Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə35/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

                                                     
 
  
                                                                            
                                                    
137 
lərin  seçimində  biz  peşəkarlığa,  musiqi  intellektinə  böyük 
önəm  vermişik.  Ziyalılarımızın  və  kübar  insanlarımızın 
qəbul  etmədikləri  açıq-saçıq  geyinən  və  səhnədə  özlərini 
apara  bilməyən  müğənnilər,  həmin  restoranın  kəndarından 
içəri buraxılmır.  
-  İlk  növbədə  bu  haqqda  mən  anamla  məsləhətləşməli-
yəm.  Lakin  birmənlı  şəkildə  bildirmək  istəyirəm  ki,  anam 
bu haqda biləndə bu təklifə öz razılığını verməyəcək.  
- Xanım, həmin işə görə mən sənə ayda 1000 dollar pul 
verəcəyəm.  İndiki  zamanda  belə  maaş  heç  bir  yerdə 
yoxdur. Bəlkə, bu haqda mən sənin ananla özüm danışım? 
- Sənə dedim axı, o, razılığını bildirməyəcək. – deyə qız 
qətiyyətlə  dilləndi  və  üzünə  ciddi  ifadə  verərək  iradə  ilə 
sözünə  davam  etdi.  –  Xahiş  edirəm,  bir  daha  bu  məsələyə 
qayıtmayaq. İndi isə mən getməliyəm. İstərdim ki, bir daha 
məni burada təqib etməyəsən. 
Qızın  bu  xahişinə  müqavimət  göstərməyən  Natiq,  onun 
uzaqlaşmasına mane olmadı.  
Natiq  Gülnarədən  ayrılandan  sonra  birbaşa  kottecə 
yollandı.  Hal-hazırda  o,  məşuqəsi  ilə  kottecdə  oturub  elə 
Zemfiranın televizorda yayımlanan mahnısını dinləyirdi.  
Baxmayaraq  ki,  Əliyusif  Arifin  qonşusu  idi  o,  çalışırdı 
istirahət müddəti ərzində onlara maneəçilik törətməsin. Ən 
əsas  isə  o,  Zemfiradan  uzaq  olmağa  çalışırdı.  Çünki 


                                                     
 
  
                                                                            
                                                    
138 
Zemfira  olan  yerdə,  həmişə  qalmaqallı  hadisələr  baş 
verirdi.  Müğənninin  vulqar  hərəkətləri  və  atmaca  sözləri 
kənarda olan adamların hiddətinə səbəb olurdu.  
Ofeliya  samovar  çayı  içmək  üçün  Xədicənin  qaldığı 
kottecə  getmək  fikrinə  düşdü.  Həyat  yoldaşının  xətrini 
həddindən artıq çox istəyən Arif tərəddüd etmədən onu və 
nəvəsi  Aydanı  112  saylı  kottecin  küləfirəngisinə  apardı. 
Ondan  sonra  Arif  Əliyusif  ilə  əlaqə  saxlayıb,  onunla 
birlikdə  kompleksin  cənubundan  daşan  çayın  üzərində 
yaradılan  süni  göl  istiqamətinə  yollandı.  Çünki  Nurlan 
qohumu  Fikrət  həkimlə  birlikdə  orada  balıq  tutmaqla 
məşğul idi.  
Yaşlı  olmasına  baxmayaraq  həmişə  enerjili  görünən 
Fikrət  nəhəng  çinar  ağacının  altında  tilovla  oturaraq,  iki 
balıq  -  bir  çəki  və  xanı  balığı  tutmuşdu.  Ekzotik  yerlərdə 
yeyib-içməyi  və  xüsusən  də  istirahət  etməyi  xoşlayan 
həkim  oturduğu  yerdə,  Nurlanın  köməkliyi  ilə  balaca  bir 
süfrə açmışdı. Süfrəyə bir araq, mineral su, pendir, servelat 
kolbasa  və  tabaka  qoyulmuşdu.  Bir  neçə  stəkanın  olması 
ondan  xəbər  verirdi  ki,  balıq  tutan  turistlər  kimlərinsə 
gəlişini gözləyirdilər.  
Nurlan  onları  görən  kimi  öz  tilovunu  Əliyusifə  verib 
cəld kolbasanı, pendiri doğradı, tabakanı isə parçalayandan 
sonra  arağı  stəkanlara  süzdü.  Qonşu  oğlanın  hərəkətlərini 


                                                     
 
  
                                                                            
                                                    
139 
diqqətlə  seyr  edən  müxbir  gördü  ki,  Nurlan  yalnız  öz 
stəkanını  boş  saxladı.  Bu  ondan  xəbər  verirdi  ki,  yüksək 
tərbiyə görmüş oğlan azərbaycanlı ənənəsinə uyğun olaraq, 
atası ilə bir masa arxasında spirtli içki içmirdi.   
- Bir saatdan sonra şam yeməyi başlayacaq. – deyə Arif 
xəbərdarlıq  edərək  vedrənin  içərisindəki  balıqlara  nəzər 
yetirdi. 
-  Əsl  şam  yeməyi  buradadır.  –  deyə  səhiyyə  işçisi 
pendiri  çörək  arasına  qoyaraq  həvəslə  dilləndi.  –  Hayıf 
deyil, təbiətin qoynunda pendir-çörək yemək. 
-  Bilirsiniz,  şəhər  ilə  mənzərəli  rayonun  arasında  fərq 
nədədir?  –  müxbir  stəkanı  qaldıraraq  müəmmalı  tərzdə 
dilləndi. - Şəhərdə kabab yeyəndə adam onun tamını bilmir, 
amma  buradakı  pendir-çörək  şəhərdəki  kababdan  da 
dadlıdır. 
-  Mən  getdikcə  təəccüblənirəm.  –  deyə  stəkanı  başına 
çəkən Arif balıqlara baxa-baxa fəhmsizliklə dilləndi. – Hələ 
yadıma düşmür ki, hansısa bir istirahət mərkəzində belə bir 
şərait yaradılsın. Diri heyvanlara tamaşa etmək, süni göldən 
balıq tutmaq, hər biri insanın əsəblərini sakitləşdirir.  
-  Arif,  sən  elə  bilirsən  mən  burada  balıq  tuturam?  – 
poetik duyğularla ətrafı seyr edən həkim əli ilə qarşısındakı 
mənzərəni  göstərərək,  yüksək  əhval-ruhiyyə  ilə  dilləndi.  - 


                                                     
 
  
                                                                            
                                                    
140 
Xeyr!  Mən  buradakı  gözəlliklərə  tamaşa  edə-edə  böyük 
həzz alıram. 
- Həqiqətən də balıq tutmaqdan ləzzətli bir şey yoxdur. – 
Əliyusif qırmağına düşən yarım kiloluq çəki balığını o biri 
balıqların üstünə atıb hərarətlə dilləndi.  
-  Doğrudan  da  elədir.  –  deyə  dərindən  nəfəs  alan  və 
buradakı  havanın  təmizliyindən  məst  olan  həkim  xumar-
casına  dilləndi.  –  Buradakı  təmiz  hava  bütün  xəstəliklərə 
dərmandır. Mehmanxanada yox, meşənin içərisində çadırda 
qalsam, onda cavan bir oğlan kimi Bakıya qayıda bilərəm.  
-  Lazımdırsa,  sizin  üçün  bir  çadır  təşkil  edək.  –  deyə 
Nurlan  süfrəyə  kölgə  salan  böyük  çətiri  bir  qədər 
qohumuna  tərəf  yaxınlaşdıraraq  tələsik  halda  dilləndi.  – 
Buranın rəhbərliyinə müraciət etsək, onlar sizi iki və yaxud 
üç nəfərlik çadır ilə təmin edərlər. 
-  Tək  olsaydım,  məmnuniyyətlə  çadırda  qalardım.  – 
deyə Fikrət təəssüflə dilləndi. – Həm də qiymətlər bir qədər 
ucuz olsa, adam on günlüyə gəlib burada istirahət edər.  
-  Fikrət  müəllim,  ürəyiniz  haçan  istəsə,  mən  sizin  üçün 
elə bir şərait təşkil edərəm.  – deyə polis  əməkdaşı səmimi 
halda dilləndi.  
Peşəkar həkim həsrət dolu baxışları ilə ətrafdakı mənzə-
rəni  seyr  edən  zaman  Arif  tələsik  halda  stəkanları  araqla 
doldurdu və kolbasanı doğrayıb, sağlıq dedi: 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə