Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə29/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   25   26   27   28   29   30   31   32   ...   72

                                                     
 
  
                                                                            
                                                    
113 
-  Sən  yaxanı  kənara  çəkmə,  mən  səni  sadəcə  olaraq, 
rəfiqəmin qızı ilə tanış etmək istəyirəm. Tanışlıqdan boyun 
çəksən, mənim xətrimə dəymiş olacaqsan. O, başqa qızlara 
oxşamır və qeyri-adi xasiyyəti ilə öz yaşıdlarından seçilir.  
-  Allah  onu  xoşbəxt  eləsin.  Amma  sənə  bəri  başdan 
deyirəm,  mən  siz  olan  kottecə  girib  orada  qızla  tanış 
olmayacağam.  Haradasa,  münasib  bir  yerdə,  qoy  mən  onu 
kənardan  süzüm.  Xoşuma  gəlsə  və  ya  gəlməsə,  mən  öz 
fikrimi sənə bildirəcəm. 
-  Elədirsə,  elə  indi  vaxt  itirmədən,  pələmənin  yanından 
meşəyə tərəf uzanan cığır ilə 50-60 metr gedib, qızı orada 
gör.  İndi  qız  orada  kompleksə  axan  çayın  şəklini  çəkir. 
Gülya  sərtlik  göstərsə,  mənim  adımı  verərsən.  Çünki  o, 
sənin, mənim oğlum olduğunu bilmir. 
- Bu barədə narahat olma. Necə lazımdırsa, bütün etiket 
qaydalarına riayət edərək, mən onunla söhbət edəcəm. 
Əliyusif  son  ifadəni  giley-güzarla  işlədərək,  tələsmədən 
pələmə istiqamətində buradan uzaqlaşdı.  
Bu  vaxt  Gülnarə  pələmədən  qabaqda,  yəni  meşə 
istiqaməti ilə gedən cığırdan sol tərəfdə yarğanın üstündəki 
talvarın  içərisində,  növbəti  rəsm  əsərini  yaradırdı.  Ştativ 
üstündə  qoyulan  tablo  üzərindəki  şəkilin  yarısından  çoxu 
hazır idi. Rəssamlıqla ciddi məşğul olan qız, burada əsasən, 


                                                     
 
  
                                                                            
                                                    
114 
kanyon ilə daşan çayı və ona baş əyən ağacları öz əsərində 
əks etdirirdi.  
Gülnarə  müxbirin  qiyabi  tanıdığı  həmin  naməlum  qız 
idi.  Onun  əynində  atlas  parçadan  tikilmiş  dizdən  aşağı 
paltar  vardı.  Bir  neçə  parıltılı  rəngin  süzüldüyü  belə  bir 
paltarı, uzaq şərqdə çin və yapon qızlarının əynində görmək 
olardı. Gülnarənin qara seyrək saçları çiyninə tökülmüşdü.  
Bu vaxt onun yanına, Əliyusifin bir saat əvvəl anası ilə 
rəfiqəsinin yanında böyük küləfirəngiyə gedən həmin, mavi 
rəngli brici şalvar və eyni rəngli qısa qol köynək geymiş qız 
gəldi.  Arxadan  gələn  qız  rəssama  arxadan  yaxınlaşıb  onu 
qucaqladı və giley-güzarla onun kef-əhvalını soruşdu.  
-  Gülarə,  sən  xeyir  ola  bura  gəldin?  –  deyə  rəssam  qız 
müəmmalı tərzdə soruşdu.  
- Bacım üçün darıxmışdım, ona görə də gəldim.  
Onların  bir-birilərinə  bacı  olmasından  Əliyusif  xəbərsiz 
idi.  Bacıların  birinin  Gülarə,  o  birisinin  isə  adı  Gülnarə 
olduğundan, anaları həmişə onları “Gülya” deyib çağırırdı.  
Qızlar  söhbət  etmək  üçün  talvarda  oturdular.  Gülarə  öz 
söhbəti ilə bir qədər bacısının diqqətini yayındırandan sonra 
əllərini  çarpazlaşdırdı  və  çiyinlərini  ovuşdura-ovuşdura 
dedi:  
-  Bura  yaman  sərindir  və  bir  qədər  soyuqluq  var.  Sənə 
soyuq deyil?  


                                                     
 
  
                                                                            
                                                    
115 
-  Sən  gələnə  kimi  dözürdüm,  -  deyə  qız  sakit  halda 
dilləndi  və  o,  da  əlləri  ilə  bədənini  sıxaraq  həmin  tərzdə 
sözünə əlavə etdi. - amma indi hiss edirəm ki, üşüyürəm.  
-  İstəyirsən,  gedim  sənə  idman  gödəkçəsini  gətirim?  – 
deyə bacısı təklif etdi.  
-  Səni  əziyyətə  salmaq  istəmirəm,  kottecə  qədər  yol 
uzundur,  həm  də  kofe  hazırlayıb  termosda  gətirərəm  ki, 
özümüz üçün burada qızınaq. 
Gülarə  etirazını  bildirmədi.  Onun  üçün  istirahət 
kompleksinin  belə  bir  ekzotik  yerində,  təbiətlə  təkbətək 
qalmaq  sevindirici  hal  sayılırdı.  Rəssam  qız  buradan 
uzaqlaşdı. 
Təxminən  həmin  vaxt  küləfirəngidən  ayrılan  Əliyusif, 
pələmədən  sağ  istiqamətdə  uzanan  cığıra  yaxınlaşmaq 
istəyirdi ki, birdən meşə tərəfdən həmin cığır ilə gələn, bir 
gün  əvvəl  tanıdığı,  lakin  adını  bilmədiyi,  pələmədə 
təcavüzə məruz qalan qız ilə üzləşdi. Həsrətlə axtardığı qız 
müxbirin  qarşısında  olsa  da,  birdən-birə  onun  dili  tutuldu. 
Özündə  cəsarət  tapan  Əliyusif,  qeyri-ixtiyari  olaraq,  ayaq 
saxlayıb,  çəkinə-çəkinə  həmin  qıza  salam  verdi.  Qız  da 
salam  verərək,  ayaq  saxlamadan  yolunu  davam  etdirdi. 
Pələmədə bir neçə adam olsa da, Əliyusif heç kimə məhəl 
qoymadan, dönüb arxadan, həmin naməlum qızın vücudunu 
gözdən  itənə  qədər  süzdü.  O,  hətta  istədi  qızın  ardınca 


                                                     
 
  
                                                                            
                                                    
116 
gedib, onun hansı kottecdə və ya mehmanxanada qaldığını 
öyrənsin. Lakin  son  məqamda ayaq saxlayıb, qızın gəldiyi 
cığır ilə yolunu davam etdirdi.  
Müxbir  cığır  ilə  60  metrəyədək  yol  gedib,  oradan  10 
metr  sola  burulan  yolda,  kanyonun  üstündə  tikilmiş  talvar 
gördü.  Həmin  talvarın  içərisində  ştativ  üstündə  tablo 
qoyulmuşdu və bir qız həmin tablonun qarşısında dayanıb, 
orada  çəkilən  rəsm  əsərini  nəzərdən  keçirirdi.  Qız  arxası 
oğlana  tərəf  olsa  da,  Əliyusif  onu  tanıdı.  Bu  Qənirənin 
yanında gördüyü qız idi.  
Qız  arxadan  gələn  addım  səslərini  eşidən  kimi  cəld 
həmin  səmtə  dönüb,  qorxmuş  halda  Əliyusifə  nəzər  saldı. 
Ortaboylu  olan  qız  azacıq  kök,  atletik  bədənli,  uzunsifətli, 
enli burunlu, balaca gözlü, qalın qaşlı, o qədər də yaraşıqlı 
deyildi.  Amma  hərəkəti  və  baxışları  ilə  müəyyən  mənada 
cəlbedici  görünürdü.  Qalın  qara  saçları  abadokla  sıxılmış 
və boynuna tökülmüşdü. Onda rəssamlara uyğun sərbəstlik 
vardı.  
Əliyusif salam verib talvarın içərisinə daxil olmaq istəsə 
də,  Gülarə  onun  gəlişindən  narazı  idi  və  üz-gözünü 
turşudub,  nə  lazım  olduğunu  soruşdu.  Müxbir  qızı 
sakitləşdirmək  üçün  anasının  adını  verdi  və  tablodakı 
mənzərəyə təəccüblə nəzər sala-sala həvəslə dedi:  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə