Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə28/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

                                                     
 
  
                                                                            
                                                    
109 
bundan  sonra  telefon  nə  vaxt  zəng  çalacaqsa,  həmin  an 
burada  olan  qızın  füsunkar  gözəlliyə  malik  olan  çöhrəsi 
onun gözləri önündə canlansın.  
Oğlan onun baxışlarından o dəqiqə müəyyən etdi ki, bu 
dünyada  özünü  azad  quş  kimi  hiss  edən  qız  hərtərəfli 
olaraq,  ətrafdakı  məftunedici  təbiətə,  bütün  varlığı  ilə  aşiq 
olubdur.  Bir  növ  onun  özünü  əsl  romantik  insanlar  kimi 
aparmasından xəbər verirdi.  
Əliyusif  gördü  ki,  qız  çörək  yemək  üçün  böyük 
küləfirəngiyə  tərəf  gedir.  O,  da  aşağı  düşüb,  qızın  ardınca 
həmin  istiqamətdə  hərəkət  etmək  istədi.  Lakin  bu  vaxt 
anası,  rəfiqəsi  və  rəfiqəsinin  qızı  solda  yerləşən  kottecdən 
çıxıb, başqaları kimi böyük küləgirəngiyə tərəf üz tutdular. 
Xədicə ilə istirahətə gələn qız bir qədər geridə qaldığından 
rəfiqəsi dedi:  
- Qızım Gülya, yubanma, gəl bizə çat.  
Mavi  rəngli  brici  şalvar  və  eyni  rəngli  qısa  qol  köynək 
geymiş  ortaboylu  qız,  anasının  dediyinə  tez  reaksiya 
verərək,  addımlarını  sürətləndirdi.  Qara  uzun  saçları 
çiyninə və alnına töküldüyündən onun bənizi görünmədi.  
Onların  birlikdə  olduğunu  görən  Əliyusif  ayaq  saxladı 
və vaxtı uzatmaq üçün öz otağına yollandı. İş ondadır ki, o, 
çox yaxşı bilirdi ki, anası,  yanında gələn rəfiqəsinin qızını 
ona  almaq  istəyir,  amma  buna  baxmayaraq,  Əliyusif  bu 


                                                     
 
  
                                                                            
                                                    
110 
izdivaca  kəskin  müqavimət  göstərirdi.  Məhz  buna  görə  də 
o,  qadının  yanında  olan  qıza  tərəf,  gözucu  da  olsun  nəzər 
salmadı. Çünki hal-hazırda onu, burada gördüyü əsrarəngiz 
xarakterli qız maraqlandırırdı. Bir anın içərisində naməlum 
qız turistlərin arasında əriyib yoxa çıxdı. Əliyusif elə zənn 
etdi  ki,  müəyyən  mənada  məftun  olduğu  qız,  kompakt 
şəkildə olan kollektivlə bir yerdə hərəkət edirsə, deməli o, 
da Neft Şirkətinin işçisidir. 
Günorta  yeməyinin  başlanmasının  üstündən  yarım 
saatdan  bir  qədər  artıq  vaxt  keçirdi.  Turistlərin  bir  hissəsi 
yavaş-yavaş  böyük  küləfirəngidən  uzaqlaşmağa  başlayırdı. 
Əliyusif həmin qızı görmək üçün mehmanxananın eyvanına 
çıxdı. Kütlənin içərisindən öz istədiyini arayan müxbir onu 
görə  bilmədikdə  elə  zənn  etdi  ki,  qız  hələ  də  günorta 
yeməyini  yeməkdədir.  Son  vaxtlar  səbirsiz  görünən 
Əliyusif,  tənhalığa  tab  gətirə  bilməyib,  dərhal  aşağı  düşdü 
və vaxt itirmədən mərkəzi meydança ilə böyük küləfirəngi 
istiqamətinə yollandı. O, istədiyi yerə çatanda orada on-on 
beş nəfər adam, o cümlədən, anasını gördü. Xədicə rəfiqə-
silə  əyləşib  çay  içirdi.  Lakin  həmin  qız  masa  arxasında 
əyləşənlərin arasında yox idi.  
Qənirənin  qızları  yemək  yeyən  kimi  bir  başa  meşəyə 
yollanmışdılar.  Əliyusif  onlardan  bir  qədər  aralıda  masa 
arxasına  keçib,  günorta  yeməyini  sifariş  etdi.  Bir  neçə 


                                                     
 
  
                                                                            
                                                    
111 
dəqiqə  keçəndən  sonra  rəfiqələr  buradan  uzaqlaşdılar. 
Müxbir  buradakı  turistləri  seyr  edə-edə  günorta  yeməyini 
yeməyə  başladı.  Bir  anlığa  onun  gözü  kotteclər  tərəfdə 
hərlənən Akifə sataşdı. Natiqin sürücüsü olan həmin oğlan 
ətrafını nəzərdən keçirə-keçirə 105 saylı kottecə daxil oldu. 
Onu  tanımayıb  kənardan  izləyənlər  olsa,  elə  zənn  edərlər 
ki, Akif həmin kottecə oğurluq məqsədilə girir. 
Əliyusif  mimoza  salatı  yediyi  zaman  anası  zəng  edib, 
onun  harada  olduğunu  soruşdu.  O  da  harada  olduğunu 
bildirən kimi Xədicə oraya gəldi.  
Artıq  Əliyusif  yeməyini  başa  çatdırmaq  üzrə  idi.  O, 
dərhal  anası  üçün  çay  gətizdirib,  stəkanları  doldurdu. 
Xədicə oğlunu süzə-süzə mehribancasına dedi: 
-  Əli,  Qənirə  xanımı  tanıyırsan  da,  necə  adamdır?  O, 
mənim ən yaxın, hətta sirrlərimə bələd olan rəfiqələrimdən 
biridir.  
-  Bunu  bilirəm  və  mən  çox  şadam  ki,  bu  istirahət  sənin 
ürəyindəndir.  
- Bu dəfə o, öz qızları ilə birlikdə istirahətə gəlibdir.  
- Bunu da bilirəm.  
-  Mən  istərdim  ki,  sən  bizim  kottecə  gəlib  onun  qızları 
ilə tanış olasan.   
-  Ana,  bu  etiket  qaydalarına  uyğun  deyil.  Qənirə  xanım 
mənim haqqımda nə fikirləşər? 


                                                     
 
  
                                                                            
                                                    
112 
-  Məhz  etiket  qaydalarına  uyğun  olaraq,  mən  bu  təklifi 
edirəm.  Həm  də  istəyirəm  ki,  yüksək  ailə  mədəniyyəti 
görmüş,  nümunəvi  ailə  tərbiyəsi  almış,  nəhayət  gözəl 
simaya malik olan qızı Gülnarə ilə bir qədər yaxından tanış 
olasan.  
- Bilirdim ki, sən belə bir təkliflə mənə yaxınlaşacaqsan. 
Sən  özün  çox  yaxşı  bilirsən  ki,  mən  hər  qızla  ünsiyyət 
qurmuram  və  istəmirəm  ki,  sonradan  yaranacaq  soyuq 
münasibətə görə Qənirə xanım məndən incisin.  
-  Oğlum,  sən  də  bilirsən  ki,  hər  qız  mənim  xoşuma 
gəlmir. Amma Gülnarəyə söz ola bilməz. Qızın xasiyyətinə 
yaxından  bələd  olandan  sonra,  elə  hey  istəyəcəksən  ki, 
saatlarla onunla ünsiyyət qurasan. Xüsusən də, vurğulamaq 
istəyirəm  ki,  o,  çox  danışmağı  xoşlamır.  Heç  kim  də 
zəmanət  verə  bilməz  ki,  qızın  səndən  xoşu  gələcək. 
İnanırsan,  nə  qədər  oğlan  onunla  tanış  olmaq,  onun  gözəl 
bənizinə baxıb zövq almaq üçün hansı variantlardan istifadə 
edirlər?  Amma  qız  onların  hamısını  inkar  edərək  öz  aləmi 
ilə  yaşayır.  Gülyanı  pul,  varidat  maraqlandırmır,  o,  yalnız 
daxilində  kök  salmış  mənəvi  gözəlliyə  malik  olan  oğlan 
qarşısında aciz ola bilər. 
-  Bu  belədirsə,  daha  yaxşı  olar.  –  deyə  Əliyusif 
gülümsündü. 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə