Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə43/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

                                                     
 
  
                                                                            
                                                    
169 
-  Belə  bir  qəpik-quruşla  sən  özünü  necə  dolandırırsan? 
Həmin pul, mənim on günlük siqaretimə çatmaz. 
-  Azərbaycanda  fəaliyyət  göstərən  redaksiyaların 
əksəriyyətində,  ondan  yuxarı  məvacib  yoxdur.  Tək-tük 
redaksiyalar  var  ki,  orada  müxbirlər  kifayət  qədər,  hətta 
mən deyərdim ki, 500 manatdan çox maaş alırlar.  
-  Yaxşı,  sən  mənim  sualıma  cavab  ver  görüm,  250 
manatla  sən  necə  dolanırsan?  –  deyə  Zemfira  rişxəndlə 
soruşdu.  
-  Hamı  necə,  mən  də  elə,  yalnız  borc-xərc  içərisində.  – 
deyə Əliyusif hüznlə dilləndi. 
-  Mən  sənə  ayda  iki  dəfə  çox  pul  verərəm,  hələ  bir  hər 
çıxan məqaləyə görə 50 manat mükafat alacaqsan. Bu ayda 
təxminən 600 manat pul edir.  
Zemfira  yaşının  cavan  olmasına  baxmayaraq,  elə  razı 
halda danışırdı ki, sanki o, hansısa bir zavod,  fabrik və ya 
şirkətin  müdiri  idi.  İstədiyi  adamı  işə  götürür,  istədiyi 
adama maaş artırır, istədiyi adamı öz əhatəsinə daxil edirdi. 
Halbuki  Əliyusif  yaxşı  bilirdi  ki,  müğənninin  sağa,  sola 
səpələdiyi pullar onda haradandır. Məhz belə bir məqamda 
müxbir həmsöhbətini qıcıqlandırmağa qərara aldı. O, üzünü 
abırsız qadına tutub, müəmmalı tərzdə soruşdu: 
-  Həmin  pulları  sən  mənə  verəcəksən,  yoxsa  başqa 
adam? Çünki qısa müddət ərzində səhnədə olan müğənnidə 


                                                     
 
  
                                                                            
                                                    
170 
bu  qədər  pulun  olması,  bir  qədər  qəribə  görünür.  Məndə 
olan məlumata əsasən, Natiqin özü də kifayət qədər imkanlı 
adamdır. O, sizə...  
-  Natiqin  adını  niyə  çəkirsən?  –  deyə  Zemfira  müxbirin 
sözünü  kəsərək  əsəbi  halda  dilləndi.  -  Olmaya,  sən  onu 
mənim  oynaşım  hesab  edirsən?  Siz  müxbirlər,  hər  şeydən 
dəqiq maraqlanmağa çalışırsınız. – sonra qanacağını nüma-
yiş  etdirən  qadın  sol  ayağını  kreslonun  əl  qoyan  yerindən 
salladıb  bir  qədər  sakitləşdi.  –  Sən  bircə  şeyi  yadda  saxla, 
Natiq mənim prodüsserimdir. Onu da bil ki, mənim maliy-
yə  vəziyyətim  onun  maliyyə  vəziyyətindən  bir  neçə  dəfə 
yaxşıdır. Sənə təyin edəcəyim maaş öz halal pullarımdır və 
mən həmin pulları səsimin, istedadımın hesabına qazanmı-
şam. Ayın yarısını mən toylarda keçirdirəm. Sifarişlərim isə 
yalnız imkanlı adamlardan gəlir.  
-  Səndə  olan  istedada  məndə  heç  bir  şübhə  yoxdur.  – 
deyə  dodaqlarında  acı  təbəssüm  sezilən  Əliyusif  rişxəndlə 
dilləndi.  –  Bu  yaxınlarda  bir  müğənni  “Günə  baxan”da 
çıxış  edən  zaman,  bütün  tamaşaçılar  qarşısında  bəyan  etdi 
ki, toylardan əldə olunan pul ilə zəngin həyat sürmək müm-
kün  deyil.  O,  yalnız  bir  yerdə  yaşadığı  şəxsi  sponsorunun 
sayəsində dolanır. Həmin sponsor müğənninin yaradıcılığı-
na  pul  buraxmaqdan  əlavə,  özünün  şəxsi  pulu  hesabına 
həmin qadını saxlayır.  


                                                     
 
  
                                                                            
                                                    
171 
-  Başqasını  deyə  bilmərəm,  amma  sənin  iş  fəaliyyətini 
mən  öz  vəsaitim  hesabına  maliyyələşdirəcəyəm.  –  deyə 
başını dik tutan müğənni qətiyyətlə dilləndi.  
-  İndiki  zamanda,  sənin  üçün  bundan  səmərəli  təklif 
görmürəm.  –  deyə  Natiq  araya  girərək  heyrətlə  dilləndi.  – 
Belə gedişatla sən kasıbçılığın daşını atarsan.  
- Məni tanıyanlar bilirlər ki, mənim ampluam başqadır. – 
deyə  müxbir  təşəxxüslə  dilləndi.  –  Mən  çalışıram  ki,  öz 
məqalələrimdə, hər şey təbii alınsın deyə, realist bir müxbir 
kimi  həqiqəti  əks  elətdirim.  Ampluam  dəyişəndən  sonra 
oxucularım  bir  ağızdan  deyəcəklər  ki,  mən  öz  əqidəmdən 
dönmüşəm. Xahiş edirəm, başqa müxbirlərə müraciət edin. 
Onsuz  da  sifariş  xarakterli  məqalələr  yazan  müxbirlərimiz 
kifayət qədər çoxdur.  
-  Bizə  başqa  müxbir  lazım  deyil.  –  deyə  Natiq  yenə  də 
təkidlə  dilləndi.  –  Zemfira  xanım  sənin  qələminə  bələd 
olduğu üçün, o, məhz səni məsləhət görür.  
-  Qulaq  as,  gör  nə  deyirəm,  –  deyə  Zemfira  siqaretini 
külqabıda  söndürüb,  qarşısında  olan  badəni  oynaşına  tərəf 
uzatdı  və  ondan  konyak  süzməsinə  işarə  edərək,  Əliyusifə 
nəzər sala-sala sözünə əlavə etdi. – sən mənim şəxsi müx-
birim olsan, onda, hər bir səfər zamanı, sən məni müşaiyət 
edəcək  və  mənimlə  bir  mehmanxanada  qalacaqsan.  Bir 
sözlə,  ən  yaxşı  geyimlərdə  olacaq,  ən  dadlı  təamlardan 


                                                     
 
  
                                                                            
                                                    
172 
yeyəcəksən. Bəzi həmkarlarımı tənqid edib məni tərifləsən, 
onda səni mətbuat katibim də edəcəm, mən deyənlə oturub-
dursan,  onda  bir  il  ərzində  sənə  bir  xarici  maşın  da  alıb 
altına qoyacağam.  
Müğənninin  mədəniyyətə  uyğun  olmayan  hərəkətləri 
Əliyusifi  hövsələdən  çıxarırdı.  Verilən  təklif  onun  üçün 
gözlənilməz  olsa  da,  nəzərdə  tutulan  imtiyazlar  şişirdilmiş 
görünürdü. Sanki içəridəkilər onu məsxələyə qoymuşdular, 
çünki Azərbaycanda heç bir müğənni, hər hansı bir jurnalist 
ilə işbirliyi quranda, həmin  mətbuat adamına bu qədər pul 
xərcləmirdi.  
Zemfira başqa şou-biznes aləminə daxil olan müğənnilə-
rə nisbətən, xeyli cavan və az tanınan idi. O, mətbuatın və 
televiziyanın  vasitəsilə,  qısa  müddət  ərzində  populyar 
olmaq  niyyətində  olduğu  üçün,  belə  bir  üsula  əl  atmağa 
çalışırdı.  Lakin  buna  baxmayaraq,  Zemfira  böyük  pul 
məbləğində,  mətbuat  aləmində,  Əliyusifdən  də  məşhur  və 
peşəkar  müxbirlərə  müraciət  edə  bilərdi.  İş  ondadır  ki, 
müğənnidə  olan  məlumata  əsasən,  Əliyusif  şou-aləminə 
daxil  olan  əksər  müğənniləri  tənqid  atəşinə  tutaraq,  öz 
prinsipiallığı  ilə  ictimaiyyət  arasında  kifayət  qədər  nüfuz 
sahibi sayılırdı. Artıq birmənalı şəkildə başa düşmək olardı 
ki,  o,  belə  bir  təkliflə  müxbiri  öz  tərəfinə  çəkmək  istəyir. 
Həm  də  dialoq  zamanı  təkidlə  bildirilirdi  ki,  Natiq 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə