Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə23/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

                                                     
 
  
                                                                            
                                                    
89 
qaranlıq  kimi  görünür,  isti  havalar  soyuq  kimi  təsir 
göstərir.   
-  Fikrət  müəllim,  insanlarda  idrak  zəiflədiyindən,  şər 
xeyirə güc gəlir. – deyə Arif ehtiramla dilləndi. – Nə qədər 
ki,  azyaşlılar  böyüklərə  hörmətlə  yanaşmayacaqlar,  bu 
proses elə bu cür də davam edəcək. Elmi ədəbiyyata, bədii 
ədəbiyyata  meyl  göstərənlərin  sayı  kəskin  dərəcədə  azalır. 
Milli idealogiya düzgün qurulmayıbdır. Bütün bu əyrintilər 
mavi ekranlarda doğulur. 
-  Televizorda  kanalların  əksəriyyəti,  -  Əliyusif  başını 
təəssüflə  yellədərək  üzrxahlıqla  dilləndi.  -  sanki  xalqın 
nifrətini qazanan müğənnilər tərəfindən özünküləşdirilibdir. 
Sənət  göstərə  bilməyən  müğənnilər  özlərini  çılpaq  vəziy-
yətdə,  həmkarları  ilə  bağlı  olan  qeybətləri,  maşınlarını, 
evlərini,  paltarlarını,  hətta  alt  paltarlarını  çəkdirib,  televi-
ziya kanallarında, nümayiş etdirirlər.  
-  Əli,  insanın  gözü  tox  olmalıdır.  –  deyə  qarabuğdayı 
ziyalı  müdrikcəsinə  dilləndi.  -  Dünyanın  beş  varlı 
qadınlarından  biri  olan,  orta  əsrlərdə  yaşamış  İspaniyanın 
ən  tanınmış  zadəgan  nəsli  olan  hersoq  Ferdinand  Albanın 
sülaləsinin  nümayəndəsi  hersoginya  Kayetana  Fits–Ceyms 
Stüart  de  Alba  zəngin  varidata  malik  bir  qadındır. 
İspaniyanın bütün tarixi vilayətlərində  möhtəşəm  saraylara 
və  malikanələrə  sahib  olan  həmin  qadın,  nəsillərdən  bəri 


                                                     
 
  
                                                                            
                                                    
90 
yığılmış rəsm qalereyasından ibarət olan dünyada ən bahalı 
şəxsi  şəkil  kolleksiyasına  və  ləl–cavahirat,  qızıl,  platin, 
qiymətli  daş–qaşlara,  o  cümlədən  nadir  sayda  olan  bahalı 
brilliantlara  varis  sayılır.  Qəribəsi  isə  odur  ki,  hersoginya 
Kayetana  de  Alba  həmin  qiymətli  əşyaları  üstündə 
gəzdirməyi  xoşlamır  və  insanları  sevidirməkdən  ötrü 
Madriddə  yerləşən,  yaşadığı  möhtəşəm  Liriya  sarayındakı 
toplanan  şəxsi  rəsm  qalereyasına  pulsuz  tamaşa  edib  zövq 
almaq  üçün,  hər  həftənin  bazar  günü  sarayının  qapılarını 
hamının üzünə açır. Bu xeyirxahlıq bütün dünyada yaşayan 
yüksək  elitaya  mənsub  olan  zadəganlar  tərəfindən  fərəhlə 
qarşılanıb.  Milyardlara  sahib  olan  həmin  hersoginya 
cəmiyyət arasında özünü sadə, səmimi və təvazökar aparır.  
Tanınmış  fransız  müğənnisi  Angun  öz  sənəti  ilə  yaxşı 
varidat toplaya bilər, lakin təbiətən xeyirxah olan müğənni 
əldə  etdiyi  vəsaitin  bir  çox  hissəsini  kimsəsiz  uşaqlara, 
yoxsul adamlara xərcləyərək, Allah qaşısında vəzifə borcu-
nu  yerinə  yetirir.  Xatırlamaq  istəyirəm  ki,  o,  YUNESKO-
nun xoşməramlı səfiridir. Başqa bir nümunə; məşhur ameri-
kan  kinoaktrisası  Ancelina  Coli  hər  dəfə  çəkdiyi  əziyyətə 
görə  pul  əldə  edən  kimi  Afrikada  aclıqdan  əziyyət  çəkən 
insanlara  maddi  yardım  göstərərək,  öz  əməlindən  qürur 
hissi  duyur.  Yəni,  bu  siyahını  nə  qədər  istəsən  sadalamaq 
olar və deyərdim ki, sağ əlləri bizimkilərin başına. 


                                                     
 
  
                                                                            
                                                    
91 
- Amma bizim şou aləmində olanlar hər şeylərini reklam 
etməyi  xoşlayırlar.  –  Arif  qohumunun  sözlərinə  təsəlli 
verdi. - İlhamə Quliyeva bununla bağlı yaxşı fikir söyləyib-
dir:  “Müğənnilər  sənət  göstərmək  əvəzinə,  maşınlarını, 
evlərini,  paltarlarını  reklam  edirlər.  Ona  görə  ki,  onlar  bu 
şeyləri görmədikləri üçün, yəni, görməmiş adam kimi belə 
edirlər”. Bəzi proqram aparıcıları müğənnilərin evlərini çə-
kən zaman, onların dolablarına girib, az qala oradakı bütün 
istifadə üçün yararlı olan paltarları çəkib efirə versinlər. Bu, 
etika normalarına zidd olan hərəkət sayılır. Birincisi, özünə 
hörmət edən qadın müğənni reklam xatirinə nəinki ehtiyat-
da  olan  paltarını  nümayiş  etdirməyə,  ümumiyyətlə,  başqa 
bir  kişinin  onun  dolabını  açmağa  imkan  verməməlidir, 
ikincisi  isə  həmin  müğənni  yadda  saxlasın  ki,  o,  ilk 
növbədə  Azərbaycan  qadınıdır  və  Azərbaycan  qadını  şan-
şöhrət naminə heç vaxt ləyaqətini tapdaq altına atmayıbdır.   
-  Mən  bu  məsələ  ilə  bağlı  üç-dörd  məqalə  yazmışam. 
Gözlənilməz  olmasa  da,  həmin  məqalələrlə  bağlı  mən 
kəskin iradlarla üzləşmişəm. Ümumiyyətlə, mən yazılarım-
da qeyd etdim ki, əgər müğənnilər qeyrət, namus, ar, həya 
anlayışlarına  əhəmiyyət  vermədən  ekrana  çıxmağa  səy 
göstərirlərsə,  onların  arzusunu  ürəklərində  qoymaq  lazım-
dır. Təəssüflər olsun ki, gənc müğənnilər korifey sənətkar-
ların yolu ilə getmək istəmirlər.   


                                                     
 
  
                                                                            
                                                    
92 
- İş ondadır ki, harınlaşmış qaba insanlar, ətrafdakı məz-
lum  insanlara,  itə  nisbətən  ögey  münasibət  bəsləyirlər.  – 
deyə həkim narazı halda dilləndi. - Televizordakı görüntü-
lər  məni  lap  hövsələdən  çıxardır.  Artistlərimiz  özlərini, 
özlərinin qarderobunu, evlərini, villalarını, maşınlarını rek-
lam edəndən sonra, indi də başlayırlar itlərini reklam etmə-
yə.  Elə  bil  itin  dəyəri,  itin  varlığı,  onlar  üçün  bütün 
meyarlardan üstündür.  
-  Başa  düşürəm,  siz  nədən  danışırsınız.  –  deyə  müxbir 
arifcəsinə dilləndi. – Yenə də müəyyən televiziya kanalları-
nın,  camaatın  hissiyyatına  toxunan,  verdikləri  “eksklüziv” 
kadrlardan  gedir.  Halbuki  itlərin  yerinə  orada  gənc  nəslin 
yetişdirilməsində xüsusi kadrlar nümayiş etdirə bilərlər.  
-  Hələ  də  anlaya  bilmirəm  ki,  müharibə  vəziyyətində 
olan bir ölkədə, - deyə Fikrət hüznlə dilləndi. - kimsəsiz və 
kasıb  ailələrdən  olan  uşaqların  küçələrdə  veyillənərək, 
çörək  axtardığı  bir  şəhərdə  yaşayan  müğənnilərimiz, 
tamtəraqlı  villalarında  bahalı  itlər  saxlayaraq,  onlar  üçün 
ayrıca  dayə  də  tuturlar.  Bu  azmış  kimi  onlar  bir-birilərilə 
bəhs-bəhəsə  girərək,  həmin  itləri  televiziya  kanallarına  da 
çıxarırlar.  
-  Mən  sizinlə  tamamilə  razıyam,  -  deyə  Əliyusif  səbir-
sizliklə  dilləndi.  -  tutalım,  bir  çox  təkəbbürlü  müğənnilər, 
camaatın hissiyyatı ilə oynayaraq, vicdan əzabı çəkmədən, 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə