Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə53/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

                                                     
 
  
                                                                            
                                                    
209 
- Orada olan müddətdə sən özünü elə aparırdın ki, - deyə 
Xədicə  narazı  halda  dilləndi.  -  sanki  biz  doğma  yox,  bir-
birimizə yad adamlarıq.  
-  Mən  orada  nə  edə  bilərdim?  Özümü  sırtıq  kimi  apar-
malıydım? 
- Niyə sırtıq kimi?  
-  Sən  kottecdə  rəfiqən  və  onun  qızları  ilə  bir  yerdə  idin 
və mənim orada görünməyim sırtıqlıq sayılardı.  
-  Deyəsən,  özünü  ağıllı  saymaq  istəyirsən.  Qənirə  bilir 
ki, sən mənim oğlumsan və o, məmnuniyyətlə istəyirdi ki, 
küləfirəngiyə  gedəndə  biz  ziyafətlərdə  bir  yerdə  olaq. 
Amma  sən,  mənim  təkidlərimə  baxmayaraq  ziyafətlərin 
hamısında bizdən aralı oldun.  
-  Mən  sizdən  aralı  olmaqla  öz  qabiliyyətimi  göstərdim. 
Ona  görə  ki,  Qənirə  xanım  qızları  ilə  birlikdə  sərbəst 
şəkildə istirahət edə bilsin. 
- Az danış. – deyə Xədicə qəzəblənərək sol əlini masanın 
üstünə  çırpdı.  –  Sən  həmin  hərəkətinlə  qabiliyyətini  yox, 
tərbiyəsizdiyini nümayiş etdirdin.  
- Axı, nəyə görə bu cür fikirləşirsən? – çaşqınlıq içərisin-
də olan müxbir təəccüblə soruşdu. 
- Əli, çıx get buradan. Mənim əsəblərimlə oynama.  
- Ana, xahiş edirəm əsəbləşmə. – deyə Əliyusif anasının 
hirsini  soyutmaq  üçün  başını  aşağı  salaraq  mülayimcəsinə 


                                                     
 
  
                                                                            
                                                    
210 
dilləndi. – Ola bilər, mənim hərəkətlərim sənin xoşuna gəl-
məsin, amma mən elə etmək istəyirəm ki, aldığım tərbiyəyə 
görə  valideynlərimin  ünvanına  tənqidi  fikirlər  söylənilmə-
sin.  
-  Əli,  yadda  saxla  ki,  -  deyə  Xədicə  öyüdlə  dilləndi.  - 
tərbiyənlə  bağlı  mənə  heç  bir  söz  deməsələr  də,  amma 
etdiyin  hərəkətlər  ünsiyyət  qurduğun  insanlarda  birmənalı 
qarşılanmır. Çünki sənin hərəkətlərində çoxlu qüsurlar var. 
Bir  sözlə,  sən  istirahətdə  olan  zaman  məni  çox  pis 
vəziyyətdə qoydun. İndi sənə bir təvəqqim var. Oğlum, nə 
vaxt  sən  hərəkətlərində  olan  qüsurları  aradan  qaldırsan, 
onda gəlib mənimlə hər bir mövzuda söhbət apara bilərsən. 
İndi isə rica edirəm, məni burada tək burax, işlərim çoxdur.  
Anası tərəfindən mənəvi zərbə alan müxbir suyu süzülə-
süzülə  otağı  tərk  etdi.  Halbuki  o,  bura  anasının  könlünü 
almaq üçün gəlmişdi. 
 
 
 
           XIX fəsil. Özünü mədəni göstərməyə   
             çalışan Natiqin iç üzünün açılması 
 
İstirahət  müddəti  ərzində  sarsıdıcı  mənəvi  zərbə  alan 
Gülnarə Bakıya qayıdanda heç bir oğlanla ünsiyyət qurmaq 


                                                     
 
  
                                                                            
                                                    
211 
fikirində  deyildi.  Çünki  onun  ən  səmimi  oğlanlara  olan 
inamı birdəfəlik ölmüşdü. Rəssam qız Əliyusifin həddindən 
artıq  əxlaqlı,  mədəni,  tərbiyəli  oğlan  olduğuna  inanmış  və 
onunla  dostluq  əlaqələrini  genişləndirmək  fikirində  idi. 
Lakin hər şey qızın gözləmədiyi bir şəkildə cərəyan etdi. 
Asudə  vaxtında  Natiq  onunla  əlaqə  yaratmaq  istəsə  də, 
Gülnarə  cürbəcür  bəhanələrlə  həmin  görüşlərdən  boyun 
qaçırırdı.  Gülnarə  xarakter  etibarılə  humanist  fikirli,  ürəyi 
yumşaq, məlahətli qız olduğundan, kiməsə qarşı ifrat dərə-
cədə nifrət hissi bəsləməzdi. Lakin ona qarşı edilən zorakı-
lıq  aksiyası  tətbiq  olumuşdu.  Hazırda  o,  stressdən  çıxmaq 
üçün mütəmadi olaraq öz sənəti ilə məşğul olurdu. Əvvəllər 
bir-birindən  gözəl  rəsm  əsərlərini  yaratsa  da,  Gülnarə 
stressdən tam şəkildə çıxmadığından, hazırda həmin poten-
sialını nümayiş etdirə bilmirdi.  
Rəssam  qızı  təqib  edən  emosional  oğlan  hər  dəfə 
Gülnarənin qarşısına çıxanda özünü elə aparırdı ki, guya o, 
təsadüf  nəticəsində  həmin  yerdə  peyda  olubdur.  Amma 
Gülnarə  arif  qız  sayıldığından  anlayırdı  ki,  həmin 
üzləşmələr  təsadüfi  deyil.  Düzdür,  Natiq  guya  yaxşılıq 
etmək üçün hər dəfə qız ilə görüşəndə, onu evinə və yaxud 
evinə  yaxın  bir  yerə  maşınla  aparmağı  təklif  etsə  də, 
Gülnarə  tərbiyəli  bir  qız  kimi  həmin  təkliflərə  kəskin 
etirazlarını bildirmişdi.  


                                                     
 
  
                                                                            
                                                    
212 
Lakin  günlər  geçdikcə,  qızın  Natiqə  olan  münasibəti 
yavaş-yavaş  dəyişməyə  başladı.  Son  vaxtlar  o,  oğlanla 
üzləşən  zaman  müəyyən  mənada  sakitləşir  və  özünü  rahat 
hiss edirdi. Çünki Gülnarə meşədə təcavüzə məruz qalanda, 
həmin məqamda özünü bu dünyada tənha hiss etdi. Həmin 
an  onda  elə  bir  təsəvvür  yaranmışdı  ki,  sanki  insanları 
aqressivləşmə  bürüyüb  və  belə  bir  vəziyyətdə  kim  istəsə, 
onun üstünə hücum edib ona qarşı fiziki güc tətbiq edəcək. 
Lakin  elə  həmin  gün  Natiqin  bu  işə  müdaxilə  etməsi, 
“cinayətkarın” arayıb tapılmasında, onun üzə çıxarılmasın-
da  və  heç  kimdən  çəkinmədən  həmin  adamın  layiqincə 
cəzalandırılmasında  mühüm  rol  oynaması  qızın  daxilində 
nikbinlik yaratmışdı. Rəssam qız Natiqin timsalında özünə 
müdafiəçi  tapmış  və  hər  an  onun  ən  çətin  vəziyyətlərdə 
dəstək olacağına da inanmışdı.  
Oğlan ilə dayanıb bir neçə dəqiqə söhbət etmək dərrakəli 
qız üçün hava-su kimi lazım idi, ona görə ki, məhz ünsiyyət 
zamanı  Gülnarə  stressdən  tam  çıxmaq  və  oğlanın  xasiy-
yətinə bələd olmaq istəyirdi. Bu  səbəbdən o, metro stansi-
yasına  kimi  Natiq  ilə  yol  qət  etməyi  özünə  qəbahət  hesab 
etmirdi.  Çünki  indiki  məqamda  oğlanın  göstərdiyi  nəvaziş 
rəssam qızın ürəyindən idi.  
Hələ  “Relax”da  olan  zaman  Xədicə  rəfiqəsi  ilə  qohum 
olmaq barəsində öz niyyətini bildirmişdi. Qənirə rəfiqəsinin 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə