209
- Orada olan müddətdə sən özünü elə aparırdın ki, - deyə
Xədicə narazı halda dilləndi. - sanki biz doğma yox, bir-
birimizə yad adamlarıq.
- Mən orada nə edə bilərdim? Özümü sırtıq kimi apar-
malıydım?
- Niyə sırtıq kimi?
- Sən kottecdə rəfiqən və onun qızları ilə bir yerdə idin
və mənim orada görünməyim sırtıqlıq sayılardı.
- Deyəsən, özünü ağıllı saymaq istəyirsən. Qənirə bilir
ki, sən mənim oğlumsan və o, məmnuniyyətlə istəyirdi ki,
küləfirəngiyə gedəndə biz ziyafətlərdə bir yerdə olaq.
Amma sən, mənim təkidlərimə baxmayaraq ziyafətlərin
hamısında bizdən aralı oldun.
- Mən sizdən aralı olmaqla öz qabiliyyətimi göstərdim.
Ona görə ki, Qənirə xanım qızları ilə birlikdə sərbəst
şəkildə istirahət edə bilsin.
- Az danış. – deyə Xədicə qəzəblənərək sol əlini masanın
üstünə çırpdı. – Sən həmin hərəkətinlə qabiliyyətini yox,
tərbiyəsizdiyini nümayiş etdirdin.
- Axı, nəyə görə bu cür fikirləşirsən? – çaşqınlıq içərisin-
də olan müxbir təəccüblə soruşdu.
- Əli, çıx get buradan. Mənim əsəblərimlə oynama.
- Ana, xahiş edirəm əsəbləşmə. – deyə Əliyusif anasının
hirsini soyutmaq üçün başını aşağı salaraq mülayimcəsinə
210
dilləndi. – Ola bilər, mənim hərəkətlərim sənin xoşuna gəl-
məsin, amma mən elə etmək istəyirəm ki, aldığım tərbiyəyə
görə valideynlərimin ünvanına tənqidi fikirlər söylənilmə-
sin.
- Əli, yadda saxla ki, - deyə Xədicə öyüdlə dilləndi. -
tərbiyənlə bağlı mənə heç bir söz deməsələr də, amma
etdiyin hərəkətlər ünsiyyət qurduğun insanlarda birmənalı
qarşılanmır. Çünki sənin hərəkətlərində çoxlu qüsurlar var.
Bir sözlə, sən istirahətdə olan zaman məni çox pis
vəziyyətdə qoydun. İndi sənə bir təvəqqim var. Oğlum, nə
vaxt sən hərəkətlərində olan qüsurları aradan qaldırsan,
onda gəlib mənimlə hər bir mövzuda söhbət apara bilərsən.
İndi isə rica edirəm, məni burada tək burax, işlərim çoxdur.
Anası tərəfindən mənəvi zərbə alan müxbir suyu süzülə-
süzülə otağı tərk etdi. Halbuki o, bura anasının könlünü
almaq üçün gəlmişdi.
XIX fəsil. Özünü mədəni göstərməyə
çalışan Natiqin iç üzünün açılması
İstirahət müddəti ərzində sarsıdıcı mənəvi zərbə alan
Gülnarə Bakıya qayıdanda heç bir oğlanla ünsiyyət qurmaq
211
fikirində deyildi. Çünki onun ən səmimi oğlanlara olan
inamı birdəfəlik ölmüşdü. Rəssam qız Əliyusifin həddindən
artıq əxlaqlı, mədəni, tərbiyəli oğlan olduğuna inanmış və
onunla dostluq əlaqələrini genişləndirmək fikirində idi.
Lakin hər şey qızın gözləmədiyi bir şəkildə cərəyan etdi.
Asudə vaxtında Natiq onunla əlaqə yaratmaq istəsə də,
Gülnarə cürbəcür bəhanələrlə həmin görüşlərdən boyun
qaçırırdı. Gülnarə xarakter etibarılə humanist fikirli, ürəyi
yumşaq, məlahətli qız olduğundan, kiməsə qarşı ifrat dərə-
cədə nifrət hissi bəsləməzdi. Lakin ona qarşı edilən zorakı-
lıq aksiyası tətbiq olumuşdu. Hazırda o, stressdən çıxmaq
üçün mütəmadi olaraq öz sənəti ilə məşğul olurdu. Əvvəllər
bir-birindən gözəl rəsm əsərlərini yaratsa da, Gülnarə
stressdən tam şəkildə çıxmadığından, hazırda həmin poten-
sialını nümayiş etdirə bilmirdi.
Rəssam qızı təqib edən emosional oğlan hər dəfə
Gülnarənin qarşısına çıxanda özünü elə aparırdı ki, guya o,
təsadüf nəticəsində həmin yerdə peyda olubdur. Amma
Gülnarə arif qız sayıldığından anlayırdı ki, həmin
üzləşmələr təsadüfi deyil. Düzdür, Natiq guya yaxşılıq
etmək üçün hər dəfə qız ilə görüşəndə, onu evinə və yaxud
evinə yaxın bir yerə maşınla aparmağı təklif etsə də,
Gülnarə tərbiyəli bir qız kimi həmin təkliflərə kəskin
etirazlarını bildirmişdi.
212
Lakin günlər geçdikcə, qızın Natiqə olan münasibəti
yavaş-yavaş dəyişməyə başladı. Son vaxtlar o, oğlanla
üzləşən zaman müəyyən mənada sakitləşir və özünü rahat
hiss edirdi. Çünki Gülnarə meşədə təcavüzə məruz qalanda,
həmin məqamda özünü bu dünyada tənha hiss etdi. Həmin
an onda elə bir təsəvvür yaranmışdı ki, sanki insanları
aqressivləşmə bürüyüb və belə bir vəziyyətdə kim istəsə,
onun üstünə hücum edib ona qarşı fiziki güc tətbiq edəcək.
Lakin elə həmin gün Natiqin bu işə müdaxilə etməsi,
“cinayətkarın” arayıb tapılmasında, onun üzə çıxarılmasın-
da və heç kimdən çəkinmədən həmin adamın layiqincə
cəzalandırılmasında mühüm rol oynaması qızın daxilində
nikbinlik yaratmışdı. Rəssam qız Natiqin timsalında özünə
müdafiəçi tapmış və hər an onun ən çətin vəziyyətlərdə
dəstək olacağına da inanmışdı.
Oğlan ilə dayanıb bir neçə dəqiqə söhbət etmək dərrakəli
qız üçün hava-su kimi lazım idi, ona görə ki, məhz ünsiyyət
zamanı Gülnarə stressdən tam çıxmaq və oğlanın xasiy-
yətinə bələd olmaq istəyirdi. Bu səbəbdən o, metro stansi-
yasına kimi Natiq ilə yol qət etməyi özünə qəbahət hesab
etmirdi. Çünki indiki məqamda oğlanın göstərdiyi nəvaziş
rəssam qızın ürəyindən idi.
Hələ “Relax”da olan zaman Xədicə rəfiqəsi ilə qohum
olmaq barəsində öz niyyətini bildirmişdi. Qənirə rəfiqəsinin
Dostları ilə paylaş: |