Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə32/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   28   29   30   31   32   33   34   35   ...   72

                                                     
 
  
                                                                            
                                                    
125 
düzəldilmişdi. Elə ki, bu əraziyə qaranlıq çökdü, həmin an 
fəvvarənin işıqları işə düşürdü. Bəzən adamda elə təsəvvür 
yaranırdı  ki,  su  çələngindən  sağ  tərəfdə  yerləşən  böyük 
diskotekada  səslənən  mahnıların  ritmlərinə  əsasən, 
fəvvarədəki sular da cürbəcür formalara, şəkillərə düşürdü.  
Amfiteatrdan  sağ  tərəfdə  kənardan  ecazkar  görünən  və 
nağıllar  aləmini  xatırladan  “Lvinıy”  (şir)  və  “Pauk” 
(hörümçək)  barlar  fəaliyyət  göstərirdi.  Barlar  adlarına 
uyğun  adlandırılmışdı  –  ona  görə  ki,  barların  astanasında 
yonma  daşlardan  şir  ağzı  və  hörümçək  toru  ilə  birlikdə 
düzəldilmişdi.  Kim  ki,  ora  qədəm  qoyurdusa,  həmin  adam 
həqiqətən də özünü nağıllar aləmində hiss edirdi. 
Burada yay hovuzu və aşağıda axan çayın sahilində süni 
göl vardı. Müdriyyət həmin göllərdə çəki, kefal, xanı balığı, 
balamut,  xəşəm,  karp,  berj  balıqları  yetişdirərək,  balıq 
tutmaq üçün turistlərə gözəl şərait yaratmışdı. Həmin gölün 
üstündə  kafe  tikilmiş  və  yerində  tutulan  balıqlardan  dadlı 
təamlar bişirirdilər. 
Kotteclərlə  hovuz  və  göl  arasında  skamyalar  düzülmüş 
və  hər  kəs  skamyalarda  oturub,  buradakı  gözəlliyə  tamaşa 
edə  bilərdi.  Gülnarə  tanış  olduğu  qadınla,  əlvan  işıqlı 
fəvvarənin qarşısındakı skamyaların birində əyləşib, onunla 
söhbət  etməyə  başladı.  Əliyusif  əlverişli  məqamın 
yarandığını görüb, onların yanından keçməyi qərara aldı.  


                                                     
 
  
                                                                            
                                                    
126 
Qız  Məkanə  ilə  söhbət  edərkən  birdən  gözü  Əliyusifə 
sataşdı  və  o,  bir  qədər  tərəddüd  içərisində  ətrafına  nəzər 
salmağa  başladı.  Elə  bil  o,  kimdənsə  və  yaxud  nədənsə, 
ehtiyat  edirdi.  Qızın  belə  bir  səksəkəli  hərəkəti  müxbirin 
təəccübünə  səbəb  oldu.  Bu  dəmdə  onun  yanında  olan 
Məkanə  dönüb,  Əliyusifə  qəribə  nəzər  saldı  və  həmin  an 
Gülnarə ilə olan söhbətini davam etdirməyə başladı.  
Buraya  istirahətə  gələn  jurnalist  də  başa  düşürdü  ki, 
adını  bilmədiyi  qız,  yenə  də  özündən  müştəbeh  halda  razı 
olan  Natiqin  təcavüzünə  məruz  qala  bilər  və  bu  işdə 
Əliyusif  bir  şahid  kimi  qalmaqalla  üzləşər.  Çünki  həmin 
oğlan  hansısa  bir  imkanlı  şəxsin  övladıdır  və  onun  üçün 
movcud  olan  qanunları  tapdalamaq  adi  hal  sayılırdı. 
Mühafizə dəstəsinin rəisi pələmədə olmasaydı, azğınlaşmış 
oğlanın  nəzarətdən  çıxmış  hərəkətlərini  heç  kim  ram  edə 
bilməzdi.  
Əliyusif  durduğu  yerdə  şərə  düşməsin  deyə,  o, 
skamyadakı  yerini  tərk  edib,  üzü  qərbə  tərəf,  yəni  gəldiyi 
yol  ilə  geri  qayıtmağı  qərara  aldı.  O,  istəyirdi  ki,  qızın 
diqqəti  ona  tərəf  cəlb  olunsun.  Müxbir  solda  yerləşən 
skamya  ilə  bərabərləşəndə  həmin  an  onlara  salam  verdi. 
Məhz  bundan  sonra  Gülnarə  ayağa  qalxıb,  utancaq  halda 
müsbət  insan  kimi  tanıdığı  oğlanla  salamlaşdı.  Sanki  o, 
oğlanla nə haqda isə müzakirə aparmaq istəyirdi. 


                                                     
 
  
                                                                            
                                                    
127 
-  Çox  sağ  olun  ki,  bu  gün  siz  məni  həmin  kobud 
oğlandan  müdafiə  etdiniz.  –  deyə  qız  minnətdarlığını 
bildirdi və ara vermədən öyüdlə sözünə əlavə etdi. – Amma 
sizə bildirmək istəyirəm ki, çalışın bir daha həmin oğlanla 
üzləşməyəsiniz. O, çox təhlükəli adamdır.  
-  Onda  belə  çıxır  ki,  həmin  oğlan  sizi  tanıyır?  –  deyə 
Əliyusif təəccüblə soruşdu. 
- O, məni hələ universitetdə oxuyandan bəri təqib edir. – 
deyə Gülnarə yanındakı oğlana nəzər salmadan sıxıla-sıxıla 
dilləndi.  -  Atasının  gül  balasıdır.  Onun  əlindən  tamam 
bezmişəm.   
- Elədirsə, sahə müvəkkilinə niyə xəbər vermirsiniz? 
-  Onun  hərəkətlərində  cinayət  əməlləri  olmadığı  üçün, 
polis heç bir tədbir görə bilmir. Mən isə elə başa düşürəm 
ki,  o,  imkanlı  şəxsin  oğlu  olduğundan  polis  onlara  baş 
qoşmaq istəmir.   
Qız  ifadəsini  yenicə  bitirmişdi  ki,  birdən  Əliyusifin 
mobil telefonundakı zəngə qoyulmuş Vasif Məhərrəmlinin 
ifa  etdiyi  “Bakılı  qız”  mahnısı  səsləndi.  Jurnalist 
üzrxahlıqla düyməni basıb, tələsik halda danışmağa başladı: 
-  Narahatçılığa  heç  bir  səbəb  yoxdur,  mən  uşaqlarla  bir 
yerdə  olacağam.  Yola  düşməmişdən  əvvəl,  səninlə  mütləq 
vidalaşacağam.  


                                                     
 
  
                                                                            
                                                    
128 
Əliyusif  danışığını  qurtaran  kimi  üzrxahlığını  bildirdi. 
Gözlənilmədən  qız  mobil  telefonunda  çalınan  melodiyaya 
görə fikir söylədi: 
-  Vasifin  “Bakılı  qız”  mahnısı  xoşuma  gələn  ən  yaxşı 
mahnılardan biridir. Bu mahnı... 
Elə  bu  an  arxadan  bir  oğlan  onların  sözünü  kəsib,  süni 
gölə necə gedəcəyini soruşdu.  
Nəinki Əliyusif, həm də Gülnarə də həmin oğlanı tanıdı; 
o,  Natiqin  sürücüsü  Akif  idi.  Oğlanın  təkəbbürlü  hərəkəti 
və özündən müştəbeh halda razı olan baxışları, müxbirə pis 
təsir etdi. Lakin buna baxmayaraq, etik normalara üstünlük 
verən Əliyusif marşrutu ona izah etməli oldu.  
Akifin  gəlişi  Gülnarənin  kefinə  soğan  doğradı.  Sanki 
onun  canında  qorxu  xofu  yarandı  və  o,  ehtiyat  edə-edə 
ətrafına nəzər salaraq, qətiyyətsiz halda dedi: 
-  Qardaş,  etdiyiniz  köməkliyə  görə  bir  daha  sizə  öz 
minnətdarlığımı  bildirirəm,  amma  siz  burada  ehtiyatla 
hərəkət  etsəniz,  yəni  heç  kimə  baş  qoşmasanız,  bu  sizin 
üçün yaxşı olar. Qorxuram ki, məni müdafiə etdiyiniz üçün, 
həmin adam sizi rahat buraxmasın.  
-  Xanım,  narahat  olmaya  bilərsiniz,  mən  kifayət  qədər 
ehtiyatlı  adamam.  İndi  buradan  otağıma  gedib,  “Relax”ı 
tərk edənə kimi oradan çıxmayacağam.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə