Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə49/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

                                                     
 
  
                                                                            
                                                    
193 
Ürfanın buradan uzaqlaşmasını istədi. Müxbir dostunu geri 
göndərəndən sonra nə lazım olduğunu soruşdu.  
Zemfira pələmədən sol tərəfdə yerləşən talvarda sərbəst 
söhbət  etmək  üçün  həmin  istiqamətə  yollanmağı  məsləhət 
bildi.  Müğənninin  onunla  yanbayan  sərbəst  şəkildə  yol 
getməsi  Əliyusifin  daxilində  müəyyən  şübhələr  oyatdı. 
Çünki o, yaxşı bilirdi ki, yanındakı qadın çox ambisioz və 
eqoistdir,  belə  adamlar  köhnə  ədavətə  görə  heç  kiminlə 
barışmaq fikrində olmurlar.  
- Mənim səndən acığım gəlsə də, bir qonşu kimi yazığım 
gəldiyi üçün səni  məlumatlandırmağı qərara aldım.  – deyə 
müğənni  pələmənin  yanından  ötən  kimi  ikrah  hissi  ilə 
dilləndi. – Burada bir gözəlçə səni tutdurmaq istəyir.  
-  Nəyə  görə,  –  deyə  vəcdə  gələn  müxbir  bir  anlığa 
soyuqqanlığını itirdi. – kimsə məni şərləmək istəyir? 
-  Şərlədi-şərləmədi  həmin  gözəlçə  səni  polisə  vermək 
istəyir. – deyə müğənni əda ilə dilləndi.  
-  Mən  nə  iş  görmüşəm  ki,  polisə  vermək  istəyirlər?  – 
deyə  eşitdiyi  sözlərdən  hiddətlənən  Əliyusif  nəzarətdən 
çıxmağa başaldı.  
Həmin an qonşular talvara çatdılar, lakin orada bir neçə 
adam olduğundan onlar meşə istiqamətində yollarını davam 
etdirdilər. Zemfiranın hərəkətlərindən hiss etmək olardı ki, 
o,  bilərəkdən  oğlanı  meşənin  içərisinə  aparır,  amma 


                                                     
 
  
                                                                            
                                                    
194 
Əliyusif  o  qədər  həyəcanlı  idi  ki,  o,  hara  getdiyini  dərk 
etmirdi.  Müxbir  ayıq  başla  heç  vaxt  həmin  müğənni  ilə 
təklikdə meşəyə daxil olmazdı. Ona görə ki, Zemfira kimi 
həyasız  qadınlar  hər  an  özünün  məkrli  planlarını  həyata 
keçirmək üçün onu şərləyə bilərdi.  
Zemfira dar cığır ilə bir neçə metr də gedib ondan  sonra 
yanındakı adamı qıcıqlandırmaq üçün dedi: 
- Həmin qızın dediyinə görə sən onu zorlamaq istəmisən. 
-  Bu  tamamilə  absurd  bir  fikirdir.  –  deyə  Əliyusif  daha 
da vəcdə gələrək coşdu.  – Məni 100  faiz  şərləmək istəyir-
lər.  İndiyənə  kimi  mən  heç  bir  qadının  xətrinə  dəyməmiş, 
əksinə daim onların hörmətini uca tutmuşam.  
-  Elə  biz  də  istəyirik  ki,  sən  öz  günahsızlığını  sübuta 
yetirəsən. – tez-tez arxasına baxan müğənni mülayim ifadə 
tərzi  ilə  həmsöhbətini  şinikləndirərək,  onu  daha  da  içəri 
aparırdı. – Mən rəva bilmərəm ki, yoldan keçən hansısa bir 
qız mənim qonşumu olmayan bir şeydə suçulandırsın. 
-  Mənim  vicdanım  nəinki  qadınların,  hətta  kişilərin  də 
yanında təmizdir. – deyə haqsız sözlərdən dili topuq vuran 
müxbir həqarətlə dilləndi.  
Beləliklə,  onlar  xeyli  gedəndən  sonra  hadisə  yerinə  bir 
neçə  metr  çatmamış  çaya  tərəf  endilər.  Mənəvi  sarsıntı 
içərisində olan müxbir hələ də hara getdiyini anlamırdı. O, 


                                                     
 
  
                                                                            
                                                    
195 
çayın  sahilinə  çatanda  və  arxadan  Natiqlə  Akifin  onu 
yaxalayandan sonra ayıldı. 
Oğlanlar şüşə butulkadan pivə içə-içə onlara yaxınlaşdı-
lar. Əliyusif həyasız oğlanı görən kimi sir-sifətini turşutdu 
və bir anlığa sarsıntı hissi keçirdi.  Müxbir o dəqiqə anladı 
ki, ambisioz oğlan burada, nəsə hiyləgər bir plan qurubdur. 
Ona  pis  təsir  göstərən  hal  o  idi  ki,  bu  tamaşanın  təşkil 
olunması üçün onun qonşusu müstəsna rol oynayırdı. Məhz 
bu səbəbdən müxbir ayaq saxlayıb geri dönmək istədi, lakin 
artıq gec idi. 
- Məni bura nə üçün gətiribsiniz? – deyə Əliyusif narazı 
halda  dilləndi  və  yanındakı  adamlara  ötəri  nəzər  salaraq 
həmin  tərzdə  sözünə  davam  etdi.  –  Siz  yaxşı  bilirsiniz  ki, 
mənim heç bir şeydə günahım yoxdur. Bəs bura nəyə görə 
gətirmisiniz? 
- Sən nəydən qorxursan? Sadəcə olaraq biz bir məsələni 
aydınlaşdırandan  sonra  sən  yenə  də  kompleksin  ərazisinə 
qayıdacaqsan. 
Akif  ifadəsini  sona  çatdırmışdı  ki,  həmin  an  Natiq  ona 
yaxınlaşdı  və  müxbirin  geri  qayıtmasına  imkan  vermədi. 
Həm  Natiq,  həm  də  onun  sürücüsü  Əliyusifi  əhatəyə  aldı-
lar. Müxbir onların simasında gərginlik cizgilərinin sezildi-
yini görəndə vəcdə gəldi, çünki hər ikisinin əsəbləri tarıma 
çəkilmişdi. Əliyusif hələ də dəqiq anlaya bilmirdi ki, qarşı-


                                                     
 
  
                                                                            
                                                    
196 
sındakı  adamları  hiddətləndirən  səbəb  nədir  və  nəyə  görə 
məhz  onu  bura  çağırıblar?  Müxbir  nə  baş  verdiyini  soruş-
duqda, ağzından alov püskürən Natiq səbirsiz halda dedi: 
-  Bir  tərəfdən  pələmədə  tanımadığın  bir  qıza  arxa 
durmaqla qəhrəmanlıq göstərirsən, o biri tərəfdən isə həmin 
qızın etimadından istifadə edərək, onun namusuna təcavüz 
edirsən. Sən köməksiz qızı zorlamaq istəmisən? Bilirsən də, 
belə biqeyrət hərəkətlərə görə adamı necə cəzalandırırlar? 
Artıq söhbətin nədən getdiyini dərk edən müxbir özünü 
cəmləşdirərək, vaxt itirmədən ünvanına yönəldilən ittiham-
ları rədd etmək üçün müdafiəyə keçdi. O, baxışlarını azğın-
laşmış oğlanın gözlərinin içərisinə yönəldərək həyəcan dolu 
hisslərlə dedi: 
-  Başa  düşmədim,  nə  üçün  belə  bir  alçaq  hərəkətə  görə 
məndən  şübhələnirsiniz?  Bu  cür  naqis  hərəkət  mənim 
xislətimə uyğun deyil.  
- Sənin kimi çaqqalları yaxşı tanıyıram, – deyə müxbirə 
hədsiz dərəcədə kin bəsləyən Natiq qəzəblə qışqırdı.  – Bir 
şey olan kimi sudan duru çıxmağa çalışırsınız? Qızın dediyi 
əlamət var ki, buna görə sən  yaxanı  məsuliyyətdən kənara 
çəkə bilməyəcəksən. 
- Nə əlamət? Hansı əlamət? Məni şərdən uzaq edin, mən 
təcili kompleksə qayıtmalıyam.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə