Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə18/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   14   15   16   17   18   19   20   21   ...   72

                                                     
 
  
                                                                            
                                                    
69 
kompleks  nəinki  yerli,  hətta  xarici  ölkələrdən  gələn 
turistləri də özünə cəlb etsin. 
-  Belə  bir  gedişatla  siz  istədiyinizə  nail  olacaqsınız.  – 
Əliyusif qürurla dilləndi. – İş ondadır ki, turistləri bu möh-
təşəm istirahət ocağına cəlb etmək üçün, mütləq reklamdan 
istifadə etməlisiniz.  
-  Bu  istiqamətdə  iş  aparılır.  Bu  il  “Turizm  ili”  elan 
olunması  ilə  əlaqədar  Lerik  rayonunda  da  əsaslı  işlər 
görülməkdədir.  Bölgəyə  turist  axınının  cəlb  edilməsi  ilə 
əlaqədar,  burada  mühüm  işlər  görülür  və  Azərbaycanda 
analoqu olmayan “Aquapark” kompleksi istifadədədir. 
- Sizə bildirmək istəyirəm ki, hal-hazırda “Relax”ın adı 
bütün ölkəmizin hüdudlarında hallanır. İstirahət və Əyləncə 
mərkəzinə gələn turistlər paralel olaraq, rayonun rəngarəng 
təbiəti ilə bağlı xeyli müzakirələr aparırlar. Mənə elə gəlir, 
bu istiqamətdə siz mühüm işlər görürsünüz. 
-  Məlumdur  ki,  Lerik  rayonu  Azərbaycanın  ən  dilbər 
guşələrindən  biri  sayılan  Talış  dağlarının  zirvəsində 
yerləşir. Allah bu bölgənin təbiətindən öz nadir nemətlərini, 
saf  suyunu,  bənzərsiz  zümrüd  meşələrini  əsirgəməmişdi. 
Bu  torpaqlar  daim  əcnəbi  qonaqların  diqqətində  olmuş  və 
buraları  ilk  dəfə  seyr  etmiş  insanlar,  cəsarətlə  bu  təbiəti 
dünyanın  müxtəlif  ən  gözəl  və  səfalı  yerləri  ilə  müqayisə 
etmişlər.  


                                                     
 
  
                                                                            
                                                    
70 
Mən, bu rayondan seçilmiş bir millət vəkili kimi rayonu-
muzun inkişafı, gözəlləşməsi, yeni iş yerlərinin açılması və 
ölkəmizin  ən  qabaqcıl  rayonlardan  biri  olması  üçün  daim 
dəstək vermiş, bu bölgədə yaşayan vətəndaşların qayğısına 
qalmış,  heç  vaxt  əlimdən  gələni  camaatdan  əsirgəməyəcə-
yəm.  
Qeyd  etmək  istəyirəm  ki,  ”Relax”  nəinki  Lerikdə, 
ümumiyyətlə  Cənub  bölgəsində  yerləşən  bütün  istirahət 
mərkəzlərinin gözü sayılır.  
-  Hacı,  ehtiras  və  kəramət  təbiətindən  fərqli  hikmət  nə 
edərsə, hər şey gözəl və kamil olar, hər kəs istədiyi zövqü 
ondan alar, adil adam ədalətdən, aqil adam elmdən, filosof 
hikmətdən,  siz  də  öz  işinizdən.  Siz  nəzərdə  tutulandan  da 
artıq iş görmüş və cənnət içərisində möcüzə yaratmağa nail 
oldunuz.  Bu  kompleksi  yaratmaqla,  siz  öz  adınızı  tarixə 
yazdınız və Azərbaycanın cənub bölgəsini əcnəbi turistlərin 
hədəfinə çevirdiniz.  
Onların  arasında  yaranan  səmimi  dialoq  çox  davam 
etmədi.  Çünki  Hacı  İqbal  kompleksdə  gedən  təmir  işlərini 
yoxlamaq  üçün,  həmin  yerləri  nəzərdən  keçirməliydi. 
Əliyusif  isə  boş  vaxtının  asudəliyindən  istifadə  edərək 
Küləfirəngi istiqamətinə yollandı. 
 
 


                                                     
 
  
                                                                            
                                                    
71 
         
VII fəsil. Böyük küləfirənginin yerləşdiyi 
 
                             ekzotik yer 
 
Nahar  yeməyinə  bir  qədər  vaxt  qaldığından  Əliyusif 
dərhal meşəyə gəzintiyə çıxdı. Lakin istirahət  kompleksini 
dövrə  vurmağa  çalışan  müxbir  vaxtın  azlığını  nəzərə  alıb, 
tələsik  halda  Arifi  qarşılamaq  üçün  şlaqbaumun  yanına 
qayıtdı.  On-on  beş  metr  getməmiş,  onun  yanında  qara 
“Mersedes”  maşını  dayandı.  Maşının  sükan  arxasından 
ortaboylu,  bir  qədər  dolu  bədənli,  iriqamətli,  yumrusifət, 
yaşı 55-60 olan nurani bənizli bir kişi düşdü. Əynində olan 
şax  ütülənmiş  boz  rəngli  kostyum  arxadan  bir  qədər 
qırışmışdı. Geyiminin təmiz olması, üzünün qırxılması, kül 
rəngli  saçının  səliqə  ilə  daranması  onun  mədəni,  eleqantlı 
və səliqəli olmasından xəbər verirdi. Həmin kişi Əliyusifin 
bağ qonşusu Arif adlı neft mütəxəssisi idi. 
Müxbirin  təsəvvür  etdiyi  kimi  Arif,  həyat  yoldaşı 
Ofeliya, qızı Elnarə Murad balası ilə, oğlu Nurlan, Nurlanın 
həyat  yoldaşı  Günay  və  qızı  Aydan  maşından  düşdülər. 
Əliyusif salamlaşan kimi onları 403 saylı kottecə apardı. O, 
qonaqları  şlaqbaumun  ağzında  qarşılayan  zaman, 
yaxınlıqda  yerləşən  pivə  barın  yanında  qonşusu  müğənni 
Zemfiranı,  müğənninin  oynaşı  Natiqi  və  Natiqin  sürücüsü 
Akifi pivə içən yerdə gördü və təəccübdən yerindəcə donub 


                                                     
 
  
                                                                            
                                                    
72 
qaldı.  Müxbiri  təəccübləndirən  o  hal  idi  ki,  Zemfiranın 
havadarı Məzahir kişi həddindən artıq hegemon və qısqanc 
adam  sayılırdı  və  necə  olub  ki,  kişinin  zəhmindən 
çəkinməyən  həmin  müğənni  oynaşı  ilə  birlikdə  buraya 
istirahətə gəlib?  
O,  qonaqları  kottecdəki  appartoment  ilə  tanış  edən 
zaman xüsusilə bildirdi ki, Aydanın bəxtindən kompleksdə 
fəaliyyət  göstərən  uşaq  meydançası  kottecdən  çox  da 
uzaqda  yerləşmir.  Ondan  sonra  Əliyusif  onlardan  ayrılıb, 
yenə də gəzintiyə çıxdı.  
Nahar yeməyinin vaxtı olduğundan, burada yerləşdirilən 
iyirmiyə  yaxın  böyük  masanın  üstündə  süfrə  açılmışdı. 
Amma vaxt tez olduğundan, orada ofisiantlardan başqa heç 
kim  yox  idi.  Həmin  masalar  sifarişli  olduğundan,  Əliyusif 
onlara  bitişik  olan  masanın  arxasında  əyləşdi.  Küləfirən-
gidən  kompleksin  mərkəzi  meydançası  göz  qabağındaydı. 
Lap başda təmir işləri gedirdi və qəribə olsa da, kompleksin 
müdiri orada fəhlələrlə yanaşı fiziki işlə məşğul idi.  
Küləfirənginin  əsas  girişi  günçıxan  tərəfdə  idi,  məhz 
buna  görə  də  Əliyusif  sağ  tərəfdə  yerləşdirilən  masaların 
axırında,  mətbəxə  yaxın  bir  yerdə,  özünə  oturacaq  yeri 
tutmuşdu.  Sıra  ilə  düzülən  masaların  hamısı  böyük 
küləfirənginin sağ qurtaracağında yerləşirdi və yaxınlıqdakı 
ağaclar xeyli aşağıda bitsə də, onların hündür və çoxşaxəli 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə