Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə39/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

                                                     
 
  
                                                                            
                                                    
153 
yaxınlaşdı  və  ondan  xahiş  elədi  ki,  “balaca  uşaqların 
xatirinə onlar buradan  uzaqlaşsınlar. Diskoteka ictimai  yer 
olduğundan  burada  kefli  görünmək  qəti  qadağandır”. 
Mühafizə  rəisi  özündən  müştəbeh  halda  razı  olan  oğlana 
yaxınlaşanda  Akif  müdirini  mühafizə  etmək  üçün  dərhal 
araya girdi, lakin son məqamda özünü ələ almağı bacardı. 
-  Birincisi,  biz  müəyyən  qədər  içsək  də,  heç  də  kefli 
deyilik.  –  deyə  Natiq  təəccüblə  dilləndi.  -  İkincisi,  biz 
burada olmaqla heç kimin istirahətini pozmuruq. Üçüncüsü 
isə, istirahət etmək üçün biz də başqaları kimi pul ödəmişik
deməli  bizim  istədiyimiz  kimi  istirahət  etmək  hüququna 
malikik. 
-  İnciməyin  məndən,  bura  ailəvi  istirahət  mərkəzidir. 
Əxlaqa  zidd  olan  hərəkətlər,  kimliyindən  asılı  olmayaraq, 
hər bir kəsə qadağan edilibdir. 
-  Əxlaqa  zidd  hərəkətlər  hansılardır  ki,  bizim  ondan 
xəbərimiz yoxdur? – deyə Natiq istehza ilə dilləndi. 
-  Lazımdırsa,  mən  sadalaya  bilərəm,  –  deyə  mühafizə 
rəisi  soyuqqanlıqla  dilləndi.  –  burada  azyaşlı  uşaqlar  və 
ailələr olduğu üçün, qadın üçün siqaret çəkmək olmaz, kefli 
şəkildə  camaatın  arasında  görünmək  hamıya  yasaq  edilib-
dir, üzr istəyirəm ifadəmə görə, vulqar geyimdə rəqs etmək 
və rəqs edən zaman öpüşmək qəti qadağandır.  


                                                     
 
  
                                                                            
                                                    
154 
Mühafizə rəisinin müdaxiləsi və irad bildirməsi Zemfira-
nın  xoşuna  gəlmədi,  o,  üz-gözünü  bozardaraq,  kəskin 
şəkildə etirazını bildirdi: 
-  Hansı  geymdə  gəlmək  üçün  səndən  məsləhət  almalı-
yam  və  ya  siqaret  çəkmək  üçün  səndən  icazə  almalıyam? 
Öpüşməyi isə heç kim mənə qadağan edə bilməz.  
-  İnciməyin  məndən,  hərəkətləriniz  bizim  adətlərə  zid-
dirsə və bununla da ətrafdakıların mənəviyyatına, psixoloji 
durumuna  pis  təsir  göstərirsə,  deməli  siz  başqa  məkan 
seçməlisiniz. Çünki burada nümayiş etdirdiyiniz hərəkətlər, 
ailəlikcə  bura  gələn  insanlara  pis  təsir  göstərmiş  və  onlar 
məcburiyyət  qarşısında  qalaraq,  məyus  halda  diskotekanı 
tərk etdilər. Hörmətli qonaqlar, sizdən artıq dərəcədə xahiş 
edirəm, öz hərəkətlərinizi nəzarət altında saxlayın.  
- Sən, deyəsən kiminlə söhbət etdiyini bilmirsən? – deyə 
Zemfira hiddətlənərək, ayağa qalxdı. - Mən, Azərbaycanın 
tanınmış müğənnilərindən biriyəm. Sən tanınmış müğənni-
yə qarşı hörmətsizlik etmək istəyirsən? 
-  Görürəm  sən  özündən  çox  razısan?  –  deyə  Akif  də 
söhbətə  qarışdı.  –  Bizim  işimizə  qarışmaqla  sənin  başın 
ağrıya bilər. Qarşındakı adamların kimliyini ayırd etmədən, 
etdiyin müdaxilə nəticəsində işini də itirə bilərsən.  


                                                     
 
  
                                                                            
                                                    
155 
- Mən nə etdiyimi yaxşı bilirəm. – mühafizə rəisi qəzəb-
lə  dilləndi.  -  Sizə  deyildi  ki,  ictimai  yerdə,  xüsusən  də, 
uşaqların toplaşdığı yerdə siqaret çəkmək olmaz.  
-  Sən  elə  danışırsan  ki,  guya  Zemfiradan  başqa  burada 
siqaret  çəkən  yoxdur?  –  deyə  Natiq  məsələni  bir  qədər 
yumşaltmaq  üçün  mühafizə  rəisinin  sözünü  kəsdi.  –  Mən, 
bir neçə saat buradayam, bu müddət ərzində bir neçə qadı-
nın  siqaret  çəkdiyini  görmüşəm.  Nədənsə,  onların  siqaret 
çəkməsinə heç kim qadağa qoymur.  
-  Onlar,  balaca  uşaqların  toplaşdıqları  yerdə  siqaret 
çəkmirlər. 
-  Buranı  mənə  tərifləməsəydilər,  mən  heç  vaxt  cənub 
bölgəsinə ayaq basmazdım. – deyə emosional oğlan narazı 
halda dilləndi. – Nabranın istirahət mərkəzlərində kim hara-
da istəyir, orada da siqaret çəkir və hansı geyimə üstünlük 
verirsə, ondan da istifadə edir.  
Bundan  sonra  Natiq  əsəbiləşərək,  əlavə  heç  bir  şeyi 
araşdırmaq istəmədən mühafizə rəisinin üstünə düşdü. Arif 
Fikrət  ilə  birlikdə  vəziyyətin  gərginləşməsini  istəməyərək, 
araya  girərək  onları  aralamağa  başladı.  Bir  tərəfdən  Natiq 
yavaş-yavaş anlamağa başladı ki, mühafizə rəisinin iradları 
düzgündür  və  belə  bir  qayda–qanunların  hökm  sürülməsi, 
ailəvi  istirahət  edənlər  üçün  rahat  və  əlverişli  zəmin 
yaradırdı.  Lakin  buna  baxmayaraq  Zemfira  və  onun 


                                                     
 
  
                                                                            
                                                    
156 
məşuqəsi heç cürə deyilən iradlarla razılaşmaq istəmirdilər. 
Hətta bəzi hallarda  onlar əks tərəfə qarşı  əl-qol da atmağa 
çalışırdılar.  
Mühafizə  rəisinin  coşmuş  adamların  arasında  olmasına 
baxmayaraq, o, bütün iradəsini toplayıb ciddi halda dedi: 
-  Hamınıza  axırıncı  dəfə  xəbərdarlıq  edirəm,  öz 
hərəkətlərinizi nəzarət altında saxlamasanız, yəni bizim bu 
məkanda  qoyduğumuz  qayda-qanunlara  riayət  etməsəniz, 
onda buradan çıxaralacaqsınız.  
-  Biz  hələ  buna  baxarıq.  –  deyə  Natiq  hiddətlə  dilləndi 
və  artıq  emosiyalara  əl  atmadan  o,  kottecə  getməyi 
məsləhət bildi.  
-  Bunlara  bax  ha,  elə  bil  XIX  əsrdə  yaşayırlar.  –  deyə 
Zemfira  bayquş  baxışlı  nəzərlərini  həmsöhbətinə  yönəldə-
rək, ikrah hissi ilə dilləndi. – Mənim, həmişə köhnə fikirli 
adamlardan zəhləmim gedibdir, bədbəxtçilikdən gəlib onla-
rın arasına düşmüşəm. – sonra üzünü yanındakı oğlana tuta-
raq, əsəbi halda sözünə əlavə etdi. – Natiq, tez ol, buradan 
gedək. Mən bir dəqiqə də, Nuh əyyamından qalan insanla-
rın yanında qala bilmərəm.  
Məhz  bundan  sonra  onlar  buradan  aralanmağa  qərara 
aldılar. Əliyusifin bəxti gətirdi ki, hava qaranlıqdır və bura 
tutqun  lampalarla  işıqlandırılırdı.  Bu  səbəbdən  özündən 
coşmuş  qadın  müxbiri  tanıya  bilmədi.  Əliyusif  həmin 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə