Ramiz Dəniz



Yüklə 1,78 Mb.
Pdf görüntüsü
səhifə15/72
tarix05.10.2018
ölçüsü1,78 Mb.
#72445
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

                                                     
 
  
                                                                            
                                                    
57 
Əliyusif ailədə elə tərbiyə almışdı ki, bütün qonşular onda 
olan  mədəniyyətə  və  əxlaqa  həsəd  aparırdılar.  Anasının 
yanına  hansısa  bir  rəfiqəsi  qızı  ilə  birlikdə  gəlirdisə,  adəti 
üzrə o, çalışırdı belə bir vəziyyətdə kənarda qalsın. Bu dəfə 
də  belə  oldu.  O,  açarı  təhvil  verən  kimi  qaldığı 
mehmanxanaya getdi.  
Əvvəlki  saatlara  nisbətən  müxbir  çox  yorğun  idi. 
Havanın qaralmasına baxmayaraq, turistlər hələ də bayırda 
gəzişib,  buradakı  mənzərənin  gözəlliyindən  həzz  alırdılar. 
Hər  şeyə  diqqətlə  yanaşan  və  buradakı  hər  bir  incəliyi  öz 
beyninə həkk edən Əliyusif bir qədər dincəlib, diskotekaya 
getməyi  planlaşdırırdı.  Necə  olsa  da,  əsl  istirahət  hələ 
bundan sonra başlayırdı. 
Hələlik vaxtın asudəliyindən istifadə edən müxbir nout-
buku  götürüb,  öz  işləri  ilə  bağlı  əməliyyatlar  aparmağa 
başladı. O, eyni zamanda həm mədəniyyət, həm ədəbiyyat, 
həm də incəsənət ilə materiallar toplayırdı. Lakin son gün-
lərdə  müğənnilərlə  bağlı  toplanan  materialların  çoxluğu, 
onu,  özünə  lazım  olan  məlumatlara  və  yaxud  da  vizual 
görüntülərə, nəzər yetirməyə vadar edirdi.  
On  beş  dəqiqə  keçməmiş  otağa  iki  nəfər  daxil  oldu; 
onlardan biri 52-55 yaşlı ortaboy, həzin hərəkətli, bir qədər 
dolu olan, uzunsifət, düz burun, sadə baxışlı, söhbətcil, saçı 
ağarmış, lakin yaşına görə bir qədər gümrah görünən kişi, o 


                                                     
 
  
                                                                            
                                                    
58 
birisi isə ondan təxminən iki dəfə cavan olan, 19-20 yaşın-
da  hündürboylu,  arıq  bədənli,  çevik  hərəkətli,  qarayanız, 
uzun sifətli, qalın qısa kəsilmiş saçlı oğlan idi. Onlar salam-
laşan kimi özlərini təqdim edib, masa arxasında əyləşdilər. 
Hündürboy  oğlan  masanın  üstündə  olan  elektroçayniki  işə 
saldı.  Tanışlıq  nəticəsində  məlum  oldu  ki,  Əliyusifin  otaq 
yoldaşı Qəşəm neftayırma zavodlarının birində əməliyyatçı 
işləyir. Qəşəmin  yanındakı oğlanın adı Ürfan idi və o, altı 
aydan  yuxarı  idi  ki,  əsgərlik  xidmətini  başa  vurmuş  və 
Bakıda  fəaliyyət  göstərən  avtoservislərin  birində  elektrik 
kimi çalışırdı. Qısa sorğu-sualdan sonra Əliyusif, Qəşəmin 
uzun  müddət  Sibirdə  yerləşən  Baykal  Amur  Magistralının 
(BAM) tikintisində iştirak etdiyinin və Sibirin tayqalarında 
ağac  hazırlanması  kombinatlarında  briqadir  işlədiyinin, 
Ürfanın isə avtoçilingər kimi çalışmasını öyrəndi.  
Xasiyyətcə ürəyiaçıq olan Qəşəm söhbətcil olduğun-dan, 
onların söhbəti xoş məcrada başladı. 
-  Azərbaycanın  tarixi  bölgələrini  gəzərək,  turizm 
obyektlərini yoxlamaq və buna dair analitik sənəd toplamaq 
çox  maraqlıdır.  –  deyə  Qəşəm  ehtiramla  dilləndi.  –  Çox 
güman  ki,  belə  bir  müşahidə  ilə  sən,  Azərbaycanın  bütün 
regionlarını qarış-qarış gəzmisən.  
-  Bir  çox  dostlarım  məni  səyyah  adlandırırlar.  –  deyə 
Əliyusif  təbəssümlə  dilləndi.  –  Hamısında  olmasam  da, 


                                                     
 
  
                                                                            
                                                    
59 
mənim  bir  çox  rayonlarla  tanışlığım  var.  İşimlə  əlaqədar 
olaraq,  mən  yay  mövsümündə,  bir  ayın  ərzində  dörd-beş 
rayonda oluram və hamısı ilə bağlı mən, xatirə kitabçamda 
müvafiq qeydlər aparmışam.  
-  Ən  gözəl  təəssüratlar  isə  “Relax”la  bağlı  olacaq, 
elədirmi?  –  deyə  Qəşəm  müxbirin  fikirini  öyrənmək  üçün 
maraqlandı. 
-  Demək  olar  ki,  bəli.  –  deyə  müxbir  tərəddüd  etmədən 
dilləndi. - Mən hələ kompleksi əhatə edən meşə ərazisini və 
ətrafda axan çayları nəzərdən keçirməmişəm.  
-  Əsl  ekzotika  elə  meşənin  içərisindədir.  –  deyə  Ürfan 
həvəslə dilləndi. - Oranın insan ayağı dəyməyən elə yerləri 
var  ki,  adam  lap  heyran  qalır.  Dünəndən  biz  vaxtımızı 
meşənin  içərisində  keçirmişik,  sanki  həmin  yerlərə  insan 
ayağı  dəyməyibdir.  Kompleksin  öz  daxilində  pələmə 
deyilən yer var, oranın havası o qədər təmiz və sərindir ki, 
xəstə adam bir neçə saat orada qalsa, o, sağlam vəziyyətdə 
həmin yerdən uzaqlaşacaq.  
-  Mütləq  buranın  hər  bir  yerini,  xüsusən  də,  çay  kənarı 
ərazilərini qarış-qarış gəzəcəm.  
-  İstəyirsiz,  elə  indi  gedək  pələməyə?  –  deyə  Ürfan 
istiqanlığını  nümayiş  etdirərək  səmimiyyətlə  dilləndi.  - 
Orada gözəl təravətli çay verirlər.  


                                                     
 
  
                                                                            
                                                    
60 
- Təklifə görə çox sağ ol, mən burada tək deyiləm. Anam 
və  qonşularım  buradadırlar.  Ola  bilər,  ərazini  gəzdirmək 
üçün mənim onlara köməkliyim dəysin. 
- Elə biz də burada tək deyilik. – Qəşəm çaynikin qayna-
dığını görüb, bir dəfə istifadə olunan çayları stəkanlara atıb, 
cəld hərəkətilə iki-üç dəqiqə ərzində hamıya çay hazır etdi. 
– Biz buraya, işlədiyimiz müəssisədən böyük bir kollektivlə 
gəlmişik. 
- Adəti üzrə mən hər bir yerdə tək olmağı xoşlayıram. – 
Əliyusif ehtiramla dilləndi. - Bir müxbir kimi mənim özü-
mə  məxsus  gəzmək  üslubum  var.  Çünki  gəzdiyim  məkan 
barəsində mənə dəyərli məlumatlar toplamaq lazımdır. 
-  İxtiyar  sahibi  özünsən.  –  deyə  Qəşəm  çaydan  içərək, 
təmkinlə  dilləndi.  –  Onsuz  da  həftənin  axırına  kimi  biz 
buradayıq.  Bir  gün  vaxt  təyin  edib,  meşədə  quzu  ətindən 
kabab çəkərik.  
-  Oradakı  istirahətimiz  xoş  məcrada  keçəcək.  –  deyə 
hamıdan  şən  görünən  Ürfan  həvəslə  dilləndi.  -  Musiqi  də 
olacaq.  Mən  çoxlu  xalq  mahnıları  ifaçılarının  və  bir-iki 
dənə də meyxana ustadlarının disklərini gətirmişəm.  
-  Burada  günlər  elə  mənalı  və  şən  keçəcək  ki,  otaqda 
əyləşib  hər  hansı  bir  musiqiyə  qulaq  asmağa  qəti  olaraq 
vaxt  tapılmayacaq.  –  deyə  müxbirin  dodaqlarında  istehza 
dolu  təbəssüm  yarandı.  –  Adam  yalnız  tam  taqətdən 


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə