177
oğlan da “şəxsən mən ona qan qusdurmasam, onda atamın
oğlu deyiləm” deyərək, müğənnini sakitləşdirdi. Zemfira
oynaşının xasiyyətinə bələd olduğundan bir qədər rahat
halda dedi:
- Amma elə etmək lazımdır ki, o, bizim əlaqəmiz barə-
sində Məzahirə heç bir xəbər çatdırmasın. Onu şərləyərək,
asılı vəziyyətə salmalıyıq.
- Mən bu haqda bir şey fikirləşərəm. Onun başına elə
oyun açacağam ki, o, bizim burada bir yerdə olmağımız
barədə, heç vaxt dilinə söz gətirməyəcək.
XVI fəsil. Naqis insanların məkrli niyyətləri
“Relax”da keçirilən hər bir gün o qədər şən və mənalı
keçirdi ki, havanın necə qaralması gözlənilməz baş verirdi.
İş ondadır ki, turistlərin tam əksəriyyəti vaxlarını bayırda
keçirir və istirahət kompleksinin müəyyən bir ərazilərini
dövrə vurmaqdan həzz alırdılar. İki gün ərzində istirahət
edənlərin tam əksəriyyəti bir-biriləri ilə tanış olmuş, hətta
həmin tanışlıq dostluğa da çevrilmişdir. Lakin elələri də var
178
idi ki, həmin tanışlığı çirkin niyyətlərini həyata keçirmək
üçün qururdu. Belələrindən biri Natiq idi ki, o, burada
istirahət edən, füsunkar gözəlliyə malik olan rəssam qız ilə
əlaqə qurmaq istəyirdi. Onun niyyəti qıza qarşı çirkin olsa
da, Əliyusifin isə hissləri Gülnarəyə qarşı ülvi idi. Amma o,
bilmirdi ki, həmin qız Natiqin də müşahidə obyektinə
düşübdür. Emosional oğlan ilk dəfə Gülnarəni universitetdə
görəndə, qızda olan gözəlliyə heyran qalmış və nəyin
bahasına olursa-olsun, onunla isti münasibətlər qurmaq
niyyətində olmuşdu.
Əliyusif müxbir kimi istədiyi hər hansı bir məlumatı,
qısa müddət ərzində əldə etməkdə çətinlik çəkməsə də, o,
burada Gülnarənin hansı kottecdə dincəldiyini müəyyən
edə bilmirdi. O, ağlına belə gətirə bilməzdi ki, “Relax”a
gələn gündən, ürəyinin yaralanmasının baiskarı olan həmin
naməlum qız onun anası ilə bir kottecdə məskunlaşıbdır.
Maraqlı cəhət ondan ibarət idi ki, bir çoxlarının maraq
obyektində olan Gülnarə Qənirənin ikinci övladı idi və onu
ailə həyatı qurmaq üçün, məhz Əliyusifə təklif olunmuşdu.
O, isə Gülnarəni bacısı Gülarə ilə səhv salmış və qəti olaraq
həmin izdivaca razılıq verməmişdi. Əliyusif hazırda
özündən asılı olmayaraq, məhz ona təklif olunan qıza meyl
göstərmiş və nəyin bahasına olursa-olsun o, Gülnarə ilə
birdəfəlik əlaqə yaratmaq arzusunda idi.
179
Bütün bu adamların arasında xasiyyət etibarilə ən
murdarı Akif sayılırdı. Eqoist, xüdbin, qaraqabaq olan bu
ambisioz adam öz naqis planlarını həyata keçirmək üçün
əlverişli məqam gözləyirdi. Həmin məqam da artıq bu gün
yetişmişdi.
İş ondadır ki, “Relax”a gələn gündən o, müdirinin qaldı-
ğı kottecin hər iki yataq otağına gizlin müşahidə kameraları
qoymuş və bununla da həm Natiqin, həm də Zemfiranın
bütün intim əlaqələri lentə həkk olunurdu. Bütün bu
görüntülərin içərisində Akif gözləmədiyi fraqmentlər ilə
üzləşmişdi. Gözlənilməz hal o idi ki, Zemfira Natiqlə intim
əlaqədə olmasına baxmayaraq, həmin əxlaqsız qadın oynaşı
ilə birlikdə olan zaman Məzahirin ünvanına ən pis ifadələr,
o cümlədən, söyüşlər işlətmişdi. Zemfiranın əsl iç üzü
açılırdı. Əsas fakt o ki, qız Natiqlə intim münasibət
yaradaraq Məzahiri aldadırdı. Həmin kampromatlar, şıltaq
müğənnini şantaj etmək üçün ən yaxşı silah sayılırdı.
Müşahidə zamanı Akif elə materiallar əldə etmişdi ki,
həmin materialların vasitəsilə o, Zemfiranı, nəinki havadarı
və oynaşı ilə, hətta hüquq-mühafizə orqanları ilə də şantaj
edə bilərdi. İş ondadır ki, onların istirahət kompleksinə
gəldiyi günün gecəsi, Natiq ilə Zemfira narkotik maddələr
çəkərək, bihuş hala düşmüşdülər. Hələ bu azmış kimi
alfons hərəkətli Natiq quşbeyin qadını aldadaraq, ona növ-
180
bəti dəfə, Kolumbiyadan gətirilmiş kakoin təşkil edəcəyinə
söz vermişdi. Belə kampromatlardan məharətlə istifadə
edən hiyləgər Akif, həmin görüntülər zamanı müəyyən
etmişdi ki, Zemfira narkotik maddələri Natiqi tanıyandan
bəri qəbul etməyə başlamışdı. Bir sözlə, ailə tərbiyəsi
görməyən oğlan, elə özü xarakterində olan qadını yoldan
çıxararaq, onu narkotik aludəçisi etmişdi.
Düzdür, Akif əvvəldən bilirdi ki, Natiq vaxtaşırı
narkotik maddələrdən istifadə edir və həmin maddələri
almaq üçün o, ailəsində böyük problemlərlə üzləşirdi. Atası
buna görə oğlunu tənbeh etmək üçün, müəyyən bir vaxt,
onu maliyyə vəsaitindən məhrum etmişdi. Hətta bir vaxt
Natiq narkotiklərdən müəlicə də olunmuşdu. İndi o, yenə
də atasını aldadaraq, narkotiklərə qurşanmışdı.
Gülnarə bura öz ailəsi ilə gəlsə də o, turizm kompleksini
təklikdə gəzməyi xoşlayırdı. Ümumiyyətlə, göyçək qız bir
rəssam kimi təbiətlə tək qalaraq, orada olan bütün gözəllik-
ləri beyninə həkk edirdi ki, sonradan həmin görüntüləri öz
tablolarında əks etdirsin. Lakin həmin asudəlik, müəyyən
mənada onun əlindən alınmışdır. Öz gözəlliyinin dustağı
olan Gülnarə, burada hansı əraziyə qədəm qoyurdusa, orada
da kobud adamlarla üzləşirdi. Lakin Natiqdən fərqli olaraq,
Əliyusifin xoşməramlı, əxlaqlı və nəcib davranışlı hərəkəti,
onu rəssam qızın gözündə alicənab bir adam etmişdi.
Dostları ilə paylaş: |