Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə26/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

                                                     
 
  
                                                                            
                                                    
101 
Hazırda  Əliyusifi  düşündürən  başqa  bir  şey  idi:  Natiqin 
azğınlığı  bütün  sərhədləri  aşıb  keçmişdi.  O,  Məzahirin 
gəzdiyi bir pozğun qadını aldadaraq bura gətirmiş, bununla 
da  nəfsini  boğa  bilməyib,  başqa  bir  xanımla  ünsiyyət 
qurmağa çalışırdı. Daha, Natiq anlamırdı ki, Zemfira ondan 
da həyasız idi və o, məşuqunun bu hərəkətlərini bilsə, onda 
aralarındakı  qalmaqalın  şiddətli  olmasına  şübhə  etməmək 
olardı.  Onların  arasında  yaranan  belə  bir  ögey  münasibəti 
gözləmək  olardı,  ona  görə  ki,  Natiq  ona  fahişə  kimi 
baxırdı.   
Onlardan başqa burada bir neçə ailə vardı ki, hamı sırtıq 
oğlanın hərəkətlərindən bezərək, ona qarşı olan nifrət dolu 
baxışlarını, məhz həmin istiqamətə yönəltmişdilər. Arif ilə 
professor  əhval-ruhiyyələrini  qaldırmaq,  istirahətlərini  xoş 
keçirmək üçün pələməyə gəlmiş, lakin belə bir biabırçılığı 
görəndən  sonra  onların  qanı  qaralmışdı.  Professor  orada 
olmasaydı,  çox  güman  ki,  Arif  həmin  köməksiz  qıza  arxa 
durmaq üçün Natiqin qarşısına çıxardı.  
Birdən naməlum qız tab gətirməyib, “əl çək məndən”  – 
deyərək, ayağa qalxmaq istədi. Natiq isə qızın narazılığına 
baxmayaraq,  onun  qolundan  tutub  qalxmağına  imkan 
vermədi. Bu vaxt Əliyusif, Natiqin yekəxanalığından təngə 
gəlib, dərhal onlara yaxınlaşdı.  


                                                     
 
  
                                                                            
                                                    
102 
Natiq  Əliyusifdən  bir  balaca  hündür  idi  və  bu 
müdaxiləyə əsəbiləşərək, sakit-sakit soruşdu:  
-  Nə  lazımdır,  sənə? -Xahiş  edirəm,  qızı  rahat  burax.  – 
deyə Əliyusif soyuqqanlıqla dilləndi.  
- Qardaş, sən baş qoşma, - deyə təzyiqə məruz qalan qız 
müxbiri müdafiə etməyə çalışdı. – çalış buradan uzaqlaş. 
- Narahat olmağa dəyməz. – deyə Əliyusif soyuqqanlıqla 
dilləndi.  
- Sən, kimsən ki, bizim işimizə qarışırsan? – deyə Natiq 
ayağa qalxaraq, özü üçün kənar şəxs sayılan adamı özündən 
kənarlaşdırmağa çalışdı.  
-  Xoşluqla  qızı  buraxmasan,  onda  səni  zor  gücünə 
qovmalı olacağam. – deyə jurnalist onun qolundan tutdu.   
Bu vaxt kənara çəkilmiş sürücü müdirinin yanına gəlib, 
heç  bir  şey  araşdırmadan  Əliyusifə  hədə-qorxu  gəlməyə 
başladı. Öz gücünə güvənən və və ekstremal vəziyyətlərdə 
soyuqqanlı görünən müxbir Akifin hədə-qorxusuna heç bir 
əhəmiyyət verməyib, Natiqdən qızı rahat buraxmasını təkid 
etdi.  
Əliyusif  təbiətən  şər  adamlardan  kənarda  olmağı 
xoşlayırdı.  Çünki  belə  üzlü  adamlar  fiziki  güc  tətbiq 
etməkdən  belə  çəkinmirdilər.  Lakin  indiki  məqamda 
naməlum qızın varlığı onu xeyli dərəcədə cəsarətləndirmiş 
və ürəkləndirmişdi. 


                                                     
 
  
                                                                            
                                                    
103 
Ara  qızışan  zaman  birdən-birə  kompleksin  mühafizə 
dəstəsinin  rəisi  peyda  oldu  və  o,  səs-küy  salanlara 
yaxınlaşıb  nə  baş  verdiyini  soruşdu.  Natiq  təqsiri  özünü 
müsbət,  tərbiyəli,  mədəni  adam  kimi  tanıtdırmağa  çalışan 
Əliyusifin  boynuna  yıxdı  və  o,  qətiyyətlə  bildirdi  ki,  bu 
hərəkətə görə jurnalisti sərt şəkildə tənbeh edəcək. Natiqin 
bu  yekəxanalığı  “Relax”ın  mühafizə  rəisinə  pis  təsir 
göstərdi  və  o,  üzünü  həmin  həyasız  oğlana  tərəf  çevirib 
ciddi tərzdə dedi: 
-  Görünür,  sən  harada  olduğunu  unudursan?  Mən  heç 
kimə  imkan  vermərəm  ki,  burada  istirahət  edənlər  bir-
birilərinin xətrinə dəysinlər. 
-  Ağsaqqal,  mənim  problemim  heç  kimə  aid  deyil.  – 
Natiq  baxışlarını  sərtləşdirərək,  daha  da  inadkarlıq  göstər-
məyə  başladı.  –  Mən,  bu  qurumsağın  payını  verməsəm  o, 
uzun burnunu başqa adamların da işinə soxacaq.  
-  Mənə  diqqətlə  qulaq  as,  gör  nə  deyirəm.  –  deyə  öz 
hərəkətlərini  nəzarət  altında  saxlamağa  çalışan  mühafizə 
rəisi  astadan  dilləndi.  –  Mən,  insanların  istirahətə  gəldik-
ləri,  bu  istirahət  kompleksinin  mühafizə  dəstəsinin  rəisi-
yəm. Buradakı bütün nizam-intizam mənim öhdəmə düşür. 
İstirahət  edənlərin  əksəriyyəti  xarici  turist  və  Azərbaycan 
Respublikası  Dövlət  Neft  Şirkətinin  (SOKAR)  əməkdaş-


                                                     
 
  
                                                                            
                                                    
104 
larıdır.  İstəmərəm  ki,  həmin  insanların  istirahəti  pozulsun 
və ya kimsə onların istirahətinə maneəçilik törətsin.   
- Mən də pul verib, buraya istirahətə gəlmişəm və imkan 
vermərəm  ki,  kimsə  mənim  istirahətimə  maneəçilik 
törətsin. – deyə üz-gözünü bozardan oğlan hiddətlə dilləndi. 
–  Xəbərdarlıq  edirəm  ki,  mənim  şəxsi  işimə  qarışmağa 
sənin ixtiyarın yoxdur.   
-  Sən  deyəsən,  məni  başa  düşmədin.  –  deyə  “Relax”ın 
cəsarətli  mühafizəçi  hökmlə  dilləndi.  –  Hamı  burada  sakit 
şəraitdə  istirahət  etməlidir  və  bunun  üçün  burada  istənilən 
şərait  yaradılıbdır.  Mühafizə  əməkdaşları  bütün  kompleks-
də hərəkət edərək, camaatın rahatlığını təmin edir. İndi isə 
sənə  məsləhətim  odur  ki,  necə  hamı,  eləcə  də  sən,  sakit 
tərzdə  istirahət  edib,  gözəl  təəssüratlarla  buranı  tərk 
edəsən.  
-  Mənim,  necə  istirahət  edəcəyim,  öz  şəxsi  işimdir.  Bu 
işdə mənə heç kimin məsləhəti lazım deyil.  
-  Burada  qarışıqlıq  yaradacaqsansa,  mən  sənin  istirahə-
tini yarımçıq  qoyub,  səni bu ərazidən  uzaqlaşdıracağam.  – 
deyə mühafizəçi sonuncu xəbərdarlığını etdi.  
Bu vaxt həmin Natiqin sürücüsü araya girib lovğa-lovğa 
dedi: 
- Sən heç bilirsən, Natiqin atası kimdir?  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə