Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə38/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

                                                     
 
  
                                                                            
                                                    
149 
dan  əvvəl,  Elnarə  oğlu  Muradı  buranı  gəzdirirdi.  Lakin 
musiqi  səsləri  eşidilən  kimi  o,  övladını  götürüb,  fəvvarə 
tərəfə yollandı.  
Havanın  qaralmasından  təxminən  bir  saat  keçmiş  Əli-
yusifgil qeyri-ixtiyari olaraq, professor Zeynalovla diskote-
kanın həyətində üzləşdi və onlar şirə sifariş edib bir-biriləri 
ilə söhbət etməyə başladılar.  
Jurnalisti  maraqlandıran  bir  çox  suallar  vardı  ki,  o, 
həmin  sualların  cavablarını  məhz  Fikrət  həkimdən  almaq 
istəyirdi.  Onlar  rahat  söhbət  etmək  imkanından  məhrum 
idilər.  Çünki  burada  qoyulan  kolonkalardan  çıxan  yüksək 
səs  diapazonu,  deyilən  sözün  rahat  eşidilməsinə  mane 
olurdu.  
Ürfan  da  öz  kamerası  ilə  birlikdə  burada  idi.  O,  elə  bir 
mövqe  seçmişdi  ki,  həmin  yerdən  rəqs  meydançası  çox 
yaxşı görünür, amma onun özünün nə ilə  məşğul olmasını 
yanındakı  adamdan  başqa  heç  kim  görə  bilməzdi.  Ürfanın 
əsas  məqsədi  buradakı  maraqlı  rəqsləri,  o  cümlədən, 
Zemfiranın fəaliyyətini kadrlara salmaqdan ibarət idi.  
Zemfira  ortaboylu,  normal  bədənli,  incə  belli,  balaca 
sifətli, balaca ağızlı, dik burunlu, iri gözlü, nazik qaşlı, qara 
uzun saçlı, 22 yaşlı göyçək, cəlbedici bir qadın idi. Zemfi-
ranın səsi olmasa da, o, uşaqlıqdan mahnı oxumağa böyük 
həvəs göstərmiş və iştirak etdiyi qohum toylarında müğənni 


                                                     
 
  
                                                                            
                                                    
150 
kimi iştirak etməyə müvəffəq olmuşdu. Məhz həmin toyla-
rın sayəsində, səsinə ahəng vermək üçün, daim mikrafonun 
səs gücündən istifadə edən cavan müğənni, musiqi sahəsin-
də naşı olan insanları aldadaraq, özünə kifayət qədər müştə-
ri  toplamış  və  bununla  da  tez-tez  tədbirlərə  çağırılırdı. 
Onun  əsas  gəlir  mənbəyi  çadır  toyları  idi.  Çadır  toyunda 
səsgücləndirici  kolonkalar,  camaat  arasında  onu  daha  da 
məşhur etmişdi.  
Bəzən,  yaşlı imkanlı adamlar Zemfiranın gözəlliyinə və 
cəlbedici  bədən  quruluşuna  görə,  onu  öz  nəvələrinin  ad 
gününü  keçirməyə  restoranlara,  bəzən  də  elə  olurdu  ki, 
evlərinə dəvət edirdilər. Lakin bütün bu dəvətlərə baxmaya-
raq, ilkin aylarda o, həyasız, sırtıq, özündən müştəbeh halda 
razı  olan  kişilərdən  uzaq  olmağa  çalışırdı.  Məhz  belə  təd-
birlərdən sonra onun valideynləri arasında güclü mübahisə-
lər  yaranırdı.  Hətta  bir  dəfə  ata  sözə  baxmayan  qızını 
kötəkləyəndə,  Zemfira  onu  polisə  verərək,  ailə  qarşısında 
özünü tamamilə gözdən salmışdı. Sonrakı dövrdə o, musiqi 
sahəsində öz təcrübəsini artırmaq üçün Bakıya gəlir. “Yeni 
Ulduz”  musiqi  yarışmasında  iştirak  etmək  üçün  Bakıya 
gələndə  Zemfira  paralel  olaraq  sənədlərini  İncəsənət 
universitetinə verir və o, təsadüf nəticəsində yolda Məzahir 
ilə tanış olur. 


                                                     
 
  
                                                                            
                                                    
151 
Bahalı  hədiyyələrin  müqabilində  yaxın  münasibətlərə 
rəvac verən Zemfiranın ilkin şərtlərdən biri o olur ki, onun 
məşuqu  qısa  müddət  ərzində  həvəskar  müğənnini  böyük 
səhnəyə çıxarmalıdır. Zemfira gələcəkdə məşhurlaşacağına 
baxmayaraq,  ömrünün  sonuna  qədər,  ona  sponsorluq  edən 
Məzahirə öz sədaqətini nümayiş etdirməliydi.  
Vaxtlarını  səmərəli  keçirməyə  cəhd  edən  Natiq  ilə 
Zemfira  yeniyetmə  uşaqlara  qarışaraq,  həm  milli,  həm  də 
xarici estrada musiqisi sədaları altında rəqs edirdilər.  
Akif isə tək-tənha oturub onların hərəkətini izləyirdi.  
Əliyusifin  qiyabi  tanıdığı  Zemfira,  ar  bilmədən,  heç 
kimə  əhəmiyyət  vermədən  qısa,  dar  yubkada,  sinəsi  açıq 
olan  sıx  koftada,  uzun  saçlarını  sağa-sola  hərlədə-hərlədə 
erotik tipli rəqs edərək, uşaqları ilə bura gələn valideynlərin 
nifrətini  qazanırdı.  Yanındakı  uşaqlara  və  gənclərə  heç  bir 
əhəmiyyət  verməyən  Natiq  camaatın  əhatəsində  oynaya-
oynaya  hərdənbir  müğənni  Zemfiranı  qucaqlayaraq,  onun 
üzündən  öpürdü.  Bu,  mədəniyyətdən  uzaq  olan  hərəkətlər 
ətrafdakı  insanları  çox  qıcıqlandırırdı.  Nəinki  Natiq,  hətta 
onun  yanında  olan  qız  da  kefli  idi  və  belə  bir  vəziyyətdə 
olmalarına  baxmayaraq,  onlar  qısa  fasilədən  istifadə  edib, 
masaya yaxınlaşır və şampan içərək, ayırdan rəqs meydanı-
na  qayıdırdılar.  Zemfira  isə  tam  ərköyün  şəkildə  uşaqlara 
məhəl qoymadan ağzına siqaret qoyub, dəqiqə başı gülüm-


                                                     
 
  
                                                                            
                                                    
152 
süyürdü.  Belə  bir  vəziyyətdə  uşaqlarının  tərbiyəsi  üçün 
narahat  olan  valideynlər  məcburiyyət  qarşısında  qalaraq, 
buradan uzaqlaşmağa başladılar.  
Onların masası Əliyusifgilin masasına yaxın olduğundan 
müxbir yarıqaranlıq məkanda görünməmək üçün hərdənbir 
əlləri ilə üzünü örtürdü. Növbəti dəfə Zemfira gəlib masa-
nın arxasında əyləşərək, siqaretini yandırdı. O, sağ ayağını 
sol ayağının üstünə qoyub, buradan, yaxından tanıdığı oğla-
na atmaca sözlər  yağdırmağa başladı. Kefli olan qız tama-
milə  abırını  itirmişdi,  paltarı  o  qədər  qısa  idi  ki,  belə  bir 
vəziyyətdə  onun  alt  tumanı  görünürdü.  Diskoteka  əyləncə 
yeri  sayılsa  da,  o,  ətrafdakı  adamların  qınaq  obyektinə 
çevrilirdi.  
Bura  yarıqaranlıq  olduğundan  həqiqətən  də  Zemfira 
Əliyusifi tanıya bilmədi. 
Elə  bu  anda  Arif  ilə  Fikrət  diskotekada  baş  verən 
biabırçılığa görə öz narazılıqlarını bildirdirməyə başladılar. 
Bu  məqamda  Əliyusif  neytral  mövqedə  durmağı  qərara 
aldı. Çünki o, Zemfira ilə qonşu idi və buna görə də hələlik 
gözləmə mövqeyini tutdu. Belə bir biabırçılığa tab gətirmə-
yən  Nurlan  övladını  götürüb  uşaq  meydançasına  tərəf 
yollandı.  
Çox  keçmədən  istirahət  kompleksinin  mühafizə  rəisi, 
əsəblərini  birtəhər  öz  daxilində  boğa-boğa,  birbaşa  Natiqə 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə