiyədə nəşr olunan 
bir elmi jurnalda çıxır və bu münasibətlə bütün həmkarları 
telefon  vasitəsilə  onu  təbrik  etməyə  başlayırlar.  Fürsətdən 
istifadə edən oğul bu münasibətlə anasına yaxınlaşıb onunla 
söhbət  etmək  qərarına  gəlir.  Müxbir  anasının  iş  otağına 
keçib, onun könlünü almaq üçün nəvazişlə dedi: 
-  Ana,  elmi  məqalənin  çıxması  münasibətilə  səni  təbrik 
edirəm. Arzu edirəm ki, sənin böyük bir elmi əsərin xarici 
ölkədə  nəşr  olunsun  və  orada  yaşayan  elm  adamlarına 
önəmli xidmət göstərsin. 
-  Çox  sağ  ol.  –  deyə  Xədicə  məmnuniyyətlə  dilləndi  və 
oğluna çəpəki nəzər salaraq təşəxxüslə sözünə əlavə etdi. – 
Əli, vacib nəsə sözün varsa, söylə, mənim işlərim çoxdur.  
-  Hər  şeydən  əvvəl  məni  sənin  səhhətinin  durumu 
maraqlandırır,  ondan  sonra  mən  başqa  mövzuda  söhbət 
apara bilərəm.  
- Səhhətim lap əladır. 
-  Bəs,  nəyə  görə  hər  dəfə  məni  görəndə  sənin  qanın 
qaralır? Ana, axı sənə nə olub?  
- Bir daha səninlə istirahət mərkəzlərinə getməyəcəm.  – 
deyə  Xədicə  gözündəki  optik  eynəyi  çıxarıb  ciddi  halda 
dilləndi.  
- Nəyə görə? – deyə Əliyusif təəccübləndi. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə