Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə51/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

                                                     
 
  
                                                                            
                                                    
201 
Müxbir çantasını götürüb ayağa qalxdı və ağsaya-ağsaya 
çaya tərəf  aşağı düşdü.  O, əl-üzünü  yuyandan  sonra  gördü 
ki, sifətində sızaqlar qalıbdı. Əsas zərbələr bədən nahiyəsi-
nə  endirildiyindən  Əliyusifin  sifəti  demək  olar  ki,  salamat 
qalmışdı. Müxbir Allaha şükür edirdi ki, azğınlaşmış Natiq 
onu birdəfəlik şikəst etməmişdi. Hətta Əliyusif fiziki cəhət-
cə  nə  qədər  möhkəm  olsa  da,  onun  sağ  ayağı  bərk 
zədələndiyindən ağsamağa başladı. 
Bütün  ağrıları  öz  daxilində  dəf  edən  müxbir  axsaq 
şəkildə çayın o biri sahilinə keçərək, meşənin içərisi ilə üzü 
kotteclərə tərəf getdi. Beləliklə o, xeyli yol gedərək qaldığı 
mehmanxananın  arxasına  çıxır  və  orada  ayaq  saxlayır. 
Əliyusif  belə  bir  görkəmdə  camaatın  gözünə  görünməmək 
üçün, hava qaralana kimi burada qalmağı planlaşdırdı. İndi 
əsas  məqsəd  heç  kimin  gözünə  dəyməməklə  mehmanxa-
naya dazil olmaq idi.  
İş  elə  gətirdi  ki,  Ürfan  ona  zəng  edib  harada  olduğunu 
soruşdu.  O,  elə  bilirdi  ki,  müxbir  hələ  də  müğənni  ilə  bir 
yerdədir.  Əliyusif  isə  ona  həqiqətdə  harada  olduğunu  izah 
edərək, onunla görüşmək istədiyini dedi. Ürfan tərəddüd et-
mədən deyilən yerə özünü çatdırır və müxbirin hansı vəziy-
yətdə  olduğunu  görəndən  sonra  dəhşətə  gəlir.  Əliyusif 
əvvəlcə ona nə baş verdiyini ərz etmək istəmədi, lakin son 
məqamda  o,  Ürfanın  ağzıbütöv  oğlan  kimi  tanıdığı  üçün 


                                                     
 
  
                                                                            
                                                    
202 
sirrini  ona  açıqlamağı  məsləhət  bildi.  Həm  də  bu  işin 
açılmasında  cavan  oğlan  müxbirə  böyük  köməklik  göstərə 
bilərdi.  
Ürfan  zədələnmiş  müxbiri  mehmanxanaya  ötürür.  Tərs-
likdən Qəşəm dostları ilə birlikdə Piran kəndi yaxınlığında 
yerləşən “Yeddi göl”ə getmiş və gecəni orada qalmalı idi.  
Əliyusif üçün bir neçə saat istirahət etmək üçün əlverişli 
imkan  yaranırdı.  Vəziyyət  elə  gətirdi  ki,  axşama  doğru 
onun  bədənindəki  zədələrin  ağrısı  daha  da  şiddətləndi. 
Burnu və alt dodağı şişdi. Sağ qaşının üstündəki yara böyük 
iz yaratdı. 
Ürfan  primitiv  qaydada,  yəni,  yaş  dəsmalın  vasitəsilə 
bədəndə əmələ gələn şişləri yatızdırmağa çalışsa da, bunun 
heç bir effekti olmadı. Ağrılar daha da kəskinləşirdi.  
Şam yeməyinin vaxtı çatanda Ürfan böyük küləfirəngiyə 
getdi ki, xəsarət almış dostuna azuqə gətirsin. 
Hər  şeyə  ciddi  və  məsuliyyətlə  yanaşmağa  vərdiş  edən 
Ürfan  vəziyyətin  o  qədər  də  ürəkaçan  olmadığını  dərk 
edərək,  bu  haqda  anasını  məlumatlandırmağı  qərara  aldı. 
Çünki  belə  bir  vəziyyətdə  Əliyusifə  ambulator  müalicə 
lazım idi.  
Sənubər hər şeydən hali olanda dəhşətə gəlmişdi. Olma-
yan  bir  cinayəti  kiminsə  boynuna  qoymaq  və  buna  görə 
həmin adamı cəzalandırmaq, bu ağlasığmaz bir şey sayılır. 


                                                     
 
  
                                                                            
                                                    
203 
Mütləq bu müəmmalı məsələni araşdırmaq lazım idi. Sənu-
bər Gülnarə ilə rəfiqə olduğu üçün, bu məsələnin araşdırıl-
masında  məhz  o,  müxbirə  köməklik  göstərə  bilərdi.  Lakin 
hər şey nəzərdə tutulduğu kimi asan deyildi. İş ondadır ki, 
Zemfira çəkdiyi videonun görüntüləri, elə müğənninin vasi-
təsilə Gülnarənin mobil telefonuna ötürməyə nail olmuşdu. 
Məkrli niyyətini həyata keçirən Natiq rahatlaşmaqdansa, 
özünü daha da əsəbi halda aparmağa başladı. Ona görə ki, 
bu hadisədən sonra Gülnarə müəyyən mənada depressiyaya 
düşmüş  və  bir  daha  təkbaşına  kompleksin  ucqar  yerlərinə 
ayaq basmırdı. O, hər şeydən ehtiyat edirdi.  
Əliyusifi  cəzalandırmaqda  xüsusi  rol  oynamış  Natiq  bu 
hərəkəti ilə müəyyən qədər Gülnarənin etimadını qazanmış-
dı.  O,  depressiyaya  düşən  Gülnarə  ilə  daha  yaxın  əlaqələr 
yaratmaq  şansını  əldən  vermək  istəmirdi.  Məhz  buna  görə 
də  Natiq  mütəmadi  olaraq  rəssam  qıza  zəng  edib,  ondan 
hal-əhval  soruşurdu.  Onun  bu  hərəkəti  müəyyən  mənada 
Gülnarəni sakitləşdirsə də, o, həmin kottecdə tək olmadığı-
bəhanə gətirərək, oğlandan zəng etməməyi xahiş etdi.  
Maraqlı  o  idi  ki,  anasını  təşvişə  salmaq  istəməyən  rəs-
sam qız başına gələn müsibəti daxilində sirr kimi saxlamağı 
qərara almışdı. Onun fikrincə, onsuz da cinayətkar öz cəza-
sına çatibdır. Elə onun səhhəti və indiki durumu ilə maraq-
lanan  Sənubər  rəfiqəsini  yoxlamaq  üçün  Gülnarın  qaldığı 


                                                     
 
  
                                                                            
                                                    
204 
kottecə  gəlmiş  və  bir  daha  fürsət  tapan  kimi  Əliyusifin 
günahsız  olmasını  sübuta  yetirmək  istədi.  Lakin  sarsıntı 
içərisində  olan  qız  müxbirin  adını  eşidən  kimi,  birdəfəlik 
həmin adamın adının hallanmamasını rəfiqəsinə bildirir.  
Sənubər  məyus  halda  mehmanxanaya  qayıdır  və  əldə 
etdiyi lazımi dərmanlarla primitiv qaydada müxbirin müali-
cəsi ilə məşğul olmağa başladı. 
Bakıya  qayıtmaq  üçün  vaxtın  tükəndiyini  görən  Natiq 
get-gedə  azğınlaşmağa  başlayırdı.  O,  Zemfiranın  yanında 
olsa  belə,  özünü  narahat  hiss  edirdi.  Özünü  əsəbi  aparan 
Natiq,  söhbət  zamanı  qeyri-ixtiyari  olaraq,  qarşısındakı 
qadını acılayırdı. Necə ki, Natiq, eləcə də Zemfira emosio-
nal  və  əsəbi  adam  sayılırdı.  Arada  narazılıq  yaranan  kimi 
oğlandan tez, həyasız qadın emosiyalara qapılaraq, məşuqu 
ilə qızğın mübahisə yaradırdı. 
Həmin geçəni Sənubər xəsarət almış müxbirin qulluğun-
da  duraraq,  onun  zədələrinin  sağalmasına  böyük  bir  təkan 
verdi.  Günortaya  yaxın  Əliyusif  ayağını  çəksə  də,  sərbəst 
şəkildə yeriyə bilirdi.  
Bəlli olur ki, hava qaralan zaman istirahət edən turistlər-
dən ikisinin, istirahət müddətinin başa çatdığı üçün, gəldik-
ləri “Mersedes” maşınında geri qayıtmalıdırlar. Ürfan sürü-
cü ilə danışıb, müxbiri onlarla birlikdə Bakıya göndərdi. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə