Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə21/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

                                                     
 
  
                                                                            
                                                    
81 
hazırda  onun  ürəyindən  təbiətin  qoynunda  yeyib-içmək 
keçir.  Özü  də  həmin  pişvazı  o,  bizim  üçün  təşkil  etmək 
istəyir. 
-  Əlbəttə!  –  deyə  Nurlan  atasının  yanında  əyləşən  bu 
ziyalı  kişiyə  istehza  dolu  nəzərlərini  yönəldərək  hərarətlə 
dilləndi: – Mən təklif edirəm ki, bu gün münasib vaxt təşkil 
edib, buradakı gölə gedib, orada balıq kababı təşkil edək.  
-  Mən  razı,  bəs  göldə  olan  balıqları  tutmaq  üçün  kimə 
müraciət etmək lazımdır.? – deyə Fikrət müəllim soruşdu. 
- Narahat olmağa dəyməz, mən oradakı vəziyyəti öyrən-
mişəm. – Nurlan sakit tərzdə dilləndi. – Tutulan hər balığın 
həm  növünə,  həm  də  ölçüsünə  görə  öz  qiyməti  var.  Mənə 
elə gəlir, vaxtmızın bir neçə saatını orada keçirməyə dəyər.  
-  Nə  olar,  mən  razı.  –  deyə  Arif  tərəddüd  etmədən 
dilləndi.  –  “Relax”dakı  balıq  ovu  xatirəmizdə  silinməz 
izlər qoyacaq.  
Ondan  sonra  onlar  münasib  vaxt  təyin  edib,  buradan 
uzaqlaşdılar.  Hələlik  isə  onlar  hərəsi  bir  yana  gəzintiyə 
çıxdı. 
 
 
 
 
 


                                                     
 
  
                                                                            
                                                    
82 
                    
VIII fəsil. Qeyri-adi mənzərə 
 
Əliyusif  bir  saata  qədər  ərazidə  gəzişəndən  sonra 
kanyonun üzərində salınan pələməyə tərəf getdi.  
Allah istədiyi şəxsə səadət verir, heç kim deyə bilməz ki, 
xoşbəxtlik onun üzünə güləndə həmin xoşbətlik öz bacarığı 
sayəsində  əldə  edilibdir.  Halal  zəhmət  nəticəsində  əldə 
olunan  bəhrə,  həqiqi  mənada  insanı  xoşbəxt  edə  bilər. 
Məhz  həmin  insan  həmin  bəhrə  ilə  öyünərək,  hamı 
qarşısında nəyə qadir olduğunu sübuta yetirir.  
“Relax”ın məşhur pələməsi istirahət kompleksinin qərb 
yamacında  yerləşirdi.  Oranın  girəcəyində  kənd  yerlərində, 
hələ  keçən  əsrdə,  bəlkə  də  ondan  əvvəlki  dövrdə  də 
məişətdə istifadə olunmuş əşyalar və  at arabası qoyulmuş-
du.  Buraya  gələnlər  özlərini  keçmişdəki  kimi  hiss  edir  və 
elə zənn edirdilər ki, burada zaman dayanıbdır.  
Dərin dərənun üstündə salınmış pələmə döşəməsi üzünə 
həsir,  xalça,  nalça  və  mitətkələr  sərilmişdi.  Buranın  çox 
qəribə  xüsusiyyəti  vardı.  “Relax”ın  mərkəzi  meydanında 
havanın hərarəti 40 dərəcədən çox olanda belə, burada sərin 
hava  hökm  sürürdü.  Sanki  pələmənin  ətrafında  böyük  bir 
təbii  kondensioner  işləyirdi.  İş  ondadır  ki,  istirahət 
mərkəzinin cənub sərhədi ilə Talış dağlarından daşan ensiz, 
lakin  sürətli  soyuq  çay  keçirdi.  Ziqzaq  şəklində  daşan 


                                                     
 
  
                                                                            
                                                    
83 
suyun  hərarəti  o  dərəcə  soyuq  idi  ki,  kanyonda  yaranan 
soyuq  hava  kütləsi  yuxarı  qalxaraq,  pələmənin  ətrafında 
yazda olduğu kimi sərin hava əmələ gəlirdi.  Bundan əlavə 
dərədən  ucalan  hündür,  qocaman  ağacların  enliyarpaq 
budaqları  baş  əyərək,  çətir  kimi  qızmar  günəşin  şüalarının 
qarşısını alırdı.  
Əliyusif pələmənin arxa tərəfində yerdə oturub, mitətkə-
yə  dirsəklənmişdi  və  başını  aşağı  dikərək,  oradan  dərədə 
axan çaya tamaşa etməyə başladı. Çoxillik ağacların mamır 
basmış  gövdələri,  qırmızı  kitaba  düşmüş  nadir  bitkilər  və 
məşhur  dəmir  ağacı,  palıd  meşəsi  insan  ruhuna  sakitlik 
gətirirdi.  Buranın  təbiəti  daha  əzəmətli  və  möhtəşəm  idi. 
Ağacların və cürbəcür bitkilərin zənginliyi, əlvanlığı estetik 
gözəlliyi özündə ehtiva edərək, ətrafda nağıllar aləmi yarat-
mışdı.  Müxbir  burada  özünü  təbiətlə  ahəngdə,  ünsiyyətdə 
hiss edirdi.  
İstirahət  kompleksində  olan  turistlər  orada  yaradılan 
bütün  şəraitdən  səmərəli  istifadə  etmək  üçün  vaxtın 
əksəriyyətini  bayırda  keçirirdilər.  Ürəyindən  cərrahiyyə 
əməliyyatı keçirən Arif də qohumu Fikrət ilə birlikdə rahat 
istirahət  etmək  üçün,  birbaşa  buraya  gəlmişdi.  Təsadüf 
nəticəsində  Əliyusif  də  gəlib  buraya  düşmüş  və  qonşuları 
ilə görüşmək qərarına gəldi.  


                                                     
 
  
                                                                            
                                                    
84 
Bir  qədər  sağ  tərəfdə,  19-21  yaşında  ortaboylu,  yumru-
sifət, gözəl çöhrəli bir qız nalçanın üstündə əyləşmiş və o, 
da  Əliyusif  kimi  üzünü  çaya  tərəf  tutub,  nəsə  haqda 
düşünürdü. O, başqalarından fərqli olaraq, idman paltarında 
yox,  mavi  rəngli  enli  şalvarda  və  atlas  parçadan  tikilmiş 
göy rəngli köynəkdə idi və bu libas onun xarici görünüşünə 
xüsusi yaraşıq verirdi. Ondan başqa burada 3-4 ailə də out-
rub,  istirahət  edə-edə  xoş  söhbət  aparırdılar.  Onların 
əksəriyyəti  bir  şirkətdə,  bir  müəssisədə  çalışdığından  bir-
birilərini yaxşı tanıyırdılar. Lakin çaya tamaşa edən qız on-
ların heç birisinə qarışmayaraq, sakitcə yerində oturmuşdu.  
Əliyusif  həmin  qızı  bir  ortayaşlı  yaraşıqlı  xanımla 
birlikdə,  səhər  tezdən  böyük  küləfirəngidə  nahar  yeyərkən 
görmüşdü.  Küləfirəngidəki  məsafə  böyük  olduğundan  o, 
həmin qızın çöhrəsini yaxşı süzə bilməmişdi. Amma indiki 
məqamda  məsafə  qısa  olduğu  üçün  müxbir,  həmin  qızın 
füsunkar  gözəlliyə  malik  olan  çöhrəsini  diqqətlə  seyr  etdi 
və  bu  gözəlliyin  qarşısında  mat-məəttəl  qaldı.  Əliyusifin 
marağına səbəb olan o idi ki, hədsiz dərəcədə gözəl olan qız 
çox  tərbiyəli,  mədəni,  əxlaqlı  bir  xanım  kimi  özünü 
aparırdı.  İş  ondadır  ki,  o,  ətrafında  müəyyən  adamların 
olmasına  baxmayaraq,  nəzərlərini  yalnız  aşağı  dikərək,  bu 
dərin dərənin dibi ilə axan çayı seyr edirdi.  


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə